Soyad: Abdullayeva



Yüklə 9,51 Kb.
tarix26.11.2017
ölçüsü9,51 Kb.
#12895

Azərbaycan Dövlət İqtisad Universiteti

Ad: Məryəm

Soyad: Abdullayeva

Fənn: Azərbaycan Tarixi

Kurs və qrup: 1-ci kurs, 890

Müəllim: Həsənov Vəkil

Sərbəst işin mövzusu: Azərbaycanda atəşpərəstliyin yaranması

Qədim Azərbaycan əhalisinin bu dövrdə dini dünya görüşü səma qüvvələrinə, oda, suya, müxtəlif bütlərə inamla bağlı olmuşdur. Əhali arasında çoxallahlılıq (politeizm) mövcud idi. Azərbaycanda, xüsusilə cənubda oda pərəstiş yəni atəşpərəstlik geniş vüsət almışdı. Adətən, atəşpərəstliyi zərdüştlük dini inamı ilə eyniləşdirirlər. Halbuki hər iki inam müstəqil din sahələri kimi meydana gəlmişdir. Atəşpərəstlik kahinləri oda ibadəti qoruyub saxlayırdılar. Od müqəddəs hesab olunurdu. Oda xidmət edən kahinlər qədim İrak və antik dövr qaynaqlarında “maq” adlanırdı. Atəşpərəst maqlar ilk zamanlar zərdüştlük dini ayinlərini həyata keçirmişdilər. Ehtimala görə məhz e.ə VI əsrin sonundan etibarən maqlar İranda yayılmış zərdüştlük dininə kahin kimi xidmət göstərməyə başlamışdılar. Eyni zamanda bu kahinlər təxminən e.ə V-VI əsrlərdə və bəlkə də sonra zərdüştlüyə atəşpərəstlik dini ehkamını da daxil etmişdilər.

Zərdüştlük təlimi İran dilində tərtib olunmuş “Avesta” dini kitabında əks olunmuşdu. Avestaya sonralar əlavə edilmiş hissələrdə Zərdüşt kahinləri maq yox, atravan, yəni “od saxlayan” adını daşıyırdılar. Qədim Azərbaycan ərazisində belə kahinlərin adı barədə məlumat qalmamışdır. Şübhəsiz, Midiyaya atravan məfhumunun müqabili atərpat//atropat “ od saxlayan, odla saxlanan” olmuşdur. Hər iki məhfumun: İran dilləri əsasında izah edilməsinə baxmayaraq atəşpərəstlər müxtəlif etnoslara mənsub olmuşlar.

Zərdüştlük dininin banisi Zərdüşt (Avestada Zaraturştra, yunanca Zoroastr) hesab olunur. Zərdüştün yaşadığı dövr və dini təlimə başladığı yer mübahisəlidir. Zərdüştün e.ə VII əsrdə yaşaması ehtimalına üstünlük verilir.

Qədim İranda və Azərbaycanda çoxallahlıq mövcud olmuşdu. Zərdüştün təlimində isə təkallahlılıq əsasdır. O, Ahuramazdanı (Hörmüz) yeganə ali allah kimi qələmə verir, onu kainatın və canlıların yaradıcısı hesab edirdi. Ahuramazda xeyir və həqiqəti, onun qardaşı Anqrumanyu (Əhriman, Əhliman) isə şər qüvvələri təmsil edirmiş. Zərdüştün çağırışı ilə insanlar Anqrumanyu və onun köməkçiləri olan divlərə (köhnə allahlara) qarşı mübarizə aparmalı idilər. Zərdüşt təliminə görə, şərlə xeyir, yalanla həqiqət arasında ölüm-dirim mübarizəsi gedir, lakin son məqamda xeyir və həqiqət şər və yalana qalib gəlməlidir.



Zərdüştün təlimi yerli (div, dayva) dini dünya görüşünü saxlayan etnoslara qarşı yönəldilmişdi. İnamsız qələmə verilməklə bütün bəd əməllər onların adına çıxılırdı. Ahuramazdaya sitayiş edənə axirət dünyasında işiqlı həyat vəd olunurdu. Yaştlarda Zərdüşt ilk xeyirxah fikir sahibi, ilk kahin, döyüşçü və maldar, divlərdən (köhnə dinlərdən) birinci üz döndərən, Ahuramazdaya birinci sitayiş edən kmi qələmə verilmişdi. İlk zamanlar Zərdüşt təliminin əsasını maldarlığı inkişaf etdirmək və bununla əlaqədar şər qüvvələrə qarşı mübarizə aparmaq müddəası təşkil edirdi.

Zərdüşt təlimi əhali arasında mövcud olan əkinçilik və maldarlıq ənənəsini tərənnüm etmişdi, son mərhələdə atəşpərəstlik dini ayini maqlar tərəfindən zərdüştlüklə qarışdırılmış və onun əhali arasında yayılması üçün şərait yaratmışdı. Əslində atəşpərəstlik Zərdüşt təlimindən asılı olmayaraq meydana gəlmiş və İslam dininin bərqərar olmasına qədər öz varlığını saxlamışdı. Etnik və dil tərkibindən asılı olmayaraq Azərbaycanda əhali oda sitayiş edirdi. Oda sitayiş məbədlərdə ( atəşgahda) həyata keçirilirdi. Arxeoloji qazıntılar göstərir ki, dəfn mərasimi zamanı qədim Azərbaycan sakinləri od qalayırmışlar.
Yüklə 9,51 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə