Soyqirimi: tarixin qanlı salnaməsi



Yüklə 3,15 Mb.
Pdf görüntüsü
səhifə126/138
tarix08.03.2018
ölçüsü3,15 Mb.
#30951
1   ...   122   123   124   125   126   127   128   129   ...   138

QUBADLI

Qubadlı  rayonu  1933-cü  ildə  Qubadlı  kəndinin  əsasında 

təşkil  olunub.  Ərazisi  802  kv.km-dir.  1963-cü  ildə  ləğv  edi­

lərək  Zəngilan  rayonu  ilə  birləşdirilib.  1964-cü  ildə  yenidən 

müstəqil  rayon  olub.

Qubadlı  rayonu  şimaldan  Laçın,  cənubdan  Zəngilan,  şərq­

dən  Xocavənd  və  Cəbrayıl  rayonları,  qərbdən  Ermənistanla 

həmsərhəddir.  Bazarçay  (Bərgüşad),  Həkəri,  Kiçik  Həkəri, 

Meydandərəsi  çayları  və  çoxlu  bulaqlar  rayonun  əsas  su  mən­

bəyidir.


1988-ci  ilin  noyabr  ayında  ermənilər  rayonun  ərazisində, 

Gorus-Qafan  yolunun  kənarındakı  Eyvazlı  kəndində  yanğın 

törətdilər.  Bu  qanlı  qətllər  qubadlılıları  çıxılmaz  vəziyyətə 

saldı.  O  zamankı  respublika  rəhbərliyinin  köməyindən  əlini 

üzən  rayon  camaatı  özünümüdafiə  dəstələri  təşkil  etməklə 

torpaqları  təcavüzdən  qorumağa  çalışdılar.  Onlar  səngərlər 

quraraq  düşmənin  basqılarının  qarşısını  almağa  çalışır,  dinc 

əhalini  güllə  qurbanı  olmaqdan  qoruyurdular.  Şuşa  və  Laçın 

rayonlarının  işğalından  sonra  Qubadlıda  vəziyyət  bir  qədər də 

gərginləşdi.  Qubadlı  rayonu  1993-cii  il  31  avqustda  tamamilə 

işğal  olundu.

Qubadlı  uğrunda  gedən  döyüşlərdə  54  nəfər  şəhid  olub. 

Qarabağ  müharibəsində  isə  Qubadlının  ümumilikdə  241  öv­

ladı  şəhid,  191-i  əlil  olub.  Ermənilər  Qubadlıda  94  kənd  və 

qəsəbəni,  205  mədəni-məişət obyektini,  40 tarixi  abidəni  yan­

dıraraq  talan  ediblər.  İşğala  qədər  33.800  nəfər  əhalisi  olan 

Qubadlıda  21  orta,  15  səkkizillik,  15  ibtidai  məktəb,  7  məktə­

bəqədər  təhsil  müəssisəsi  fəaliyyət  göstərib.  Bu  təlim-tərbiyə 

və  təhsil  müəssisələrində  1.280  nəfər  müəllim  çalışıb.  Rayon­

da  111  mədəni-maarif  müəssisəsi,  o  cümlədən  60  kitabxana, 

10  mədəniyyət  evi  və  28  klub,  6  avtoklub  olub.

399



ZƏN G İLA N

1930-cu  ildə  rayon  statusu  almış  Zəngilanın  ərazisi  707 

kvadratkilometrdir.  1993-cii  ilin  29  oktyabrında  Ermənistan  or­

dusu  tərəfindən  işğal  olunan  zaman  rayonun  35  min  nəfərdən 

artıq  əhalisi  vardı.  84  kəndi,  1  şəhər  tipli  qəsəbəsi  (Mincivan 

qəsəbəsi)  olan  Zəngilan  rayonunun  inzibati  mərkəzi  Zəngilan 

şəhəri  idi.

Tarixi,  arxeoloji,  etnoqrafik  və  memarlıq  abidələri  ilə  diq­

qəti  cəlb  edən  Zəngilan  vaxtilə  Alban  çarlığının  tərkibində 

olmuşdur.  Albaniyanın  süqutundan  sonra  isə  Səlcuqlar,  Ata- 

bəylər,  Monqollar,  Qaraqoyunlu,  Ağqoyunlu,  Səfəvi,  Osmanlı 

hökmdarları,  xanlıqlar  və  nəhayət,  Çar  Rusiyasının  tərkibinə 

qatılan  Zəngilanın  ərazisində  çoxsaylı  dağıdıcı  hadisələr  baş 

vermişdir.

Zəngilan  müxtəlif  dövrlərdə 

bələrə,  təbii  fəlakətlərə  məruz  qalsa  da,  1993-cü  il  oktyabr 

ayının  29-da,  yəni  erməni  vandalları  tərəfindən  işğalına  qədər 

ərazisində  tarixi,  arxeoloji,  etnoqrafik,  memarlıq  abidələri  və 

təbii  sərvətlər  öz  varlığını  qoruyub  saxlaya  bilmişdi.  Hacallı 

kəndindəki  dairəvi  bürc,  Məmmədbəylidəki  səkkizguşəli  türbə 

(1304-1305),  Yenikənddə  ziyarətə  çevrilmiş  XIV  əsr  türbəsi 

məhz  belə  nümunələrdəndir.

Vaxtilə  Həmdullah  Qəzvini  Xudafərin  körpüləri  barədə  ya­

zırdı:  «Araz  çayı  üzərində,  Zəngilan  yaxınlığındakı  (onbiraşı- 

rımlı)  körpü  hicri  tarixi  ilə  15-ci  ildə  (636)  Məhəmməd  Pey­

ğəmbərin  yaxın  adamlarından  hesab  olunan  Bəkr  ibn  Əbdul- 

lah  tərəfindən  salınmışdır.  Buna  görə  də  «Xuda-Afərin»,  yəni 

«Allah  yaratmış»  körpü  adlanır.

Rayonun  işğalı  nəticəsində  30  min  tonluq  iki  üzüm  emalı 

zavodu,  bir  milyon  şərti  banka  gücünə  malik  konserv  zavo­

du,  çörək  zavodu,  rayon  mərkəzində,  Mincivan  qəsəbəsin­

də,  Vənətli  və  Şayıflı  kəndlərində  müasir  avadanlıqlarla  təchiz

dağıdıcı,  viranedici  mühari-

400



edilmiş  xəstəxanalar  və  onlarca  digər  sosial  obyektlər  düşmən 

əlinə  keçmişdir.  Zəngilan  rayonunda  61  ümumtəhsil,  1  tex­

niki  peşə,  2  musiqi  məktəbi,  18  uşaq  bağçası,  50  kitabxana, 

9  mədəniyyət  evi,  7  səyyar  avtoklub,  21  kinoqurğu,  2  tarix- 

diyarşünaslıq  muzeyi,  8  həkim  ambulatoriyası,  33  kənd  tibb 

məntəqəsi,  200  çarpayılıq  mərkəzi  xəstəxana,  İmişli-Naxçıvan 

istiqamətində  ən  böyük  Mincivan  Dəmiryol  Xəstəxanası,  po­

liklinikası  və  digər  müxtəlif təyinatlı  obyektlər  var  idi.

Erməni  silahlı  birləşmələrinin  işğalı  nəticəsində,  təqribi  he­

sablamalara  görə,  rayona  1  milyard  390  milyon  ABŞ  dolları 

məbləğində  zərər dəymiş,  çox  qiymətli  abidələr dağıdılmışdır. 

Mənəvi  ziyanı  isə  ölçmək  çox  çətindir -   191  şəhid,  168  əlil.

Qarabağ savaşındakı  itkilərimizi  və  işğalın  miqyasını  tam  tə­

səvvür etmək  üçün  təcavüzə  məruz  qalan  digər  rayonlarımızın 

kəndlərini  də  xatırlayırıq:  Tərtər  (13  kənd),  Ağcabədi  (1  kənd), 

Gədəbəy  (2  kənd),  Ağstafa  (2  kənd),  Beyləqan  (4  kənd),  Tovuz 

(8  kənd),  Naxçıvan  (2  kənd).

401



Uşaq  qatilləri

Ermənilərin  dünyanın  bir  çox  ölkəsində  həyata  ke­

çirdikləri  əyriliklər,  fırıldaqlar,  quldurluqlar,  terrorlar 

artdıqca  və  faş  olduqca  gözləmək  olardı  ki,  onların 

barəsində  nüfuzlu  beynəlxalq  təşkilatlar,  qurumlar  qəti 

tədbirə  əl  atacaqlar.  Amma  həmişə  özünü  «yazıq», 

«zavallı»  libasda  göstərən  daşnaklar  insanlığa  sığma­

yan  vəhşiliklərini  davam  etdirməkdə  israrlıdırlar.  2010- 

cu  ilin  yazında  Tovuz  rayonunun  indiki  Ermənistan­

la  həmsərhəd  olan  Əlibəyli  kəndində  dəhşətli  hadisə 

baş  verib.  Daşnaklar  oyuncağın  içinə  partlayıcı  maddə 

qoyaraq  çayda  axıdıblar.  Çay  kənarında  oynayan  uşaq­

lar  oyuncağı  götürərək  evlərinə  aparıblar.

0

Nəticədə  içində  fəlakət  gizlədilmiş  oyuncaqda  -   it  fiqurun- 

dakı  partlayıcı  qurğu  işə düşərək faciəyə səbəb olub.  1998-ci  il 

təvəllüdlü  Aygün  Zirəddin  qızı  Şahmalıyeva  həlak  olub,  anası 

Elnarə  Məmmədtağı  qızı  isə  ağır  yaralanıb.  Ailə  Rusiyada  ya­

şayırmış.  Kəndə  qohumlarıgilə  qonaq  gəliblərmiş.  Xatırladaq 

ki,  1994-cü  ildə  də  həmin  ərazidə  analoji  hadisə  baş  vermiş­

di.  Ermənilər  tərəfindən  çaya  buraxılmış  oyuncağı  götürərkən 

partlayış  baş  verməsi  nəticəsində  iki  azyaşlı  uşaq  həlak  olmuş, 

biri  isə  yaralanmışdı.  Uşaq  qatili  olan  ermənilərin  növbəti  qətl 

əməliyyatı  yenə  də  bir  ailənin  səadətinə  balta  çaldı.  Dünyanın 

bütün  pisliklərindən  xəbərsiz  olan  bu  qızcığazın  günahı  nə

idi?!

Ermənilər  tərəfindən  törədilmiş  qətl  hadisələrini,  ağlagəl­



məz  işgəncə  növlərini  araşdırarkən  üzləşdiyimiz  faktlar,  hə­

yata  keçirilmiş  vəhşiliklərin,  vandalizmin  həqiqətən  analoqu 

yoxdur.  Təkcə  uşaqlarla  bağlı,  körpələrlə  əlaqədar  daşnakla­

rın  həyata  keçirdikləri  qətl  hadisələrinin  xronoloji  ardıcıllığını

402



Yüklə 3,15 Mb.

Dostları ilə paylaş:
1   ...   122   123   124   125   126   127   128   129   ...   138




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə