Soyqirimi: tarixin qanlı salnaməsi



Yüklə 3,15 Mb.
Pdf görüntüsü
səhifə123/138
tarix08.03.2018
ölçüsü3,15 Mb.
#30951
1   ...   119   120   121   122   123   124   125   126   ...   138

rayonlara  diş  qıcadıqlarını  gizlədə  bilmədilər.  Laçının  75.781 

hektar əkinəyararlı  torpağı,  33.205  hektar  meşəsi  (adı  «Qırmızı 

kitab»a  düşmüş  Güney  palıdı  ilə  birlikdə),  76  min  hektar  yay­

laq  sahəsi  işğal  edildi.

Quldurlar yeni salınmış Qayğı qəsəbəsini,  1 20 kəndi,  13.745 

fərdi  yaşayış  evini,  300-dən  artıq  tarixi  abidəni,  217  mədəniy­

yət  ocağını,  150  təhsil  müəssisəsini,  142  səhiyyə  obyektini, 

48  sənaye,  63  kənd  təsərrüfatı,  460  ticarət  şəbəkəsini  darma­

dağın  etdilər.  Qəsd,  divan  təkcə  bu  sadalananlarla  qurtarmır. 

Dövlətə  və  şəxsi  əmlaka  dəyən  ziyanı  da  bura  əlavə  etsək, 

daha  dəqiq  mənzərə  alınar.  İşğal  zamanı  şəxsi  və  ictimai  tə­

sərrüfatların  135  minə  yaxın  mal-qarası  Ermənistana  aparılıb. 

14  minə  yaxın  fərdi  yaşayış  evində  daş  üstündə  daş  qalmayıb. 

Rayona,  ümumiyyətlə,  7,1  milyard  dollar  məbləğində  maddi 

ziyan  vurulub.

1992-ci  ildən  didərgin  düşmüş,  ev-eşiyini,  yalçın  qayalı 

dağlarını,  meyvəli  bağlarını  itirib  məcburi  köçkünə  çevrilmiş 

laçınlılar  respublikanın  59  rayon  və  şəhərində  müvəqqəti  məs­

kunlaşıblar.  Rayonda  328  şəhid  ailəsi,  225  nəfər  əlil,  33  nəfər 

hər  iki  valideynini  itirmiş  uşaq  var.



KƏLBƏCƏR

Strateji  cəhətdən  çox  əhəmiyyətli  olan  Kəlbəcər  rayonu 

coğrafi  mövqe  etibarilə  Ermənistan  və  Dağlıq  Qarabağ  arasın­

da  yerləşən  səddir.  Sahəsi  1.936  kvadratkilometrdir.  Rayonun 

131  kəndi,  52  min  nəfər  sakini  vardı.

Mart  ayının  31-dən  aprelin  2-dək  Kəlbəcər  Ermənistan  si­

lahlı  qüvvələri  tərəfindən  işğal  edildi.  Təkcə  bu  işğal  nəticə­

sində  321  nəfər  şəhid,  yüzlərlə  qoca,  uşaq  əlil,  şikəst  oldu, 

itkin  düşdü,  yaxud  girov  aparıldı.  Ən  çox  itki  isə  Kəlbəcər 

şəhərindən  64  kilometr  uzaqda  olan  Başlıbel  kəndinin  taleyi­

nə  düşdü:  28  nəfər  bir  gecədə  qətlə  yetirildi,  18  nəfər  girov

390



9

götürüldü  və  ya  əsir  aparıldı,  1 7  nəfər 4  ay  mühasirədə  qalan­

dan  sonra  min  bir  əziyyətlə  gəlib  Gəncəyə  çıxdı.

Kəlbəcərin  131  yaşayış  məntəqəsi,  o  cümlədən  illərlə  ti­

kilib  qurulmuş  dünya  əhəmiyyətli  «İstisu»  sanatoriyası,  500- 

dən  çox  sənaye,  tikinti,  kolxoz,  sovxoz,  ticarət,  ictimai-iaşə  və 

s.  xidmət  obyektləri,  13  min  yaşayış  evi,  324  sosial-mədəni 

obyekti  düşmən  əlinə  keçərək  darmadağın  edildi.  Bu  hadisə­

lərdə  449  nəfər  şəhid,  510  nəfər  əlil  oldu.

Ağdaban

Bütün  Kəlbəcər  kimi,  Ağdaban  əhalisi  də  erməni  quldurla­

rına  qarşı  mərdliklə  vuruşurdu.  Hələ  1989-cu  il  iyulun  11-də 

Ağdaban  qadınlarının  kəşfiyyata  çıxmış  11  erməni  quldurunu 

tutaraq  rayon  mərkəzinə  gətirməsi  əhali  arasında  böyük  ruh 

yüksəkliyinə  səbəb  olmuşdu.  O  vaxt  istintaq  başlansa  da,  res­

publika  Prokurorluğu  işin  DQMV  hərbi  komendantının  sərən­

camına  göndərilməsinə  göstəriş  -   əmr  vermişdi.  İyulun  14-də 

həmin  erməni  quldurlarını  Xankəndiyə,  guya  istintaqa  apar­

maq  üçün  rus  hərbçilərinin  müşayiətilə  Kəlbəcərə  2  vertolyot 

göndərilmişdi.  Nədənsə  vertolyotlar  nəzərdə  tutulmuş  mey­

dançaya deyil,  şəhər stadionuna enmişdilər.  Erməni  quldurları­

nı  götürüb  qalxarkən  vertolyotlardan  biri,  guya,  elektrik  dirəyi­

nə  toxunub  müvazinətini  itirərək  stadionun  yanındakı  divarın 

dibinə  düşmüşdü.  Bu  zaman  vertolyotun  pərləri  burada  futbol 

oynayan,  vertolyota  baxmağa  toplaşmış  8  uşağı  biçib-tökmüş­

dü.

Aprelin  7-dən  8-nə  keçən  gecə  Ağdabanda  baş  verən  dəh­



şətli  faciə  ondan  əvvəl  -   1992-ci  ilin  fevralında  Quşçularda, 

Qaradağlıda,  Xocalıda  törətdikləri  qətliamdan  hamının  diqqə­

tini  yayındırmaq  məqsədi güdürdü.  Ermənilər gecə  ikən  hücum 

edərək  Dədə  Şəmşirin  yurdu  qədim  Ağdabanı  ikinci  Xocalıya 

çevirdilər.  Hücumdan  xəbərsiz  kənd  əhalisi  başaçıq-ayaqya- 

lın,  qarla  örtülü  meşələrə,  dağlara  səpələndi.  Kəndi  müdafiə

391



edən  kiçik  bir  dəstə  ermənilər  tərəfindən  məhv  edildiyindən 

əhali  müdafiəsiz  qalmışdı.  Bu  qanlı  faciə  zamanı  32  nəfər  qo­

ca,  qadın,  uşaq  qətlə  yetirildi,  on  iki  nəfər  evdə  diri-diri  yan­

dırıldı,  7  nəfər  isə  girov götürüldü.  Kənd  bütünlüklə  yandırıldı. 

Səhər  tezdən  köməyə  gələn  yerli  batalyonun  6  döyüşçüsü  də 

yolda  düşmən  gülləsinə  rast  gəldi.

...Kəlbəcərin  işğalı,  əslində,  elə  o  vaxtdan -   1992-ci  il  apre­

lin  7-dən  8-nə  keçən  gecə  Ağdabanın  darmadağın  olunmasın­

dan  başlanmışdı.  O  vaxt  ermənilər  yaxınlıqdakı  Çapar  kəndin­

dən  gecə  ikən  hücum  edərək  130 təsərrüfatdan  ibarət Ağdaba- 

nı,  eləcə  də  Çayqovuşan  kəndini  də  darmadağın  etdilər.

Hələ  1990-cı  il  iyul  ayının  11-də  Ağdərənin  Otaqqaya  ad­

lanan  ərazisində  Tərtər-Kəlbəcər  marşrutu  ilə  gedən  150-yə 

yaxın  avtomobildən  ibarət  karvanın  qarşısını  kəsərək,  Dədə 

Şəmşirin  qızı  Çimnaz  xanımı,  Şahlar  Şükürovu  (Azərbaycanın 

M illi  Qəhrəmanı),  Aslan  Xıdırovu,  İttifaq  miqyaslı  «İstisu»  sa­

natoriyasında  müalicəyə  gedən  yüzlərlə  dinc  sakini  (əksəriy­

yəti  isə  xəstə  və  qocalardan  ibarət)  terror  nəticəsində  qətlə 

yetirmişdilər.

Hadisənin  şahidlərindən  M ir  Abbas  Ağdabanlının  söylə­

dikləri:  «Həmin  gecə  Ağdabanın  keşiyində  duran  gənclər  -  

Məmmədov  Ziyəddin  Əlqəmə  oğlu,  Məmmədov  Tural  Qara 

oğlu,  Hümbətov  Qorxmaz  Mustafa  oğlu,  Məmmədov  İsfən­

diyar  Lətif  oğlu,  Qasımov  Riayət,  Hüseynov  Hidayət  Saleh 

oğlu  növbədə  idilər.  Ermənilər  səhərin  alatoranlığında  qəfil 

basqın  etdiklərindən  gözətçilər  hətta  yerlərindən  tərpənməyə 

belə  imkan  tapa  bilməmişdilər.  Quldurlar  onları  tutaraq  ağır 

işgəncələr  verib  qətlə  yetirmişdilər.  Azğın  ermənilər  Ağdaban 

kəndinin  yuxarı  məhəlləsində  yaşayan  bizim  tarix  m üəllim i­

miz  Kərimov  Sovetin  evinə  soxularaq  onun  evdə  ağır  xəstə 

yatan  oğlu  Kərimov  Əbülfəti  yatdığı  yerdəcə  gıillələmişdilər. 

Əbülfətin  anası  Kərimova  Qəmər  öz  oğlunu  müdafiə  etməyə 

çalışanda  ermənilər  onu  da  güllələyib,  hər  ikisinin  cəsədinə

392



Yüklə 3,15 Mb.

Dostları ilə paylaş:
1   ...   119   120   121   122   123   124   125   126   ...   138




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə