Soyqirimi: tarixin qanlı salnaməsi



Yüklə 3,15 Mb.
Pdf görüntüsü
səhifə119/138
tarix08.03.2018
ölçüsü3,15 Mb.
#30951
1   ...   115   116   117   118   119   120   121   122   ...   138

Faciədən  dərhal  sonra  hadisə yerinə gələn  jurnalistlər yazır­

dılar  ki,  kənd,  demək  olar,  xarabazara  çevrilmişdi.  Yandırılmış 

evlərdən  hələ  də  havaya  tüstü  qalxırdı.  Ətrafda  güllə  yarasın­

dan  ölmüş  heyvan  leşləri  gözə  dəyirdi...



XAN KƏNDİ

İnzibati  cəhətdən  Xankəndi  şəhərinin  əhatə  dairəsinə  Kər- 

kicahan  qəsəbəsi  də  daxildir  və  onun  sahəsi  8  kilometrdir. 

Azərbaycan  Dövlət  Statistika  Komitəsinin  1  yanvar  1989-cu 

il  tarixinə  olan  məlumatına  əsasən,  Xankəndi  şəhərində  53,1 

min  nəfər  erməni,  3.385  azərbaycanlı,  o  cümlədən  Kərkica- 

han  qəsəbəsində  1.708  azərbaycanlı  yaşayırdı.  Respublika  ta- 

beli  Xankəndi  şəhəri  erməni  silahlı  dəstələri  tərəfindən  işğal 

olunub.  Xan  babalarımızın  əli  ilə  ilk  bünövrə  daşları  düzülən, 

Azərbaycan  xalqının  var-dövləti  hesabına  tikilib  müasir  şəhər 

görkəmi  alan  Xankəndi  də  Qarabağın  başqa  yaşayış  məntə­

qələri  kimi,  Ermənistan  ordusunun  tapdağı  altındadır.  Keçən 

əsrin  90-cı  illərinin  əvvəllərinə  qədər  Xankəndidə  yüzlərlə 

azərbaycanlı  ailəsi  yaşayırdı,  soydaşlarımızın  əli  ilə  orada  Kər- 

kicahan  qəsəbəsi  də  yaradılmışdı.  1991-ci  il  dekabrın  2-də 

Xankəndi,  1992-ci  ilin  15  yanvarında  tamamilə  azərbaycanlı­

ların  məskunlaşdığı  Kərkicahan  qəsəbəsi  böyük  dağıntılardan 

sonra  ermənilərin  nəzarətinə  keçdi.  Mülki  əhali  arasında  ölən­

lər,  yaralananlar,  əsir  götürülənlər  oldu.  Azərbaycanlı  əhaliyə 

külli  miqdarda  maddi-mənəvi  ziyan  dəydi.

Sovet  imperiyasının  «Zaqafqaziya  ölkə  komitəsi»  deyilən 

qurumu  1923-cü  ilin  iyununda  muxtariyyət  məsələsinin  həll 

olunması  ilə  bağlı  Azərbaycan  rəhbərliyinin  qarşısında  tələb 

qoydu.  Bu  təkidli  tələblərdən  sonra  Azərbaycan  Mərkəzi  İcra­

iyyə  Komitəsi  deyilən  qurum  1923-cü  il  iyulun  7-də  «Dağlıq 

Qarabağ  Muxtar  Vilayətinin  yaradılması  haqqında»  dekret  ver­

di.  Həmin  dekretlə  Xankəndi  vilayətin  mərkəzi  elan  olunurdu.

---------  

378 

---------




Az  sonra  şəhər  azərbaycanlılara  qarşı  soyqırımının  təşkilatçıla­

rından  biri  olan  Stepan  Şaumyanın  adı  ilə  «Stepanakert»  adlan­

dırıldı.  O  dövrdə  kommunist  rejimi  tərəfindən  bir çox  xan,  bəy 

və  s.  titullu  yer,  qəsəbə,  kənd,  şəhər  adları  burjuaziya  qalığı 

bəhanəsi  ilə  kommunist  və  inqilabçıların  adları  ilə  əvəz  edi­

lirdi.  Məhz  Xankəndi  şəhəri  də  «xan»  kəlməsinin  qurbanına 

çevrilmiş  və  mənfur  kommunist  Şaumyanın  şərəfinə  «Stepana­

kert»  adlandırılmışdır.  1991-ci  ildən  etibarən  Azərbaycan  Res­

publikasının  M illi  Məclisinin  qərarı  ilə  tarixi  haqsızlıq  aradan 

qaldırılaraq  şəhərin  əvvəlki  adı  -   Xankəndi  bərpa  edilmişdir.

Dağlıq  Qarabağın  mərkəzi  Qarqar  çayının  sahilində,  Qa­

rabağ  silsiləsinin  şərq  ətəyində,  Bakıdan  329  kilometr  aralıda 

yerləşən  Xankəndi  ölkənin  inkişaf  etmiş  sənaye  mərkəzlərin­

dən  biri  idi.  Orada  yüngül  və  yeyinti  sənayesi  inkişaf  etmiş­

di.  Elektrotexnika,  avtomobil  təmiri  və  asfalt-beton  zavodları, 

mebel  fabriki,  tikinti  materialları,  sənaye,  istehsalat  və  tədris 

istehsalat  kombinatları,  çoxlu  orta  ixtisas  məktəbləri,  ali  təhsil 

müəssisəsi  vardı.



XOCALI

1991-ci  ildə  DQMV  ləğv  edildikdən  sonra  yaradılan  Xocalı 

rayonunun  ərazisi  940  kvadratmetr,  əhalisinin  sayı  işğaldan 

əvvəl  22.000  nəfər  idi.  Rayonun  inzibati  ərazi  vahidinə  daxil 

olan  Əsgəran  şəhəri  və  digər  yaşayış  məskənləri  Xocalı  şəhə­

rinin  Ermənistan  Respublikası  silahlı  qüvvələri  tərəfindən  ələ 

keçirilməsi  nəticəsində  tamamilə  işğal  olundu.  Rayonun  53 

yaşayış  məntəqəsindən  9-da  -   Kosalar,  Canhəsən,  Cavadlar, 

Yalobakənd,  Başkənd,  Qaragav,  Cəmi 11 i  və  Meşəlidə  tamamilə 

azərbaycanlılar  yaşayırdılar.

İşğal  nəticəsində  46  sənaye  və  kənd  təsərrüfatı  obyekti,  56 

mədəni-maarif  müəssisəsi,  18  tarixi  abidə  yerlə  yeksan  edildi.

379



Rayon  ərazisində  yerləşən,  el  arasında  Əsgəran  adı  ilə  ta­

nınan  Əsgəran  qalasını  XVIII  əsrdə  Pənahəli  xan  öz  xanlığının 

şərq  sərhədində  tikdirmişdi.  Dərbənd  səddi  Şirvanın  şimal  qa­

pısı  idisə,  Əsgəran  səddi  də  Qarabağ xanlığının  şərq  qapısı  idi.

Əsgəran  qalası  Şuşanın  24,  Xocalının  5  kilometrliyində  və 

Ağdam  şəhərinin  12  kilometr  cənubunda  Qarqarçayın  sağ 

və  sol  sahillərində  dağ  döşündə  yerləşir.  Burada  dağlar  eni 

təqribən  500  metrə  çatan  çayın  vadisinə  və  qalanın  divarla­

rı  ilə  əhatələnən  böyük  olmayan  dərəyə  yaxınlaşır.  Qalanın 

hündürlüyü  9  metr,  qalınlığı  2  metr  idi.

Qala  yerin  adı  ilə  Əsgəran  adlandırılmışdır,  başqa  sözlə, 

qala  tikilməzdən  əvvəl  ərazi  ətraf  əhali  içərisində  Əsgəran  -  

yəni  Əski  Aran  adı  ilə  məşhur  idi.  Nə  qədər  təzadlı  görünsə 

də,  bir  vaxt  babalarımızın  əli  ilə  tikilən,  Şuşa-Ağdam  yolunun 

üstündəki  bu  şəhərdə  məskunlaşan  ermənilər  Qarabağ  hadi­

sələri  başlayan  ilk  gündən  ən  çox  azərbaycanlıları  daşa  basır, 

maşınlarını  dağıdır,  insanların  fəaliyyətini  iflic  edirdilər.  O  yol­

da  onlarla  günahsız  azərbaycanlının  qanı  tökülüb.



Kosalar

Şuşanın  qarşısında  ikinci  bir sədd  də  vardı  -  bu,  ətrafda  yer­

ləşən,  Şuşa  ilə  qırılmaz  tellərlə  bağlı  Azərbaycan  kəndləri  idi. 

Ermənilərin  əsas  məqsədi  əvvəlcə  bu  kəndləri,  yaşayış  yerlə­

rini  ələ  keçirmək  idi.  Təklənmiş  Şuşa  ilə  hesablaşmaq  onda 

daha  asan  və  rahat  olacaqdı.  6  yaşayış  məskənini  özündə  bir­

ləşdirən  Kosalar  kəndi  9  maya  kimi  -   Şuşa  işğal  olunana  kimi 

düşmənlərə  qarşı  qəhrəmanlıqla  vuruşan  kəndlərimizdəndir. 

Qaragav,  Canhəsən  və  digər  kəndlərimizlə  birlikdə  Kosalar, 

imkan  daxilində,  mühasirədə  qalan  Cəmi 11 i,  Meşəli  kəndlə­

rinin  də  köməyinə  çatırdı.  Bəlkə  elə  buna  görə  tarixən  heç 

vaxt  düşmən  qarşısında  əyilməyən  bu  kənd  Şuşa  ilə  bir  gün­

də  ermənilərin  əlinə  keçdi,  25  nəfər  öldü,  yaralananlar,  əsir 

düşənlər  oldu.

380



Yüklə 3,15 Mb.

Dostları ilə paylaş:
1   ...   115   116   117   118   119   120   121   122   ...   138




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə