Soyad: Paşayev Qrup: 283. 20



Yüklə 1,98 Mb.
tarix17.05.2022
ölçüsü1,98 Mb.
#87217
FƏLSƏFƏ


Ad:Elmir

Soyad:Paşayev

Qrup:283.20

Fakültə:QNMF

Fənn:Fəlsəfə

Müəllim:Əhmədov Bədəl

ŞÜUR,DİL VƏ ÜNSİYYƏT

Şüur — psixika kimi beyinin funksiyasıdır. Obyekt aləmin insana xas inikasıdır. Şüur obyektiv aləmin beyində ideal inikasıdır. Şüurun fərdi və ictimai formaları vardır. Fərdi şüur – bir insana xas olan ideyalar, baxışlar sistemidir.

İctimai şüur isə müəyyən insan qrupuna xas olan ideyalar, baxışlar sistemidir. Şüurun xüsusiyyətləri psixi proseslər, fərqləndirmə, mənlik şüuru məqsədin olması və ictimai-tarixi xarakter daşımasıdır.

Şüur, onun mənşəyi, mahiyyəti və gerçəkliyə münasibəti məsə­­­ləsi filosofları qədimdən düşündürən problemlərdən olmuşdur. İn­sanın dünyada yerini və rolunu, onun ətraf aləmlə qarşılıqlı tə­si­­rinin spesifikasını açmaq üçün, şüurun təbiətini və mahiy­yətini ay­dınlaş­dır­maq lazım­dır. Şüur problemi çox mürəkkəb olub, yal­nız fəlsəfi tədqiqatın deyil, habelə bir sıra humanitar və təbiət­şü­na­s­­lıq elmlərinin, o cümlədən müasir dövrdə sosiologiya­nın, psi­xo­­lo­gi­ya­­nın, ki­ber­neti­ka­nın, informatikanın və s. Elmlərin tədqi­qat pred­­­metinə çev­­­rilmişdir. Bu elmlər çərçivəsində şüurun ayrı-ay­rı aspekt­lərinin təhlili, onun şərhində müəyyən bir fəlsəfi [[dün­ya­­gö­rüşü] mövqe­yi­nə əsaslanır.

Qədim materialistlərin nəzərincə, şüur insan bədənindən asılı olub, insana anadan ol­ması ilə şüur da meydana gəlir və insan öldükdən sonra o da yoxa çı­xır. Bədənsiz şüur heç nədir. Obyektiv və subyektiv idealiz­min nümayəndələri isə şüuru maddi gerçəkliyin əsasına qoymuş, onu mate­ri­ya­ya nisbətən müəyyən edici və ilkin substansiya hesab etmişlər. Yeni dövr filosoflarından olan Rene Dekarta görə, şüur, təfəkkür, «fikirləşən sub­stansiyanın fəaliyyətidir», müstəqil mövcuddur, bədən­dən­ mad­­­di olandan asılı deyildir. Materiya da «fikirləşən» substan­si­ya­dan asılı deyildir. XVIII əsr mamaterialistlər isə şüuru materiyanın atributu, onun bütün təzahür formaları və növlərinə xas olan əbədi xassəsi hesab etmişlər.

Fəlsəfi fikir ta­rixində şüurun mahiy­yəti, onun varlığa, materiyaya müna­sibəti ətrafında fəlsəfi aspektdə aparılan prinsipial mü­ba­hisə­lərdə həlli bö­yük çətinlik törədən məsələ şüurun mənşəyi mə­sələsi olmuşdur. Ru­hun, şüurun birinciliyini qəbul edən idea­lizm, maddi və mə­nə­vinin paralel mövcudluğunu fərz edən dua­lizm, sözsüz ki, belə bir çətinliklə qarşı­laş­mırdı. Hər bir materia­list isə materiya məsələsinə yaxınlaşarkən «öz-özünün səbəbidir» prinsipini pozmadan duyğu və şüur xassələrinə malik materiya­nın mövcudluğunu izah etmək kimi çətin və mürəkkəb bir məsələni həll etməli olurdu.

Qeyd etmək lazımdır ki, müasir fəlsəfə bir çox problemlərə mütləq səhih, və yaxud həqiqətə yaxın cavab verirsə şüur problemi – yaranma mexanizmi, daxili mahiyyəti, materiyaya təsiri –hələ də tam aydınlaşdırılmamışdır. Hal-hazırda fəlsəfə yalnız aşağıdakı müddəaları yəqinliklə təsdiq edir:

1.Şüur mövcuddur;

2.O, xüsusi, ideal təbiətə malikdir – bu müddəanı həm idealistlər, həm də materialistlər qəbul edir, lakin materialistlər şüurun materiyadan törəmə olduğunu bildirirlər.

Dil — ancaq insanlara aid olan, özündə məzmun və eyni tip səslənmə (yazılış) qaydaları daşıyan şərti sistem.

O, yalnız ünsiyyət vasitəsi deyil, dünya haqqında təsəvvür yaradan təbii intellektual sistemdir. Hər bir dil ayrılıqda dünya haqqında bilik, dünyanı görmək və anlamaq üçün vasitədir.

Dilləri linqvistika öyrənir. Dildə şərti işarələr semiotikanın predmetidir. Dilin insan təfəkkürünə və fəaliyyətinə təsirini psixolinqvistika tədqiq edir.

Hazırda Yer üzündə 7000-ə yaxın dil mövcuddur. Dünyanın yeddi dili dünya dilləri hesab olunur: ingilis dili, ispan dili, ərəb dili, rus dili, fransız dili, alman dili, portuqal dili.

Alimlərin fikrinə görə, son 100 il ərzində 3000-dən 6000-ə qədər dili ölüm təhlükəsi gözləyir. Dilin saxlanması üçün həmin dildə ən azı 100 min insan danışmalıdır.

Yer üzündə əhalinin 80%-i 7000 dildən yalnız 80 dili bilir. Qalan dillərdə əhalinin 20%-i danışır. 3,5 min dil əhalinin 0,2%-nə aiddir

Ünsiyyət — qarşılıqlı münasibət.

Biz evdə ailə üzvlərimizlə, məktəbdə müəllim və sinif yoldaşlarımızla ünsiyyətdə oluruq. Başqalarından məlumat alır, öz hiss və düşüncələrimizi onlara çatdırırıq.

Ünsiyyət nitq vasitəsilə baş verir. Biz başqalarını dinləyir, onların yazdığını oxuyur, öz fikirlərimizi yazmaq və danışmaqla ifadə edirik. Beləliklə, ünsiyyət zamanı dörd nitq bacarığından istifadə edirik: dinləmə, danışma, oxu, yazı.

Dinləmək və oxumaq bacarığı başqalarını anlamaq, məlumat almaq üçündür. Danışmaq və yazmaq bacarığı isə düşündüklərimizi başqalarına çatdırmağa kömək edir.

Dinləyərkən və danışarkən istifadə edilən söz və cümlələr səslərlə ifadə olunur. Ona görə də dinləmə və danışma şifahi nitqə aid olan bacarıqlardır.



Hərflərlə ifadə olunmuş mətnləri isə oxuyuruq və ya yazırıq. Odur ki yazı və oxu bacarıqları yazılı nitqə aid edilir.

DİQQƏTİNİZ ÜÇÜN TƏŞƏKKÜRLƏR
Yüklə 1,98 Mb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə