Soyad: Hacızadə Fakültə: Beynəlxalq Magistratura və Doktorantura Mərkəzi



Yüklə 443,02 Kb.
səhifə2/4
tarix22.05.2023
ölçüsü443,02 Kb.
#111952
1   2   3   4
Zərdüştlüyün Azərbaycanda yayılması və onun xüsusiyyətləri

Azərbaycanda zərdüştlük

Tarixçilər sübut ediblər ki, Azərbaycanda zərdüştlük dini olub. Dünyada ilk dəfə təkallahlığı qəbul edən, Azərbaycan torpağında yaranan zərdüştlük dininin əsasını qoyan, Zərdüşt peyğəmbər olmuşdur. Orta Asiyanın qədim mütəfəkkir alimi Biruni (973-1048) yazmışdır ki, Zərdüşt əslən Azərbaycandan idi.
Həmçinin tarixi reallıq ondan ibarətdir ki,Azərbaycan ərazisi zərdüştiliyin ilk yayıldığı yerlərdən biri olmuşdur. Təkcə onu qeyd etmək kifayətdir ki,Atropatenada Zərdüştilik hakim mövqeyə yüksəlmişdir. Həmçinin bu dövlətin paytaxtı Qazaka şəhərində zərdüştilərin üç ən müqəddəs ziyarətgahından biri – Adurquşnasp yerləşirdi.
Tarixi mənbələr sübuta yetirir ki, Zərdüştilik təkcə Cənubi Azərbaycanda deyil, həm də Şimali Azərbaycan ərazisində geniş yayılmışdı. Qafqaz Albaniyasında 313-cü ildə xristianlığı dövlət dini səviyyəsinə qaldıran Alban hökmdarı Urnayrın Zərdüştiliklə apardığı mübarizə ondan xəbər verir ki, erkən orta əsrlərdə Şimali Azərbaycan ərazisində Zərdüştün təliminə etiqad bəsləyənlərin sayı az deyildi. Zərdüştilik əleyhinə siyasət digər Alban hökmdarları tərəfindən davam etdirilsə də, Qafqaz Albaniyası ərazisində zərdüştilərin dini icmaları varlığını qoruya bilmişdir.
VII əsrdə İslamın gəlişindən sonra Azərbaycanda xristianlıq kimi, zərdüştiliyin də nüfuzu get-gedə zəiflədi və Zərdüştün dini tədricən əhəmiyyətini itirərək aradan qalxdı. İslamın hakim mövqeyə yüksəldiyi dövrlərdə belə Şimali Azərbaycanda zərdüşti icmalar mövcud idi. Məsələn, ərəb coğrafiyaçısı və səyyahı Əbu İshaq İbrahim ibn Məhəmməd əl-İstəxri (850-934) “Məmləkətlərin yolları kitabı”nda yazmışdır ki, Bakı yaxınlığında zərdüştilərin yaşadığı kəndlər mövcuddur. Məşhur coğrafiyaçı və tarixçi Əbül-Fida İsmail Həməvi (1273-1331) Muğan vilayətində atəşpərəstlərin yaşadığı kəndlərdən bəhs edir.
Qeyd edək ki, Abşeron yarımadasında təbii yanar qazların çıxdığı yerlər hər zaman zərdüştiləri cəlb etmişdir. Şimali Azərbaycanın bir sıra yerlərində olmuş alman səyyahı Engelbert Kempfer (1651-1716) bu haqda maraqlı məlumatlar verir. O, Abşeron yarımadasında, Bakı şəhərindən 30 km aralıda Suraxanı kəndi yaxınlığında vaxtilə yeddi müqəddəs alovun yandığını qeyd etmişdir: “...qədim fars tayfası nəslindən olan iki gəlmə atəşpərəst hindlilər tikdikləri divarın ətrafında hərəkətsiz halda oturaraq, əbədi tanrıya dua oxuyur, yerdən çıxan alova baxaraq ona səcdə edirdilər... əvvəllər buradan beş yüz metr kənarda aralarında bir vaxtlar bu alovun yandığı yan-yana yeddi oyuq görünürdü. Həmin alov sönəndən sonra od mənim təsvir etdiyim yerdən üzə çıxmışdır”.

Gördüyümüz kimi, alman səyyahı öz xatirələrində hələ XVII əsrdə Suraxanı ərazisində od məbədinin mövcud olduğunu bildirir. Əslində, onun tarixi daha qədim dövrlərə gedib çıxır. Tarixi mənbələrdən məlum olur ki, Suraxanıdakı od məbədindən hinduizm, siqhizm və Zərdüştilik dinlərinin mənsubları ortaq şəkildə istifadə edirdilər. O da məlumdur ki, XVII-XVIII əsrlərdə bu “Atəşgah”da (fars dilində “alov yeri” mənasına gəlir – Red.) gebrlər , XIX əsrin əvvəllərində isə parsilər ibadət etmişlər. Zaman keçdikcə Suraxanıdakı “Atəşgah” böyük bir dini kompleksə çevrildi. Kompleksin inşa tarixi 1713-cü ilə aid edilir. Hazırda bu kompleks “Atəşgah məbədi” tarix-memarlıq abidəsi kimi Azərbaycan dövləti tərəfindən qorunur. Bu baxımdan Azərbaycan Prezidenti İlham Əliyevin 19 dekabr 2007-ci ildə Suraxanıdakı Atəşgah ərazisinin “Atəşgah məbədi” Dövlət Tarix-Memarlıq Qoruğu elan edilməsi ilə bağlı imzaladığı Sərəncam böyük əhəmiyyət kəsb edir. Sərəncama əsasən, kompleks ətrafında açıq səma altında muzey yaradılmışdır. Eyni zamanda, dövlətimizin səyi nəticəsində “Atəşgah məbədi”nə 30 sentyabr 1998-ci ildən mədəni irs nümunəsi kimi “gücləndirilmiş mühafizə” statusu verilmiş və abidə UNESKO-nun Təcili Qorunmaya Ehtiyacı olan Maddi-Mədəni İrsin İlkin siyahısına daxil edilmişdir.
Zərdüştlüyin Azərbaycanın tarixində rolu.
Beləliklə, göstərilən faktlar bir daha təsdiqləyir ki, Zərdüştilik Azərbaycanın tarixində özünəməxsus rol oynamışdır. Zərdüştilik dini Azərbaycanda tamamilə əhəmiyyətini itirib ortadan qalxsa da, xalqımızın mədəniyyəti və adət-ənənələrində öz varlığını qoruyur. Hər il ölkəmizdə təntənəli şəkildə qeyd olunan Novruz bayramı bunun bariz nümunəsidir. Novruz bayramı ərəfəsində tonqalların qalanması, şamların yandırılması, həmçinin ölkəmizin bir sıra bölgələrində ocağa su tökməyin günah sayılması və digər bu kimi adət-ənənələr göstərir ki, min illər keçməsinə baxmayaraq, zərdüştiliyin əlamətləri bu gün də xalqımızın həyat tərzində özünü büruzə verməkdədir.
Bir çox tədqiqatçının hesab etdiyi kimi, zərdüştilik e.ə. 2-ci və 1-ci minilliyin ayrıcında meydana gəlmişdir. Bu monoteist dinin banisi Zərdüşt ideologiya tarixində ilk dəfə olaraq, dini formada olsa da, sosial Şər problemini qaldırmış, qətiyyətlə Xeyirlə Şəri bir-birindən ayırmış və fərqləndirmiş, bu kateqoriyaların qarışıq salınmamasını tələb etmişdir. Zərdüşt sosial Şər ilə mübarizənin mümkünlüyünü, bu mübarizədə hər kəsin öz seçimi olduğunu elan etmişdir. O, ilk dəfə olaraq dünyanın yarandığı andan axirət gününə kimi bir istiqamətdə xətti inkişaf etdiyini göstərmiş (bu isə Zərdüştdən əvvəlki hind-Avropa dinlərinə məlum deyildi), Xilaskarın gəlişini və ölülərin cismən dirilməsini, o dünyada möminləri cənnət, günahkarları isə cəhənnəm əzabları gözlədiyini moizə etmişdir.
Zərdüşt ilk dəfə olaraq bildirmişdir ki, ali məqsəd bütün yaranmışlardan fərqlənən, Xeyiri, yaxud Şəri seçmək iradəsinə və tarixin gedişinə təsir göstərmək bacarığına malik olan insanın yaradılmasıdır. Zərdüştiliyin daxilində formalaşmış ideyalar hazırda mövcud olan dünya dinlərində — xristianlıqda və islamda mühüm yer tutur. Eramızın ilk əsrlərində zərdüştilik buddizmə də təsir göstərmişdir: gələcək xilaskar — Budda Maystrei fıquru bu dində məhz həmin dövrdə meydana çıxmışdır.
Zərdüştlüyün vətəni haradır?
Zərdüştilik ideyaları qədim yunan və orta əsrlər islam fəlsəfəsinə də mühüm təsir göstərmişdir. Zərdüştün və zərdüşti dini təliminin dəqiq vətəninin müəyyənləşdinlməsi məsələsi bu günə kimi tədqiqatçılar arasında mübahisə predmeti olaraq qalmaqdadır. Əgər əvvəllər zərdüşti ənənəsinin özü, qədim yunan və orta əsr müsəlman müəllifləri, həmçinin bir çox sonrakı tədqiqatçılar birmənalı olaraq bu dinin və peyğəmbərin özünün vətənini Azərbaycanda görürdülərsə, 20-ci əsrin ikinci yarısından başlayaraq xarici və yerli alimlərin bir qismi onu ya Şərqi Midiyada, ya Volqanın şərqindəki Asiya çöllərində, bəzən də Tyan-Şan, Pamir-Altay, Hindiquş da daxil olmaqla Mərkəzi Asiyanın dağətəyi vilayətlərində yerləşdirməyə üstünlük verir və Azərbaycanı tamamilə bu siyahıdan kənarda qoyurdular. Onların fikrincə, Azərbaycan yalnız sonralar — artıq Sasanilər dövründə zərdüştiliyin mərkəzi olmuşdur.

 
Qədim dövrdə və erkən orta əsrlərdə zərdüştilik geniş ərazilərdə — İranda, Azərbaycanda, Orta Asiyada, Əfqanıstanda, Yaxın və Orta Şərqin bir sıra vilayətlərində yayılmışdır. Müxtəlif tayfa və xalqların məskunlaşdığı bu böyük ərazinin əhalisi zərdüştiliyə etiqad edirdi və o, burada min beş yüz il ərzində yeganə də olmasa, dominant din olmuşdur.
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə