Soyqirimi: tarixin qanlı salnaməsi



Yüklə 3,15 Mb.
Pdf görüntüsü
səhifə107/138
tarix08.03.2018
ölçüsü3,15 Mb.
#30951
1   ...   103   104   105   106   107   108   109   110   ...   138

li  vertolyot  vurulmuşdur.  Nəticədə  Xankəndiyə  sülhməramlı 

missiya  ilə  səfər  edən  22  nəfər -  AR  M illi  Məclisinin  deputatı, 

dövlət  katibi  T.İsmayılov,  Baş  nazirin  müavini,  millət  vəkili 

Z.Hacıyev,  dövlət  müşaviri,  millət  vəkili  M.Əsədov,  Baş  pro- 

kuror  I.Qayıbov,  millət  vəkilləri  V.Cəfərov  və  V.Məmmədov, 

AR  Prezidenti  Aparatının  şöbə  müdiri  O.Mirzəyev,  meliora­

siya  və  su  təsərrüfatı  nazirinin  birinci  müavini  Q.Namazəliyev, 

Dağlıq  Qarabağ  Muxtar  Vilayətinin  prokuroru  İ.Plavski,  MTN- 

in  DQMV  üzrə  idarəsinin  şöbə  rəisi  S.İvanov,  DQMV  Daxili 

İşlər  İdarəsinin  rəisi  V.Kovalyov,  DQMV  Fövqəladə  vəziyyət 

rayonunun  komendantı  N.Cinkin,  AR  dövlət  katibinin  kömək­

çisi  R.Məmmədov,  Azərbaycan  Respublikası  Dövlət  Teleradio 

Verilişləri  Şirkətinin  əməkdaşları  A.Mustafayev,  A.Hüseynzadə 

və  F.Şahbazov,  Rusiya  Federasiyasından  olan  müşahidəçilər 

general-mayor  M.Lukaşov  və  podpolkovnik  V.Koçarov,  Qa­

zaxıstan  Respublikasının  daxili  işlər  nazirinin  birinci  müavini 

S.Serikov  və  3  nəfər  ekipaj  üzvü  həlak  olmuşdur.

-   28  yanvar  1992-ci  ildə  Şuşa  şəhəri  yaxınlığında  Ağdam- 

Şuşa  marşrutu  ilə  sərnişin  daşıyan  mülki  vertolyot  erməni  ter­

rorçuları  tərəfindən  vurulmuş,  əksəriyyəti  qadın  və  uşaq  olan 

41  nəfər  sərnişin  və  3  ekipaj  üzvü  həlak  olmuşdur.

-   18  mart  1994-cii  ildə  Xankəndi  şəhəri  yaxınlığında  ermə­

ni  terrorçuları  tərəfindən  İran  Hərbi  Hava  Qüvvələrinə  məxsus 

«Herkules»  tipli  təyyarə  vurulmuş,  34  nəfər  həlak  olmuşdur.



Həlak  olanlar:  104  nəfər

Bakı  Metropolitenində  törədilmiş  terror  aktları

-   19  mart  1994-cü  ildə  Bakı  Metropoliteninin  «20  Yanvar» 

stansiyasında  törədilmiş  partlayış  nəticəsində  14  nəfər  həlak 

olmuş,  49  nəfər  yaralanmışdır.  Məhkəmə  sübut  etmişdir  ki, 

terror  aksiyası  Ermənistan  xüsusi  xidmət  orqanları  tərəfindən 

hazırlanmış və separatçı  «Sadval»  ləzgi təşkilatının  üzvləri tərə-

340



finclən  həyata  keçirilmişdir.  Müəyyən  olunmuşdur  ki,  «Sadval» 

separatçı  təşkilatının  fəalları  1992-ci  ildən  etibarən  dəfələrlə 

Ermənistanda  olmuş,  bu  ölkənin  M illi  Təhlükəsizlik  Baş  İdarə­

si  təşkilatın  formalaşmasında,  maliyyələşməsində  və  silahlan­

masında  yaxından  iştirak  etmişdir.  1992-ci  ilin  aprel-may  ay­

larında  30  nəfər  milliyyətcə  ləzgi  olan  Azərbaycan  vətəndaşı 

Ermənistanın  Nairi  rayonunun  Lusakert  qəsəbəsində  yerləşən 

təlim-məşq  bazasında  xüsusi  terror-təxribat  hazırlığı  keçmişdir. 

İstintaq  zamanı  müəyyənləşdirilmişdir  ki,  təxribatçılar təlimata 

uyğun  olaraq  «20  Yanvar»  stansiyası  ilə  yanaşı,  Bakının  «Niza­

mi»  kinoteatrında,  keçmiş  Respublika  sarayında  və  Bakı  Lam­

pa  Zavodunda  da  partlayışlar  törətməyi  planlaşdırmışlar.  «20 

Yanvar»  metro  stansiyasında  partlayışın  törədilməsində  ittiham 

olunan  və  Ermənistanda  xüsusi  terror-təxribat  hazırlığı  keçmiş 

30  sadvalçı  cinayət  məsuliyyətinə  cəlb  edilmişdir.

-   3  iyul  1994-cü  ildə  Bakı  Metropoliteninin  «28  May»  və 

«Gənclik»  stansiyaları  arasında  elektrik  qatarındakı  partlayış 

nəticəsində  27  nəfər  həlak  olmuş,  91  nəfər  müxtəlif  dərəcəli 

bədən  xəsarəti  almışdır.  Terror  aksiyası  Azərbaycan  Respubli­

kasının  vətəndaşı,  Dağlıq  Qarabağ  uğrunda  gedən  döyüşlər 

zamanı  13  yanvar  1994-cü  ildə  əsir  düşmüş  və  Ermənistan 

xüsusi  xidmət  orqanları  tərəfindən  məxfi  əməkdaşlığa  cəlb 

edilmiş  Aslanov  Azər  Salman  oğlu  tərəfindən  törədilmişdir.

Məhkəmə  araşdırmaları  zamanı  müəyyən  olunmuşdur  ki, 

14  yanvar  1994-cü  ildə  erməni  separatçılarının  ideoloqların­

dan  biri,  yazıçı  Zori  Balayan  hərbi  əsir,  milliyyətcə  ləzgi  Azər 

Aslanovla  görüşmüş,  azərbaycanlılara  qarşı  mübarizədə  bütün 

azsaylı  xalqların  birgə  fəaliyyət  göstərmələrinin  vacibliyini 

bildirmişdir.  9  iyun  1994-cü  ildə  Ermənistan  xüsusi  xidmət 

orqanlarının  Artur adlı  əməkdaşı  A.Aslanovun  Bakıdakı  mənzi­

linə  zəng  vuraraq  onun  sağ  olduğunu  bildirmiş  və  azad  olun­

ması  üçün  yaxın  qohumlarından  birinin  Yerevan  şəhərinə  gəl­

məsinin  zəruriliyini  qeyd  etmişdir.  16  iyun  1994-cü  il  tarixində

341



A.Aslanovun  anası  Tacibat  Aslanova  Yerevana  getmişdir.  Azər 

Aslanova  anasının  həyatının  təhlükə  altında  olduğu  bildirilmiş, 

bu  təhdidlər  altında  o,  Ermənistan  xüsusi  xidmət  orqanları  ilə 

«Ömər-75»  təxəllüsü  ilə  daimi  əməkdaşlığa  cəlb  edilmişdir. 

Azərbaycana  maneəsiz  gəlməsi  üçün  Azər  Aslanovun  adı­

na  saxta  sənədlər  hazırlanmış,  partlayıcı  maddə  isə  müvafiq 

qaydada  peçenye,  şokolad  və  dezodorant  qutularında  gizlə­

dilmişdir.  A.Aslanov  Yerevan-Mineralnıye  Vodi-Bakı  marşrutu 

ilə  Azərbaycana  gələrək  3  iyul  1994-cü  ildə  Bakı  metrosunun 

«28  May»  və  «Gənclik»  stansiyaları  arasında  qatarda  terror 

aktını  həyata  keçirmiş  və  yenidən  Ermənistana  qayıtmışdır.  Bu 

müddət  ərzində  Yerevanda  girov  saxlanılan  anası  yalnız  bun­

dan  sonra  azad  olunmuşdur.  İstintaq  zamanı  müəyyən  edil­

mişdir  ki,  terror  aktının  təlimatçılari  Ermənistan  xüsusi  xidmət 

orqanlarının  polkovniki  Karen  Baqdasaryan  və  kapitan  Seyran 

Sarkisyan  olmuşlar.  Azərbaycan  Respublikasının  Ali  Məhkə­

mə  instansiyaları  tərəfindən  aparılmış  araşdırmalar  prosesində 

göstərilən  terror  aktlarının  həyata  keçirilməsində  Dağlıq  Qa­

rabağın  qeyri-qanuni  rejiminin  funksionerləri  və  Ermənistan 

Respublikasının  xüsusi  xidmət  və  digər  dövlət  orqanlarının 

təşkilatçılığı,  maliyyə  və  texniki  dəstəyi,  əksər  hallarda  isə  bi­

lavasitə  iştirakı  prosessual  qaydada  sübuta  yetirilmişdir.



Sərnişin  daşıyan  dəniz  bərəsində  törədilmiş  terror  aktı

-   08  yanvar  1992-ci  ildə  Krasnovodsk-Bakı  sərnişin  bərəsi 

partladılmış,  nəticədə  25  nəfər  həlak  olmuş,  88  nəfər  ağır  ya­

ralanmışdır.



Mülki  şəxslərə  və  hərbçilərə  qarşı  törədilmiş

terror  aktları

-   15  may  1988-ci  ildə  Kəlbəcər  rayonunun  Kapalı  kəndin­

də  X.İsmayılovun  evi  partladılmış-,  3  nəfər  həlak  olmuşdur.

342



Yüklə 3,15 Mb.

Dostları ilə paylaş:
1   ...   103   104   105   106   107   108   109   110   ...   138




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə