ŞÖVKƏt xanməMMƏdova



Yüklə 1,04 Mb.
Pdf görüntüsü
səhifə9/23
tarix15.10.2018
ölçüsü1,04 Mb.
#74252
1   ...   5   6   7   8   9   10   11   12   ...   23

___________Milli Kitabxana_______________ 

32 

mərkəzə doğrü irəliləyirdi. 

Bir azdan Ramiz özünə  gəldi, sürətlə gedən maşında onu 

bağrına basıb göz yaşları içərisində boğula-boğula Allaha 

yalvaran  Şövkəti gördü, harada olduğunu, hara getdiklərini 

dərk etməsə də onun əllərindən tutaraq güclə pıçıldadı: 

– Mənə soyuqdur Şövkət, üşüyürəm, üstümə yorğan ört. 

Şövkət onun üstünə örtməyə heç nə tapmadı, titrəyən bədəni 

ilə ona sarıldı. Sanki gələn ölümün bum-buz nəfəsinin qarşısına 

öz çəlimsiz vücudu ilə sipər çəkmək istəyirdi. 

Onları yolda bir neçə dəfə saxladılar. Hətta küçələrin birində 

yaralı bir rus əsgəri də gördülər. Hələ də nələrin baş verdiyini 

dərk etməyən maşındakılar rus əsgərləri tərəfindən gülləbarana 

tutulsalar da rus zabitinə kömək etmək istəyirdilər...Bir təhər 

yaralını maşına götürdülər. 

– Nə olsun ki, rusdur, nə olsun ki, əlində silah bizim 

üstümüzə gəlib. Axı o da insandır, o da canlıdır, o da bir ananın 

övladı, bir evin yiyəsi, hansısa körpənin atasıdır. Onu küçədə 

qoyub getmək günahdır. Bəlkə o heç atəş də açmayıb, ya da ki, 

onu buna vadar ediblər, o da əmir quludur... – bunu da içində 

göynəyə-göynəyə qardaşı söylədi. 

Bax, budur, bizi başqalarından fərqləndirən, budur bizim 

xalqın böyüklüyü, dahiliyi. Biz üstümüzə daşla gələni aşla 

qarşılayacaq qədər insaflıyıq, ürəkliyik... 

Şəhərə yaxınlaşdıqca yollar daha təhlükəli olurdu. Ara-sıra 

tanklarla qarşılaşırdılar.  

Küçələrdən birinə dönəndə  qəfildən qabaqda gedən tank-

larda biri onları gördü. Onlardan biri dayandı  və  qəzəblə 

maşının üstünə şığıdı: 

Şövkət dəhşət içərisində qışqırdı: 

– Maşını saxlayın, tank üstümüzə  gəlir, bu dəqiqə bizi 

əzəcək. 



___________Milli Kitabxana_______________ 

33 

O bərk-bərk Ramizi qucaqladı. Gözlərini yumub ölümü 

gözləməyə başladı. 

Qardaşı sükanı sağa fırlayıb maşını yolun kənarına çəkdi. 

Ölüm-qalım anı artıq saniyələrlə ölçülürdü. Nə etməli idilər? 

Fikirləşməyə vaxt yox idi. Tank isə düz maşının üstünə gəlirdi.  

Şövkət xanım öz ürəyini döyüntüsünü qulaqlarında eşidirdi. 

Üstü-başı qan içində idi. Ramizin zarıltısı getdikcə azalırdı. 

Onun baş verənlərin heç birindən xəbər yox idi. Ömrünün sanılı 

dəqiqələrinin qaldığını anlayirdı. 

Görəsən indi Ramizin könlündən nələr keçir, nələr düşünür, 

nələr fikirləşirdi? Bəlkə  də ömrünün ən bəxtiyar anlarını 

xatırlayırdı.  Şövkət xanımla ilk görüşlərini, toylarını, 

uşaqlarının dünyaya gəldiyi anları, uşaqlarının məktəbə getdiyi 

günləri, cəmi bircə ay əvvəl təntənə ilə qeyd etdikləri 50 illik 

yubileyini xatırlayırdı.  

Qəfil bir güllənin qurbanı olan, bu soyuq yanvar gecəsində 

ölümünə doğru gedən yaralı bir insanın qəlbində dolandır-

dıqlarından heç kəsin xəbəri yox idi. Sevimli həyat yoldaşını 

ölümün  əlindən qurtarmaq üçün həyatını  təhlükə altına 

qoymaqdan çəkinməyən həyat yoldaşının da, hərdən dönüb 

yazıq-yazıq ona baxan və üzləşdiyi təhlükəli vəziyyətlərdən 

məharətlə  çıxıb ancaq irəliyə can atan, hələ  də onu xilas 

edəcəklərindən ümidini üzməyən qardaşının da... 

Həyatla vidalaşan Ramiz daha Şövkət xanıma kömək etmək 

iqtidarında deyildi. Artıq o heç nə  eşitmirdi, heç nə hiss 

etmirdi. 

Yaxınlaşan tankla aralarında 5-6 metr məsafə qalanda 

maşına götürdükləri zabit yada düşdü. Şövkət xanımın qardaşı 

fikirləşmədən zabitin papağını  əlinə alıb maşından düşdü, 

tələsik tankın qabağına qaçdı. Bu anda heç nə fikirləşmədən 

ölümünü gözünə alaraq, tankla üz-üzə durdu.  




___________Milli Kitabxana_______________ 

34 

– Atəş açmayın, maşındakı sizin zabitdir, o yaralıdır,- deyə 

zabitin papağını yuxarı qaldırdı.  

Tank kabinəsindəkilər nə isə fikirləşib tankı dayandırdılar. 

Bu möcüzə idi. Yəqin ki, ölümlə çarpışan Ramizə, bütün 

vücudunu ərinə sipər edən Şövkətə, onların yolunu gözləyən 4 

günahsız, məsum körpəsinə, ağbirçək xəstə analarına, nəyin 

bahasına olursa olsun, Ramizi həkimə çatdırıb onu xilas etməyə 

çalışan qardaşı Rəşidə Allahın rəhmi gəldi.  

Ulu Tanrıdan ümid heç vaxt kəsilməz. O həmişə oz 

bəndəsinə qarşı adildir, rəhmdildir, mərhəmətlidir-  Şövkət 

ümidlə belə düşünür və getdikcə taqətdən düşən qolları ilə 

Ramizə sarılırdı... 

Tank fırlanıb öz yoluna davam etdi. Dərindən nəfəs alan 

Rəşid bir anlıq elə bildi ki, ayaqları yoxdur, o eləcə uça-uça 

maşına yaxınlaşdı. Qapını açıb oturdu, bütün bədəni suyun için-

də idi. Qışın ayazında alnından üzü aşağı tər damcıldayırdı... 

Yol ayrıcında 2 Təcili Yardım maşını dayanmışdı. Maşında-

kılar həyəcanla bu mənzərəni izləyirdilər. Heç kəs maşından 

düşməyə cəsarət eləmirdi, çünki azğınlaşmış əsğərlər heç kəsə 

aman vermədən atəş açırdılar, hətta tibb işçilərinə də. 

Tank gedəndən, təhlükə sovuşandan sonra Təcili Yardım 

maşınının sürücüsü astaca siqnal verdi. Rəşid aşağı düşüb 

maşına sarı yüyürdü: 

Bu da İlahinin ikinci möcüzəsi idi. Deməli Ulu Yaradanın 

Ramizə və onun sevdiklərinə rəhmi gəlib. 

Rəşid Təcili Yardım maşınının qapısını açdı: 

–  Mənim maşınımda 2 yaralı var, vəziyyətləri çox ağırdır. 

Onları təcili xəstəxanaya çatdırmalıyıq.  

Həkimlər hərəkətə gəldilər: 

– Hərəsini bir maşına yerləşdirərik. Onlarla kim gedəcək, 

adam varmı getməyə? 




Yüklə 1,04 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə