1
Söylənilənlərdən hansını tibb zəlisinə aid etmək olmaz?
A) Ön sormac başın qurtaracağının alt tərəfində yerləşərək ağızla
əhatə olunur.
B) Arxa sormacın üstündə anal dəliyi yerləşir.
C) Bədən xaricdən və daxildən eyni miqdarda seqmentlərə
bölünmüşdür.
D) Yaxşı inkişaf etmiş dəri əzələ kisəsinə sahibdir.
E) Bədəni xaricdən kitukula örtür.
2
Nə üçün tibb zəlisinin bədənindəki seqmentlər həqiqi və yalançı
olmaqla iki hissəyə bölünür?
A) Çünki bədəndə iki tərəfli simmetriya yoxdur.
B) Həqiqi seqmentlər endodermadan,yalançı seqmentlər isə
ektodermadan inkişaf edirlər.
C) Xarici seqmentlərin sayı və daxili seqmentlərin sayı biri-
birinə uyğun gəlmir.
D) Həqiqi seqmentlərdə yaxşı inkişaf etmiş dəri-əzələ kisəsinin
olmasına görə.
E) Yalançı seqmentlərin yaxşı inkişaf etmiş dəri-əzələ kisəsinin
olmasına görə.
3
Söylənilənlərdən hansı tibb zəlisinə aid edilə bilməz?
A) Öndə yerləşən seqmentlərdən 4-ü birləşib ön sormacı əmələ
gətirir.
B) Arxada yerləşmiş 7 seqment biri-biri ilə birləşərək arxa
sormacı əmələ gətirirlər.
C) Bədənin hər buğumunda metamer yerləşmiş nefritlər olur.
D) Tibb zəlisində parapodilər və palplar olmur.
E) Qan-damar sistemi reduksiya etmişdir.
4
Tibb zəlisinin hansı qrup əzələləri dəri-əzələ kisəsinə aid
deyildir?
A) Uzununa əzələləri.
B) Çəpinə əzələləri.
C) Bel-qarın əzlələləri.
D) Xarici əzələlər.
E) Daxili əzəllər.
5
Tibb zəlisi haqqında söylənilənlərdən hansı yalnışdır?
A) Qan damar sistemi reduksiya olunmuşdur.
B) Selom mənşəli lakunar sistem qan-damar sisteminin
funksiyasını icra edir.
C) Tənəffüs qəlsəmələrlə baş verir.
D) Tənəffüs bütün bədən səthi ilə baş verir.
E) Hermofrodit canlılardır.
6
Tibb zəlisinin həzm sistemi haqqında söylənilənlərdən hansı
yalnışdır?
A) Ağız ətrafında uzununa yerləşmiş üç əzələvi yastıq vardır.
B) Üç xitin lövhəli çənəsi vardır.
C) Orta bağırsaq 10-12 cüt cib bə ya kisələr əmələ gətirir.
D) Orta bağırsaq anal dəliklə xariclə əlaqələnir.
E) Udlağa ağız suyu vəzi aşılır
7
Tayqa gənəsinin mayalanmış yumurtasından çıxmış sürfəsi
gəmricilərə,kirpiyə və müxtəlif quşlara yapışıb qan sorduqdan
sonra yerə düşür,qabıq dəyişir və 4 cüt ətrafı olan ......Nöqtələrin
yerinə nə yazılmalıdır?
A) NimfA)
B) Yetkin fərD)
C) İmoqo.
D) Pup.
E) BaramA)
8
Tibb zəlisinin ifraz etdiyi hirudin adlı xüsusi maddə hansı
funksiyası vardır?
A) Müdafiyə funksiyası daşıyır.
B) Bədən səthini daim nəm saxlayaraq tənəffüsə yardım edir.
C) Qanın laxtalanmasının qarşısını alır.
D) Qida hissəciklərini parçalayır.
E) Neyroparalitik effekti vardır.
9
Söylənilənlərdən hansını hörümçəklər dəstəsinin yarım dəstəsinə
aid etmək olmaz?
A) İki ağ ciyərli ali hörümçəklər.
B) Quşyeyən hörümçəklər.
C) Qarnıbuğumlu hprümçəklər.
D) Lephisitimorpha
E) Xeliserlilər.
10
Hörümçəklərdə cinsi dimorfizmi nə ilə izah etmək olar?
A) Kişi formalarda pedipalpın axırıncı buğumunun kopulyativ
orqana çevrilməsi ilə.
B) Mayalanmış yumurtanın baramanın içinə qoyulması ilə.
C) Erkək fərdlərdə güclü inkişaf etmiş ağız aparatının olmasına
görə.
D) Erkəklərin dişilərə nisbətən daha iri olmasına görə.
E) Mayalanmanın daxili yolla getməsinə görə.
11
Qaraqurdun sancdığı adama ən effektli tədbir nə ola bilər?
A) Hörümçəyin sancdığı yeri alovlanan kibrit bşı ilə yandırırlar.
B) Qaraqurd əlehinə zərdab vururlar.
C) Qaraqurd əlehinə peyvənd edirlər.
D) Kalium permanqanatın 2-3%li məhlulunu 2-3 ml vena
daxilinə yeridirlər.
E) Qurdun sancdığı yer kəsilərək qan xaricə axıdılır.
12
Qaraqurd çox yayılan yerlərdə heyvandarlığa ziyan vurmasının
qarşısını almaq öçün nə etmək olar?
A) Torpağa heksaxloran səpilir.
B) Torpağa nefit səpilir.
C) Torpağa metoxloran səpilir.
D) Heyvanlar xüsusi karantina şəraitində saxlanır.
E) Torpağa kükürd birləşmələri səpilir.
13
Əqrəblərdə telson harada yerləşir?
A) Bədənin arxa qurtaracağında
B) Bədənin baş-döş hissəsində.
C) Qarının ön ikinci buğumunda
D) Qarının ön üçüncü buğumunda
E) Xeliserin dibində.
14
Əqrəblərdə cinsiyyət qapaqları harada yerləşir?
A) Bədənin arxa qurtaracağında
B) Bədənin baş-döş hissəsində.
C) Qarının ön ikinci buğumunda
D) Qarının ön üçüncü buğumunda
E) Xeliserin dibində.
15
Əqrəblərdə darağabənzər hiss orqanları harada yerləşir?
A) Bədənin arxa qurtaracağında
B) Bədənin baş-döş hissəsində.
C) Qarının ön ikinci buğumunda
D) Qarının ön üçüncü buğumunda
E) Xeliserin dibində.
16
Əqrəblərdə ağ ciyər kisəciklərinin dəlikləri harada yerləşir?
A) Bədənin arxa qurtaracağında
B) Bədənin baş-döş hissəsində.
C) Qarının ön ikinci buğumunda
D) Qarının ön üçüncü buğumunda
E) Qarının ön 4-7ci buğumunda
17
Gənələrdə bədənin yan tərəfində yerləşmiş stiqma nədir?
A) Cinsiyyət dəliyidir.
B) Bağırsağı xariclə əlaqələndirən dəlikdir.
C) Tənəffüs dəliyidir.
D) Sorucu aparatdır.
E) İfrazat dəliyidir.
18
İt gənəsi hansı xəstəliyin keçricisidir?
A) Şotlandiya ensefaliti və tulyaremiyanın.
B) Qara yara və vəbanın.
C) Xəstəlik keçriciliyinə təsadüf edilmir.
D) Meningeal ensefalitin.
E) Səpgili yatalağın.
19
Söylənilənlərdən hansı yaz-yay ensefaliti viruslarının keçricisi
və təbii rezervuarıdır?
A) İt gənəsi.
B) Tayqa gənəsi.
C) Bitlər.
D) Birələr.
E) Qoturluq gənəsi.
Dostları ilə paylaş: |