Söylənilənlərdən hansını tibb zəlisinə aid etmək olmaz?



Yüklə 322 Kb.
Pdf görüntüsü
səhifə6/12
tarix27.04.2018
ölçüsü322 Kb.
#40296
1   2   3   4   5   6   7   8   9   ...   12

122

Bəlğəmin tədqiqi üsulu ilə hansı paraziti aşkar etmək olmaz?

A) Ağciyər sorucusunun yumurtasını

B) Şistosomların yumurtasını

C) Askaridin sürfəsini

D) Alveokokkun yumurtasını

E) Exinokokk qovuğunun fraqmentini

123


Hansı əlamət malyariya ağcaqanadına xasdır?

          A) Yumurtaları tək-tək dağnıq halda qoyur

          B) Sürfədə sifon boru formada olduğu üçün suda başı 

aşığıda oturur

          C) Qarıncıq yerin səthinə paralel yerləşir

          D) Ayaqlar bədəndən yarım dəfə uzundur

          E) Yumurtalarında hava kisələri yoxdur

124


Gənələrdə xortum nədən əmələ gəlib?

 A) Xeliser və alt dodağın birləşməsindən

 B) Alt dodağın uzanmasından

 C) Alt çənə və alt dodağın birləşməsindən

 D) Pedipalp və xeliserin birləşməsindən

 E) Pedipalp və alt dodağın birləşməsindən

125

Nə üçün həşaratlar sinfinə insecta adı verilmişdir?



            A) Döş buğumlarının sayına görə

            B) Baş buğumlarının sayına görə

            C) Ətraflarının sayına görə

            D) Traxeya vasitəsilə tənəffüsünə görə

            E) Qarıncıq buğumlarının sayına görə

126


Sahibdəyişmə ifadəsi üçün hansı doğru cavabdır:

           A) Cinsiyyət yetişkənliyinə çatmış (marita) əsas sahibdə, 

sürfə aralıq sahibdə parazitlik edir.

           B)Sürfə mərhələsi əsas sahibdə, maritaları aralıq sahibdə 

parazitlik edir.

           C)Marita və sürfə hər iki sahibdə növbəli olaraq parazitlik 

edir.

           D)Partonogenetik nəsil əsas, hermofrodit nəsil aralıq 



sahibdə parazitlik edir.

           E)Hermafrodit nəsil əsas sahibdə, sürfə aralıq sahibdə 

parazitlik edir.



127

Tripanosomla yoluxmuş adamlarda xəstəliyin hansı əlamətləri 

özünü göstərir.  

A) Xəstənin üzündə, göz qapaqlarında,boynunda,dərisində şiş 

yaranır,limfa düyünləri   genişlənir, yorğunluq,yuxusuzluq,baş 

ağrıları, psixi pozğunluqlar,anemiya baş verir. 

B)Bağırsaq divarının tamlığı pozulduğundan nəcis bərkimir, 

xəstə selik-qan qarışığı formada gündə 20-30 dəfə defekasiya 

edir,bağırsaq divarında yaralar əmələ gəlir,selikli qişa dağılır.

C) Üzdə, əldə, açıq nahiyələrdə  ləkələr əmələ gəlir, sonradan 

yaraya  çevrilir və insanın bütün ömrü boyu qalır. Yaranın 

sağalması kobud çapıqların əmələ gəlməsi ilə təzahür edir.

D) Cinsiyyət sistemində pozğunluqlar əmələ gəlir, ruh 

düşkünlüyü iştahasızlıq, ürək bulanması, başgicəllənməsi təzahür 

edir.

E)Qaraciyər və dalaq şişir,öd ifrazı dayanır, maddələr mübadiləsi 



pozulur, kəskin zəifləmə baş verir.

128


Kirpikli qurdların hansı nümayəndələrində çoxalma 

tumurcuqlanma formasında qeyri-cinsiyyətli yolla gedir:

A) Bağırsaqsızlar (acoela)    

B) Çoxşaxəlilər  (polycladiata)

C) Düzbağırsaqlılar (rhabdocoela)

D) Makrostomidlər (makrostomidia)

E) Temnosefalidlər (themnocephalida)

129


Enlilent qurdun (Diphyllobothrium latum) törətdiyi difillobotrioz 

xəstəliyinin diaqnozu hansı üsulla müəyyən edilir:

A) Rentgenoloji          

B) Kliniki-epidemoloji            

C) İmmunoloji 

D) Sorğu üsulu           

E) Labaratoriya və sorğu

130


Heminolepidoz xəstəliyinin diaqnozu üçün hansı variant düzgün 

verilmişdir.

A) Yumurtaları nəcisdə aşkar edilməlidir;

B) Xəstə ilə söhbət edərək nəcisdə hərəkət edən buğumun olub-

olmaması  müəyyən edilməlidir;

C) Xəstənin sidiyində parazit yumurtaları aşkar edilməlidir;

D) Nəcisdə parazitin sürfələri aşkar edilməlidir;

E) Xəstənin qan yaxmasından hazırlanmış pereparatda parazitin 

sürfələri aşkar edilməlidir. 

131


Qansorucu qurd (Schistosoma haematobium) parazitinin 

törətdiyi şistosomoz xəstəliyinin diaqnostikası üçün hansı fikirlər 

doğru deyil.

A) insanın gənc yaşlarında bədxassləli şişlər əmələ gətirir, 

toxuma lifləri hipertrofiyaya uğrayır.

B) Beyin kapiliyarlarına düşmüş yumurtaları xəstədə epilepsiya 

və iflic halları törədir.

C)Yumurtaları sidik kisəsini, böyrəkləri və sidik axarlarını 

zədələyir

D) Sidik kisəsində zədələnmiş nahiyələrdə fosfor duzları çökərək 

sərt daşlar əmələ gətirir.

 E) Cinsiyyət pozğunluqları,sonsuzluğun yaranmasına, ağızda 




132

Exinokokkun qovuğunun çürüməsi nəticəsində  içərisindəki 

mayenin qarın boşluğu orqanları arasına tökülməsi ilə əlaqədar 

kompleks allergiya xarakterli simptomlar meydana gəlir, bu hətta 

huşitirmə hallarının yaranmasına gətirib çıxarır. Bu hal qaraciyər 

exinokokkunun hansı inkişaf mərhələsində baş verir.

A) 1-ci mərhələ          

B)2-ci mərhələ          

C)3-cü mərhələ

D)Aralıq mərhələ     

E)Hazırlıq mərhələsi        

133


Volvoks koloniyasında koloniyanı əmələ gətirən fərdlər necə  

adlanır.             

 A)Marita       

 B)Zooid        

C)Blastomer    

D)Nimfa     

E)Oosista

134


Aşağıda göstərilən əlamətlərdən hansı sporlulur tipinə aid 

xarakterik xüsusiyyətləri göstərir:

 1.sporun olması  2.hərəkət orqanlarının olması  3.hərəkət 

orqanının olmaması 4. Ağızın olmaması 5.həzm vakuolunun 

olmaması  6.Sormacların olması  7.qamçıların olması

A) 1,2,3,4          

B)1,3,4,5         

C)1,5,6,7          

D)2,5,6,7           

E)3,4,5,7

135

Aşağıdakılardan hansı vaxtaşırı parazitizm formasına aid deyil?



A) Parazit nəslin sərbəst yaşayan nəsillə növbələşməsi

B) Orqanizmin yalnız müəyyən inkişaf fazasında parazit həyat 

tərzi keçirməsi

C) Sürfə parazitizmi

D) Yalançı parazitizm

E) İmaginal parazitizm

136

Aşağıda göstərilənlərdən hansı parazitlərin morfoloji 



uyğunlaşma xüsusiyyətlərinə aid deyil?

A) Qarmaq və sormacların olması

B) Bədənin uzanıb-qısala bilməsi

C) Bədən rənginin sığnacaq yerinin rənginə müvafiq olması

D) Nəsilvermə tempinin aşağı olması

E) Hiss orqanlarının bioloji tənəzzülü

137

Aşağıda göstərilən helmint siniflərindən hansında qida qalıqları 



xüsusi dəliklə bədəndən xaric edilir?

A) Trematodla     

B) Nematoda      

C) Trubellaria       

D) Monogenoidea         

E) Cestodaria




Yüklə 322 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə