Soyqirimi: tarixin qanlı salnaməsi



Yüklə 3,15 Mb.
Pdf görüntüsü
səhifə16/138
tarix08.03.2018
ölçüsü3,15 Mb.
#30951
1   ...   12   13   14   15   16   17   18   19   ...   138

il  üçün  Naxçıvan  muxtariyyətinin  ərazisi  Qars  müqaviləsi  ilə 

müəyyən  olunmuş  əvvəlki  5.988  kvadratkilometrdən65  5.329,6 

kvadratkilometrədək  azaldı66.

Ermənistanda  hətta  ən  yeni,  lap  yaxın  keçmişdəki,  bu  gün 

yaşayan  nəslin  şahidi  olduğu  tarixi  faktları  danmaqdan,  xrono­

logiyanı  təhrif  etməkdən,  səbəb  və  nəticənin  yerlərini  dəyiş­

məkdən  utanmırlar.  Məsələn,  ermənilər  hər  yerdə  Sumqayıt, 

Kirovabad  və  Bakıdakı  talanlardan  danışırlar,  lakin  Qafanda, 

Meğridə,  Əsgəranda,  Qukarkda  talan  və  qətllərin  arxasında 

durduqlarını  dilə  gətirməməyə  çalışırlar.  Bu  hadisələr  zama­

nı  Ermənistanın  azərbaycanlı  əhalisi  Azərbaycan  şəhərlərində 

yaşayan  ermənilərdən  dəfələrlə  çox  ziyan  çəkmişdir.  İttifaq 

prokurorluğunun  materiallarında  əksini  tapmış  təkzibedilməz 

sübutlara,  şahidlərin  və ziyançəkmişlərin  ifadələrinə  baxmaya­

raq,  Sumqayıtda  və  digər  şəhərlərdə  ermənilərin  öz  soydaşla­

rının  qətlə  yetirilməsində  iştirakı  faktını  Ermənistanda  xatırlat- 

mamağa  (bəzən  isə  qəti  inkar edir və  «uydurma»  adlandırırlar) 

üstünlük  verirlər.  Qukarkda,  yaxud  Ermənistanın  digər  rayon­

larında  Sumqayıt  canisi  E.Qriqoryan  kimi  öz  soydaşlarına  qarşı 

talanlarda  iştirak  edən  heç  olmasa  bir  azərbaycanlı  olubmu? 

Azərbaycanlını  gizlədib  qonşusunun  həyatını  xilas  edən  heç 

olmasa  bir  Ermənistan  sakini  tapılıbını?

Təyyarə  qəzasında  həlak  olmuş  altı  Yuqoslaviya  xilasedici­

sinə  abidə  ucaldan  Ermənistan  1988-ci  ildə  təbii  fəlakət  zo­

nasına  tələsən  və  erməni  dispetçerlərin  hələ  də  təhqiq  edil­

məmiş  ziddiyyətli  komandaları  nəticəsində  həlak  olmuş  79 

azərbaycanlı  xilasedicinin  ailələrinə  heç  olmasa  elementar 

nəzakət  xatirinə  şifahi  başsağlığı  belə  vermədi.

İttifaq  dövlətinin  mövcudluğunun  son  illərində  keçmiş 

DQMV-ni  Azərbaycanın  tərkibindən  çıxarmaq  cəhdləri  birtə­

rəfli  xarakter  daşıyırdı,  SSRİ  Konstitusiyasının  bir  sıra  maddə­

lərinə  zidd  idi  və  1990-cı  il  3  aprel  tarixli  «Müttəfiq  respub­

likaların  SSRİ-nin  tərkibindən  çıxması  ilə  bağlı  məsələlərin

54



həlli  qaydaları»  adlı  SSRİ  Qanununu  pozurdu.  Ona  görə  də 

separatçıların  bütün  bu  cəhdləri  qanunsuz  idi.  SSRİ-nin  süqu­

tundan  sonra  onun  ərazisində  dünya  birliyi  tərəfindən  tanın­

mış və  BMT-yə  əvvəlki  sərhədləri  çərçivəsində  qəbul  olunmuş 

15  müstəqil  dövlət  yarandı.  BMT-nin  İnsan  haqlarının  müda­

fiəsi  üzrə  Alt  komissiyasının  üzvü  A.Eydenin  qeyd  etdiyi  kimi: 

«BMT  çərçivəsində  həm  keçmiş  SSRİ-nin,  həm  də  keçmiş  Yu­

qoslaviyanın  müttəfiq  respublikalarının  sərhədlərini  etnik  məs­

kunlaşma  deyil,  uti  possidetis  juris  əsasında  müəyyən  etmək 

barədə  geniş  konsensus  əldə  edildi.  Bu  o  deməkdir  ki,  federa­

siyanın  müttəfiq  respublikalarının  əvvəllər  mövcud  olmuş  sər­

hədləri  yeni  sərhəd  kimi  sayılmalıdır»67.  AŞ  PA-nın  məruzəçisi 

D.Atkinson  2004-cü  il  29  noyabr  tarixli  məruzəsində  birmə­

nalı  olaraq  qeyd  etmişdir:  «Azərbaycan  ərazisinin  əhəmiyyətli 

hissəsi  hələ  də  erməni  qüvvələrinin  işğalı  altındadır».  O,  eyni 

zamanda  xüsusi  vurğulamışdır  ki,  «Azərbaycanın  sərhədləri 

beynəlxalq  birlik  tərəfindən  1991-ci  ildə,  ölkə,  ərazisinə  Dağ­

lıq  Qarabağ  regionu  daxil  olan  müstəqil  dövlət  kimi  tanınan 

zaman  tanınmışdır»68.

Ermənilərin  siyasi  tarixi  siyasətçi  və  ideoloqların  səyi  ilə 

ermənilərin  milli  şüuruna  tiirkofobiya,  Azərbaycana  və  türkə 

aid  nə  varsa  hamısına  nifrət  hissi  hopmasını  söyləməyə  kifayət 

qədər  əsas  verir.  Onlar  hətta  heç  gizlətmirlər  ki,  erməni  döv­

lətinin  mövcudluğunu  dəstəkləyən  bu  zərərli  ermənilik  dünya­

görüşünün  başlanğıc  bazası  «1915-ci  il  soyqırımı»,  «Qarabağın 

və  Cavaxkın»  və  digər  ərazilərin  ilhaqı  kimi  ideya-siyasi  məq­

sədlərdir.  Bu  absurd  ideyaların  həyata  keçirilməsi  məqsədi  ilə 

həmin  dünyagörüşü  erməni  terrorçuları  və  separatçılarının  ən 

ağlasığmaz  cinayətlərinə  bəraət  qazandırır.

Ermənistanda  ümid  edirlər  ki,  tarixi  primitiv  şəkildə  saxta­

laşdırıb  beynəlxalq  təşkilatlara  Dağlıq  Qarabağın  guya  qədim 

erməni  torpağı  olduğunu  «sübut»  etməklə  onu  özlərinə  bir­

55



ləşdirməyə  nail  olacaqlar.  S.Sarkisyan  və  tarixi  saxtalaşdırmaq 

üzrə  laboratoriyadan  olan  erməni  «intellektualları»  çoxdan  b il­

məli  idilər  ki,  tarixi  proses  irəliyə  doğru  hərəkət  edir,  geriyə 

yox.  O  ki  qaldı  Dağlıq  Qarabağın  və  ya  onun  əvvəlki  adı  ilə 

desək,  Arsaxın  qədim  alban  torpağı  olmasına,  bunu  erməni 

tarixçilərinin  özləri  sübut  etmişlər.  Məsələn,  S.T.Yeremyan  ya­

zırdı:  «Bir  çoxu  ərəblərdən  əvvəlki  dövrə  aid  olan  külli  miq­

darda  xristian  abidələri  qədim  Albaniyanın  erməniləşmiş  his­

səsində,  hazırda  əsasən  erməni  əhalinin  yaşadığı  qədim  alban 

vilayətləri  Arsax  və  Utikdə  salamat qalmışdır»69.  Lakin  təəccüb 

doğuran  utanmadan  yalan  danışan  və  bu  yolla  dünya  birliyi­

nin  bəzi  üzvlərinin  rəğbətini  qazanmağa  çalışan  saxtakarla­

rın  və  onlarla  birlikdə  siyasətçilərin  həyasızlığıdır.  S.Sarkisyan 

öz  mövqeyini  nəzərə  alaraq  erməni  xalqının  taleyi  ilə  oyna­

mamalıdır.  Axı  hələ  heç  kimə  törətdiyi  cinayətlərə  görə  öz 

həmvətənlərinin  qəzəbindən  qurtulmaq  müyəssər olmamışdır. 

Müasir  dünyada  dövlət  sərhədlərinin  mif  və  antik  salnamələr 

əsasında  müəyyən  olunmadığını,  hər  hansı  ərazidə  monastırın 

mövcudluğu  və  ya  m illi  azlıqların  yaşaması  ilə  dəyişdirilmə­

diyini  bilməyin  vaxtı  çoxdan  çatmışdır.  Əks  halda  dünyanın 

siyasi  xəritəsi  bu  gün  başqa  cür  görünərdi  (məsələn,  Ermənis­

tan  yenidən  müstəqilliyini  itirib  dirçələn  Roma  imperiyasının 

tərkibinə,  ermənilərin  özləri  isə  Frigiyaya  qayıtmalı  olardılar), 

BMT  öz  Nizamnaməsini  hazırlamaq  əvəzinə  arxeoloji  məlu­

mat  və  manuskriptlərin  toplanması  və  öyrənilməsi  ilə  məşğul 

olar,  Təhlükəsizlik  Şurası  isə  tarixçilər  arasında  debat  yerinə 

çevrilərdi.  Ermənistan  rəhbərləri  artıq  başa  düşməlidirlər  ki, 

müasir  dünyada  ərazi  məsələləri  «kim  əzəldən  harada  yaşa­

mışdır  və  kim  haraya  köçmüşdür»  prinsipi  üzrə  tarixi  kon­

tekstdə  deyil,  beynəlxalq  hüquq  əsasında  həll  olunur.  Odur 

ki,  özlərini  və  cəmiyyətlərini  bu  əyalətçi  təfəkkürdən  xilas 

etməlidirlər.  Tarixi  təhrif  etmək  və  abidələri  dağıtmaq  hətta 

uğurlu  olsa  belə,  onlara  başqa  dövlətlərin  ərazilərini  zəbt  et­

56



Yüklə 3,15 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   138




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə