Soyqirimi: tarixin qanlı salnaməsi



Yüklə 3,15 Mb.
Pdf görüntüsü
səhifə102/138
tarix08.03.2018
ölçüsü3,15 Mb.
#30951
1   ...   98   99   100   101   102   103   104   105   ...   138

2009-cu  ilin  mayında  isə  İKT  Xarici  İşlər  Nazirləri  Şurasının 

Dəməşqdə  keçən  36-cı  konfransında  nazirlər  Gənclər  Foru­

mu  haqqında  qəbul  etdikləri  yekun  qətnamədə  «Xocalıya  əda­

lət -   Qarabağa  azadlıq»  kampaniyasını  tam  dəstəkləyərək  üzv 

ölkələri  bu  kampaniyada  fəal  iştiraka  çağırıblar.

2011-ci  ilin  əvvəllərində  isə  İslam  Konfransı  Təşkilatı  Par­

lamentlər  İttifaqı  (İKT  Pİ)  Leyla  xanım  Əliyevanın  təşəbbüsü 

ilə  həyata  keçirilən  «Xocalıya  ədalət»  beynəlxalq  kampaniya­

sına  dəstək  olaraq  bəyannamə  qəbul  edib.  İKT  Parlamentlər 

İttifaqı  Şurasının  Birləşmiş  Ərəb  Əmirliklərinin  (BƏƏ)  paytaxtı 

Abu-Dabidə  keçirilən  13-cü  sessiyasında  Şuraya  üzv  dövlətlə­

rin  qəbul  etdikləri  Abu-Dabi  Bəyannaməsində  Xocalı  faciəsini 

insanlığa  qarşı  törədilmiş  kütləvi  cinayət  kimi  tanımağa  çağırı­

lır.  Bu,  İKT  GF-in  təşəbbüsü  ilə  irəli  sürülmüş  «İKT  GF  və  İKT 

Pİ  arasında  əməkdaşlıq  haqqında»  qətnamənin  Şura  tərəfin­

dən  təsdiqlənməsi  nəticəsində  baş  verib.  Qətnamənin  3-cü 

bəndində  qeyd  edilib  ki,  İKT  Pİ-yə  üzv  parlamentlər  erməni 

silahlı  qüvvələri  tərəfindən  Azərbaycan  Respublikasının  Xocalı 

şəhərində  dinc  azərbaycanlı  əhaliyə  qarşı  törədilmiş  kütləvi 

qırğını  insanlığa  qarşı  cinayət  kimi  tanıyır.  Sənəddə  üzv  döv­

lətlər  qeyd  olunan  cinayətə  milli  səviyyədə  lazımi  qiymətin 

verilməsinə  çağırılırlar.  İKT  Pİ  Şurası  Leyla  xanım  Əliyevanın 

fəaliyyətini  yüksək  qiymətləndirib  və  bu  rəy  qətnamədə  öz 

əksini  tapıb.

Qətnamədə  təşkilata  üzv  parlamentlərə  birbaşa  çağırış  var­

dır  və  bu,  öz  növbəsində,  faciənin  milli  səviyyədə  hüquqi  və 

siyasi  tanınması  mərhələsini  açır.  İKT  Pİ-nin  dünya  parlament­

lərinin  dörddə  birini  öz  sıralarında  cəmləşdirdiyini  nəzərə  al­

saq,  mühüm  siyasi-hüquqi  tərkibə  malik  «insan İ ığa  qarşı  cina­

yət»  ifadəsinin  istifadə  olunması  Xocalı  faciəsinin  ermənilərin 

Azərbaycan  xalqına  qarşı  soyqırımı  siyasətinin  tərkib  hissəsi 

kimi  tanınması  və  cinayəti  törədənlərin  hüquqi  məsuliyyətə 

cəlb  olunması  baxımından  yeni  mərhələdir.  Qətnamənin  qə­

bulu  ideyası  Leyla  xanım  Əliyevanın  «Xocalıya  ədalət»  kam­

325



paniyasının  m illi  koordinatorları  ilə  görüşündə  irəli  sürülüb  və 

kampaniyanın  fəallarının  öz  ölkələrinin  parlamentləri  ilə  apar­

dıqları  lobbiçilik  fəaliyyəti  nəticəsində  uğurla  reallaşdırılıb.

İKT  Pİ  öz  sıralarında  51  üzv dövlətin  parlamentini  birləşdirir 

və  illik  olaraq  Şuranın  sessiyalarını,  iki  ildə  bir  dəfə  isə  Afrika, 

Asiya  və  ərəb  bölgəsinin  müvafiq  ölkələrindən  birində  kon­

fransın  sessiyasını  keçirir.

Xocalı  faciəsi  haqqında  həqiqətlərin  dünya  ictimaiyyətinə 

çatdırılması  və hadisənin dünya  ictimaiyyəti tərəfindən  hüquqi- 

siyasi  və  mənəvi  qiymətləndirilməsinə  nail  olmağa  yönəlmiş 

«Xocalıya  ədalət»  beynəlxalq  məlumat və  təşviqat  kampaniya­

sı  hazırda  dünyanın  bir çox  ölkəsində  yüzlərlə  könüllü  tərəfin­

dən  uğurla  həyata  keçirilir.

Bu  gün  Ermənistan-Azərbaycan,  Dağlıq  Qarabağ  münaqi­

şəsində  beynəlxalq  hüquq  və  normaları,  ədalət  meyarı  Azər­

baycanın  tərəfindədir və  bunu  dünya  ictimaiyyəti  də  birmənalı 

olaraq  qəbul  edir.  Beynəlxalq  birliyin  tamhüquqlu  üzvü  olan 

Azərbaycan  hələlik  münaqişənin  sülh  yolu  ilə  həlli  üçün  səy­

lərin  davam  etdirilməsini  zəruri  saysa  da,  ərazi  bütövlüyünün 

pozulması  ilə  uzun  müddət  barışmaq  niyyətində  deyil.  Azər­

baycan  Prezidenti,  Ali  Baş  Komandan  cənab  İlham  Əliyev  Er­

mənistanın  münaqişənin  hamılıqla  qəbul  olunmuş  norma  və 

prinsiplərlə  həllinə  razılıq  verməyəcəyi,  təcavüzkarlıq  siyasə­

tini  davam  etdirəcəyi  təqdirdə  Azərbaycanın  öz  torpaqlarını 

azad  etmək  üçün  hərbi  əməliyyatlara  başlayacağını  qətiyyətlə 

bəyan  edir.  Bu,  Azərbaycan  xalqının  müstəsna  hüququdur  və 

onu  heç  bir  dövlət  bu  yoldan  çəkindirə  bilməz.  Qeyd  edilən 

fonda,  şübhə  yoxdur  ki,  Ermənistan  tezliklə  işğal  etdiyi  ərazi­

ləri  azad  edəcək,  həmçinin  xalqımıza  qarşı  ağır  cinayətlərə 

yol  verənlər,  o  cümlədən  Xocalı  faciəsini  törədənlər  ədalət 

mühakiməsi  qarşısında  dayanacaqlar.

326



IV  FƏSİL

Terror  Ermənistanın 

dövlət  siyasətinə

çevrilib


Erməni  terroru  -  

tarixin  qanlı  səhifələri

Tarixi  həqiqətlər  göstərir  ki,  «Böyük  Ermənistan» 

xülyası  ilə  yaşayan  erməni  ideoloqları  əsassız  və  qeyri- 

hüquqi  iddialarının  reallaşdırılması  naminə  terror  və 

soyqırımı  siyasətini  «milli  mübarizə»  yoluna  çevirmiş, 

dövlət  səviyyəsində  dəstəkləmişlər.  Bu  zaman  bədxah 

qonşularımız  müəyyən  xarici  qüvvələrin  maraqlarının 

ifadəçisinə  çevrilmiş,  bəzi  dövlətlər  Cənubi  Qafqaz 

və  Qərbi  Asiyada  möhkəmlənmək  üçün  daim  «erməni 

məsələsi»ndən  öz  mənafelərinə  uyğun  şəkildə  istifadə 

etməyə  çalışmışlar.

Qafqazı  daim  gərginlikdə  saxlamaq,  burada  yaşayan  xalqla­

rın  «böyük dövlət yaratmaq  imkanlarının  mövcudluğu»  barədə 

xülyanın  beyinlərə  yerləşdirilməsi  həmişə  müəyyən  dövlətlə­

rin  örtülü  siyasəti  olmuşdur.  Və  əslində,  erməni  terroru  bu 

gün  də  həmin  maraqların,  «ikili  standartlar»ın  latent  ifadəsi­

nə  çevrilməklə  sivil  dünyanın  təhlükəsizlik  maraqlarını  qlobal 

mənada  təhdid  edir.

Rus  tarixçisi  Nikolay  Şavrov  «Zaqafqaziyada  Rusiya  işlərinə 

yeni  təhlükə»  adlı  kitabında  qeyd  edir  ki,  1864-cü  ildə  Qafqaz 

idarələrində  çoxluq  təşkil  edən  erməni  və  gürcülərdə  millətçi­

lik  fəaliyyəti  oyandı.  Erməni  və  gürcü  çarlıqlarını  yenidən  dir- 

çəltmək  ideyası  Londonda  ustalıqla  onların  rəhbər  şəxslərinin 

beyninə  yeridildi.  Bu,  əslində,  tarixi  torpaqlara  malik  olmayan 

ermənilərin  Zaqafqaziyada  mümkün  qədər  daha  çox  ərazi  il- 

lıaqına  həvəsləndirilməsi  idi.  Sonralar  isə  «dənizdən-dənizə 

Ermənistan»  yaratmaq  ideyası  «Daşnaksütyun»  partiyasının 

başlıca  siyasətinə  çevrildi.  1890-cı  ildə  Tiflisdə  erməni  burjua-

329



Yüklə 3,15 Mb.

Dostları ilə paylaş:
1   ...   98   99   100   101   102   103   104   105   ...   138




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə