Soyad: Səmədova Fakültə: Beynəlxalq İqtisadiyyat Məktəbi



Yüklə 14,91 Kb.
tarix02.01.2018
ölçüsü14,91 Kb.
#19401

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

AZƏRBAYCAN DÖVLƏT İQTİSAD UNİVERSİTETİ



1436783853670320445_1000x669 — копия.jpg

Sərbəst iş №5

Ad:Nazpəri

Soyad:Səmədova

Fakültə:Beynəlxalq İqtisadiyyat Məktəbi

İxtisas:İqtisadiyyat

Kurs və Qrup:I kurs,Qrup 1061

Fənn:Azərbaycan dili və nitq mədəniyyəti

Rəhbər:Qəhrəmanova Çinarə

Sərbəst işin mövzusu: Azərbaycan dilinin morfologiyası




BAKI-2015

Dilçilik elminin beynəlmiləl adı linqivistika adlanır (lingua-dil). Dilçilik dilin qanunauyğunluqlarını, inkişaf tarixini öyrənən elmdir. Bu elmin müxtəlif bölmələri vardır:fonetika, leksikologiya, dialektologiya, üslubiyyat və s. Dilçilik elminin ən böyük və geniş bölməsi qrammatikadır. Qrammatika özü də iki hissədən ibarətdir: 1.Morfologiya



2.Sintaksis.
Morfologiya cümədə sözlərin dəyişməsi,müxtəlif şəkillərə düşməsi qaydalarını öyrənir. Yunanca morphe-forma, qəlib, logos-elm, təlim deməkdir. Morfologiyanın əsas mövzusu nitq hissələridir. Morfologiyada sözlər nitq hissələri kimi öyrənilir, onların quruluşu və dəyişmə qaydalar araşdırılır. Morfologiyanın əsas obyekti isə sözdür. Morfologiya sözlərin qrammatik xüsusiyyətlərini öyrənir. Söz həm morfologiyada, həm də leksikologiyada tədqiq edilir. Leksikologiyada sözlərin xüsusiyyətləri, leksik mənası, mənşəyi və s öyrənilir. Morfologiyada isə sözün qanunauyğunluqları, bütöv söz qrupları və onların dəyişmə xüsusiyyətləri öyrənilir.  Müasir dildən bəhs edən morfologiyada müstəqil işlənən söz və şəkilçilər öyrədilir. Morfologiyanın mühüm problemləri içərisində sözün tərkibi və quruluşu məsələləri mühüm yer tutur. Sözün tərkibi və quruluşu: Sözün tərkibi anlayışına səslər, hecalar, vurğu, sözün kökü və şəkilçilər daxildir. Səslər və hecalar ayrılıqda məna ifadə etmir. Bunlar yalnız söz şəklində birləşdikdə məna kəsb edir. Buna görə də səslər və hecalar dilin maddi materialı olub, danışıq səslərindən bəhs edən Fonetika şöbəsində öyrənilir. Söz kökləri və şəkilçilər isə mənalı vahidlərdir. Sözdəki ən kiçik mənalı vahidlərə morfem deyilir. orfemlər səslər və hecalarda fərqli olaraq məna bildirir. Bəstə- mahnı bəstələmək, yaratmaq mənasında, -çi leksik şəkilçi olub yeni söz yaranmasına xidmət edir. Bəstəçi- bəstələyən adam mənasında, -lik leksik şəkilçi olub yeni söz yaradır. Bəstəçilik- sənət mənasında işlədilir.Morfemlər iki yerə ayrılır: kök morfemlər və  köməkçi morfemlər. Kök morfemlər sözün yeni morfemlərə ayrıla bilməyən əsas hissəsinə deyilir. Həm leksik, həm də qrammatik mənaya malik olur. Köməkçi morfemlərə isə şəkilçilər, qoşmalar, bağlayıcılar, ədatlar, modal söz, nida və s. aiddir. Şəkilçilər sadəcə qrammatik mənaya malik olur. Söz dilin vahididir. Dildəki sözlərin hamısı birlikdə dilin lüğət tərkibini, yəni leksikasını təşkil edir. Dilin lüğət tərkibini öyrənən elm leksikologiya adlanır. Leksikologiya yunanca iki sözdən–lexikos (söz) və loqosdan (təlim) ibarətdir. Leksikologiya dilçiliyin bir bölməsi olub, dildəki bütün sözləri öyrənir. Sözlər əşyaları, hərəkəti, əlaməti, miqdarı və s. ifadə etməyə xidmət göstərir. Hər bir sözün ifadə etdiyi mənaya onun leksik mənası deyilir. Sözlərin leksik mənası izahlı lüğətlərdə öz ifadəsini tapır. Məsələn: kərə-əridilmiş yağ, şit yağ. Sözün leksik mənası ilə yanaşı, qrammatik mənası da olur. Məsələn: Dəryaz sözünün ot çalmaq üçün uzunsaplı, dişsiz orağa oxşayan alət olması onun leksik mənasıdır; isim olması, adlıq halda işlənməsi isə qrammatik mənasıdır. Əsas nitq hissələrini təşkil edən bütün sözlər leksik və qrammatik mənaya malik olur. Amma köməkçi nitq hissələrinin yalnız qrammatik mənası olur.
İzahlı lüğətlərdə sözlərin leksik mənaları, orfoqrafiya lüğətində onların düzgün yazılış qaydaları, orfoepiya lüğətində düzgün tələffüz qaydaları və s. əhatə olunur. Lüğətlərin növləri çoxdur: orfoqrafiya, orfoepiya, leksika, termin lüğətləri. Bunların hamısında sözlər əlifba sırası ilə düzülür. Bütün sözlərin leksik mənası olmur. Lakin bütün sözlərin qrammatik mənası olur. Sözün leksik mənası onun məzmununu əks etdirir. Sözün qrammatik mənası sözlərin hansı nitq hissələrinə aid olması və həmin nitq hissəsinə xas olan xüsusiyyətləri ifadə etməsi ilə müəyyənləşir. Sözün leksik mənasını müxtəlif yollarla izah etmək olar: Həmin sözə yaxın mənalı söz seçməklə; özül-təməl-bünövrə, qaçmaq-yüyürmək, azadlıq -müstəqillik - sərbəstlik.
Əşyanın, hərəkətin əlamətlərini izah etməklə; şütümək–sürətlə ötüb keçmək, dəmirçi - metaldan müxtəlif alətlər hazırlayan pesə sahibi.
Sözün hissələrinin mənasını açmaqla; meşəbəyi–meşə gözətçisi, mürəkkəbqabıiçində yazı üçün mürəkkəb saxlanılan qab.
Sözə əks mənalı sözü seçməklə: gözəl-çirkin, yaxşı-pis, böyük-kiçik və s. sözlər daxildir. Sözün leksik mənası ilə yanası, onun qrammatik mənası da olur. Sözün qrammatik mənası onun hər hansı bir əşyanın adını, əlamətini, miqdarını və s. bildirməsidir.Məsələn: "qələm" sözü əşyanın adını, "qırmızı" əlamətini,"bir" isə miqdarını bildirir. Buna görə də bu sözlərdən birincisi isim, ikincisi sifət, üçüncüsü isə saydır. Deməli, sözün qrammatik mənası onun hansı nitq hissəsi olması deməkdir.
Yüklə 14,91 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə