Soyad: Səmədova Fakültə: Beynəlxalq İqtisadiyyat Məktəbi



Yüklə 11,78 Kb.
tarix02.01.2018
ölçüsü11,78 Kb.
#19102

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

AZƏRBAYCAN DÖVLƏT İQTİSAD UNİVERSİTETİ



1436783853670320445_1000x669 — копия.jpg

Sərbəst iş №10

Ad:Nazpəri

Soyad:Səmədova

Fakültə:Beynəlxalq İqtisadiyyat Məktəbi

İxtisas:İqtisadiyyat

Kurs və Qrup:I kurs,Qrup 1061

Fənn:Mülki Müdafiə

Rəhbər:Məmmədov Vahid

Sərbəst işin mövzusu: Bakterioloji yoluxma ocaqlarında xilasetmə və digər təxirəsalınmaz işlərin aparılması

BAKI-2015

Bakteroloji yoluxma ocağı dedikdə, ərazisindəki adamlar, heyvanlar və qurğularla birlikdə bakterial vasitələrin təsirinə bilavasitə məruz qalmış sahələr nəzərdə tutulur.

Bakteroloji yoluxma ocağı, düşmən tərəfindən adamları yoluxduran bakterial vasitələr-xəstəlik törədən mikroblar (bakteriyalar, viruslar, rikketsiyalar, göbələkciklər) və bakteriyaların yaratdığı toksinlər tətbiq edildikdə əmələ gəlir.

Bakterioloji yoluxma ocağı insanların, heyvanların, ərazinin, qurğuların, nəqliyyat vasitələrinin, paltarların, su təchizatı sisteminin zəhərlənməsi ilə, habelə xeyli sahələrdə yoluxucu xəstəliklərin yayılması ilə xarakterizə edilir.

Bakteioloji yoluxma ocağının böyüklüyü bakterial vasitələrin tətbiq edilməsi üsulundan, əhalinin sıxlığından və hava şəraitindən asılıdır.Çoxlu adamın eyni tipli xəstəliyə tutulması düşmənin bakteroloji silah işlətdiyini göstərən əsas əlamətdir.Yoluxmanın zahiri əlaməti olmur.

Bakterial vasitələrin tətbiq olunmasının digər üsulu yoluxdurulmuş xəstəlik daşıyanların (həşərat, gəmiricilər, gənələr) yayılmasıdır ki, bunlar da xəstəliyi insanlara və heyvanlara yoluxdura bilir.Yoluxdurulmuş xəstəlik daşıyan həşərat və gəmiricilərin əraziyə tökülməsi üçün xüsusi konteynerlərdən, təyyarə bombaların-dan və sairdən istifadə edilir.Bunların qırıqları, habelə belə yerlərdə külli miqdarda gəmiricilərin, həşəratın görünməsi yoluxmanın zahiri əlaməti hesab edilir.

Bakterial vasitələr təxribatçılıq üsulu ilə də tətbiq edilə bilər.Belə

hallarda su təchizatı mənbələri, su və ərzaq məhsulları ehtiyatı və s. yoluxdurulur.

Yoluxma ocağının hüdudları tətbiq edilən xəstəlik törədicisinin növündən və onun tətbiq edilməsi üsulundan asılıdır.Bu üsullar, əlamətləri aşkar olan üsul (yoluxdurulmuş gəmiricilərin, həşəratın yayılması və s.) və gizli (aerozol buludu) üsul olmaqla iki növə bölünür.Bakterial vasitələrin tətbiq edilməsi

faktı, tibbi xidmətin epidemiya əleyhinə dəstələri tərəfindən aparılan kəşfiyyat vasitəsi ilə, nümunə götürüb onları laboratoriyada tətbiq etmək əsasında, habelə mülki müdafiənin kəşfiyyat dəstələri və postlarından alınan məlumatlar əsasında müəyyən edilir.

Bakteroloji yoluxma ocaqlarında bütün əhali müəyyən olunmuş davranış rejiminə ciddi riayət etməyə borcludur.

Bakteroloji yoluxma ocaqlarında infeksion xəstəliklər aşkar edilərkən pəncərə və qapı yerlərini yaxşı kipləşdirmək, məişətdə az işlədilən ev əşyalarını yığışdırıb əl-ayaqdan uzaq yerlərdə saxlamaq lazımdır.Ərzaq malları və içməli sular ağzı kip bağlanan qablarda saxlanmalıdır.İstifadə etməzdən əvvəl ərzaq məhsullarını qaynatmaq və ya qovurmaq vacibdir. Çörəyi xırda tikələrə doğrayaraq alovun üzərinə tutmaq, meyvə-tərəvəzi yaxşı yumaq və ya üzərinə qaynar su tökmək lazımdır.Su və ya süd ən azı 30 dəqiqə qaynamalıdır.Yalnız su kəmərindən və şübhə törətməyən su mənbələrindən istifadə edilməlidir.Qab-qacaq yuyulandan sonra qaynadılmalıdır.Yeməkdən əvvəl, adamlarla təmasda olduqdan sonra əlləri hökmən sabunla yumaq, paltarları, ayaqqabıları tez-tez təmizlə-mək, müntəzəm surətdə çimmək və mənzilin, həyətin, iş yerinin ümumi istifadə yerlərinin çirkli olmasına yol verməmək lazımdır.Hər bir şəxsin ayrıca qab-qacaqdan, məişət əşyalarından istifadə etməsi məsləhət görülür.

Adamların bir-biri ilə təmasda olması məhdudlaşdırılmalıdır. Mənzildən ancaq ən vacib hallarda çıxmaq olar.Evdən çıxdıqda hökmən tənəffüs üzvlərini qoruyan fərdi mühafizə vasitələri taxmaq, bədənin səthini qorumaq üçün paltarları göstərilən qaydada kipləşdirmək, evə qayıdarkən üst paltarları göstərilən qaydada kipləşdirmək, evə qayıdarkən üst paltarları və ayaqqabıları çıxarıb dezinfeksiya etmək üçün bayırda qoymaq lazımdır.

Yoluxucu xəstəliyin əlamətləri aşkara çıxan kimi (hərarətin yüksəlmə-si, başağrısı, iştahsızlıq, ürək bulanması, qusma) bu barədə dərhal tibb müəssisəsinə xəbər verilməli, xəstə ayrıca otaqda və ya otağın ayrıca hissəsində yerləşdirilməli, şəxsi əşyaları, paltarları, yataq ləvazimatı, qab-qacağı, mebeli dezinfeksiyadan keçirilməlidir.



Xəstə ilə təmasda olan bütün şəxslər tam sanitariya təmizlənməsindən keçməlidirlər.
Yüklə 11,78 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə