Soyad: Hacızadə Fakültə: Beynəlxalq Magistratura və Doktorantura Mərkəzi


Son onilliklərin tədqiqatlarının zərdüştlük ideyaları



Yüklə 443,02 Kb.
səhifə4/4
tarix22.05.2023
ölçüsü443,02 Kb.
#111952
1   2   3   4
Zərdüştlüyün Azərbaycanda yayılması və onun xüsusiyyətləri

Son onilliklərin tədqiqatlarının zərdüştlük ideyaları.
Son onilliklərin tədqiqatları zərdüştilik ideyalarının Şimali Azərbaycan ərazisində də dərin kök saldığını və geniş yayıldığını göstərir. Abşeronun bir çox yaşayış məskənlərində yanan təbii yanar qazlar — “əbədi” odlar qədim zamanlardan buraya Şərqin müxtəlif ölkələrindən zərdüşti möminləri və zəvvarları cəlb etmişdir. Bu odlar Xəzərin sahili boyu təpələrin ətəklərində yanırdı, təbii odlar qrupu ətrafında yaranmış iri yaşayış məskəni isə tədricən müqəddəs odların “yanar” paytaxtı — Bakı şəhərinə çevrilmişdir. Bir çox yerlərdə müqəddəs odları burada xeyli səcdəgah və od məbədləri yaratmış atəşpərəstlər qoruyurdular. Bakı şəhərinin adına Şərq müəlliflərində 10-cu əsrdən başlayaraq rast gəlinir, eramızın ilk əsrlərində (Sasanilər dövründə) isə o, hələ Baqavan şəhəri kimi tanınırdı. Qədim mərasim tikililərinin tədqiqatçısı D.Axundovbelə hesab edirdi ki, qədimdə bu şəhər Atəşi-Baquan (“Baquanın odları”), yəni “allah şəhəri”, yaxud “allahın yeri” adlanırdı və burada atəşpərəstlərin baş məbədlərindən biri — sonralar “Qız qalası” adlandırılmış yeddisəcdəgahlı səkkizmərtəbəli qala-məbəd yerləşirdi. Bu möhtəşəm məbədi bəzi tədqiqatçılar Ahura Mazda (“müdrik allah”), altı Ameşa Spenta (“ölməz müqəddəslər”) və Mitra ilə əlaqələndirirlər. Qədimdə baş məbədin ətrafında mazdaizm və mitraizm panteonlarının allahlarına həsr edilmiş çoxlu sayda kiçik məbədlər və bütxanalar da mövcud olmuşdur.
Midiyalılar və kaspilər kimi, albanlar da mitraizmin və mazdaizmin, sonralar isə zərdüştiliyin ardıcılları olmuşlar və onların abidələri də həmin dinlərin qanun və tələblərini təcəssüm etdirmişdir. Ayin və xatirə-mərasim tikililəri həmişə qədim kahin kanonları və göstərişlərinə əsasən inşa edilirdi. Bu mərasim tikililəri sonralar xristian və islam dinlərinin çoxlu sayda məbədlərinin və digər xatirə tikililərinin meydana gəlməsinin əsasını təşkil etmişdir. Mərasim və xatirə memarlıq abidələri, həmçinin, şübhəsiz ki, erkən və inkişaf etmiş orta əsrlərdə Albaniya incəsənəti özündə xristian, zərdüşti, mitraizm və islam dinlərinin elementlərini daşımışdır. Bu, onunla izah olunur ki, 4-cü əsrdə xristianlığı qəbul etmiş qonşu Gürcüstandan fərqli olaraq Albaniyada uzun müddət xalqın bir hissəsi zərdüştiliyə, mitraizmə və müxtəlif ayinlərə etiqad etməkdə davam edirdi. Musa Kalankatuklu Albaniyada xristianlığın üstün gəlməsini dəfələrlə qeyd etsə də, görünür, zərdüştilik Albaniya ərazisində kifayət qədər geniş yayılmışdır. Bunu həmin ərazidə aşkar edilmiş orta əsr məbədləri və od səcdəgahları bir daha sübut edir. 4-cü əsrdə (Sasanilər dövründə) Albaniyada məbəd memarlığı müəyyən dəyişikliklərə məruz qalır: məbədin əsas otağı (bir qayda olaraq, dördbucaqlı zal) özünəməxsus günbəzşəkilli otaqla - “dörd tağ”, yaxud “dörd hücrə” əvəz olunmuşdur.
Albaniyada od məbədləri çox zaman “atəşgah”, yaxud “çartaq” adlanırdı. Orta əsrlərə aid belə od məbədlərindən -çartaqlardan biri Yuxarı Çardaqlar kəndi (Zaqatala rayonu) yaxınlığında aşkarlanmışdır; tədqiqatçıların fikrincə, onun yanında “aşağı çartaq” da movcud olmuşdur. Memarlıq görkəminə görə Yuxarı Çardaqlardakı “çartaq” Abşeron yarımadasındakı qədim od məbədlərinə çox yaxındır. Lənkəran rayonununQovuran kəndində tapılan od səcdəgahının Yuxarı Çardaqlardakı və Suraxanıdakı od səcdəgahlarına oxşarlığı da maraq doğurur. Qovuran kəndinin yerləşdiyi Muğan vilayətinin adı “xalq etimologiyası”nın nəticəsidir “muğ” — “maq” sözü ilə bağlıdır. Ərəb müəllifləri, o cümlədənƏbül Fida Muğan vilayətində çoxlu sayda maqların (atəşpərəstlərin) yaşadığı kəndlərdən bəhs edirlər. Eyni zamanda, Qovuran toponiminin etimologiyası da Gavuran – “gavurlar (gəbrlər) yeri” sözü ilə əlaqəlidir. Bu faktlar orta əsrlərdə Muğanda zərdüşti əhalinin mövcudluğunu təsdiqləyir. Arxeoloqların Dərbənd şəhəri yaxınlığında aşkarladığı bir neçə zərdüşti qəbirləri Azərbaycanın bu zonasında da zərdüştiliyin yayılmasını sübut edir. 
Qədim Suraxanı məbədləri və atəşpərəstləri haqqında burada müxtəlif dövrlərdə olmuş səyyahlar və alimlər — alman səyyahı E.Kempfer(1683), fransız səyyahı, yezuit Villot (1689), alman həkimi İ.Y.Lerx (1732-35), ingilis səyyahı C.Hanvey (1740-47), rus səyyahları — akademikS.Q.Qmelin (1770) və S.Bronevski (1803) məlumat vermişlər. Hanveyin və Qmelinin məlumatlarına əsasən hələ 18-ci əsrdə Suraxanıda daşdan tikilmiş bir neçə qədim od məbədi mövcud idi, lakin zərdüştilər yalnız birindən istifadə edirdilər.


Suraxanı Atəşgahı
Suraxanıdakı qədim od məbədləri bizim günlərədək qorunub saxlanmamışdır: Hanvey orada mövcud olan məbədlər haqqında xəbər verdiyi halda, Qmelin “yalnız bəzi yerlərdə ilkin tikililərin dağıdıldığını” göstərir, Bronevski isə məbədlərdən “yalnız dağıntılar qaldığını” bildirir. Pars alimi C.C.Modinin fikrinə görə, Suraxanıdakı Atəşgah məbədi daha qədim məbədin yerində tikilmişdir. O qeyd edir ki, “...bizim kitablarımızda Xəzər dənizinin qərb sahilində yerləşən Azərbaycanda bir neçə atəşpərəst məbədinin mövcudluğu haqqında yazılıb”. Mənbələrdə Suraxanıdakı odlara qəbrlərin, eləcə də hindlilərin (parslar) sitayiş etdiyi göstərilir (“qəbrlər” məfhumunun yerli zərdüştiləri nəzərdə tutduğunu söyləmək olar). Lakin 18-ci əsrin sonu — 19-cu əsrin birinci yarısına aid məlumatlarda gəbrlər haqqında, demək olar ki, heç bir xatırlama yoxdur. Atəşgahda yalnız ziyarətçi parsların olduğu göstərilir. Beləliklə, hələ 17-18-ci əsrlərdə Suraxanıda qədim od məbədləri mövcud olmuş, orada yerli zərdüştilər — gəbrlər ibadət etmiş, 19-cu əsrin əvvəllərindən isə onları parslar əvəz etmişlər.


Ədəbiyyat/Mənbə
https://kayzen.az/blog/din/10650/z%C9%99rd%C3%BC%C5%9Ftilik.html /Müəlliflər: Aflq Sultanov, Rauf Məlikov Azərbaycan Milli Ensiklopediyası

http://multikulturalizm.gov.az/az/post/1135/azerbaycanda-zerdustilik.html /AZƏRBAYCANDA ZƏRDÜŞTİLİK (məqalə)


http://www.anl.az/down/meqale/xalqcebhesi/2016/iyun/495069.htm (Vaqif ƏSƏDOV, Azərbaycan Tarix və Mədəniyyət Abidələrinin Mühafizə Cəmiyyətinin sədr müavini Xalq Cəbhəsi.- 2016.- 10 iyun.- S.13.)
https://azerbaijan.az/related-information/213 - Vahid Ömərov, fəlsəfə üzrə fəlsəfə doktoru (Qəzet)
https://azerbaijan.az/related-information/213 (Dinlərin tarixi)
Yüklə 443,02 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə