Soyqirimi: tarixin qanlı salnaməsi



Yüklə 3,15 Mb.
Pdf görüntüsü
səhifə131/138
tarix08.03.2018
ölçüsü3,15 Mb.
#30951
1   ...   127   128   129   130   131   132   133   134   ...   138

və  nadir  incilərdən  sayılan  əlyazmaların  külü  göylərə  sovrul­

muşdur.


1832-ci  ildə  rus  məmuru  İ.Şopen  İrəvan  şəhərində  12  məs­

cid  qeydə  almışdı:  Qala  məscidi,  Şah  Abbas  məscidi,  Zal  Xan 

məscidi,  Novruzəli  bəy  məscidi,  Hüseynəli  Xan  məscidi,  Sər- 

tib  Xan  məscidi,  Hacı  İmamverdi  məscidi,  Hacı  Səfər  məscidi 

və  daha  dörd  məscidin  xarabalıqları.  İndi  nə  o  məscidlər  var, 

nə  də  İrəvan  adlı  o  qədim  türk  şəhərində  yaşayan  soydaşları­

mız.  Vaxtilə  müsəlman  Şərqində  «məscid  və  minarələr»  şəhəri 

kimi  məşhurlaşan  İrəvanda  bu  gün  yalnız  bir  məscid  qalmaq­

dadır  ki,  onu  da  ermənilər  dünya  ictimaiyyətinə  fars  məbədi 

kimi  təqdim  edirlər.

Uzun  illər  fasiləsiz  olaraq  hücumlara  mətanətlə  sinə  gərən 

məşhur  İrəvan  qalasının  da  bu  gün  izi-tozu  yoxdur.  Bütün  Av­

ropa səyyahlarını  heyrət  içində qoyan  möhtəşəm  Sərdar sarayı, 

onun  şəkillərdə  gördüyümüz  Güzgülü  salonu  artıq  bir  nağıldır.

Təəssüf ki,  insan  bəzən  başına  hansı  faciənin  gələcəyini  əv­

vəlcədən  bilmir,  yaxud  da  başına  gələnlərdən  nəticə  çıxarmır. 

1905-1915,  1918-1920,  1948-1953-cü,  1988-ci  illərdə  ermə­

nilərin  türklərə  qarşı  həyata  keçirdiyi  deportasiya  və  soyqırımı 

nəticəsində  qədim  oğuz  yurdunda  neçə-neçə  maddi  mədə­

niyyət  abidəmiz  işğal  altında  qaldı.  Təəssüf  ki,  sovet  hakimiy­

yəti  illərində  bu  abidələrin  siyahısı  tutulmamış,  çoxunun  şəkli 

çəkilməmiş,  Azərbaycan  memarlığının  parlaq  səhifələrindən 

biri  olan  bu  bölgənin  maddi  mədəniyyət  nümunələri  barədə 

sanballı  araşdırmalar  aparılmamışdır.  Yalnız  ayrı-ayrı  tarixçilə­

rin,  səyyahların  qələmə  aldığı  tədqiqatlarda,  tarixi  qaynaqlar­

da,  eləcə  də  şəxsi  kitabxanalarda  və  bir  də  arxivlərdə  işğalda 

qalmış,  yox  edilmiş,  təmayülü  və  adı  dəyişdirilmiş  abidələr 

haqqında  müəyyən  məlumat  almaq  mümkündür.

İrəvan  şəhəri  Cənubi  Qafqazın  və  Yaxın  Şərqin  mühüm  ti­

carət  mərkəzlərindən  olduğu  üçün  burada  çoxlu  sayda  kar­

vansara  var  idi.  Qaynaqlarda göstərilir  ki,  1829-1832-ci  illərdə

415



şəhərdə  aşağıdakı  karvansaralar  olub:  Gürcü,  Culfa,  Zöhrab, 

Xan,  Tahir,  Sulu,  Susuz,  Hacı  Əli,  Ovşar  və  s.

İndiki  Ermənistan  qədim  türk-oğuz  yurdu  olduğu  üçün  əra­

zidəki  saysız-hesabsız  qədim  yaşayış  məskənləri,  nekropollar, 

kurqanlar,  qala,  saray  və  istehkam  qalıqları,  karvansaralar, 

körpülər,  qəbirüstü  sənduqələr,  qəribə  formalı  daşlar,  at,  qoç 

heykəlləri,  məbəd,  kilsə,  məscid,  pir  və  ocaqlar  da  dedikləri­

mizi  təsdiq  edir.

Vaxtilə  bu 

yerlərdə  olan  tarixçilər  -   Ə.Ələkbərov, 

Z.Bünyadov,  M.Nemətova  abidələr  haqqında  geniş  araşdırma 

apararaq  onları  dünya  epiqrafiya  elminin  dəyərli  nümunələri 

kimi  səciyyələndirmişlər.  Xüsusilə  də  qəbir  daşlarının  üzərin­

dəki  yazıları  oxuyaraq  qədim  insanın,  ulu  babalarımızın  həyat 

tərzi,  məişəti  haqqında  dəyərli  məlumatlar  vermişlər.  Məhz 

onların  axtarışları  nəticəsində  qədim  türklərə  məxsus  qayaüstü 

təsvirlər  üzə  çıxarılmış,  bunların  Qobustan  və  Gəmiqaya  təs­

virləri  ilə  əlaqəsi  şərh  edilmişdir.  Xüsusilə  də  Zəngəzur  bölgə­

si  abidələrlə  zəngin  bir  ərazi  hesab  edilib.  Mahalın  Qarakil- 

sə  rayonu  ərazisində  eramızdan  əvvəl  ikinci  m inilliyə  aid  bir 

tikilinin  qalıqları  son  illərə  qədər  qalırdı.  Şaquli  vəziyyətdə 

cərgə  ilə  düzülmüş  bu  daşlar  Neolit  dövrünün  yadigarı  idi. 

Ədəbiyyata  Qoşundaş  adı  ilə  düşən  bu  qədim  abidəni  sonralar 

ermənilər  sətri  tərcümə  edərək  öz  kitablarında  Zorakarer  kimi 

siyahıya  alıblar.

Zəngəzurun  məşhur  yaşayış  məskəni  olan  Urud  kəndi  (son­

radan  Voratan)  abidələrlə  çox  zəngin  idi.  Burada  Babək  qalası, 

kurqanlar,  qədim  körpü,  eləcə  də  müxtəlif qəbirüstü  abidələr, 

məbədlərin  xarabalıqları  vardı.  Hündür,  sıldırımlı  qayanın  zir­

vəsində  yerləşən  qala  üç  tərəfdən  divarla  əhatələnmişdi.  Qa­

lanın  zirvəsindən  çaya  gizli  yol  vardı.  Qalanın  aşağı  hissəsində 

təxminən  iki  kilometrə  yaxın  bir  ərazidə  dağılmış  evlərin  xa­

rabalıqları  görünürdü.  Bu  qala  tarixi  mənbələrdə  müxtəlif  ad­

larla  qeyd  edilib.  Sonuncu  dəfə  Babəkin  ordusu  burada  döyüş­

düyündən  yerli  əhali  onu  elə  Babək  qalası  adlandırmışdı.

416



Qarakilsənin  (Sisian)  Ağclü  kəndindəki  qəbirüstü  abidə  öz 

nəhəngliyi  və  milli  ornamentləri  ilə  diqqət  çəkirdi.  Sonralar 

ermənilər VII  yüzillikdə tikilmiş  9  metr  hündürlüyündə  olan  bu 

abidənin  sütunlarına xaç şəkilləri  oydular.  Halbuki  Ağdü  kəndi 

qədimdən  türk-oğuz  boylarının  beşiyi  idi.  Ermənilər  bu  kəndə 

ancaq  1988-ci  ilin  soyqırımından  sonra  köçdülər.

Zəngəzur  mahalının  Gorus  rayonunun  Tatev  kəndində 

böyük  bir  ərazini  əhatə  edən  məbəd  vardı.  El  arasında  bu 

məbədə Tat ev və  ya  Böyük  ev  deyirdilər.  «Tat»  sözünü  el  ara­

sında  bu  ərazidə  oturaq  həyat  keçirən  türklərə  aid  edərdilər. 

IX-X  əsrlərdə  yaşamış  memar  babalarımızın  daş  yaddaşı  olan 

bu  abidə  də,  əslində,  alban-türk  xristian  məbədi  idi.

Zəngi  çayının  sahilində,  İrəvan  şəhərinin  yaxınlığındakı  Qır- 

mızıtəpədə  böyük  bir  türk  qalasının  xarabalıqları  da  son  illərə 

kimi  qalırdı.  Narınqala  adlanan  bu  qala  150  otaqdan  ibarət 

saray  kompleksi  olub.  Müxtəlif  olaylar  və  çəkişmələr  zamanı 

dağıdılıb.  Hətta  tarixçilər yazırlar  ki,  İrəvan  şəhəri  Rusiya  tərə­

findən  işğal  edilənə  kimi  bura  İrəvan  xanlığının  mərkəzi  imiş.

Göyçə  mahalının  Göyçə  gölü  sahilində  Kolagirən  qalasının 

xarabalıqlarındakı  qayaların  üzərində  mixi  yazılar  aşkar  edil­

mişdi.  Aparılan  tədqiqatlar  nəticəsində  aydın  olmuşdu  ki,  bu 

qalanın  ətrafında  tarix  boyu  türk-oğuz  boyları  yaşayıblar.  Qala 

VII  yüzilliyin  yadigarı  idi.

Gərnibasar mahalının  (sonradan  Abovyan)  dağlıq  hissəsində 

qədim  Qaqar  türklərinə  məxsus  Gəmi  qalasının  qalıqları  da 

vaxtilə  burada  türk  tayfalarının  yaşadığını  və  onların  xəttatlıq 

qabiliyyətini  təsdiqləyirdi.  Qaladan  yadigar  qalan  qalıqlarda 

qəribə  ornamentlər,  naxışlar  var  idi.  Həmin  mahalda  eramı­

zın  I  yüzilliyinə  aid  olan  başqa  bir  məbədin  də  xarabalıqları 

qalırdı.  I  yüzilliyin  yadigarı  olan  Gərni  məbədi  sonralar  bərpa 

olunmuşdu.  Dördkünc  formada  olan  bu  əzəmətli  saray-məbəd 

əsrarəngiz  bir  sənət  nümunəsi  idi.  XVII  əsrdə  zəlzələ  zamanı 

dağıldıqdan  sonra  ötən  əsrin  60-70-ci  illərində  bərpa  edilmiş-

• ı ı   7




Yüklə 3,15 Mb.

Dostları ilə paylaş:
1   ...   127   128   129   130   131   132   133   134   ...   138




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə