Soyqirimi: tarixin qanlı salnaməsi



Yüklə 3,15 Mb.
Pdf görüntüsü
səhifə128/138
tarix08.03.2018
ölçüsü3,15 Mb.
#30951
1   ...   124   125   126   127   128   129   130   131   ...   138

Səxavət  Dəmiroğlu  (14  yaş),  Natiq  Əsgərov  (14  yaş),  Bəxtiyar 

Xəlilov  (11  yaş)  və Azər Orucovun  (7  yaş)  görən  günahı  nə  idi? 

Onlar  ermənilərə  nə  etmişdilər?  Hansı  kəndinə  basqın  edib, 

hansı  «harsını»na  güllə  atmışdılar?

Ağır  döyüşlərdə,  yerdən,  göydən  atılan  atəşlərdən  hə­

lak  olanlar  arasında  təsadüfən  uşaqların  olması  mümkündür. 

Amma  1989-cu  ildə  Kərkicahanda  öz  bağlarında  oynayan  11 

yaşlı  Nadir  İbrahimovla  9  yaşlı  Nicatın  ermənilər  tərəfindən 

güllələnməsi  hansı  insanlığa  sığır?  1988-ci  ildə  Sevan  şəhərin­

də  22  azərbaycanlı  uşağı  su  quyusuna  ataraq  boğublar.

1989- 

cu  ildə  Fərqanədə  Məhsəti  türklərinin  başına  gələn 



müsibətlə  bağlı  «Sovetskaya  Rossiya»  qəzetində  bir  yazı  dərc 

edilmişdi.  Ermənilər tərəfindən  qızışdırıİmiş  kütlə türklərə qarşı 

ağlagəlməz  vəhşilik  həyata  keçirdi.  İnsanlar diri-diri  yandırıldı, 

başları  kəsildi.  Həmin  yazıda  jurnalistə  müsahibə  verən  ana 

öz  zillətini  belə  dilə  gətirib:  «Mənim  uşağımı,  balaca  oğlumu 

quldurlar  yabaya  keçirib  havaya  qaldırdılar...  Qızlarımızı  zor- 

ladılar.  Kəsilən  başları  payalara  sancdılar».

1990- 


cı  il  yanvarın  19-u  axşamı  erməni  quldurları  Naxçıvan 

Muxtar  Respublikasının  Sədərək  kəndinə  hücum  etdilər.  Onlar 

burada  da  ağlagəlməz  vəhşiliklər  törətdilər.  6  yaşlı  Elvin,  4 

yaşlı  Malik  Nəsirzadə  qardaşlarını  da  qətlə  yetirdilər.  Bir  evin 

sevinci,  bir ailənin  ümidi  olan  iki  günahsız  körpə  Sədərəyin  ilk 

şəhidləri  sırasında  dayandı.  Bu  acı  qisməti  onlara  yaşadansa 

yenə  də  ermənilər  oldu...

Ermənistan-Azərbaycan,  Dağlıq  Qarabağ  münaqişəsi  ilə 

bağlı  xalqımızın  20  minə  yaxın  övladı  həlak  oldu,  50  min 

adam  yaralandı,  400-ə  yaxın  qadın  erməni  işğalçılarının  əsa­

rətinə  düşdü.  Bu  illər  ərzində  ermənilər  azərbaycanlılara  qarşı 

32  terror  aktı  həyata  keçirdilər.  Xocalı  soyqırımı  əsrin  faciəsi 

adlandırıldı.  Elə  bu  soyqırımıda  da  63  uşaq  ermənilər  tərə­

findən  qətlə  yetirildi.  İndi  də  o  hadisələrdən  bəhs  edən  lent 

yazılarına,  fotoşəkillərə  baxanda  körpələrin  ermənilər  tərəfin-

406



elən  necə  işgəncə  ilə  öldürülməsi  adamın  damarında  qanını 

dondurur.  Zori  Balayanın  internetdə  yayımlanan  tükürpədici 

məlumatları  isə  bu  qətllərdən  də  betərdir.  O,  1996-cı  ildə 

«Ruhumuzun  canlanması»  adlı  bir  kitab  yazıb.  Oradakı  bir 

məlumatı  olduğu  kimi  oxuculara  çatdırırıq:  «13  yaşındakı  türk 

uşağının  (bu  uşaq  Xocalı  soyqırımı  vaxtı  ermənilər  tərəfindən 

girov  götürülmüşdü)  başından,  sinəsindən  və  qarnından  dərisi­

ni  soydum.  Saata  baxdım,  türk  uşağı  7  dəqiqə  sonra  qan  itirə­

rək  öldü.  İlk  sənətim  həkimlik  olduğuna  görə  humanist  idim. 

Ona  görə  də  türk  uşağına  etdiyim  bu  əməllərə  görə  özümü 

xoşbəxt  saymadım.  Amma  ruhum  xalqımın  bir  faizinin  belə 

qisasını  aldığı  üçün  sevincdən  qürurlanırdı.  Dostum  Xaçatur 

daha  sonra  ölmüş türk  uşağının  cəsədini  hissə-hissə  doğradı  və 

onu  türklə  eyni  kökdən  olan  itlərə  atdı».

David  Xeyriyan  adlı  birisi  «Xaç  naminə»  kitabında  yazıb: 

«Fevralın  26-da  meyitləri  daşıyıb  Daşbulaq  yaxınlığındakı  ba­

taqlığa  tökdülər  və  cəsədlərdən  keçid-körpü  düzəltdilər.  Mən 

ölülərin  üstündən  keçməyə  qorxurdum.  Tərəddüd  etdiyimi  gö­

rən  polkovnik  Ohanyan  mənə  dedi:  «Qorxma,  ürəkli  keç.  Bu 

hal  müharibənin  qanunlarından  biridir».  Mən  qana  bulaşmış 

9-11  yaşlı  uşağın  və  digər  meyitlərin  üstündən  adlayıb  bataq- 

ığı  keçdim.  Çəkmələrim  və  şalvarımın  balağı  qana  batmışdı».

Belə  bir  mənzərəni  təsəvvür  etmək  çətindir.  Fleç  faşistlər­

dən  üzü  bəri  yer  üzü  bu  cür  vəhşilik  görməyib.  «Yan»ların 

bu  qara  əməlini  başqaları  oxumurmu,  eşitmirmi?  Bu  hadisə 

başqa  bir  dəhşəti  də  yada  saldı.  Eçmiədzində  ermənilər  azər­

baycanlı  qadın  Roza  Bəktaşini  və  onun  iki  körpə  qızını  çox 

dəhşətli  şəkildə  qətlə  yetiriblər.  Ermənilər  onların  hər  üçünü 

çoxlu  sayda  ilanların  olduğu  xəndəyə  atır  və  onun  kənarında 

dayanaraq  ilanlar tərəfindən  hansı  əzablara,  dəhşətlərə  məruz 

qalan  azərbaycanlı  qadın  və  qızların  necə fəryadla can  vermə­

sini  seyr  ediblər.

407



Saymaqla,  sadalamaqla  qurtarmaq  bilməyən  bu  qanlı  faciə­

lərin  dəhşət və  vəhşətlərinin  qüssəli  tablosunu  ancaq  daşqəlb- 

ilər  laqeydliklə  seyr  edə  bilərlər.  Kədər,  niskil,  fəryad,  nalə, 

inilti  dolu  olan  bu  faktların  hər  biri  gerçəklikdir.  XIX  əsrdə  də, 

XX  əsrdə  də  xalqımız,  sözün  əsl  mənasında,  soyqırımına  mə­

ruz  qaldı.  Kulqe  adlı  xristian  mənsubiyyətli  bir araşdırmağı  Çar 

Rusiyası  dövründə  tərtib  etdiyi  protokolda  türklərin  məruz  qal­

dığı  dəhşətli  səhnələrin  təsvirini  verib.  Diri-diri  divara  hörülən, 

kürəyinə  samovar  bağlanan,  gözlərinin  qarşısında  körpələrinə 

sitəm  edilən  qadınların  ağır  halından  yazıb.  Kulqe  bildirib  ki, 

onu  dəhşətə  gətirən  rəhmsiz  insanların  cinayət  dolu  əməllə­

ridir.  O,  uşaq  meyitlərinin  itlər  tərəfindən  necə  gəmirildiyini 

təsvir  edən  şəkillər  də  çəkib.  Erməni  tarixçisi  A.Lalayan  da  öz 

quldurlarının  tıikürpədici  əməllərindən  bəhs  edərək  yazırdı: 

«Daşnak  dəstələri  türk  qadınlarının  və  uşaqlarının,  qocaların 

və  xəstələrin  qarşısında  maksimum  cəsarət  nümayiş  etdirirdi­

lər.  Onlar  insanları  -   öz  qurbanlarını  eybəcər  hala  salırdılar». 

Daşnak  Vahramın  «qoçaqlığı»  isə  daha  dəhşətlidir:  «Mən  heç 

nəyi  nəzərə  almadan  türkləri  qırdım.  Lakin  bəzən  gülləyə  hey­

fim  gəlirdi.  Bu  itlərə  qarşı  ən  yaxşı  üsul  odur  ki,  döyüşdən  son­

ra  salamat  qalanların  hamısını  su  quyusuna  doldurub  üstünə 

ağır  daşlar  atasan.  Belə  də  etdim.  Bütün  qadınları,  uşaqları 

quyuya  doldurub  üstünə  ağır  daşlar  tökdüm».

1988-ci  ilin  noyabrında  ermənilər  azərbaycanlıları  Ermə­

nistan  adlanan,  əslində,  dədə-baba  torpaqları  olan  yurd  yer­

lərindən  qovarkən  Spitak  rayonunda  qətlə  yetirdikləri  216 

nəfərdən  57-si  qadın,  5-i  südəmər  körpə,  18-i  müxtəlif  yaşlı 

uşaqlar  olub.  Basarkeçər  rayonunun  Şişqaya  kəndində  4  yaşlı 

Elvin  Məmmədovu,  yaşı  tamamlanmamış  Elçin  Bəhramoğlu- 

nu,  11  yaşlı  Şahin  Balacayevi  ermənilər  hansı  günahlarına, 

hansı  kriminal  hərəkətə  yol  verdiklərinə  görə  qətlə  yetirdilər? 

Dilsiz-ağızsız  körpələri  anaların  gözü  qarşısında  doğrayaraq 

qanlarını  bu  biçarələrə  içirtməyə  cəhd  edən  erməniləri  nə  ad-

408



Yüklə 3,15 Mb.

Dostları ilə paylaş:
1   ...   124   125   126   127   128   129   130   131   ...   138




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə