Soyad: Səmədova Fakültə: Beynəlxalq İqtisadiyyat Məktəbi



Yüklə 18,99 Kb.
tarix02.01.2018
ölçüsü18,99 Kb.
#19400

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

AZƏRBAYCAN DÖVLƏT İQTİSAD UNİVERSİTETİ



1436783853670320445_1000x669 — копия.jpg

Sərbəst iş №5

Ad:Nazpəri

Soyad:Səmədova

Fakültə:Beynəlxalq İqtisadiyyat Məktəbi

İxtisas:İqtisadiyyat

Kurs və Qrup:I kurs,Qrup 1061

Fənn:Mülki Müdafiə

Rəhbər:Məmmədov Vahid

Sərbəst işin mövzusu:Mülki müdafiə mühafizə qurğuları,onların təsnifatı,daxili avadanlıqları.

BAKI-2015

Mühafizənin əsas üsullarından biri mülki müdafinin mühafizə qurğularından istifadə olunmasıdır.



Mühafizə qurğuları əhalini nüvə, kimyəvi və bakterioloji silahlardan, habelə nüvə partlayışları zamanı və adi vasitələri işlədilərkən yarana biləcək əlavə zədələyici amillərdən qorunmaq üçün nəzərdə tutulan xüsusi mühəndis qurğularıdır (tikililəridir).Mühafizə qurğuları təyinatına görə belə qruplaşdırılır.

* yerləşdiyi yerə

*tikilmə vaxtına

*idarəetmə orqanaları üçün, tibb müəssisələri üçün, əhalinin mühafizəsi üçün

*müdafiə xüsusiyyətinə görə

Yerləşdiyi yerə görə mühafizə qurğuları iki cür olur:

1.Binaların altında

2.Ayrıca


Tikilmə vaxtına görə mühafizə qurğuları iki cür olur:

1.Sülh vaxtı tikilən mühafizə qurğuları

2.Tez tikilən mühafizə qurğuları

Mühafizə qurğuları müdafiə xüsusiyyətinə görə aşağıdakı növlərə ayrılır: 1.Sığınacaqlar

2.Radiasiya əleyhinə daldalanacaqlar (RƏD)

3.Sadə daldalanacaqlar.



Sığınacaq adamları müharibə dövründə kütləvi qırğın silahlarının zədələyici amillərinin təsirindən mühafizə etmək üçün nəzərdə tutulan mühafizə qurğusuna deyilir.Sığınacaqların əksəriyyəti bina ilə birlikdə tikilir. Bu məqsədlə, adətən, istehsalat binalarının, ictimai binaların, yaşayış evlərinin zirzəmi və yarımzirzəmilərindən istifadə olunur.Sığınacağı binadan ayrı qurğu kimi də tikmək mümkündür.Belə sığınacaqlar tamamilə və ya qismən yerin altında olur, onların üstü və yanları torpaqla örtülür.Cürbəcür yeraltı keçidləri və lağımları, metro stansiyalarını, dağ-mədən yerlərini də sığınacaq kimi uyğunlaşdırmaq mümkündür.

Sığınacaqlar böyük şəhərlərdə, əsasən müharibə zamanı işləməsi nəzərdə tutulmuş təsərrüfat obyektlərində tikilir.Sığınacaqlar əsas və köməkçi otaqlara bölünür.Əsas hissədə mühafizə üçün nəzərdə tutulmuş otaqlar, idarəetmə məntəqəsi yerləşir.İri sığınacaqlarda isə tibb otağı da olur.Yardımçı hissədə süzücü ventilyasiya sistemi, ehtiyat elektrik sistemi, ərzaq ehtiyatı üçün otaq, su ehtiyatı saxlamaq üçün yer, sanitar qovşağı, giriş dəhlizləri və s. olur.Giriş yollarının sayı sığınacağın tutmundan və bir giriş yoluna düşən adamların sayından aslıdır.Hər bir sığınacağın iki giriş yolu olur (kiçik sığınacaqlarda bir giriş də ola bilər, belə hallarda mütləq ehtiyat çıxış yolu qoyulmalıdır, buna qəza çıxış yolu da deyilir). Bina ilə birgə tikilən sığınacaqlarda isə bunlardan əlavə yeraltı lağımla qəza çıxış yolu düzəldilir.

Süzücü ventilyasiya kamerasında süzücü-ventilyasiya aqreqatı yerləşdirilir: bu aqreqat sığınacaq otaqlarının havasını dəyişmək, bayırdan içəri verilən havanı radioaktiv, kimyəvi və bakterial maddələrdən təmizləmək üçündür.

Sığınacaqlarda qorunanların rahatlığı üçün lazımi şərait yaradılmalıdır: uzanmaq üçün iki-üçmərtəbəli taxtlar, aşağıda isə oturacaqlar düzəldilməlidir.Oturacaqların sayı qorunanların 80%-ni, taxtların sayı isə ikimərtəbəli variantda 20%-ni, üçmərtəbəli variantda 30%-ni əhatə etməlidir.

Adamlar “Hava həyəcanı” siqnalı veriləndə sığınacaqlara daxil olurlar.Bu iş son dərəcə qısa müddətdə, cəld görülməli, heç bir çaxnaşmaya, təşvişə yol verilməməlidir.Hər həs özü ilə bir qədər azuqə və su ehtiyatı götürməlidir. Mühafizə qurğularında daldalananlar daxili qaydalara ciddi riayət etməli, xidmət manqası üzvlərinin tövsiyyələrini danışıqsız yerinə yetirməlidirlər.Belə sığınacaq adamların orada müəyyən müddət qala bilməsini təmin etməlidir.Bundan əlavə, onlar daldalanan adamları zərbə dalğasının izafi təzyiqindən də müəyyən dərəcədə mühafizə edə bilər.

RƏD burada daldalanan adamları ərazinin radioaktiv zəhərlənməsi zamanı ionlaşdırıcı şüalanmanın zədələyici təsirindən, işıq şüalanmasından və qismən də zərbə dalğasından mühafizə etmək üçün nəzərdə tutulmuş mühafizə qurğusuna deyilir.Mühafizə əmsalına, yerinə və mqsədinə görə RƏD-ləri qruplara ayırırlar.

Radiasiya əleyhinə daldalanacağın daxili avadanlığı sığınacağın adamlar yerləşən otağında olduğu kimidir.Evlərin zirzəmilərini, döşəməaltı boşluqları, ayrıca tikilmiş yeraltı anbarları, tərəvəz anbarlarını, yeraltı dağ-mədən sahələrini radiasiya daldalanacağı kimi düzəltmək mümkündür.Radiasiya daldalanacağı düzəldilən bütün otaqların divarlarında, tavan və döşəməsində, qapı və pəncərələrində hava keçə biləcək bütün deşik yerlərini, bacaları, çatları müxtəlif üsullarla (suvaq çəkmək, əsgi tıxamaq, qalın kağız yapışdırmaq və s.) kipləşdirirlər.Qapı ilə çərçivə arasına keçədən, brezentdən araqat vurmaqla onun kip örtülməsinə nail olurlar. Burada adamların müəyyən müddət qala bilməsi üçün hər cür şərait yaradılır.

RƏD-in əsas otağında havanın dəyişdirilməsi üçün süzgəcli sorucu tərtibat düzəldirlər.Burada da adamların oturması üçün skamya və taxtlar yerləşdirirlər: bunların sayını elə götürürlər ki, hər adam 7-8 saat uzanıb dincələ bilsin.Ərzaq məhsullarını saxlamaq üçün daldalanacağın divarlarında rəflər düzəldirlər.

Mühafizə qurğusunda ona xidmət edən manqanın, yaxud MM postunun nümayəndəsi yerləşdirilir.Adamların hamısı içəriyə girən kimi bütün qapılar kip bağlanır.

Xidmətçi heyətin icazəsi olmadan mühafizə qurğularından çıxmaq qadağandır. Ancaq “Hava həyəcanı sovuşdu” siqnalına, yaxud komendant sərəncamına əsasən daldalanma yerlərini tərk etmək olar.

Sadə daldalanacaqlar adamların işıq şüalanmasından mühafizəsini təmin edir, həmçinin nüvə partlayışı zamanı ionlaşdırıcı şüalanmanın və zərbə dalğasının təsirini xeyli zəiflədir.Bunlar yarğanlardan, səngərlərdən, habelə zirzəmilərdən və qazılaraq dərinləşdirilmiş digər teztikilən müvəqqəti daldalanma yerlərindən ibarətdir.Bunlar nüvə partlayışı və adi silahların təsirindən bir qədər qorunmaq üçün əhəmiyyətlidir.Məsələn, üstüaçıq xəndək zərbə dalğasının təsirini 1,5-2 dəfə, şüalanma dərəcəsini 2-3 dəfə zəiflədir.Üstü örtülmüş və damının torpaq qatı 60-70 sm-ə çatdırılmış xəndək isə nüfuzedici radiasiya və radioaktiv şüalanmanı 200-300 dəfə zəiflədə bilər.

Yadda saxlamaq vacibdir ki, hətta örtülü səngərlərdə belə,kimyəvi və bakterioloji vasitələrin təsirindən fərdi mühafizə vasitələri olmadan qorunmaq mümkün deyil.

Sadə daldalanacaqlar əsas mühafizə vasitələri deyil, yardımçı vasitələrdir və bunlar ekstremal şəraitdə, əsas mühafizə qurğuları çatışmadıqda qısa müddət üçün adamların çox cəmləşdikləri yerlərdə düzəldilir (köçürmə üzrə toplanış məntəqələri və stansiyalarında,müəssisələrin,məktəblərin həyətində və yaşayış məhəllələrində).

Sadə daldalanacaqların tikintisinə əhalinin özü cəlb edilir.Belə daldalanacaqlar, adətən, 10-15 nəfərlik olur (ən çoxu 50 nəfərlik). Sadə daldalanacaqların hündürlüyü 1,8 metr, eni aşağıdan 0,8 metr, yuxarıdan 1,1-1,2metr olmalıdır və oturmaq üçün hər adama 0,6 metr enində sahə düzəldilməlidir.

Sadə daldalanacağa bir və ya iki tərəfdən qapı qoyulur.Sadə daldalanacaqlar üçün elə yer seçilməlidir ki, subasma təhlükəsi olmasın.Sadə daldalanacaqlar bir-birindən ən azı 10 metr aralı olmalıdır.

Xəndəyin divarlarının birinin dibində hündürlüyü təxminən 50 sm, eni 35 sm olan oturacaq yeri düzəldilir.Səngər xəndəyinin üstünü qalınlığı 10-15 sm olan taxta, tir, dəmir-beton tikinti hissələri, yaxud kənd təsərrüfatı bitkilərinin (günəbaxan, qarğıdalı, pambıq) kollarından, ağacların budaqlarından bağlanmış şax-şəvəllə örtərək torpaqlamaq mümkündür.Burada müəyyən müddət qalmaq üçün lazımi şərait də yaradıla bilər.



Zəruri hallarda belə sadə daldalanacaqlar hər bir həyətdə, həmçinin çoxlu adam toplanan yerlərin – məktəblərin, mədəniyyət evlərinin, bazarların, avtobus dayanacaqlarının və s. yaxınlığında düzəldilməlidir.
Yüklə 18,99 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə