ŞÖVKƏt xanməMMƏdova



Yüklə 1,04 Mb.
Pdf görüntüsü
səhifə8/23
tarix15.10.2018
ölçüsü1,04 Mb.
#74252
1   ...   4   5   6   7   8   9   10   11   ...   23

___________Milli Kitabxana_______________ 

28 

* * * 

 

Nə  Şövkət yatmışdı, nə  də qaynanası. Qadınların ikisi də 



qorxu içərisində küçədən gələn səsləri dinləyirdilər.  

Bayırda qışqırıq və atəş  səsləri eşidiləndə  Şövkət özünü 

hövlanak küçəyə atdı. Nə baş verdiyini anlamırdı. Küçədəki 

adamların hamısı ora-bura qaçışırdı. Onlardan biri həyət 

qapısının ağzında durub qalmış gəlini görüb qışqırdı:  

– Ay bacı, orada niyə dayanmısan, tez ol, həyətə keç, tanklar 

kəndə girib, camaatı  qırırlar, hara gəldi atəş açırlar, Allah 

eləməmiş səni vurarlar.  

–  Bəs Ramiz... Ramiz hanı? Siz Ramizi gördünüzmü? - 

Şövkət qaranlıqda gözdən itən kölgənin dalıca qışqırdı, - Ramiz 

hara getdi, Ramiz necə oldu? 

Səsi qaranlıq kücənin kələ-kötür barılarına dəyib  əks-səda 

verdi. Şövkət dəli kimi bağırır, küçədən keçənlərin hər birindən 

Ramizi soraqlayırdı. Onlardan biri dayandı,  ərklə qadının 

qolundan tutub həyət qapısından içəri itələdi. 

– Ay bacı, sən içəri gir, bunların vicdanı-insafı yoxdur, 

rastlarına çıxan hər qaraltını atəşə tuturlar. Ramizdən də narahat 

olma, harada olsa indi qayıdıb gələcək, sən get evə... 

Şövkət həyətə keçdi. Ancaq orada qərar tuta bilmirdi. Təkrar 

darvazaya yaxınlaşdı. Elə bu zaman yaxın qohumlarından biri, 

Fərhad başılovlu: 

– Şövkət xanım, Şövkət xanım, – deyə bərkdən çağıra-çağıra 

həyətə girdi. 

Şövkəti qapının ağzında görən oğlan özünü itirdi, dili topuq 

çala-çala: 

–  Şövkət, bacım, tez ol, özünü çatdır xəstəxanaya, Ramiz 

səni çağırır. 

– Nə, hara, niyə, nə olub Ramizə? – deyə  Şövkət xanım 

kəkələdi. 



___________Milli Kitabxana_______________ 

29 

– Tez ol, geyin, tez qaç xəstəxanaya, gecikmə... – Fərhad 

güllə kimi qapıdan çıxıb qaranlıqda gözdən itdi. 

Şövkət xanım quruyub qalmışdı. Axı Ramizin xəstəxanada 

nə  işi vardı, evdən getdiyi heç bir saat olmazdı.  İndi bu 

xəstəxana nə məsələsi nə idi. Bəlkə kimsə yaralanıb onu aparıb 

xəstəxanaya.  

Şövkət gecə paltarında olduğunun, corabsız ayaqlarına nazik 

ev sürütləməsi geyindiyinin heç fərqində deyildi. Nə soyuğu 

hiss eləyirdi, nə gecəyə doluşan düşmənin qorxusunu, nə  də 

güllə  səslərini... Eləcə qaranlıq küçə boyu xəstəxanaya sarı 

qaçırdı.  

Xəstəxana qaynanasıgilin evindən çox uzaqda yerləşirdi. 

Oraya necə çatdığı yadına gəlmir. 

Xəstəxananın həyəti adamla dolu idi. Şövkət xanım hara 

gedəcəyini bilmirdi. Hamı  cərrahiyyə otağına doğru qaçırdı. 

Şövkət də  təşvişlə ora yüyürdü. Otaq yaralılarla dolu idi. Bir 

neçə yaralı yerə uzadılmışdı. Gözü heç nəyi seçməyən Şövkət 

xanım Ramizi axtarırdı. Birdən tibb bacılarından biri onun 

qolunda tutdu: 

– Şövkət, Ramiz qardaş o biri otaqdadır. Gəl mənimlə... 

Tibb bacısı  Şövkət xanımı qonşu palataya apardı. Ramizi 

çarpayıya uzatmışdılar. Rəngi ağ-appaq ağarmışdı. Palatadakı 

adamlar dərin bir sükut içində gözlərini yaralıya dikib 

durmuşdular.  İçəridəkilərin baxışları altında utanıb-sıxılan 

Şövkət göz yaşlarından boğulsa da ərinə yaxın getməyə 

çəkinirdi. Azərbaycan xanımlarına xas olan həya-abır hissi ona 

imkan vermirdi ki, həyat yoldaşı ilə görüşməyə, onu bağrına 

basıb halını soruşmağa, onunla vidalaşmağa imkan vermirdi. 

Çarpayıdakı yaralı güclə dodaqlarını aralayib: 

–  Şövkət, gəldin? – deyə soruşdu.  

Qadının ayaqları sanki yerə yapışmışdı. Bütün bədəni daşa 




___________Milli Kitabxana_______________ 

30 

dönmüşdü, nə irəli gedə bilirdi, nə  də  səsini çıxarmağa heyi 

vardı. 

Arxadan kimsə: 



– Ay qızım, niyə orada donub qalmısan, eşitmirsən, Ramiz 

səni çağırır. Yaxına gəl, tez ol... 

Cavan gəlin ağır-ağır çarpayıya yaxınlaşdı. Kənd kişiləri 

otağı tərk etdilər, qapı örtüldü, Şövkət ərinin başını qucaqladı.  

Ramizin səsi elə bil quyunun dibindən gəlirdi: 

–  Şövkət... gəlmisən... Şövkət, anam əmanəti, uşaqlar əma-

nəti, mən ölürəm. 

Bayaqdan bəri göz yaşlarını içinə axıdan Şövkət hönkürtü ilə 

ərinə sarıldı: 

– Yox, qoymaram səni ölməyə. Ramiz sən ölə bilməzsən, 

bəs mən sənsiz bu yükü necə qaldıracağam, sənsiz necə yaşa-

yacağam? Mən də, balaların da, elə anan da sənsiz neyləyə 

billik. Biz sənsiz heç kimik, heç nəyik. Qurban olum sənə, 

ölmə, Ramiz, heç nəyin yoxdur sənin, bir balaca yaralanmısan, 

indi həkimlər, gülləni çıxararlar, hər  şey qurtarar, bir-iki günə 

sağalarsan, qayıdarıq evimizə. Balaların da, anan da sənin 

yolunu gözləyir, bir az özünü toxtaq tut, əzizim, bu saat 

həkimlərlə də danışaram, lazım gəlsə səni mərkəzi xəstəxanaya 

apararıq, sən sağalacaqsan, bizi başlı-başına qoyub gedə 

bilməzsən... 

Ancaq Şövkətin xəbəri yox idi ki, həmin gecə Bakının irili-

xırdalı bütün xəstəxanaları yaralılarla doludur. O bilmirdi ki, o 

gecə xalqın qanına susayan cəlladlar yaralılara yardım 

göstərməsinlər deyə  hətta Təcili yardım maşınlarını belə atəşə 

tutublar, xəstəxanalara soxularaq hər  şeyi alt-üst ediblər, 

işıqları söndürüblər, həkimləri xəstələrin köməyinə yetişməyə 

qoymayıblar.  

– Məni bağışla  Şövkət, uşaqları korluq çəkməyə qoyma, 




___________Milli Kitabxana_______________ 

31 

mənimki də buracanmış... 

Yaralı huşunu itirdi. Şövkət necə  qışqırdısa qapının 

arxasında gözləyənlər tələsik içəri doluşdular: 

Kömək edin, onu Sabunçuya aparaq, o ölür, – Şövkət 

ağlaya-ağlaya ətrafdakılara yalvarırdı. 

Özlərini yetirən həkimlər təəssüflə başlarını yellədilər. 

Nisbətən yaşlısı ehtiramla dilləndi: 

–  Artıq gecdir. Onun yarası çox ağırdır, biz bayaq gətirilən-

də müayinə etmişik, heç cərrahiyyə  əməliyyatının da xeyri 

olmayacaq,o əclafların atdığı qüllələr bədənin bir yerindən girib 

daxildəki bütün orqanları  zədələyir. Nə ona əziyyət verin, nə 

özünüzə.Həm də yollarda bir müsibət var ki...Bu vurhavurda 

maşın da tapmayacaqsınız...  

Şövkət həkimin dediklərinə məhəl qoymadı:  

– Bəlkə,  şəhərdə kömək edə bildilər. Ramizin ürəyi çox 

sağlamdır, ömründə bir dəfə  də  xəstələnməyib. Siz mənə 

kömək eləyin, bir maşın tapın... 

Şövkətin qardaşları da gəlib çıxdılar. Ağır xəbərin yolu 

yüyrək olur. Onlar haradan xəbər tutmuşdular, necə 

öyrənmişdilər, soruşmağa nə vaxt vardı, nə də imkan... 

Yolda qarşılaşacaqları  dəhşətləri göz alıb yaralını maşına 

qoydular.  

Bu kənddə Ramizi hamı tanıyırdı, hamı ona hörmətlə 

yanaşırdı. Onun çoxlarına yaxşılığı keçmişdi, cox adamın 

əlindən tutmuşdu, kömək eləmişdi. Hamı kədərlə xəstəxananın 

həyətindən sürətlə uzaqlaşan maşının arxasınca baxırdı... 

Tanklar kəndin küçələrini gülləboran edib, yolu kəsənlərin 

nəfəsini kəsib qanlı meydandan, hadisə yerindən uzaqlaş-

mışdılar. Kim bilir neçə insanın həyatının son gecəsi olmuşdu 

bu gecə, neçə ocaq söndürülmüşdü, neçə evə vay düşmüşdü. 

İndi bu tanklar şəhərin mərkəzinə üz tutmuşdular. Ölüm maşını 




Yüklə 1,04 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə