Soyqirimi: tarixin qanlı salnaməsi



Yüklə 3,15 Mb.
Pdf görüntüsü
səhifə10/138
tarix08.03.2018
ölçüsü3,15 Mb.
#30951
1   ...   6   7   8   9   10   11   12   13   ...   138

poniminə,  istər  Urartu  sivilizasiyasına,  istərsə  elə  əsası  I  Arqişti 

tərəfindən  qoyulmuş  şəhərə  heç  bir  aidiyyəti  yoxdur.  Mənbə­

lərdə  Sünik,  Utik,  Paytakaran  kimi,  Arsax-Xaçen  də  Qafqaz 

Albaniyasının  tarixi  vilayəti  kimi  göstərilir.  Tarixi  inkişafın  qısa 

bir  dövründə  ərazisi  genişlənmiş  Erməni  çarlığının  siyasi  təsiri 

bu  vilayətə  aid  ola  bilərdi.  Axı  bir  sıra  başqa  imperiyalar,  xila­

fətlər,  çarlıqlar da  genişlənmiş  və  kiçilmiş,  tərəqqi  və  tənəzzül 

dövrlərini  yaşamışlar.  Bunun  nəticəsində  onların  nəzarət  et­

dikləri  ərazilərin  heç  də  bütün  əhalisi,  deyək  ki,  latın,  yunan, 

ərəb,  fars,  monqol,  osmanlı,  ingilis,  fransız  və  s.  olmamışdır. 

İşğal  edilmiş  ərazilərdə  yerli  xalqlar  yaşamaqda  davam  edirdi. 

Kür  çayının  sağ  sahilinin,  o  cümlədən  Arsaxın,  Paytakaranın, 

Utikin,  Sünikin  alban  əhalisi  barədə  hətta  Raffi,  B.İşxanyan, 

İ.Orbeli,  R.Suni  kimi  erməni  tarixçilərinin  özləri  də  yazırdılar. 

Dünyada  onlarca  digər  nüfuzlu  tarixçilər  də  bu  fikirdədir.

Məsələn,  münaqişənin  lap  əvvəlində,  1988-ci  ildə  ABŞ-ın 

Miçiqan  Universitetində  işləyən  erməni  tarixçisi  Ronald  Suni 

bugünkü  Qarabağın  ərazisində  orta  əsrlərdə  Qafqaz  albanla­

rının  dövlətinin  mövcud  olmasını  qeyd  edirdi:  «Orta  əsrlərdə 

türk  xalqları  Orta  Asiyadan  buraya  köçənə  qədər  Zaqafqaziya 

Qafqaz  Albaniyası  kimi  tanınmışdır.  Qafqaz  albanlarının  Bal­

kan  albanlarına  heç  bir aidiyyəti  olmamışdır,  o,  ermənilərə  ya­

xın  olan  xristian  xalqı  idi.  XI  əsrdə  səlcuqlar  buraya  gələndən 

sonra  dağlıq  hissədə,  yəni  Qarabağdan  başlamış  tarixi  Ermə­

nistanla  sərhədə  qədər  ərazidə  yaşayan  albanlar  xristian  kimi 

qalmış  və  nəticədə  ermənilərlə  qaynayıb  qarışmışlar.  Şərq  his­

sədə  -   ovalıqdan  Xəzərə  qədər  olan  ərazidə  isə  albanlar  türk 

əhali  ilə  qaynayıb  qarışmış  və  müsəlman  olmuşlar»19.

Bir  qədər  sonra,  hərbi  əməliyyatların  qızğın  çağında  o, 

«Ararat  tərəfə  baxış»  kitabında  yazırdı:  «Ən  qədim  dövrlərdə 

və  orta  əsrlərdə  Qarabağ Qafqaz  albanları  knyaziığının  bir  his­

səsi  olmuşdur.  Müasir  dövrümüzdə  artıq  mövcud  olmayan  bu 

müstəqil  etnodini  qrup  IV  əsrdə  xristianlığı  qəbul  etmiş  və  Er­

36



məni  kilsəsi  ilə  yaxınlaşmışdı.  Sonralar  alban  elitasının  yüksək 

təbəqəsi  erməniləşmişdir.  XI  əsrdə  səlcuqlar  Cənubi  Qafqaza 

girəndən  sonra  islamlaşdırma  prosesi  başlanmış  və  nəticədə 

Qarabağın  aran  hissəsinin  əhalisi  müsəlman  dinini  qəbul  et­

mişdir.  İndiki  azərbaycanlıların  birbaşa  əcdadı  sayılan  bu  xalq 

türk  dilində  danışır  və  islamın  qonşu  İranda  yayılmış  şiə  məz­

həbini  qəbul  etmişdir.  Dağlıq  hissədə  isə,  əsasən,  xristianlıq 

qalmış  və  Qarabağ  albanları  zaman-zaman  ermənilərlə  qay­

nayıb  qarışmışlar.  Alban  kilsəsinin  mərkəzi  Qanzasar  Erməni 

kilsəsinin  yepiskopluğundan  birinə  çevrilmişdir.  Bir  zamanlar 

müstəqil  milli  kilsənin  izləri  katolikos  adlanan  yerli  arxiyepis­

kop  statusunda  qalmışdır»20.

Digər  erməni  müəllifi  B.İşxanyan  yazırdı  ki,  «Dağlıq  Qara­

bağda  yaşayan ^ermənilərin  bir  hissəsi  qədim  albanların  nəs­

lindən  olan  yerli  əhali,  bir  hissəsi  isə  Türkiyə  və  İrandan  olan 

qaçqınlardır.  Onlar  üçün  Azərbaycan  torpağı  təqiblərdən  sığı­

nacaq  yerinə  çevrildi»21.

Erməni  alimləri  Qafqaz  Albaniyası  haqqında  «Qafqaz  mə­

dəniyyəti  aləmindən  Ermənistan  və  Gürcüstanla  eyni  əhəmiy­

yətli»  (İ.A.Orbeli)  dövlət  kimi,  alban  incəsənəti  və  memarlığı 

barədə  isə  Qafqaz  mədəniyyəti  tarixində  ayrıca  mövzu  kimi 

(İ.A.Orbeli,  S.T.Yeremyan  və  başqaları)  yazırdılar.  Erməni  ta­

rixçisi  İosif Orbelinin  fikrincə,  Albaniyanın  tərkibinə  daxil  olan 

Xaçen  knyazlığının  yüksəlişi  və  çiçəklənməsi  XII-XIII  əsrlərə 

təsadüf edir22.  Həmin  Orbeli  erməni  feodallarının  müasir  Dağ­

lıq  Qarabağın  vilayətlərini  zəbt  etməsi  və  müstəmləkəyə  çe­

virməsindən  yazırdı23.

Erməni  akademiki  S.T.Yeremyan  yazırdı:  «Əksər  hissəsi 

ərəb  işğalından  əvvəlki  dövrlərə  təsadüf  edilən  xristian  abi­

dələrinin  çoxu  qədim  Albaniyanın  erməniləşmiş  hissəsində  və 

hazırda,  əsasən,  erməni  əhalisinin  yaşadığı  qədim  alban  vila­

yətləri  olan  Arsax  və  Utikdə  qorunub  saxlanılmışdır»24.

37



Əgər Arsaxın  Albaniyanın  vilayəti  olması,  indiki  erməni  rəh­

bərliyinin  iddia  etdiyi  kimi,  yalan,  uydurma  və  «Azərbaycan 

təbliğatı»nın  məhsuludursa,  onda  erməni  müəllifləri  bu  barədə 

həqiqəti  niyə  yazırdılar?  Əgər  Arsaxın  Albaniya  ilə  heç  bir 

əlaqəsi  yox  idisə,  Gəncəsar  monastırı  sırf  «erməni»  monastırı 

kimi  yaradılmışdısa,  niyə  bu  məbədi  tikdirmiş  knyaz  Həsən 

Cəlal  tikilinin  üstündə  «mənim  alban  xalqım»  üçün  ucaldılmış 

«Albaniya  paytaxt  məbədi»  yazdırmışdı?  Məgər  kimsə  onları 

buna  vadar  edirdi,  bəlkə  onlar  «Azərbaycan  kəşfiyyatı»na  xid­

mət  edirdilər?  Erməni  tarixçiləri  özləri  Arsaxın  alban  xarakte­

rini  etiraf edirdilər!

Maraqlıdır  ki,  Ermənistan-Azərbaycan,  Dağlıq  Qarabağ 

münaqişəsindən  əvvəl  erməni  tarixçiləri  Arsaxın  Qafqaz  Alba­

niyasının tərkibinə daxil  olması  və bu  vilayətin  əhalisinin  alban 

olması  barədə  mübahisə  etmirdilər.  Münaqişənin  lap  əvvəlin­

də  Yerevanın  başabəla  tarixçiləri  antik  və  erkən  orta  əsrlər 

dövründə  Qafqaz  Albaniyası  dövlətinin  və  albanların  mövcud­

luğunu,  ümumiyyətlə,  inkar  etməyə  çalışırdılar.  Onların  bəzi­

ləri  isə  albanları  hətta  əfsanəvi  Atlantida  ilə  müqayisə  edirdi. 

Bu  «tarixçilər»  akademik  aləmdə  pis  vəziyyətə  düşdüklərini 

və  alimlərin  istehza  obyektinə  çevrildiklərini  anlayandan  sonra 

bu  vəziyyətdən  yetərincə  orijinal  üsulla  çıxmağa  cəhd  göstər­

mişlər:  onlar  Qafqaz  Albaniyasının  mövcudluğunun  danılmaz 

fakt  olduğunu  etiraf etsələr  də,  onun  sərhədlərində  bir  balaca 

«düzəliş»  etmiş  və  bu  sərhədləri  ərazi  iştahalarının  çəkdiyi 

yerə  -   Kür  çayınadək  uzatmışlar.  Bəlkə  də  ermənilərin  iddia­

ları  Abşeronadək  gəlib  çıxsaydı  (lap  ağıllarını  itirmişlər,  hələ 

də  «erməni  Bakurakert»dən  danışırlar),  Albaniya  Xəzərin  o  biri 

tayına  «köçməli»  olacaqdı.  Bu  halda  Yerevan  «tarixçiləri»  A l­

baniyanın  nə  üçün  səhvən  Orta Asiya  deyil,  Qafqaz  Albaniyası 

adlanmasım  izah  etməli  olacaqdılar.  Elmi  miflərə  və  xarici  si­

yasət  məqsədlərinə  tabe  etmək  məsələsində  erməni  tarix  elmi 

bəzən  absurd  səviyyəyə  çatır.

38



Yüklə 3,15 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   138




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə