Soyqirimi: tarixin qanlı salnaməsi



Yüklə 3,15 Mb.
Pdf görüntüsü
səhifə13/138
tarix08.03.2018
ölçüsü3,15 Mb.
#30951
1   ...   9   10   11   12   13   14   15   16   ...   138

Əsasən  türk  əhalinin  yaşadığı  Cənubi  Qafqaza  köçənədək 

haylar  Van  gölü  ətrafında  yaşayırdılar.  Elə  buraya  da  onlar 

Balkanlardan  köçüb  gəlmişdilər.  Qədim  yunan  tarixçisi  He­

rodot  yazırdı  ki,  ermənilərin  əcdadları  Frigiya  torpaqlarından 

köçürülmüşlər41.  Bu  faktı  erməni  alimləri  özləri  də  etiraf  edir­

lər.  «Erməni  xalqının  tarixi»  kitabının  redaktoru  M.Q.Nersisyan 

yazır:  «Dəniz  xalqları»nın  məşhur  böyük  köçürülmə  dövründə 

(eramızdan  əvvəl  XIII-XII  əsrlər)  ermənilər  Balkanlardan  onlara 

qohum  olan  frakiya-frigiya  tayfaları  ilə  birlikdə  Kiçik  Asiyaya 

gəlmişlər»42.  A.Pastrmaçyan  da  bununla  razıdır.  O  hesab  edir 

ki,  hind-Avropa  mənşəli  frigiya  tayfalarından  biri  kimi  erməni­

lərin  Balkanlardan  Kiçik  Asiyaya  köçməsi  elm  aləmində  qəbul 

olunmuş  faktdır43.  Doğrudur,  onun  fikrincə,  bu,  6  əsr  gec  -  

eramızdan  əvvəl  VII-VI  əsrlərdə  baş  vermişdir.  Bunu  tədqiqat­

çıların  əksəriyyəti  etiraf  edir.

Görkəmli  rus  şərqşünası  İ.M.Dyakonov  yazırdı  ki,  «erkən 

erməni  dilinin  daşıyıcıları  Erməni  yaylasına  əkinçiliklə  məşğul 

olan  köçəri  maldarlar  kimi  gəlmişdilər.  Onlar  sinifli  cəmiyyət­

dən  xəbərsiz  idilər,  yaylanın  təbiəti  və  erkən  sinifli  cəmiyyətin 

sosial  şərtləri  ilə  isə  o  zaman  hələ  erməni  dilinə  keçməmiş 

avtoxtonlardan  tanış  olurdular  (Bax:  Дьяконов  И.М.  К  преды­

стории  армянского  языка  (о  фактах,  свидетельствах  и  логике). 

ИФЖ, 4,  1983, стр. 166).

Ermənistan  prezidentinin  tamamilə  cəfəng,  elmi  və  tarixi 

faktlarla  heç  bir  əlaqəsi  olmayan  bəyanatında  deyilir  ki,  «Qa­

rabağ  əhalisi  m inilliklər  boyu  guya  «yalnız  ermənilərdən»  iba­

rət olmuş,  «türk-müsəlman»  köçəri  tayfaları  isə  yalnız  XVIII  əs­

rin  ikinci  yarısında  buraya  köçməyə  başlamışlar.  Onların  sayı 

ötən  əsrin  əvvəllərində əhalinin  ümumi  sayının  yalnız  5  faizini 

təşkil  edirdi».  İnandırıcı  çıxsın  deyə  Sarkisyan  hansısa  müəm­

malı  «XVIII  əsr  rəsmi  türk  mənbələri»nə  əsaslanmışdır.  Təbii 

ki,  elmə  zidd  bu  cəfəngiyatın  müəllifi  məhz  hansı  mənbələri

45



nəzərdə  tutduğunu  dəqiqləşdirməmişdir,  çünki  ermənilərin  ta­

rixin  saxtalaşdırılması  laboratoriyalarında  belə  mənbələr  yox­

dur.  Əslində,  türk  arxivləri  bunun  əksini  sübut  edir.  2009-cu 

ilin  noyabrında  Türkiyə  Nazirlər  Kabineti  yanında  Mərkəzi 

Dövlət  Arxiv  İdarəsi  660  səhifəlik  arxiv  materiallarından  iba­

rət  «Qarabağ  Osmanlı  sənədlərində»  kitabını  nəşr  etdirmişdir. 

Kitab  «Siyasi,  hərbi  və  diplomatik  münasibətlər»  və  «Köçmə» 

hissələrindən  ibarətdir.  Kitabda  arxiv  materialları  əsasında  er­

mənilərin  Qarabağa  köçməsinə  dair  sübutlar  gətirilir.  Osmanlı 

arxivlərində  Qarabağda  ermənilərin  olmasını  xatırladan  heç 

bir  sənəd  yoxdur.  Bütün  sənədlərdə  söhbət  ermənilərin  Qara­

bağda  XVII-XIX  əsrlərdə  məskunlaşması  prosesindən  və  əhali­

nin  etnik  tərkibinin  dəyişməsindən  gedir.

Sarkisyanın  «kəşfi»,  yumşaq  desək,  erməni  tarixçilərinin 

yazdıqları  ilə  uyğun  gəlmir.  Məsələn,  Corc  Burnutyan  yazır: 

«Bir  sıra  erməni  mənbələri  1830-cu  illərdən  sonrakı  statistika­

dan  danışarkən  İran  hakimiyyəti  dövründə  Şərqi  Ermənistan­

da  ermənilərin  sayını  düzgün  göstərmir  və  onların  əhalinin 

ümumi  sayının  30-50  faizini  təşkil  etdiklərini  bildirirlər 

Sarkisyan  ermənilərin  ümumi  əhalinin  95  faizini  təşkil  etdiyini 

deyir!).  Həqiqətdə  isə,  rəsmi  statistika  məlumatlarına  görə,  rus 

işğalından  sonra  ermənilər  Şərqi  Ermənistanda  ümumi  əhali­

nin  güclə  20  faizini,  müsəlmanlar  isə  80  faizdən  çoxunu  təşkil 

edirdi.  İstənilən  halda  Rusiya  istilasınadək  ermənilər  burada 

heç  vaxt  çoxluq  təşkil  etməmişlər.  Kameral  siyahıyaalma  Şər­

qi  Ermənistanın  bir  neçə  mahalında  ermənilərin  çoxluq  təşkil 

etməsini  göstərir.  Bu  dəyişiklik  artıq  35  mindən  çox  müsəl­

manın  həmin  bölgədən  mühacirətindən  sonra  baş  vermişdir. 

Beləliklə,  İran  administrasiyası  illərində  heç  bir  dairədə  er­

mənilərin  çoxluq  təşkil  etməsini  sübuta  yetirən  sənəd  yox­

dur.  Çox  güman  ki,  ermənilərin  yerli  səviyyədə  çoxluq  təşkil 

etdiyi  yeganə  yer  Qərbibasar  mahalı  idi.  Burada  Üçkilsə  (Eç- 

miədzin)  erməni  dini  mərkəzi  yerləşirdi.  1832-ci  ildə  minlərlə

46



müsəlmanın  köçürülməsi,  İrandan  və  Osmanlı  imperiyasından 

57  min  erməni  immiqrantın  gəlməsi  ilə  xristian  əhalinin  sayı 

xeyli  artmış  və  müsəlmanlara  bərabər  olmuşdur.  Yalnız  rus- 

türk  müharibəsindən  sonra  1855-56-cı  və  1877-78-ci  illərdə 

Osmanlı  imperiyasından  daha  çox  erməni  köçüb  gələndən, 

buradan  isə  daha  çox  müsəlman  köçüb  gedəndən  sonra  ermə­

nilər,  nəhayət,  çoxluq  təşkil  etməyə  başladılar.  Hətta  bundan 

sonra  da  XX  əsrin  əvvəlləriədək  İrəvan  şəhəri,  əsasən,  müsəl­

man  şəhəri  olaraq  qalırdı»44.

Burnutyanın  misal  gətirdiyi  statistik  məlumatlara görə,  1826- 

1832-ci  illərdə  İrəvan  və  Naxçıvan  xanlıqlarında  müsəlmanla­

rın  sayı  təxminən  dörddə  üç  dəfə  azalmışdı.  Ermənilərin  sayı 

isə  köçkünlərin  hesabına  3,5  dəfə  artmışdı.  Burnutyan  daha 

sonra  qeyd  edir:  «Statistikadan  görünür  ki,  Rusiya  istilasına- 

dək  ermənilər Şərqi  Ermənistan  əhalisinin  təxminən  20  faizini, 

müsəlmanlar  isə  80  faizini  təşkil  edirdilər.  Rusiya  ilhaqından 

sonra  İrandan  və  Osmanlı  imperiyasından  bura  57  min  erməni 

immiqrant  gəlmiş,  35  min  müsəlman  Şərqi  Ermənistanı  tərk 

etmişdi.  1832-ci  ildə  ermənilər  ümumi  əhalinin  yarısını  təşkil 

edirdilər»45.

Rusiyanın  statistik  məlumatlarına  görə,  Türkmənçay  müqa­

viləsi  bağlanana  qədər  Qarabağ  xanlığında  ermənilər  daha 

az  idi.  İsveç  müəllifi  Svante  Kornelə  görə,  «Rusiyada  keçiri­

lən  siyahıyaalmaya  əsasən,  1823-cıi  ildə  ermənilər  Qaraba­

ğın  ümumi  əhalisinin  9  faizini  (qalan  91  faiz  müsəlman  kimi 

qeyd  olunmuşdu),  1832-ci  ildə  35  faizini,  1880-ci  ildə  isə  artıq 

üstünlük  təşkil  edirdilər -   53  faiz»46.

1928-ci  ildə  Türkmənçay  müqaviləsi  bağlandıqdan  sonra 

ermənilərin  İrandan,  Osmanlı  imperiyasının  şərq  əyalətlərin­

dən  İrəvan,  Naxçıvan  və  Qarabağa  kütləvi  köçürülməsi  baş­

landı.  Əməliyyata  rus  diplomat  və  şairi  Aleksandr  Qriboyedov 

rəhbərlik  edirdi.  O,  «Ermənilərin  İrandan  bizim  vilayətlərə 

köçürülməsi  haqqında  qeydlər»  adlı  yazısında  göstərirdi:  «Er­

47



Yüklə 3,15 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   138




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə