Soyad: Səmədova Fakültə: Beynəlxalq İqtisadiyyat Məktəbi



Yüklə 16,93 Kb.
tarix07.11.2017
ölçüsü16,93 Kb.
#8907

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

AZƏRBAYCAN DÖVLƏT İQTİSAD UNİVERSİTETİ



1436783853670320445_1000x669 — копия.jpg

Sərbəst iş №7

Ad:Nazpəri

Soyad:Səmədova

Fakültə:Beynəlxalq İqtisadiyyat Məktəbi

İxtisas:İqtisadiyyat

Kurs və Qrup:I kurs,Qrup 1061

Fənn:Azərbaycan dili və nitq mədəniyyəti

Rəhbər:Qəhrəmanova Çinarə

Sərbəst işin mövzusu:Heydər Əliyev və nitq mədəniyyəti




BAKI-2015

Natiqlik sənətinin tarixi çox qədimdir. Onun yaranması antik dövrün mütəfəkkiri Siserondan başlanır. Natiqlik unikal bir sənət, ilahi vergisi, ikinci “mən” deməkdir. Böyük şəxsiyyət, xüsusilə siyasətçi və diplomat, dövlət başçısı üçün natiqlik olduqca vacibdir. Natiqlik dünya şöhrətli siyasətçi, böyük cəsarət və siyasi iradə, fenomenal yaddaş sahibi, müstəqil Azərbaycanın qurucusu Heydər Əliyevə məxsus fitri istedadlardan biri, tarixdə onun dövlətçilik təfəkkürünə yol açan vasitə id

Heydər Əliyev ana dilini bilməyən, bu qədim və zəngin dildə rəvan danışa bilməyən dövlət məmurlarına müəllim tutub dilimizi öyrənməyi tələb edirdi: “Oturun, müəllim tutun, bu dili öyrənin... məgər dünyadan bu dili bilməyə-bilməyə çıxıb gedəcəksiniz? Axı belə şey olmaz”. Ulu öndər gənclərə klassikləri – Nizamini, Füzulini, Nəsimini, Vaqifi, Sabiri, Mirzə Cəlili oxumağı tövsiyə edir. Deyirdi ki, gənclər ana dilimizi yaradan və yaşadan bu söz dühalarını, sənət  korifeylərini oxumasa, oxuya bilməsə “tariximizi bilməyəcək, bizim mədəniyyətimizi bilməyəcək... Milli-mədəni ənənələrimizi bilməyəcək”. Bütün bunları bilməyənin isə vətənpərvər olmağı mümkün deyil. Dilimizə böyük sevgi ilə yanaşan Heydər Əliyev onun taleyi ilə bağlı nikbin olmuşdur. “Öz dilimizi Azərbaycanda hakim dil etməliyik!” - ulu öndərin dil strategiyası, onun dil nəzəriyyəsində prioritet istiqamət belə idi.

“Diplomat” deyəndə adamın gözünün qabağına nə gəlir? Ən yüksək savadlı, ən yüksək mədəniyyətli, ən gözəl görünüşlü, yaxşı geyimli, yaxşı tərbiyəsi ilə, cəmiyyətdə özünü aparması ilə fərqlənən insanlardır..." Bu sətirləri adi nitq yox, sözlə çəkilmiş portret hesab etmək olar. Bu isə Heydər Əliyev nitqinin başqa bir cəhətini - haqqında danışdığı məsələyə, problemə görüntü vermək, onu real şəkildə əyaniləşdirmək imkanını əks etdirir.

Nağdəli Zamanovun “Heydər Əliyev və Azərbaycan nitq mədəniyyəti” kitabının məziyyətlərindən  biri də odur ki, müəllif onun nitqlərinə yalnız mətn kimi müraciət etmir, qaldırılan problemlərlə vəhdətdə götürür. Bu zaman tək nitqin poetik, leksik-semantik forması yox, həm də Heydər Əliyevin nəzəri fikirləri təhlilə çəkilir.

Ümumiyyətlə, natiqlik sənətində ən çətin psixoloji məqamlar nitqi başlamaq və məntiqlə yekunlaşdırmaqdır. Nitqi elə başlamalısan ki, o dinləyiciyə cazibədar görünsün, o maraqla qulaq assın. Nitqi elə məzmunlu vurğu ilə bitirməlisən ki, dediklərin dinləyicinin yaddaşına həkk olunsun. Heydər Əliyev bu baxımdan böyük məharət sahibi idi. N. Zamanov öz dəyərli kitabına bu məsələni əhatə edən “Heydər Əliyevin nitqində girişlər və sonluqlar” adlı müstəqil bir fəsil daxil etmişdir. Burada müəllif Heydər Əliyev nitqlərinin həm məntiqi təkamülünü, həm də poetik strukturunu açmağa çalışır. Heydər Əliyevin nitq mədəniyyəti dərin fəlsəfi məzmuna, zəngin poetik imkanlara malikdir. Onun siyasi-ideoloji nitqləri milli təfəkkürün dinamikasını əks etdirir. O, məqamı gəldikdə sərt bəyanatlar edir, problemin mahiyyətinə təmkinlə şərh verir, sözünün təsirini artırmaq üçün nikbin, emosional ifadələr işlədir.Nitqin gözəlliyi mövzuya uyğun parlaq sözlərin seçilməsində və fikirlərin məntiqi sistemindədir. Bu baxımdan Heydər Əliyevin nitqləri əsil nümunədir.

Həqiqətən də ulu öndər baş verən həm milli, həm də ümumbəşəri proseslərə Azərbaycanın müstəqilliyi prizmasından  nəzər salırdı.Heydər Əliyevin çıxışlarındakı məntiqi ardıcıllıq təfəkkürün ardıcıllığından irəli gəlir. Kitabda ümummilli liderimizin nitqindən verilən misallar belə qənaətə gəlməyə imkan verir ki, ulu öndərin nitqlərində məntiqi sistemlilik onun bacarıqla tarixiliyə istinad etməsindən yaranır. Təfəkkürün tarixiliyi əslində dialektikanın başlıca əlamətidir. Həm fəlsəfəyə, həm də elmi və bədii  yaradıcılığa tarixilik dialektikanın kəşfindən sonra gəlib. Tarixilik həm təfəkkürün, həm də məntiqi nitqin meyarıdır.

Heydər Əliyevin bir mütəfəkkir şəxsiyyət kimi gücü, qüdrəti bunda idi ki, sağlam təfəkkürə, aydın zəkaya malik olan dövlət qurucusu kimi o fəlsəfəyə fəlsəfədən, elmdən, kitabdan gəlmirdi, həyatdan, ondan doğulan dünyagörüşündən gəlirdi. Onun müdriklik barəsində qənaətləri bunu aydın əks etdirir: “Müdriklik təkcə... insanların elmi, biliyi, təhsili ilə bağlı deyildir. Müdriklik insanın fitri istedadıdır, müdriklik həm də insanın həyatı dərk etməsi, gedən proseslərə düzgün qiymət verə bilməsi və ondan özü üçün lazımi faydalar götürməsidir. Heydər Əliyev qətiyyəti onun həqiqətə inam və əminliyindən, haqqında bəhs etdiyi problemə dərindən bələdliyindən, gələcəyə tarixi inamından, cəsarətindən və əlbəttə ki, əzəmətli şəxsiyyətindən irəli gəlirdi. Bu qətiyyətdə xalqa güvənmək bacarığı da vardır. Heydər Əliyevin nitqləri güclü məntiqə əsaslanır, onun söylədiyi sözlər çatdırmaq istədiyi məna və məzmunu ən dolğun və təsirli şəkildə ifadə edən sözlər idi. Ulu öndər nitqlərini birbaşa yaddaşa transformasiya edirdi. Onun çıxışlarında özünə əminlikdən doğan bir nikbinlik və duyğusallıq var idi. Bunlar da əslində qətiyyət və səmimiyyətin əlamətləridir. Heydər Əliyev öz nitqlərində təkcə mövzu deyil, hazırki reallıqdan doğulan problemləri təhlil etmək və dəyərləndirməklə kifayətlənmirdi. Adı dünya tarixinə daxil olmuş böyük bir şəxsiyyət kimi ölkənin inkişafı, millətin tarixi, taleyi ilə bağlı proqnozlar verir, prioritetləri müəyyənləşdirir..



Onun nitqlərində elmi üslub, publisistik üslub, məişət üslubu, dini üslub kimi təsnifat aparan müəllif bu böyük şəxsiyyətin güclü fərdi üsluba, natiqlik məharətinə malik olduğunu bütün incəlikləri ilə gələcək nəsillərə çatdırır. Nitqin gözəlliyi və özəlliyi onun üslubundan asılıdır. Heydər Əliyevin nitqləri bənzərsiz üsluba malikdir.

Mənim fikirimcə dünya elmi-ictimai fikrində, ədəbi-mədəni tərəqqidə üç böyük və əsas üslub var: 1) peşəkar üslub; 2) ictimai üslub; 3) fərdi üslub. Nəzəri tarixi funksiyasına görə peşəkar üslub məktəb yaradır, ictimai üslub cərəyan yaradır, fərdi üslub demokratiya formalaşdırır. Heydər Əliyev peşəkar natiq, böyük ictimai-siyasi təfəkkür sahibi, öz güclü fərdiyyəti ilə seçilən şəxsiyyət, davranış və üslub sahibi idi. O, Azərbaycan nitq mədəniyyətinin hazır imkanlarından istifadə etməklə kifayətlənməmiş, şifahi dilimizin hüdudlarını maksimum dərəcədə genişləndirmişdir. Əslində öz dərin məzmunlu parlaq nitqləri ilə qədim və gözəl dilimizin ifadə potensialını aşkara çıxarmışdır. Çünki o, “Kitabi Dədə Qorqud”un dilini, Füzulinin dilini, Xətainin və   Vaqifin dilini, Sabirin və Vurğunun dilini gözəl bilir, öz milli istiqlalına qovuşmuş xalqın hansı dili istədiyini böyük fəhmlə duyurdu. Bu gün Azərbaycan xalqı  Heydər Əliyevin dilində danışır.Ulu öndərin tarixi-ictimai, milli-mənəvi və dövlətçilik fəaliyyətinin çox aspektli istiqamətlərinin hər biri dərindən öyrənilməlidir.
Yüklə 16,93 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə