Soyqirimi: tarixin qanlı salnaməsi



Yüklə 3,15 Mb.
Pdf görüntüsü
səhifə125/138
tarix08.03.2018
ölçüsü3,15 Mb.
#30951
1   ...   121   122   123   124   125   126   127   128   ...   138

8-10  min  il  bundan  əvvəllər  məskunlaşmağa  başlayıblar.  Bu 

ərazi  son  antik  və  ilk  orta  əsrlərdən  yerli  avtoxton  türkdilli 

tayfaların  məskəni  olub.

1992-ci  il  avqustun  1 6-da  Ağdam  şəhərinin  ermənilər tərə­

findən  güclü  atəşə  tutulması  15  yaşlı  uşağın,  bir  nəfər  Gülablı 

sakininin  ömrünə  nöqtə  qoymuşdur.  Avqustun  24-nə  keçən 

gecə  rayonun  Şelli,  Qasımlı  kəndləri  toplardan  atəşə  tutulmuş, 

Mərzilidə  iki  nəfər  qətlə  yetirilmişdir.  1992-ci  il  oktyabrın  13- 

də  ermənilər Əsgəran  istiqamətindən  Ağdamın  Xıdırlı,  Qiyaslı, 

Yuxarı  Hacılı,  Bağbanlar,  Mərzili  kəndlərini  intensiv  şəkildə 

atəşə  tutmaqla  6  nəfəri  həlak  etmiş,  48  nəfəri  isə  ağır  yara­

lamışlar.  Bir  gün  sonra  rayonun  Qullar  kəndindən  2  nəfər  də 

ermənilərin  «Qrad»  qurğusu  ilə  həlak  edilmişdir.  Həmin  ilin 

qışında,  daha  doğrusu,  dekabr  ayının  15-də  Ağdam  şəhərinin 

atəşə  tutulması  nəticəsində  3  nəfər  həlak  olmuş,  6  nəfər  isə 

ağır  yara  almışdır  (Bax:  AR  MTN  Arxivi,  jurnal  №6-7).

Ağdam  şəhərinin  sonuncu  döyüş  günü  -   24  iyul  1993-cü 

il.  Rayonun  150  min  nəfərə  qədər  sakini  öz  doğma  yurd- 

yuvasından  perik  düşmüşdür.  Bu  zaman  28  min  hektar  sahə­

si,  38  kolxoz  və  sovxoz,  24  tikinti-quraşdırma  idarəsi,  12  sə­

naye  obyekti,  74  məktəb,  105  səhiyyə  ocağı,  271  mədəniyyət 

müəssisəsi,  67  idarə,  99  klub  işğal  edilmiş,  beş  ildən  artıq 

davam  edən  döyüşlərdə  5.897  nəfər şəhid,  3.531  nəfər əlil  ol­

muş,  1.871  nəfər  uşaq  yetim  qalmış,  126  min  nəfər  isə  doğma 

yurd-yuvasından  didərgin  düşmüşdür.

CƏBRAYIL

Cəbrayıl  rayonu  8  avqust  1930-cu  il  tarixdə  Azərbaycan­

da  təşkil  edilmiş  inzibati  rayondur.  Kiçik  Qafqazın  cənub-şərq 

ətəklərində yerləşib,  Araz  çayının  sol  sahilində  cənub tərəfdən 

İran  İslam  Respublikası,  cənub-qərbdən  Zəngilan,  qərbdən 

Qubadlı,  şimaldan  Xocavənd,  şərqdən  isə  Füzuli  rayonları  ilə'

396  .



həmsərhəddir.  Rayonun  ərazisi  1.050  kvadratkilometr,  mərkə­

zi  Cəbrayıl  şəhəridir.

Qarabağ  vilayəti  ləğv  edildikdən  sonra  1841-ci  ildə  Cəb­

rayıl  ərazisi  mərkəzi  Şamaxı  şəhəri  olan  Xəzər  vilayətinin, 

1846-cı  ildə  isə  Şuşa  qəzasının  tabeliyinə  verilmişdir.  1873- 

cü  ildə  Cəbrayıl  və  ona  qonşu  olan  ərazilər  Şuşa  qəzasının 

tərkibindən  çıxarılaraq  Yelizavetpol  quberniyasının  tərkibində 

Cəbrayıl  qəzası  yaradılıb.  Bu  vaxt  qəzanın  ərazisi  6,63  min 

kv.km,  əhalisi  66.360  nəfər  olmaqla  indiki  Cəbrayıl,  Füzuli, 

Xocavənd,  Qubadlı  və  Zəngilan  rayonlarının  ərazisini  əhatə 

edib.  1905-1918-ci  illərdə  qəza  Qaryagin  qəzası  adlandırılıb.

18-23  avqust  1993-cü  il  tarixdə  rayon  erməni  qəsbkarları 

tərəfindən  işğal  edilmişdir.  İşğal  nəticəsində  rayona  13.928 

milyon  ABŞ  dolları  məbləğində  ziyan  dəyib.  Cəbrayı11

1

  məc­


buri  köçkünlər  respublikanın  58  rayonunun  2.000-dək  yaşayış 

məntəqəsində -  çadır düşərgələrində,  yük vaqonlarında və ya­

taqxanalarda  məskunlaşıblar.

Birinci  Qarabağ  müharibəsində  Cəbrayılın  52.049  sakinin­

dən  362  nəfəri  şəhid,  191  nəfər  isə  əlil  olmuşdur.  Sənaye  və 

kənd  təsərrüfatı  obyektlərinin  sayı  -   52,  mədəni-maarif  müəs­

sisələri  -   149,  kənd  və  qəsəbələri  -   91,  tarixi  abidələri  -   127.

FÜZULİ

Təkcə  Azərbaycanın  deyil,  dünyanın  ən  qədim  tarixə  malik 

diyarlarından  biri  olan  Füzuli  rayonu  ərazisindəki  Azıx  mağa­

rası  ilk  insan  məskəni  kimi  bəşəri  sivilizasiyanı  heyran  qoy­

maqdadır.

Qarabağ  dağ  silsiləsinin  cənub  ətəklərindən  Araz  çayına 

qədər  maili  düzənlik  sahələri  əhatə edən,  Cəbrayıl,  Xocavənd, 

Ağcabədi,  Beyləqan  rayonları  və  qonşu  İfan  İslam  Respublika­

sı  ilə  həmsərhəd  olan  Füzulinin  tarixi  çox  qədimdir.  1827-ci 

ildə  ilk  adı  Qarabulaq  olub.  1930-cu  ildə  sovet  hakimiyyə­

397



ti  bir  sıra  digər  yaşayış  məntəqələrimizin  adını  dəyişdirdiyi 

kimi,  Qarabulağı  da  «unutmadı»,  adı  dəyişdirilərək  Qaryagin 

qoyuldu.  Bu  qondarma  adı  rayon  1959-cu  ilə  qədər  daşımağa 

məcbur  oldu.  Böyük  söz  ustadı,  Azərbaycan  ədəbiyyatının  ba­

nilərindən  olan  Məhəmməd  Füzulinin  anadan  olmasının  400 

illiyi  şərəfinə  onun  adı  dəyişdirilərək  Füzuli  rayonu  adlandırıl­

dı.  Rayon  ərazisindəki  Qaraköpəktəpə,  Qarabulaq,  Giinəştəpə 

kurqanlarında,  Quruçay sahillərində  və  digər yerlərdə  aparılan 

tədqiqatlar  bir  daha  təsdiqlədi  ki,  Azərbaycan  torpaqları  ulu, 

qədim  tarixini  öz  qoynunda,  sinəsində,  alt  qatlarında  qoruyub 

saxlayır  və  dərin  köklərə  malikdir.

Rayonun  ərazisi  1.386  kv.km,  əhalisi  105  min  nəfərdir. 

Rayonda  iki  şəhər,  75  kənd  və  digər  yaşayış  məntəqələri  var. 

Bu  yerlərdən  axan  Qusarçay,  Köndələnçay,  Qozluçay,  Çərə- 

kan  çayı  Araza  tökülür.

İşğala  qədər,  yəni  23  avqust  1993-cü  il  tarixədək  rayon­

da  70  kitabxana,  20  mədəniyyət  evi,  45  klub,  xalq  və  dövlət 

dram  teatrları,  685  çarpayılıq  13  xəstəxana,  40  feldşer-mama 

məntəqəsi,  vərəm  və  dəri-zöhrəvi  xəstəliklər  dispanseri,  20 

kinoqurğu,  texnikum,  2  texniki  peşə  məktəbi,  38  məktəbə­

qədər  müəssisə,  2  muzey,  stadion,  65  kolxoz  və  sovxoz,  12 

fermer  təsərrüfatı  və  digər  obyektlər  var  idi.  Ümumilikdə  190 

mədəni-maarif  müəssisəsi,  94  kənd  və  qəsəbə,  40-dan  çox 

tarixi  abidə  işğala  məruz  qalmışdır.

1988-ci  ildən  başlayan  erməni  təcavüzünə  qarşı  barışmaz 

mübarizə  aparan  Füzuli  əhalisi  doğma  torpaq  uğrunda  çox  itki 

verib.  Müharibənin  bu  ərazidə  əsas  ağırlığını  rayonun  Yağlı- 

vənd,  Qacar,  Divanalılar,  Yuxarı  və  Aşağı  VeysəlIi,  Qaradağlı, 

Üçbulaq,  Arış,  Qoçəhmədli,  Cuvarlı,  Güzdək,  Gorazıllı,  Cə- 

m illi,  Dilağarda,  Govşad,  Xələfşə,  Mollavəli  kəndlərinin  əhali­

si  çəkib.  Rayon  1.100  nəfərdən  çox  şəhid  verib,  yüzlərlə  itkin­

dən  hələ  də  xəbər  yoxdur.  Füzulidə  bu  gün  1.500-ə  yaxın  əlil 

və  şikəst  var,  erməni  təcavüzündən  36.361  nəfər  uşaq  zərər 

çəkib  ki,  onlardan  da  155-i  yetim  qalıb.

398



Yüklə 3,15 Mb.

Dostları ilə paylaş:
1   ...   121   122   123   124   125   126   127   128   ...   138




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə