Soyad: Fakültə



Yüklə 150,06 Kb.
tarix14.09.2018
ölçüsü150,06 Kb.
#68270

Sərbəst iş №: 5unec-logo-ag

Ad:


Soyad:

Fakültə:

Qrup:

Kurs: 2


Fənn: Pul və banklar

Müəllim:



Sərbəst işin adı: İnflyasiyanın növləri və pul islahatları

İnflyasiya - ölkə həyatının bütün sahələrilə sıx surətdə bağlıdır. Siyasi prosseslər, iqtisadi dəyişikliklər, beynəlxalq münasibətlər və. s inflyasiya səviyyəsinə operativ formada təsir göstərmək qabliyyətinə malikdir. Desək ki, inflyasiya yeni dövr tarixinin məhsuludur onda səhv edərik. Bir az araşdırsaq görərik ki, bu tarix boyu cəmiyyətin qabaqcıl problemi kimi mövcud olmuşdur. Bu proses metal pulun kağız pulla əvəz olunmasından sonra ortaya çıxmışdır. Kağız pulların çapından sonra pull əmtəə kütləsinə nəzərən dəyərdən düşməyə başlayırdı. Gələcəkdə inflyasiya adlandırılan bu proses-pulun alıcılıq qabiliyyətinin azalması müasir dövrün ən böyük problemlərindən biri kimi ortaya çıxmağa başladı. Qiymətlərin artım sürətindən asılı olaraq inflyasiyanın üç növü var: 1.Mülayim inflyasiya 2.Sürətli inflyasiya 3.İfrat (hiper) inflyasiya İl ərzində qiymətlər 10% dən çox artmırsa, bu cür inflyasiyaya mülayim və ya sürünən inflyasiya adlandırılır. Bəzi iqtisadi cərəyanlarda belə inflyasiyanı iqtisadi inkişaf üçün faydalı hesab edirlər. Bu halda pulun izafi dəyəri saxlanılır. İnkişaf etmiş ölkələrin əksəriyyəti üçün bu növ inflyasiya xasdır. Mülayim inflyasiya müəyyən dərəcədə iqtisadiyyatı hərəkətə gətirir, onu stimullaşdırır. Çünki, əhali qiymətlərin artımını gözlədikdə onlar daha çox məhsul və xidmətlərdən istifadə etməyə çalışır, nəticədə istehsalçılar təklifi artırır, nəticədə bazarda bolluq yaranır. Bu sahibkarlıq fəaliyyətini stimullaşdırır. İl ərzində qiymətlər 10% dən 20%-ə qədər artarsa ölkədə sürətli inflyasiya yaranacaqdır. Belə infilyasiya iqtisadiyyatda ciddi gərginlik yaradır. Ən azından ölkənin maliyyə kredit sahəsinə ciddi təsir göstərir. Ölkəyə investisiya qoyuluşu azalır. Sürətli inflyasiyada kağız pul qiymətdən düşür, istehlak şeylərinin xidmətlərin dəyəri əhalinin pul gəlirlərini qabaqlayır. Latın Amerikası, Cənubi Asiya, Azərbaycan bu inflyasiyaya məruz qalmışlar. İl ərzində qiymətlər 100% dən artıq artarsa ölkədə ifrat (hiper) infilyasiya meydana çıxır. Bu inflyasiya zamanı qiymətlər faizlə yox dəfələrlə artır. Pulun alıcılıq qabiliyyəti demək olar ki yox olur. Əhali ticarət əməliyyatlarını barter üsulu ilə həyata keçirir. İstehsal təşkil oluna bilmir, kəskin aşağı düşür, təklif azalır. Hiper infilyasiya zamanı bank sistemi dağılır, bazar mexanizmini, sahibkarlığı "iflic" edir. Hiper inflyasiya gözlənildiyi zamanı biznesdə təlaş yaranır. Qiymətlərin tarazlıq səviyəsinə görə inflyasiyanın iki növü var: tarazlaşdırılmış və tarazlaşdırılmamış. Tarazlaşdırılmış inflyasiya zamanı müxtəlif əmtəə qruplarının qiymətləri bir-birinə nisbətən sabit qalır.Tarazlaşdırılmış infilyasiya sahibkarlıq fəaliyyəti üçün bir o qədər qorxulu deyil.Bu zaman yalnız vaxtaşırı olaraq əmtəələrin qiymətini qaldırmaq lazım gəlir. Tarazlaşdırılmamış inflyasiya şəratində isə müxtəlif əmtəələrin qiyməti bir-birinə nisbətən və həm də müxtəlif proporsiyalarda daim dəyişir.Tarazlaşdırılmış inflyasiya isə sahibkarlıq fəaliyyəti üçün əsl bəladır. Belə şəraitdə kapital qoyuluşu üçün sərfəli sferanı tapmaq, bu məqsədlə gəlirlilik baxımından ən əlverişli variantları müəyyən etmək mümkün deyildir. Monetarist iqtisadçılar xarakterinə görə inflyasiyanı 2 yerə bölmüşlər. ➢ Gözlənilən ➢ Qəfil Gözlənilən inflyasiya müəyyən dövr üçün əvvəlcədən proqnozlaşdırılır müəyyən olunur. Belə inflyasiya zamanı banklar kreditlərin faizini artırır, istehsalçılar öz əmtəə və xidmətlərinin qiymətini qaldırır. Bir sözlə gözlənilən inflyasiyanın iqtisadiyata ciddi zərəri gözlənilmir. Qəfil inflyasiya ani anda baş verir. Birdən-birə qiymətlərdə sıçrayış baş verir. Hətta 10%-lik inflyasiyada belə iqtisadi vəziyyəti əhəmiyyətli dərəcədə pisləşdirir. Pul sisteminə və vergi sisteminə mənfi təsir göstərir. Rəqabətli bazar şəraitinin hökm sürdüyü ölkələrdə açıq inflyasiya gedir. Bu şəraitdə qiymətlər qeyri bərabər sürətdə yüksəlir, iqtisadiyyatda tarazlıq pozulur, belə olmasına baxmayaraq bazar mexanizminin fəaliyyət prinsipi pozulmur.Belə ki, tələb və təklif arasında istər istəməz tarazlığın yaranması bazar mühitini normallaşdırır. Əmtəə və xidmətlərin qiymətinin yüksəlməsi iqtisadiyyata əlavə sərmayə qoyuluşuna gətirib çıxarır. Bu isə istehsalın artmasına və təklifin artmasına qiymətlərin normal hala düşməsinə gətirib çıxarır. Açıq inflyasiya bazar iqtisadiyyatı ölkələri üçün xarakterikdir. İnflyasiyanın ölçülməsi, miqdarca qiymətləndrilməsi vacibdir. İnflyasiyanın ölçülməsi və ortaya çıxarılan rəqəm iqtisadiyyatın ümumi mənzərəsini əks etdirir. İnfilyasiyanın mövcudluğunu və səviyyəsini ÜDM–un defliyatoru, istehlakçı və istehsalçı qiymətləri indexi və s. üsullarlarla ölçürlər. Dövlətin pul islahatları keçirməkdə məqsədi inflyasiyanın qarşısı almaq və ya onun nəticələrini yumşaltmaqdır. Deflyasiya –pul nişanlarının bir hissəsini dövriyyədən çıxarmaqla pul kütləsini azaltmaqdır. Özlüyündə deflyasiya hələ tam pul islahatı demək deyil. Amma adətən deflyasiya islahatın ilkin elçisidir və onun keçiriləcəyindən xəbər verir. Denominasiya - Köhnə pul nişanlarının müəyyən proporsiyalara uğun şəkildə yeniləri ilə əvəz edilməsi sayəsində pul vahidinin böyüdülməsidir. Bu zaman böyütmə əmsalı qismində 10, 100, 1000 kimi rəqəmlər çıxış edir. Təbii ki, bu halda həmin nisbəti həmçinin bütün məhsul və xidmətlərin qiymətinə, taariflərə, əməkhaqqı və təqaüdlərə də tətbiq edilir. Bu pul dövriyyəsini və pul uçotunu sadələşdirir. Proses inflyasiyanın müəyyən səviyyəyə saldıqdan sonra həyata keçirilir. Devalvasiya - Bu pul vahidinin (valyutanın) tərkibindəki qızılın miqdarını azaltmaq və ya onun əcnəbi valyutalara nisbətdə məzənnəsinin aşağı salınmasıdır. Əgər valyuta məzənnəsi sabitdirsə, devalvasiya dövlətin qərarı ilə həyata keçirilir. Ya da valyutanın kursu avtomatik şəkildə bazar mexanizminin təsiri nəticəsində aşağı düşür. Revalvasiya - Bu devalvasiyaya əks olan prosesdir. Pul vahidinin qızıl tərkibinin rəsmi artırılması onun valyuta paritetinin və faktiki valyuta məzənnəsinin yüksəlməsidir. Uzunmüddətli inflyasiyadan sonra pulların alıcılıq qabiliyyətinin bərpa olunması üçün tətbiq edilir. Nulifikasiya - Pulların alıcılıq qabiliyyətinin praktiki olaraq sıfıra enməsinə səbəb olan, olduqca güclü inflyasiyanın nəticəsində həyata keçirilir. Siyasi hakimiyyətin dəyişməsi nəticəsində də həyata keçirilə bilər. Köhnə pul vahidinin qüvvədən düşməsi və etibarlı sayılmadığı elan edilir. Bəzən isə onlar həddindən artıq aşağı məzənnə ilə dəyişdirilir. 1924- cü ildə pul islahatı zamanı bir yeni reyxsmark bir trilyon köhnə markaya dəyişdirilirdi.
Yüklə 150,06 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə