Soyad: Fakültə



Yüklə 22,43 Kb.
tarix08.04.2018
ölçüsü22,43 Kb.
#36647

Azərbaycan Dövlənt İqtisad universiteti

Sərbəst iş №2

Ad:

Soyad:


Fakültə:

Qrup:


Kurs: 1

Fənn: Ətraf mühitin iqtisadiyyatı

Müəllim:

Sərbəst işin adi: Ətraf mühitdən istifadənin elmi-nəzəri məsələləri və imkişafının əsas mərhələləri


Təbiətdən  istifadə  məhsuldar  qüvvələrin  formalaşması  və  inkişafı,  təbiətlə  
cəmiyyət  arasında  münasibətlərin  yaranmasının  əsas  prinsiplərini  müəyyənləşdirir.   
İqtisadi  və  sosial  coğrafiyanın  predmeti,  məqsəd  və  vəzifələri  də  məhz  bu  
problemlərin  araşdırılması,  təbiətdən  səmərəli  istifadə  etməklə  əhalinin  artan  
tələbatını  öyrənməsi,  həyat  səviyyəsinin  daim  yaxşılaşdırılmasına  öz  töhfəsini  
verməsidir.  Təbiətdən  istifadə  yollarının  öyrənilməsi  təbiətlə  cəmiyyətin  qarşılıqlı  
münasibətinin  mahiyyətinin  aşkarlanması,  təbii  resurslardan  istifadə  yollarının  
təkmilləşdirilməsi deməkdir.  
  
Elm və texnikanın sürətli inkişafı şəraitində təbiətdən olduqca səmərəli istifadə  
etmək  insan  cəmiyyətin  qarşısında  ən  mühüm  problemə  çevrilmişdir.  Bu  problemin  
yaranması  və  həlli  də  məhz  cəmiyyətdən,  onun  intellektual  səviyyəsindən  asılıdır.  
Təbiət  insan  cəmiyyəti  formalaşana  qədər  də  mövcud  idi.  Təbii  komponentlər  
arasında qarşılıqlı əlaqə daim olmuş və vahid coğrafi təbəqə yaranmışdı, hal-hazırda  
da  insandan  asılı  olmayaraq  mövcuddur.  Sadəcə  olaraq  insan  bu  təbii  
komponentlərdən  öz  mənafeyi  üçün  istifadə  edir.  Təbii  komponentlər  planetar  olub,  
coğrafi  yerləşməsinə görə bütöv təbəqələri əhatə  edir. Planetimizin ayrı-ayrı coğrafi  
təbəqələri  cəmiyyətin  mənimsəməsi  baxımından  –  litosfer  (dağ  süxurları),  hidrosfer  
(su),  atmosfer  (  oksigen,  karbon  və  digər  qazlar),  biosfer  (bitki  və  heyvanat  aləmi)  
kimi dəyərləndirilir və istifadə edilir. İnsanlar da bioloji varlıq kimi biosferə daxildir,  
onun  komponentidir,  lakin  təbii  qanunlardan  tam  asılı  deyildir.  O,  daha  çox  
cəmiyyətin  qanunlarına  tabedir.  Buna  baxmayaraq  cəmiyyət  eyni  zamanda təbiətdən  
asılıdır,  onun  qanunlarına  qismən  tabedir,  lakin  təbiəti  dəyişməyə,  onu  bildiyi  kimi  
istifadə  etməyə  meyllidir.  Ona  görə  də  təbiətdən  səmərəli  istifadə  etmək  üçün  

cəmiyyət bütün təbiət elmlərindən, elmlər sintezindən daha bacarıqla istifadə etməyi  


öyrənməlidir.   
  
Cəmiyyətin  təbiətə,  coğrafi  mühitə  təsiri  durmadan  artır.  Unutmaq  olmaz  ki,  
coğrafi  mühit  böyük  təbii  məhsuldar  qüvvələrə  malikdir  və  bu  qüvvələri  öyrənmək  
təbiətdən  səmərəli  istifadə  etmək  üçün  olduqca  vacibdir.  Təbii  məhsuldar  qüvvə-lərə  
təbii  resurslar  və  mənimsəmənin  təbii  şəraiti  aiddir.  Təbii  resurslar  planetimizin  
insanlar tərəfindən mənimsənilə bilən ayrı-ayrı xarici təbəqələrinin komponentləridir.  
Bura müxtəlif faydalı qazıntılar, bioresurslar, təbii enerji mənbələri və s. aiddir.    
  
Təbii mühit  təbii  resursların mənimsənilməsi üçün  zəruri  olan coğrafi mühitin  
elementləridir.  Bura  insanın  nəfəs  alması  üçün  oksigen,  günəş  istiliyi  və  işığı,  
rütubətlilik,  yağıntılar,  göllər,  çaylar,  relyef,  bioloji  varlıqların  inkişafı  üçün  torpaq  
örtüyü və s. aiddir.  
  
Təbiətin  mənimsənilməsi  istehsal  vasitələri  ilə  daha  sıx  əlaqədədir  və  bu  elm  
və  texnikanın  inkişafı  üçün  əlavə  stimuldur.  Müasir  dünyada  elm,  elmi-texniki- 
tərəqqi  qarşısında  duran  ən  mühüm  vəzifələrdən  biri  də  məhz  elmin  məhsuldar  
qüvvəyə  çevrilməsidir.  Cəmiyyətin  elmi  –  intellektual  səviyyəsi  artdıqca,  yeni-yeni  
istehsal  vasitələri  istehsal  etdikcə  təbiətə  təsiri  daha  da  artır,  təbiətdən  istifadəni  
“dərininə”  və  “eninə”  doğru  təkmilləşdirir,  əhalinin  artan  tələbatını  ödəmək  üçün  
istehsalın artım imkanını genişləndirir.  
  
Təbiətdən istifadənin sürətli inkişafının baş verdiyi ərazilər ayrı-ayrı dövrlərdə  
müxtəlif  olmuşdur.  Əgər  ilkin  dövrlərdə  cəmiyyət  və  onun  mənimsəmə  imkanı  
təbiətdən  çox  asılı  idisə,  cəmiyyətin  sonrakı  tarixi  ərzində  o  tez-tez  dəyişmişdir.  
Həmçinin  tarixi  dövrlər  ərzində  coğrafi  mühitdə  baş  verən  dəyişiklikləri  də  nəzərə  
almaq  lazımdır.  Belə  ki,  son  buzlaşma  həm  insanların  inkişafına,  həm  
məskunlaşmasına,  həm  də  təbiətə  təsirində  ciddi  izlər  buraxmışdır.  Digər  tərəfdən  
insanlar  bir  sıra  təbii  hadisələri  və  təbii  kompleksləri  dəyişərək  mənimsəmənin  
coğrafi  mühitini  dəyişir,  təbiətin  tarixi  gedişini  sürətləndirir.  Dəyişən  təbiət  də  öz  
növbəsində  məhsuldar  qüvvələrə,  mənimsəmənin  formasına  öz  təsirini  göstərir.  
Elmin,  texnikanın  köməyi  ilə  səhralaşmanın  qarşısı  alınır,  kanallar,  kollektorlar,  

irriqasiya sistemləri yaratmaqla təbii landşaft antropogen landşaftla əvəz edilir. Bütün  


bunları  həyata  keçirərkən  nəzərə  alınmalıdır  ki,  təbii  komponentlərin  dəyişməsi  
insana neçəyə başa gələcək, bu dəyişmələr mənimsəməyə nə verəcək və dəyişkənliyə  
sərf  olunan  vəsait  nə  qədər  vaxta  ödəniləcəkdir.  Həmçinin  təbiətə  təsir  hansı  mənfi  
hallara  gətirib  çıxara  bilər  və  əks  təsir  nə  vaxt  və  ya  hansı  miqyasda  özünü  göstərə  
bilər.  Müasir  dövrdə  təbiətdən  istifadənin  iqtisadi  cəhətdən  qiymətləndirilməsi,  
təbiətin qorunması və ekoloji problemlərin yaranmaması ön planda olmalıdır.  

Əhalinin artımı təbii sərvətlərə olan əlavə təsiri gücləndirir və ətraf mühitin çirklənmə dərəcəsini artırır. Burada əsas problem əhalinin maksimal miqdarında deyil, bu miqdarın mövcud sərvətlərə necə münasibətdə olmasından ibarətdir. Dünya əhalisinin sürətlə artması nəticəsində əmələ gələn ehtiyatcların ödənilməsi üçün yeni-yeni təbii ehtiyatlar cəmiyyətin istifadəsinə verilir, kənd təsərrüfatı sənayeləşir və intensivləşdirilir. Elmi texniki tərəqqi bir tərəfdən insanın təbiətdən asılılığını minimuma endirir, digər tərəfdən isə ekoloji sistemdə mənfi iz buraxır. Ümumiyyətlə, insan dünyada bu günə kimi mövcud olan yeganə varlıqdır ki, daima təbiətlə münaqişə aparmış və aparır. Bəli, biz insanlar təbiətin tərkib hissəsiyik ancaq təbiətin bir çox qanunlarına qarşı çıxırıq. Belə ki, təbiətdə milyon illər davam edən tullantısız mübadilə proseslərindən və ziyansız maddələr mübadiləsi dövranı qanunlarından kənara çıxmışıq. Bundan başqa, təbiətə xas olan təbii sərvətlərdən “qənaətlə” istifadə prinsipləri müasir insanlar tərəfindən qorunmamışdır. Məsələn, son bir milyard ildə yaranan təbii sərvətlər son 90-120 ildə insanlar tərəfindən istifadə olunmuşdur. İnsanın ekoloji böhranla üzləşməsi təbii sərvətlərdən kortəbii istifadə olunması sayəsində yaranmışdır. Akademik S.S.Şvars göstərir ki, biosfer həyat üçün zəruri olan elementlərin optimal nisbətini milyon illərlə sabit saxlamış, lakin bir neçə onillik ərzində insan bu tarazlığı poza bilmişdir. Bu isə ekoloji problemlərin yaranmasına səbəb olub. Ekoloji problemlər hazırda bəşəriyyətin ən böyük qlobal problemidir. Bu gün bu ekoloji problemlərin həllində hamı iştirak etməlidir. Heç kimin bu işdən kənarda qalmağa mənəvi haqqı yoxdur. Ekoloji problemlər təbiətdən düzgün istifadə edilməmənin nəticəsidir. Biz biosfer təliminin banisi V.İ.Vernadskinin insan 1 dəqiqə də olsun belə biosfersiz yaşaya bilməz sözlərini unutmamalıyıq. Təbiətdən istifadə dedikdə təbii-resurs potensialının istismar edilməsinin və onun qorunub saxlanmasının bütün növlərinin məcmuu nəzərdə tutulur. Demək təbiətdən istifadə dedikdə aşağıdakı anlayışları nəzərdə tutmalıyıq. Təbii şəraitin istifadəsi və mühafizəsi;. Təbii resursların çıxarılması, emalı, onların bərpası və təkrar istehsalı. Təbii sistemlərin ekoloji balansının saxlanması, təkrar istehsalı və səmərəli dəyişdirilməsinin təmin edilməsi. E.F.Yusifov ətraf təbii mühitin faydalı xüsusiyyətlərinin insan tərəfindən istifadə imkanlarını təbiətdən istifadə kimi izah etmişdir. Əgər bu xüsusiyyətləri iqtisadi, sağlamlıq və mədəni xüsusiyyətlər olaraq 3 qrupa ayırsaq, onda təbiətdən istifadə iqtisadi, mədəni və ekoloji sağlamlıq kimi 3 formada özünü büruzə verir. Təbiətdən istifadəni torpaqdan istifadə, yerin təkindən istifadə, heyvanat aləmindən istifadə, atmosfer havasından istifadə kimi müxtəlif qruplara ayıra bilərik. Təbii vasitələr isə öz növbəsində bir neçə məqsəd üçün istifadə oluna bilər. Məsələn, su içmək üçün, həmçinin hidroenerji mənbəyi kimi və nəqliyyat vasitəsi kimi məişətdə istifadə edilir. Meşədən oduncaq mənbəyi, istirahət yeri, otlaq, giləmeyvə, dərman bitkiləri toplamaq və başqa məqsədlər üçün istifadə edilir
Yüklə 22,43 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə