Soyad: HÜseynli qrup: 185



Yüklə 67,57 Kb.
Pdf görüntüsü
tarix01.07.2018
ölçüsü67,57 Kb.
#52722


AZƏRBAYCAN  DÖVLƏT 

İQTİSAD UNİVERSİTETİ

AD:SƏBUHİ

SOYAD:HÜSEYNLİ

QRUP:185

KURS:1


İXTİSAS:İQTİSADİYYAT

MÜƏLLİM:EMİNOV 

FUAD

SƏRBƏST İŞ:N7



XIX  əsrin  sonlarından  başlayan  elmi–texniki  tərəqqi,  sənayenin  sürətli 

inkişafı  nəticəsində  ətraf  mühitə  edilən  təsirlər  XX  əsrin  ortalarında  öz 

mənfi  nəticələrini  büruzə  verməyə  başladı.  Artıq  insanlar  təbiətə 

münasibətlərini  dəyişməyəcəkləri,  onun  ehtiyatlarından  səmərəsiz 

istifadəyə son qoymayacaqları təqdirdə bu prosesin onların özlərinə qarşı 

çevriləcəyini və arzuolunmaz nəticələrə  gətirib çıxaracağını  anladılar. Bu 

problemin  gələcəkdə  qlobal  kataklizmlərə  səbəb  olacağını  başa  düşən 

alimlər,  ekoloqlar  öz  etiraz  səslərini  ucaltmağa,  həyəcan  təbili  çalmağa 

başladılar.  Problemin  ciddiliyini  dərk  edən  beynəlxalq  təşkilatlar, 

tərəqqipərvər  dünya ictimaiyyəti də öz növbəsində məsələni daim diqqət 

mərkəzində saxlamağa çalışırdı.

Nəhayət,  1972–ci  ildə  Birləşmiş  Millətlər  Təşkilatı  Baş  Məclisinin  İsveçin 

paytaxtı  Stokholmda  keçirilən  iclasında  5  iyun  tarixinin  Dünya  Ətraf 

Mühitin  Mühafizəsi  Günü  kimi  qeyd  olunmasına  qərar  verilmişdir.  O 

vaxtdan  etibarən  hər  il  bu  gün  bütün  dünyada  təntənəli  şəkildə  qeyd 

olunur.


Dünya  Ətraf  Mühitin  Mühafizəsi  Gününün  hər  il  geniş  tədbirlərlə  qeyd 

edildiyi  Azərbaycanda  da  ətraf  mühitin  mühafizəsi  və  ekoloji  problemlər 

daim  diqqət  mərkəzindədir.  Prezident  İlham  Əliyevin  rəhbərliyi  ilə 

ölkəmizdə  bütün  sahələrdə  olduğu  kimi,  ekoloji  problemlərin  həlli,  ətraf 

mühitin  mühafizəsi,  ekoloji  tarazlığın  bərpa  edilməsi  istiqamətində  də 

mühüm  işlər  görülür.  Ekoloji  cəhətdən  dayanıqlı  sosial-iqtisadi  inkişafa, 

meşələrin bərpa edilməsi və artırılmasına  dair milli proqramlar, həmçinin 



Azərbaycanda  hidrometeorologiyanın  inkişafına  dair  Dövlət  Proqramı 

uğurla yerinə yetirilir.

Beynəlxalq  ekoloji  proqramların  həyata  keçirilməsi,  təbii  sərvətlərin 

bərpasının  təmin  edilməsi  və  mühafizəsi,  milli  parkların  təşkili  və  ekoloji 

şəbəkənin  yaradılması  istiqamətində  görülən  işlər  də  bu  qəbildəndir. 

Prezident İlham Əliyevin 2010-cu ili ölkədə “Ekologiya ili” elan etməsi bu 

sahəyə diqqəti daha da artırmışdır. “Ekologiya ili” çərçivəsində, eləcə də 

sonrakı  illərdə  ölkəmizdə  milyonlarla  ağacın  əkilməsi,  yeni  parkların 

salınması  və  dövlətimizin  başçısının  özünün  bu  kampaniyalarda  iştirakı 

ətraf mühitin qorunmasına xüsusi diqqətin göstəricisi sayıla bilər.

Heydər Əliyev Fondunun ekologiyanın, ətraf mühitin qorunmasına xidmət 

edən  “Hərəmiz  bir  ağac  əkək”  layihəsi  də  bu  sahəyə  böyük  töhfələr 

vermişdir. Fondun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı 

səfiri Mehriban xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən bu layihə 

çərçivəsində ölkəmizdə hektarlarla sahə yaşıllaşdırılmışdır.

Heydər  Əliyev  Fondunun  vitse-prezidenti  Leyla  Əliyevanın  təşəbbüsü  ilə 

2011-ci  il  iyulun  12-dən  fəaliyyətə  başlayan  İDEA  –  Ətraf  Mühitin 

Mühafizəsi  üzrə  Beynəlxalq  Dialoq  Kampaniyası  çərçivəsində  ölkəmizdə 

ətraf  mühitin  qorunması  sahəsində  görülən  işlər  Azərbaycanda  ekoloji 

problemlərə verilən önəmin göstəricisidir.

Bu  gün  ölkəmizdə  ekoloji  problemlərin  həllinə,  ətraf  mühitin  mühafizəsi 

məsələlərinə daha çox diqqət yetirilir. Milli parkların yaradılması işi uğurla 

davam  etdirilir,  təbii  ehtiyatların  qorunması  üçün  uzunmüddətli  dövlət 

planları nəzərdə tutulmuşdur.

Ekologiya  və  Təbii  Sərvətlər  Nazirliyi  hər  il  5  iyun  -  Dünya  Ətraf  Mühitin 

Mühafizəsi  Günü  ərəfəsində  ətraf  mühitin  qorunması,  təbiətdən,  yeraltı 

sulardan,  mineral  xammal  ehtiyatlarından  və  yerüstü  sərvətlərdən 

səmərəli  istifadə  edilməsi,  onların  bərpası  və  mühafizəsi,  bioloji 

müxtəlifliyin  qorunub  saxlanılması  məqsədi  ilə  müxtəlif  tədbirlər  həyata 

keçirir.


Bu il də nazirlik tərəfindən Bakı-Qazax və Bakı-Quba magistral avtomobil 

yollarının  ətrafında  salınmış  yaşıllıqlara  qulluq  göstərilməsi  məqsədilə 

iməciliklər  keçirilmiş,  eyni  zamanda,  respublikanın  rayonlarında  da 

ictimaiyyətin iştirakı ilə bu kimi tədbirlər təşkil olunmuş, yaşıllıqlara qulluq 

edilmiş, o cümlədən bir sıra ərazilər məişət tullantılarından təmizlənmişdir.



Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ətraf mühitin mühafizəsini həyata 

keçirən  qurumları  tərəfindən  ötən  il  ərzində  ekoloji  qanun  pozuntularına 

görə 2562 akt və 820 protokol tərtib olunmuş və aşkar edilmiş nöqsanların 

aradan  qaldırılması  üçün  1095  müddətli  məcburi  göstəriş  verilmişdir. 

Qanun  pozuntusuna  yol  verdiklərinə  görə  hüquqi  və  fiziki  şəxslərə  qarşı 

ümumilikdə  6058978.1  manat  məbləğində  cərimə  tətbiq  edilmişdir.  Ətraf 

mühitə  dəymiş  ziyanla  bağlı  1956963.47  manat  məbləğində  iddia 

qaldırılmışdır. Əmələ gələn tullantıların ətraf mühitə (torpaq, su, atmosfer) 

atılmasına  və  axıdılmasına  görə  hüquqi  və  fiziki  şəxslərə,  idarə  və 

müəssisələrə  1097725.22  manat  məbləğində  ödəmə  tətbiq  edilmişdir. 

Tədbir görülməsi üçün hüquq mühafizə orqanlarına göndərilmiş 172 işdən 

50-nə,  icra  qruplarına  ünvanlanmış  536  işdən  254-nə,  məhkəmələrə 

göndərilmiş 180 işdən 126-na baxılaraq müvafiq tədbirlər görülmüşdür.

Bununla  yanaşı,  tələbələrin  ətraf  mühit  sahəsində  bilik  və  bacarıqlarının 

artırılması,  gənc  nəslin  ekoloji  maarifləndirilməsi  və  ictimaiyyətin  ətraf 

mühitin  birgə  mühafizəsinə  cəlb  olunması  məqsədi  ilə  ali  təhsil 

müəssisələrinin tələbə və müəllim kollektivləri ilə görüşlər keçirilmişdir. Bu 

görüşlərdə dövlətin ekologiya sahəsində həyata keçirdiyi uğurlu siyasət və 

bu istiqamətdə gənc nəslin fəal rolundan danışılmış, gənclərin ətraf mühit 

sahəsində  bilik  və  bacarıqlarının  artırılmasının  zəruriliyi  diqqətə 

çatdırılmışdır.

Keçirilən  tədbirlərin  məqsədi  insanların  ətraf  mühitin  mühafizəsinə 

münasibətini dəyişmək, ictimaiyyətin diqqətini ekoloji problemlərin həllinə 

yönəltmək,  əhalinin  bu  sahədə  şüur  və  təfəkkürünü  inkişaf  etdirməklə 



təbiəti qorumağın mümkünlüyünü diqqətə çatdırmaqdır.

Yüklə 67,57 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə