Soyqirimi: tarixin qanlı salnaməsi



Yüklə 3,15 Mb.
Pdf görüntüsü
səhifə19/138
tarix08.03.2018
ölçüsü3,15 Mb.
#30951
1   ...   15   16   17   18   19   20   21   22   ...   138

68  Explanatory  memorandum  by  the  Rapporteur,  document 

10364,  para  5.  http://assembly.coe.int/Main.asr?link=/Docu- 

ments/WorkingDocs/Doc04/EDOC10364.htm

69  Bax:  Очерки истории СССР (lll-IX). Москва,  1958, стр.326.

#

64



I  FƏSİL

Tarix  -   olduğu  kimi


Ermənilərin  Azərbaycana 

köçürülməsi  və  məskunlaşması

Tarixən  qonşu  dövlətlərə  qarşı  məkrli  ərazi  iddia­

larını  gerçəkləşdirmək,  «Böyük  Ermənistan»  yaratmaq 

xülyası  ilə  yaşayan  erməni  millətçiləri  bütövlükdə 

bəşəriyyətə  və  insanlığa  qarşı  yönəlmiş  soyqırımı,  ter­

ror  siyasəti  həyata  keçirmiş,  dəhşətli  cinayətlərə  əl 

atmışlar.  Faktlar  göstərir  ki,  bədnam  qonşularımız  bu 

qeyri-hüquqi  iddialarını  reallaşdırmaq  naminə  təcavüz­

karlıq  siyasətini  «milli  mübarizə»  amalına  çevirərək 

dövlət  səviyyəsində  dəstəkləmişlər.  Bu  zaman  isə  on­

lar  müəyyən  xarici  qüvvələrin  maraqlarının  ifadəçisinə 

çevrilmiş,  bəzi  dövlətlər  Cənubi  Qafqaz  və  Qərbi 

Asiyada  möhkəmlənmək  üçün  daim  «erməni  məsə­

ləsindən  öz  mənafelərinə  uyğun  şəkildə  istifadəyə 

çalışmışlar.

Erməni  millətçilərinin  xalqımıza  qarşı  apardığı  soyqırımı  və 

təcavüz  siyasətinin  iki  yüz  ildən  artıq  tarixi  vardır.  Bu  mənfur 

siyasətin  məqsədi  azərbaycanlıları  qədim  torpaqlarından  sıxış­

dırıb  çıxarmaq,  sonra  həmin  ərazilərdə  erməni  tarixçilərinin 

və  ideoloqlarının  uydurduğu  «Böyük  Ermənistan»  dövləti  qur­

maqdır.  Bu  məqsədlə  mərhələlərlə  həyata  keçirilən  terror  və 

soyqırımı  siyasətinin  qanlı  fəsadları  təkcə  böyük  türk  dünya­

sının  deyil,  bütün  bəşəriyyətin  başı  üstünü  qara  kabus  kimi 

almaqla  əsrlər  boyu  vandalizmin  qurbanı  olmuş  Azərbaycan 

xalqının  qan  yaddaşında  dərin  izlər  buraxmışdır.

1998-ci  il  martın  26-da  ümummilli  lider  Heydər  Əliyevin 

imzaladığı  «Azərbaycanlıların  soyqırımı  haqqında»  fərman  er­

məni  millətçilərinin  hərəkətlərinə  verilən  ilk  dolğun  və  hər­

tərəfli  hüquqi-siyasi  qiymət  olmuşdur.  Bu  fərman  Azərbayca­

67



nın  indiki  və  gələcək  nəsillərinin  milli  yaddaşının  qorunması 

baxımından  da,  bir  növ,  proqram  sənədidir.  Fərmanda  deyilir 

ki,  «Azərbaycan  Respublikası  müstəqillik  qazandıqdan  sonra 

xalqımızın  tarixi  keçmişinin  obyektiv  mənzərəsini  yaratmaq 

imkanı  əldə  edilmişdir.  Uzun  illər  gizli  saxlanılan,  üzərinə 

qadağa  qoyulmuş  həqiqətlər  açılır,  təhrif  olunmuş  hadisələr 

özünün  əsl  qiymətini  alır.  Azərbaycan  xalqına  qarşı  dəfələrlə 

törədilmiş  və  uzun  illərdən  bəri  öz  siyasi-hüquqi  qiymətini 

almamış soyqırımı  da  tarixin  açılmamış  səhifələrindən  biridir».

Fərmanda  ermənilərin  Azərbaycana  qarşı  təcavüzünün  tari­

xi  köklərinə  də  toxunulmuş,  mərhələlərlə  törədilmiş  soyqırımı 

və  terror  siyasəti  dolğun  əksini  tapmışdır.  Sənəddə  qeyd  olun­

duğu  kimi,  tarix  boyu  azərbaycanlılara  qarşı  həyata  keçirilmiş 

soyqırımı  lap  əvvəldən  rus-erməni  işbirliyinin  nəticəsi  olmuş­

dur.  Rusiya  imperiyası  bu  yolla  Cənubi  Qafqazda  möhkəmlən­

mək,  ermənilər  isə  Rusiyanın  havadarlığına  arxalanaraq  tarixi 

Azərbaycan  torpaqlarını  ələ  keçirərək  bu  torpaqlarda  erməni 

dövləti  qurmaq  məqsədini  güdmüşlər.  Azərbaycan  Preziden­

ti  İlham  Əliyevin  vurğuladığı  kimi:  «Dağlıq  Qarabağ  tarixi 

nöqteyi-nəzərdən  Azərbaycanın  ərazisidir.  Ermənilər  Dağlıq 

Qarabağa  XIX  əsrin  birinci  yarısında  gəlmişlər.  Bu,  məlum 

faktdır.  Hüquqi  baxımdan  bu  region  Azərbaycanın  ərazisidir. 

Ona  görə  də  biz  bu  məsələni  yalnız  beynəlxalq  hüququn 

norma  və  prinsipləri  əsasında  həll  etmək  istəyirik.  Biz 

Dağlıq  Qarabağ  ermənilərinə  Azərbaycanın  tərkibində  ən 

yüksək  muxtariyyət  statusunun  verilməsini  təklif etmişik.  Bu, 

bizim  tərəfimizdən  ediləcək  maksimum  güzəştdir.  Çünki 

onun  statusu  həmişə  muxtar  vilayət  olubdur».

2010-cu  ildə  Gürcüstan  tarixçisi  Quram  Marxuliyanın  rus 

dilində  «Ermənilər  Ermənistan  axtarışında»  kitabı  nəşr  olunub. 

Tarix  elmləri  doktoru,  professor  Boris  Kvarastxeliyanın  kitaba 

yazdığı  ön  söz  «erməni  məsələsi»ni  öyrənmək,  bütün  dövr­

lərdə  olduğu  kimi,  indi  də  onun  «aktualIığı»nı  anlamaq,  biI-

68



mək  baxımından  olduqca  maraqlıdır:  «...Əsas  məqsəd  «erməni 

məsələsi»  adlanan  məsələni  olduğu  kimi  dünya  ictimaiyyətinə 

çatdırmaqdır».

M üəllif  saxta,  uydurma  Ermənistan  tarixinin  dolaşıq,  əyri- 

üyrü  cığırları  ilə  hərəkət  edərək  Birinci  dünya  müharibəsi  illə­

rində  Osmanlı  imperiyasındakı  hadisələr  və  onunla  əlaqədar 

baş  verən  tarixi  proseslər  barədə  erməni  alimlərinin  köhnə 

stereotiplərini  vurub  dağıdır.

Hər  iki  alimin  elmi  araşdırmalar  nəticəsində  gəldiyi  qənaət 

sadə  olduğu  qədər  də  ibrətamizdir:  XIX-XX  əsrlər  ermənilər 

tərəfindən  özgə  torpaqlarını  zəbt  edib  ələ  keçirmək  və 

bu  torpaqlarda  «Böyük  Ermənistan»  adlanan  dövlətlərini 

yaratmaqla  yadda  qalıbdır.  Doğrudan  da  öz  tariximizə  nəzər 

salsaq,  insanı  dəhşətə  və  bəzən  vahiməyə  salan  bu  həqiqəti 

bir  daha  görmək  olar.

İndiki  Ermənistan  adlanan  torpaqlarda  vaxtilə  Azərbaycan 

dövlətlərindən  biri  olan  İrəvan  xanlığı  yerləşirdi.  AMEA-nın 

A.A.Bakıxanov  adına  Tarix  İnstitutunun  hazırlayıb  nəşr  etdiyi 

«İrəvan  xanlığı»  kitabında  da  qeyd  olunduğu  kimi,  «Qaraqo­

yunluların  hakimiyyəti  dövründə  Çuxursəd  vilayətinin  tarixin­

də  sonralar  bütün  Azərbaycan  üçün  son  dərəcə  ağır  problem­

lər yaradan  bir hadisə baş verdi:  Qaraqoyunlu  hökmdarı  Cahan 

şahın  icazəsi  ilə  1441-ci  ildə  erməni  katolikoslarının  fəaliy­

yət  mərkəzi  Kilikiyanın  Sis  şəhərindən  Azərbaycana  -   İrəvan 

yaxınlığındakı  Üçkilsə  (Üç  müədzin)  monastırına  köçürüldü. 

Bununla  Cənubi  Qafqazda  qriqorianlığı  yayan  erməni  mis­

sionerləri  üçün  əlverişli  şərait  yarandı».  1441-ci  ildə  erməni 

katolikosluğunun  İrəvan  (Çuxursəd)  bölgəsinə  köçürülməsinə 

qədər  bu  ərazidə  ermənilərə  məxsus  heç  nə  yox  idi.  «Hətta 

erməni  katolikosluğunun  yerləşdiyi  Üçkilsə  (Valarşabad)  kəndi 

belə  1443-cü  ildən  başlayaraq  ermənilər  tərəfindən  müxtəlif 

vasitələrlə  hissə-hissə  Azərbaycan  türklərindən  alınmışdır».

---------  

69 


---------


Yüklə 3,15 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   138




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə