Soyad: Hacızadə Fakültə: Beynəlxalq Magistratura və Doktorantura Mərkəzi


Zərdüştlük Azərbaycan xalqının tarixində və mədəniyyətində silinməz iz buraxmışdır



Yüklə 443,02 Kb.
səhifə3/4
tarix22.05.2023
ölçüsü443,02 Kb.
#111952
1   2   3   4
Zərdüştlüyün Azərbaycanda yayılması və onun xüsusiyyətləri

Zərdüştlük Azərbaycan xalqının tarixində və mədəniyyətində silinməz iz buraxmışdır.

Bu dini təlim Cənubi Azərbaycanın ərazisində artıq e.ə. 1-ci minilliyin ilk əsrlərindən yayılmağa başlamışdır. Burada hələ zərdüştiliyəqədərki zamanların köhnə mazdaizm dinləri, həmçinin dualizm, maqların təlimi, oda sitayiş və digər dini etiqadlar zərdüştiliyin formalaşmasında müəyyən rol oynamışlar.
Azərbaycanın ən qədim sakinlərindən olan kaspilərin dəfn mərasimləri, Onların şəxs adlarında zərdüşti elementlərinin olması hələ Əhəmənilər dövründə (e.ə. 6-4 əsrlər) kaspilər arasında mazdaizmin və zərdüştiliyin yayılmasını təsdiq edir. Kiçik və ya Atropat Midiyasının ən iri tayfalarından biri — midiyalıların (madahların) dini görüşlərinin daşıyıcısı olan maqlar od kultunun xidmətçi kahinləri, zərdüşti təlimini təbliğ edənlər və qədim ənənələrin, Avestanın müqəddəs kitablarının qoruyucusu olmuşlar. Alimlərin bir çoxu Əhəməni sülaləsinin ilk şahlarının zərdüştiliyi maqlardan götürdüklərini ehtimal edir.
Midiya, sonralar isə Atropatenanın mənəvi və ümumiyyətlə mədəni həyatında maq kahinlərin (atravanların) əhəmiyyəti çox böyük olmuşdur. Atropatenanın başında e.ə. 4-cü əsrdən başlayaraq teokratik hakim Atropat durmuşdur. Atropat şəxs adı deyildir, ona Avestada rast gəlinir və o, “od qoruyucusu” mənasını bildirir. Bütün bunlar Atropatenanın hələ Sasanilərdən xeyli əvvəl zərdüştiliyin mərkəzi olduğunu sübut edir.
Zərdüştilikdə odun və od kultunun əhəmiyyətini qiymətləndirməmək mümkün deyildir. Avestada və zərdüştilikdə od o qədər böyük rol oynamışdır ki, zərdüştiləri çox zaman “atəşpərəstlər” adlandırırlar. Od (Atar, sonralar Azər) ilahi ədalətin — Artanın (Avestada Aşa) ifadəsi, yaxud simvolu hesab olunurdu. Zərdüşti səcdəgahlarında odu sönməyə qoymur, ona səcdə edilir, onun şərəfınə məbədlər ucaldılırdı.
Sasanilər dövründə maqların çoxluq təşkil etdiyi Atropatenada odun və od məbədlərinin rolu xüsusilə böyük olmuşdur. 3-7-ci əsrlərdə — zərdüştilik Sasanilərin rəsmi dövlət dini olduğu zaman Cənubi Azərbaycanın rolu daha da artmış və o, üç əsr yarımlıq dövr ərzində zərdüştiliyin və zərdüşti kahinlərinin dayağına çevrilmişdir. Burada, Atropatenanın dini mərkəzi olan Şiz şəhərində Sasanilərin üç müqəddəs ziyarətgahından biri — şahın və döyüşçülərin od məbədi Adurquşnasp (Azərgüşnasp) yerləşirdi ki, buraya Sasani şahları tacqoyma mərasimindən sonra ziyarətə gəlirdilər.

Yüklə 443,02 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə