Soyad: Səmədova Fakültə: Beynəlxalq İqtisadiyyat Məktəbi



Yüklə 17,38 Kb.
tarix13.11.2017
ölçüsü17,38 Kb.
#10305

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

AZƏRBAYCAN DÖVLƏT İQTİSAD UNİVERSİTETİ



1436783853670320445_1000x669 — копия.jpg

Sərbəst iş №4

Ad:Nazpəri

Soyad:Səmədova

Fakültə:Beynəlxalq İqtisadiyyat Məktəbi

İxtisas:İqtisadiyyat

Kurs və Qrup:I kurs,Qrup 1061

Fənn:Azərbaycan dili və nitq mədəniyyəti

Rəhbər:Qəhrəmanova Çinarə

Sərbəst işin mövzusu: Leksikologiyanın şöbələri və frazeologiya haqqında ümumi məlumat




BAKI-2015

Leksikologiya dilçiliyin bir bölməsi olub, dildəki bütün sözləri öyrənir. Dildəki sözlərin hamısı birlikdə dilin leksikasını yəni,dilin lüğət tərkibini təşkil edir. Leksikanı öyrənən dilçilik bölməsi leksikologiya adlanır. Dilin lüğət tərkibini öyrənən elm leksikologiya adlanır. Leksikologiya yunanca iki sözdən–lexikos və loqosdan ibarətdir. Leksikologiyada sözlərin mahiyyəti, onların formaca və məzmunca əmələ gətirdiyi qruplar, sözlərin mənşəyi və işlənmə dairəsi öyrənilir. Söz dilin vahididir. Dildəki sözlərin hamısı birlikdə dilin lüğət tərkibini, yəni leksikasını təşkil edir. Sözlər əşyaları, hərəkəti, əlaməti, miqdarı və s. ifadə etməyə xidmət göstərir. Hər bir sözün ifadə etdiyi mənaya onun leksik mənası deyilir. Sözlərin leksik mənası izahlı lüğətlərdə öz ifadəsini tapır. Dilimizdəki sözlərin çoxunun həm leksik, həm də qrammatik mənası vardır. Sözün birbaşa ifadə etdiyi mənaya onun leksik mənası deyilir. Başqa sözlə dəsək, sözün leksik mənası onun məzmununu bildirməsi, hər hansı bir anlayışı ifadə etməsidir. Məsələn: “İzin” sözü icazə almaq leksik mənası, isim və adlıq halda olması qrammatik mənasıdır. Sözün leksik mənasini bir neçə yolla izah etmək olar:


Verilən sözə yaxın mənalı söz seçməklə. Məsələn:təməl- bünövrə, azadlıq -müstəqillik — sərbəstlik. Əşyanın, hərəkətin əlamətlərini  izah etməklə. Məsələn:dəmirçi — metaldan müxtəlif alətlər hazırlayan pesə sahibi, sarıköynək- sarı rəngli quş, şütümək- sürətlə ötüb keçmək. Sözün hissələrinin mənasını açmaqla. Məsələn: mürəkkəbqabıiçində yazı üçün mürəkkəb saxlanılan qab, ovlaq - ov yeri. Sözün leksik mənası ilə yanası, onun qrammatik mənası da olur. Sözün qrammatik mənası onun hər hansı bir əşyanın adını, əlamətini, miqdarını və s. bildirməsidir. Məsələn: «qələm» sözü əşyanın adını, «qırmızı» əlamətini, «bir» isə miqdarını bildirir. Buna görə də bu sözlərdən birincisi isim, ikincisi sifət, üçüncüsü isə saydır. Deməli, sözün qrammatik mənası onun hansı nitq hissəsi olması deməkdir. Dilimizdəki sözlərin bır çoxu həm həqiqi, həm də məcazi mənada işlədılir. Sözün ilkin, əsas mənası onun həqiqi mənasıdır. Məsələn: "dəmir qapı", "daş divar", "yıımşaq çörək" və s. söz birləşmələrindəki birinci tərəflər həqiqi mənada işlənmişdir. Sözün sonradan qazandığı törəmə mənası isə onıın məcazi mənası adlanır. Məcazi məna çox vaxt bənzətmə vasitəsilə və ya insanlara məxsus hərəkətlərin cansız əşyalara aid edilməsi yolu ilə yaranır. Məsələn: "dəmir iradə", "daş ürək", "yumşaq söz" və s. söz birləşmələrindəki birinci tərəflər -"dəmir", "daş" və “yumşaq" sözləri bənzətmə yolu ilə yaranmışdır. "Təbiət gülür", "Təbiət oyanır", "Günəş gizləndi" və s. cümlələrindəki xəbərlər isə insana aid hərəkətin cansız əşya üzərinə köçürülməsi yolu ilə ortaya çıxmış məcazi mənalı sözlərdir.
Dildə iki cür söz birləşməsi mövcuddur. Sərbəst söz birləşməsi və sabit söz birləşməsi. S ə r b ə s t b i r l ə ş m ə l ə r i n komponentləri müstəqil mə`nalı (tammə`nalı) sözlərdən ibarət olur və həmin sözlər birləşmə daxilində də ilkin leksik mə’nasını - mə`na müstəqilliyini mühafizə edib saxlayır; məs.: məktəbin bağbanı, meşənin ağacları, traktorun səsi, maşının mühərriki, kitaba məhəbbət, vətənə sevgi, sizə gələndə, məktubu oxuyan və s. Sərbəst birləşmənin tərəfləri həm mə`naca, həm də qrammatik cəhətdən bir-biri ilə bağlı olur. Tərəflərin nominativ mə’nası və tərəflər arasında sintaktik əlaqələr aydın müşahidə edilir. Əgər sərbəst birləşmələr dildə hazır şəkildə olsa idi, onlar dilin lüğət tərkibində olardı və onları ayrı-ayrı sözlərlə yanaşı, lüğətlərə daxil etmək lazım gələrdi. Dilimizdə sərbəst birləşmələrin özləri deyil, quruluş modelləri mövcuddur. Nitq prosesində dilin lüğət tərkibindən məqsədəuyğun sözlər seçilib götürülür, həmin modellər əsasında birləşmələr yaradılır və cümləyə daxil edilir.  Sabit söz birləşməsinə frazeoloji birləşmələr də deyilir. Frazeoloji birləşmələr nitqə ifadəlilik, obrazlılıq gətirən, fikri ifadəli edən dil vahidlərindəndir. Tərkibcə dəyişməyən və məcazi mənada işləyən sabit birləşmələr də deyilir. Azərbaycan dilində iki və daha çox sözdən əmələ gəlmiş məcazi mənalı birləşmələrdir. Başqa dillərə birbaşa tərcümə olunmur. Yəni hərfi tərcümə verilsə mənası anlaşılmır, necə ki original dildə ət heç yerə tökülmür məsələn. Eyni qəlib formasında qarşılığı olur başqa dillərdə, ya da olmur. Bütövlükdə bir leksik mənanı bildirən söz birləşmələrinə frazeoloji birləşmələr deyilir. Bir qayda olaraq, frazeoloji birləşmələr məcazi mənalı olur. Məsələn: ürəyi düşmək, qəlbinə toxunmaq, özündən çıxmaq, zəhləsi getmək, burnunu sallamaq və s. Frazeoloji  birləşmələr bir sözə bərabər olan biləşmələrdir. Ümumilikdə frazeoloji birləşmələrin əsas xüsusiyyətləri bunlardır: Frazeoloji birləşmələrin tərkibi dəyişməz olur, bu ifadələr dildə hazır şəkildə mövcud olur, frazeoloji birləşmələrin tərkibinə daxil olan sözlər öz ilkin həqiqi mənalarını itirir və yalnız məcazi mənada işləni, iki və daha artıq sözdən ibarət olurlar, frazeoloji birləşmələr bütöv leksik vahidlərdir, lüğətlərə düşürlər, əksəriyyəti bir sözlə ifadə oluna bilirlər, tərkib hissələrinə ayrılmadan bütöv bir cümlə üzvü olurlar.
Yüklə 17,38 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə