Soyqirimi: tarixin qanlı salnaməsi



Yüklə 3,15 Mb.
Pdf görüntüsü
səhifə129/138
tarix08.03.2018
ölçüsü3,15 Mb.
#30951
1   ...   125   126   127   128   129   130   131   132   ...   138

landırasan?  Analar  şivən  qoparanda  süngünü  onların  qarnına 

sancaraq  vəhşi  gülüşlə  ətrafa  tükürpədici  səslər  salan  bu  iki­

ayaqlı  vəhşiyə  isim  tapa  bilmirsən.  Təbiətdə  var  olan  ən  qə­

zəbli  heyvan  da  bunlardan  insaflı  və  yumşaqdır.  Ermənilərin 

həyata  keçirdikləri  bu  qanlı  olaylarda  saysız-hesabsız  günahsız 

uşaqların  iniltiləri  eşidilir.  Yüzlərlə  uşaq  quduz  köpəklərə  diri- 

diri  yem  olub.  Rus  Vladimir  Sokolov  uşaqların  qətli  ilə  bağlı 

1918-ci  ildə  üç fotoşəkil  çəkib.  Onun  yazdığına  görə,  gördüyü 

«mənzərə»lər ona  ağır təsir etdiyindən  şəkil  çəkməyi  başa  çat­

dıra  bilməyib.  Birinci  fotoşəkildə  başında  güllə,  bədənində  beş 

süngü  yarası  olan  və  sağ  çiyninə  qılınc  yarası  vurulmuş  ananın 

qucağında  körpə  uzanıb.  Ananın  döşünü  əmən  körpənin  aya­

ğında  süngü  yarası  var.  İkinci  şəkildə  isə  iri  mismarla  divara

mıxlanmış  iki-üç  yaşlı  uşaq  təsviri  var.  Üçüncü  şəkildə  isə  13- 

14  yaşlı  qızın  meyitidir.  Onun  cırılmış  paltarları  və  qançırları 

zorlanaraq  öldürüldüyündən  xəbər  verirdi.

İrəvanda,  Sürməlidə,  Göyçədə,  Qəmərlidə,  Vedibasarda, 

Zəngəzurda,  Qarabağda,  Qubada,  Şirvanda,  Bakıda  daşnaklar 

tərəfindən  qətlə  yetirilən  insanların  içində  uşaqların  sayı  həd­

dən  artıq  çoxdur.  20  Yanvar  faciəsi  zamanı  da  qətlə  yetirilən 

şəhidlər  arasında  üç  məktəbli  var  idi:  İlqar  İbrahimov,  Larisa 

Məmmədova,  Vera  Besantina.

Ötən  əsrin  sonlarında  Dağlıq  Qarabağla  əlaqədar  törədi- 

ən  münaqişə  zamanı  Şuşa  və  Xankəndi  ətrafında,  eləcə  də 

Bağanıs-Ayrım  soyqırımında,  Ağdaban  faciəsində  hələ  də  sayı 

dəqiqləşməyən  azyaşlı  şəhidlər  var.

İki  mühüm  faktın  üzərində  dayanacağıq:  ötən  əsrin  əvvəllə­

rində  qaniçən  Hamazaspın  əmri  ilə  daşnaklar Qubada  4  qadın 

və  2  uşağı  meydana  gətiriblər.  Bu  qəddar quldurun  tapşırığı  ilə 

uşaqların  başını  kəsiblər,  qadınları  isə  süngü  ilə  ikiyə  bölüblər. 

Meydanda  ah-nalə  yüksələndə  Hamazasp  əsgərləri  cərgə  ilə 

düzdürərək  dinc  əhaliyə  atəş  açmağı  əmr  edib.  Budur  onların 

yaratdığı  qansızlıq!

409



Ötən  ilin  əvvəllərində  isə  ailəliklə  Azərbaycan  ərazisinə 

keçərək  hərbiçilərimizə  könüllü  təslim  olan  beş  nəfərdən  iba­

rət  erməni  -   ana,  ata,  3,  6  və  7  yaşlı  uşaqlar  hazırda  Müda­

fiə  Nazirliyinin  müvafiq  hərbi  hissəsində  saxlanılır.  Onlar  öz 

vətənlərinə  dönmək  istəmirlər.  Bu  bizim  ürəyimiz,  düşmən 

uşaqlarına  bəslədiyimiz  humanist  münasibətdir.  Onlar  neçə 

vaxtdır  ki  Bakıda  yaşayır,  bizim  çörəyimizi  yeyir,  suyumuzu 

içir,  rahatca  ömür sürürlər.  Halbuki  ermənilər sərhədi  keçəndə 

bizim  əsgərlər  onlara  atəş  də  aça  bilərdilər,  amma  qonşu  hər­

biçilərdən  fərqli  olaraq,  mərd  oğullarımız  mülki  əhaliyə  heç 

zaman  silah  tuşlamayıb.  Bu  da  türkün  böyüklüyü...

Akademik  Ramiz  Mehdiyev  «Gorus  -   2010:  Absurd  teatrı 

mövsümü»  kitabında  yazır:  «Ermənistanda  hətta  ən  yeni,  lap 

yaxın  keçmişdəki  bu  gün  yaşayan  nəslin  şahidi  olduğu  tarixi 

faktları  danmaqdan,  xronologiyanı  təhrif  etməkdən,  səbəb 

və  nəticənin  yerlərini  dəyişməkdən  utanmırlar.  Məsələn

ermənilər  hər  yerdə  Sumqayıt,  Kirovabad  və  Bakıdakı  ta­

lanlardan  danışırlar,  lakin  Qafanda\,  Meğridə,  Əsgəranda, 

Qukarkda  talan  və  qətllərin  arxasında  durduqlarını  dilə 

gətirməməyə  çalışırlar.  B u ' hadisələr  zamanı  Ermənistanın 

azərbaycanlı  əhalisi  Azərbaycan  şəhərlərində  yaşayan  er­

mənilərdən  dəfələrlə  çox  ziyan  çəkmişdir».  Ən  dəhşətlisi 

də  budur  ki,  onlar  uşaqlara  güllə  atmışdılar.  Deyək  ki,  tarix 

çox  yaraları  sağaldır,  bəs  ulu  Tanrı  necə,  bu  uşaq  qatillərini 

bağışlayacaqmı?!

...Bizim  analar  həmişə  uşaqlarını  nədənsə  çəkindirmək, 

qorxutmaq  üçün  deyərdilər:  «Xortdan  gəldi»,  «Şeytan  gəldi». 

Qonşumuz  Nvard  isə  öz  «dığa»larını,  «axçik»lərini  evə  çağı­

randa  belə  səsləyərdi:  «Bax,  türk  gəldi  ha,  səni  aparar».  Uzun 

illər  ermənilər  bu  kinlə  böyüdülər.  Yazıçıları  M.Şaginyan  hələ 

sovet  zamanında  rəsmi  toplantıların  birində  öz  qaniçənlərinə 

kəskin  tövsiyə  vermişdi:  «Dil  açmamış  uşaqlarınızın  qulağına 

pıçıldayın  ki,  türk  sənin  düşmənindir».  Bax  bizim  ermənilərlə

410



fərqimiz  bunda  olub  ki,  onlar  bizi  daş  ilə,  biz  onları  aş  ilə 

qarşılamışıq.  Xalqlar  dostluğunun  carçısı  sayılan  H.Tumanyan 

sovet dövründə yazdığı  bir  hekayədə  yuxuda türk  qadını  görən 

çobanın  dəli  olmasını  haraylayırdı.  Biz  isə  «hinger  hayıstan» 

deyərək  şaumyanların  (türk  qanına  susayanların)  şəninə  nəğ­

mələr  oxuyurduq,  şeirlər  əzbərləyirdik.

...Hərdən  düşünürsən  ki, talesizlikdən  qonşu  kimi  yaşamağa 

məhkum  olduğumuz  ermənilərin  bəd  əməllərindən  özümüzü 

necə  hifz  edək?  Axı  kimin  ağlına  gələr  ki,  insan  adlanan  varlıq 

oyuncağın  içinə  bömba  qoyar?  Meşəni,  zəmini  külə  döndərər 

ki,  vəhşi  heyvanlar,  xüsusilə  ilan  sürüləri  oraları  tərk  edərək 

azərbaycanlılar  yaşayan  kəndlərə,  qəsəbələrə  «yürüşə»  başla­

sın?  Çayımıza,  bulağımızın  gözünə  zəhər  tökərlər?

Prezident  İlham  Əliyevin  sədrliyi  ilə  Nazirlər  Kabinetinin 

2011-ci  ilin  birinci  yarısının  sosial-iqtisadi  inkişafının  yekun­

larına  həsr  edilmiş  iclasında  dövlət  başçısı  demişdir:  «Biz  ça­



lışırıq  ki,  indiki  mərhələdə  addımları  elə  ataq  ki,  tezliklə 

baza  prinsiplərini  razılaşdıra  bilək.  Ermənistan  tərəfi  isə  tam 

əksinə  edir...  Bizə  qarşı  müharibə  aparan,  azərbaycanlılara 

qarşı  etnik  təmizləmə  siyasətini  aparan,  Xocalı  soyqırımını 

törədən  vəhşilər  indi  yenə  də  Azərbaycanı  müharibə  ilə 

hədələyirlər...»  Prezidentin  qətiyyətlə  dediyi  kimi,  bu  vəhşi­

lər  unudur  ki,  Azərbaycan  ordusu  Ali  Baş  Komandanın  əmrinə 

hər  an  hazırdır.  Hazırdır  ki,  uşaq  qatilləri  olan  ermənilərin 

cavabını  qətiyyətlə  versin.  Sadəcə  olaraq  biz  humanist  möv­

qeyimizdən  hələlik  geri  çəkilməmişik.

411



Yüklə 3,15 Mb.

Dostları ilə paylaş:
1   ...   125   126   127   128   129   130   131   132   ...   138




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə