Soyqirimi: tarixin qanlı salnaməsi



Yüklə 3,15 Mb.
Pdf görüntüsü
səhifə137/138
tarix08.03.2018
ölçüsü3,15 Mb.
#30951
1   ...   130   131   132   133   134   135   136   137   138

hesab  olunurdu,  çünki  o  zamanlar  həyat  orta  hesabla  20-22  il 

davam  edirdi.  Bu  qiymətli  tapıntının  aşkar  edilməsindən  sonra 

Azıx  mağarasına  diqqət  daha  da  çoxaldı.

Mağaradan tapılan mühüm tapıntılardan biri də daş alətlər idi. 

Arxeoloji  baxımdan  bu  sadə  alətlər  «Çaydaşı  mədəniyyəti»ni 

təmsil  edirdi.  Buna və  mağara Quruçay ərazisində  yerləşdiyinə 

görə  bu  dövr  «Quruçay  mədəniyyəti»  adlandırılır.  Yaxınlığına 

görə  bu  mədəniyyəti  ancaq  Tanzaniyanın  Oduvay  düşərgə­

sində  aşkar  edilmiş  1,5  milyon  illik  tarixi  olan  mədəniyyətlə 

müqayisə  edirlər.  Çünki  Quruçay  mədəniyyətinin  də  məhz  bu 

qədər  tarixə  malik  olduğu  sübut  edilmişdir.  Azıx  mağarasının 

sakinləri  ovçuluqla  məşğul  olurdular.  Mağaradan  tapılmış  45 

növ  heyvan  sümüyü  bunun  əyani  sübutudur.  Bəzilərinin  kök­

ləri  artıq  kəsilmiş  bu  heyvanların  içərisində  nəsli  indiyə  qədər 

davam  edən  ayı  və  maral  xüsusi  yer  tutur.  Bəzi  mütəxəssislə­

rin  düşüncələrinə  görə,  ayı  mağara  sakinləri  üçün  müqəddəs 

hesab  olunurmuş.  Alimlər  bu  fikirləri  mağarada  bir-birinin  ya­

nınca  düzülmüş  ayı  kəllələrinin  varlığı  ilə  sübut  etməyə  çalı­

şırlar.  Hətta  mağaranın  adı  da  bununla  əlaqələndirilir.  Çünki 

qədim  türk  dillərində  «azıx»  -   «ayı»  deməkdir.

Azıx  mağarasında  həmçinin  ocaq  yerləri  də  aşkar  edilmiş­

dir.  Bu  ocaqlar  kənardan  daşlarla  əhatə  olunmuşdur.  Mağara­

dan  tapılmış  5  ocaq  yerindən  insanların  təkcə  yemək  hazırla­

maq  üçün  deyil,  həm  də  odu  qoruyub  saxlamaq  üçün  istifadə 

etdikləri  güman  edilir.  Bu  ocaq  yerlərindən  birinin  ətrafında 

qalınlığı  30  sm  olan  aypara  şəkilli  divar  vardır.  Bu  divarın 

tikilməsinin  əsas  səbəbi  yaxınlıqdakı  yaşayış  yerini  oddan  qo­

rumaq  idi.  Mağaradakı  ocaq  yerindən  başqa  həm  də  ilk  tikili 

hesab  olunur.

Bütün  bu  göstərdiklərimiz  dünyanın  ən  qədim  sakinlərinin 

yaşayış  yerinin  Azərbaycanın  olduğu  haqda fikirləri  sübut edir. 

Çox  təəssüf  ki,  dünyanın  ən  qədim  sakinlərinə  ev  sahibliyi  et­

miş  bu  Azərbaycan  torpağı  indi  işğal  altındadır.  O  torpaqların

433



düşmən  caynağından  azad  olunacağı  gün  Azərbaycan  tarixinə 

qızıl  hərflərlə  yazılacaqdır.

Füzuli  rayonunda  erməni  vandalları  tərəfindən  darmadağın 

edilmiş  tarixi  və  maddi-mədəniyyət  abidələrindən:  Qarğaba- 

zar  kəndində  XVII  əsr  karvansarası,  XVII  əsr  məscid  binası, 

XVIII  əsr  Cəlil  türbəsi,  Aşağı  VeysəlIi  kəndində  XIII  əsr  Mirəli 

türbəsi,  Qoçəhmədli  kəndində  XVIII  əsr  məscid  binası,  XVIII 

əsr  yaşayış  binası...

İşğal  altında  10-dan  cox  yaşayış  və  kurqan  tipli  arxeoloji 

abidə  qalmışdır.

Həm  işğal  altında  olan,  həm  də  azad  edilmiş  ərazidə  olan 

tarixi  abidələr  erməni  vandalları  tərəfindən  dağıdılmışdır.



CƏBRAYIL

Cəbrayıl  da  Azərbaycanın  işğal  altında  qalan  digər  rayonla­

rından  biri  kimi  tarixi-memarlıq  və  dini  abidələrlə  zəngindir. 

Tarixi-memarlıq  abidələrinə  Cəbrayıl  şəhərindəki  Sultan  Mə­

cid  hamamını,  Xudayarlı  kəndindəki  dairəvi  və  səkkizguşəli 

türbələri  (XIX  əsr),  Şıxlar  kəndindəki  dairəvi  türbəni  (XIV  əsr), 

Xudafərin  körpülərini  (erkən  orta  əsrlər),  Diri  dağındakı  Qız 

qalasını,  Dağtumas  kəndindəki  Başıkəsik  günbəzi,  Gordubaba 

dağındakı  məzarı,  dini  abidələrə  Hacı  Qaraman,  Cəbrayıl  ata, 

Düldül,  Mazannənə  ziyarətgahlarını  misal  göstərmək  olar.

Rayon  ərazisində  qədim  arxeoloji  abidələr  də  mövcud  ol­

muşdur.  Dağtumas  kəndi  yaxınlığındakı  «Divlər  sarayı»,  Mah­

mudlu  kəndi  yaxınlığındakı  Canqulu  və  Qumtəpə  kurqanları, 

Tatar  kəndi  yaxınlığındakı  Siklop  tikililərini,  Cəbrayıl  şəhəri 

yaxınlığındakı  Ağoğlanı,  Dağtumas  kəndi  yaxınlığındakı  Tu- 

mas  atanı  misal  göstərmək  olar.

Hacı  Qaraman ziyarətgahı -  Çələbilərin  («Çələbi»  sözü  dini 

və  dünyəvi  termin  olub,  hakimiyyətlərin,  şahzadələrin  ləqəbi

434



kimi  işlənib,  Allahı  sevən,  yazıçı,  şair,  b ilici  mənalarını  verir)

XIII  əsrin  birinci  yarısında  -   Monqol  yürüşləri  dövründə  Kiçik 

Asiyadan  (əsasən  Türkiyə  ərazilərindən)  məşhur  Qaraman  tay­

fasının  (Qaraqoyunlu  hökmdarı  Qara  Yusifin  sərkərdəsi  Qara­

man,  Qarabağ  hakimi  Əmir  Yarəhməd,  I  Şah  Abbasın  Şama­

xıya  hakim  təyin  etdiyi  Zülfüqar  xan  da  Qaraman  tayfasından 

idilər)  tərkibində  Azərbaycana  gəlmələri  tarixdən  məlumdur. 

Çələbilərin  adlı-sanlı  başçılarından  olan  Hacı  Qaraman  XIII-

XIV  əsrlərdə  Cəbrayıl  ərazisinə  gəlmiş,  əvvəlcə  Niftalılar  və 

Nusus  kəndləri  arasındakı  yerdə  özünə  məskən  salmış,  son- 

ralar  Çələbilər  kəndinə  köçmüşdür.  Ona  görə  də  Hacı  Qara- 

manın  dəfn  edildiyi  məzar  sonralar  ocaq  kimi  müqəddəsləş- 

dirilmişdir.  Çələbilər  kəndindəki  məscid  isə  Məhəmməd  ibn 

Hacı  Qaraman  Əhmədli  tərəfindən  hicri  1088-ci  ildə  (miladi 

1678)  inşa  edilmişdir.  Hacı  Qaramanın  adı  məşhur  oğuz  türk 

tayfasından  olan  Qaraman  tayfasının  adından  götürülmüşdür. 

Cəbrayılda  Əli  Çələbi  adı  ilə  məşhur  olan  bu  şəxs  Cəbrayıl 

rayonunun  dağlar  qoynunda  yerləşən  Sirik  kəndində  1928-ci 

ildə  anadan  olmuşdur.  Ömrünün  sonunadək  həmin  kənddə 

ağsaqqallıq  etmiş,  təməli  qoyulan  xeyirxah  işlərin  duaçısı, 

hüzuruna  pənah  gətirənlərin  yardımçısı  olmuşdur.

Cəbrayıl  ata  ziyarətgahı  -   Cəbrayıl  kəndinin  şimalında  Ata 

adlı  məqbərə  (uzunluğu  4,5  m,  eni  2,4  m,  hündürlüyü  1,8  m) 

ümumi  qəbiristanlıqda  deyil,  o  dövrün  adətinə  uyğun  olaraq 

ona  məxsus  torpaqların  tam  yuxarı  başında,  Alpaşa  dağının 

hündür və  tamaşalı  yerində  ayrıca  dəfn  edilmişdir.  Rayon  əha­

lisi  tərəfindən  ziyarətgah  kimi  qəbul  edilirdi.

Qara  daş  ziyarətgahı  -  Cəbrayıl  mərkəzində  olan  Qara  daş 

səmadan  gələn  daş  olduğu  üçün  əhali  tərəfindən  ziyarətgah 

kimi  qəbul  edilirdi.

Ağoğlan,  Qurbantəpə  ziyarətgahları  -   Cəbrayıl  rayonunun 

yaxınlığında  Ağoğlan  abidəsi  bütpərəstlik  dövründən  qal­

435



Yüklə 3,15 Mb.

Dostları ilə paylaş:
1   ...   130   131   132   133   134   135   136   137   138




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə