Soyqirimi: tarixin qanlı salnaməsi



Yüklə 3,15 Mb.
Pdf görüntüsü
səhifə20/138
tarix08.03.2018
ölçüsü3,15 Mb.
#30951
1   ...   16   17   18   19   20   21   22   23   ...   138

XIX  əsrin  əvvəllərində  digər  Azərbaycan  xanlıqları  kimi, 

İrəvanın  da  Çar  Rusiyası  tərəfindən  işğalı  bu  strateji  bölgəyə 

ermənilərin  kütləvi  axınına,  azərbaycanlıların  əzəli  torpaqla­

rından  məhrum  olmasına  gətirib  çıxardı.  «Beləliklə,  1828-ci  il 

fevralın  26-dan  iyunun  11-dək,  yəni  üç  ay  yarım  ərzində  İran­

dan  Şimali  Azərbaycan  -   İrəvan,  Naxçıvan  və  Qarabağ  xanlıq­

larının  ərazisinə  8.249  erməni  ailəsi,  başqa  sözlə,  ən  azı  40 

min  nəfər  erməni  köçürüldü.  Bundan  bir az  sonra  Şimali  Azər­

baycan  torpaqlarına  Osmanlı  dövləti  ərazisindən  daha  90  min 

nəfərdən  artıq  erməni  köçürülüb  gətirildi».  Bu  işə  şəxsən  rəh­

bərlik  edən  rus  polkovniki  Qazarros  Lazaryan  (Lazarev)  İran­

dan  Azərbaycana  köçürülən  ermənilərə  müraciətlə  deyirdi: 

«...Orada  siz  xristianların  məskunlaşdığı  yeni  vətən  əldə  edə­

cəksiniz...  İranın  müxtəlif yerlərinə  səpələnmiş  xristianların  bir 

yerə  cəmləşdiyini  görəcəksiniz.  Tələsin!  Tezliklə  rus  qoşunları 

İranı  tərk  edəcək,  bundan  sonra  sizin  köçməyiniz  çətinləşəcək 

və  biz  sizin  təhlükəsiz  köçməyinizə  cavabdeh  olmayacağıq. 

Azca  itkiyə  məruz  qalsanız  da,  qısa  zamanda  hər  şeyə  nail 

olacaqsınız,  özü  də  həmişəlik...  İran  çörəyi  yeməkdənsə,  rus 

otu  yemək  daha  yaxşıdır».

Bununla  əlaqədar  rus  tədqiqatçısı  N.Şavrov  hələ  1911 -ci 

ildə  yazırdı:  «Hazırda  Cənubi  Qafqazda  yaşayan  1  milyon  300 

min  erməninin  1  milyondan  çoxu  bu  diyarın  yerli  əhalisi  deyil. 

Onları  bura  biz  köçürüb  gətirmişik».  «Biz»  deyərkən  tədqiqat­

çı  rus  hakim  dairələrinin  fəaliyyətini  yada  salırdı.

Ermənilərin  Azərbaycan  torpaqlarına  köçürülməsi  sonra­

kı  illərdə  də  davam  etdi.  Bunu  o  dövrdə  baş  verən  müxtəlif 

ictimai-siyasi  proseslər,  Rusiyanın  regionda  güclənməsi  ilə  baş 

verən  aramsız  müharibələr  daha  da  sürətləndirirdi.  1853  və 

1877-1878-ci  illərdə  baş  verən  rus-türk  müharibələrinin  nə­

ticələri  də  erməni  millətçilərinin  xristian  «həmrəyliyi»  ami­

lindən  istifadə  etməklə  Türkiyə  və  Azərbaycan  ərazilərində 

erməni  dövləti  qurmaq  iştahalarını  daha  da  artırırdı.

70



1862-ci  ildə  ermənilərin  Zeytun  vilayətində  türk  hakimiy­

yət  orqanlarına  qarşı  qaldırdıqları  silahlı  qiyam  yatırılsa  da, 

onlar  gələcək  fəaliyyətlərinin  təbliği  baxımından  bu  faktdan 

maksimum  yararlanmağa  çalışdılar.  Eyni  zamanda,  Qafqazda, 

xüsusilə  Azərbaycanda  yerləşmək  və  rus  himayəsi  altında  öz 

məqsədlərinə  doğru  irəliləməkdə  daha  sərbəst  oldular.

M üəllif  «erməni  məsələsi»nin  Gürcüstandan  da  yan  ötmə­

diyini  vurğulayaraq  qeyd  edir:  «Ermənilərin  kompakt  yaşadıq­

ları  yerlər  həmişə  separatçılıq  mərkəzinə  çevrilir.  Buna  sübut 

olaraq  keçmişdə  Osmanlı  imperiyasındakı,  bu  gün  isə  Azər­

baycanın  Dağlıq  Qarabağ,  Gürcüstanın  Cavaxetiya  bölgəsin- 

dəki  hadisələri  göstərmək  olar.  Tarixi  təcrübə  də  hadisələrin 

məhz  belə  bir  istiqamətdə  inkişaf edəcəyindən  xəbər  verir».

Ermənistanın  tarixin  qısa  bir  dövründə  yoxdan  var  olması 

özü  ilə  bitib  tükənməyən  problemlər  gətirdi.  Bu,  uydurmalara 

və  miflərə  əsaslanaraq  başqa  bir  xalqın  min  illərlə  yaşadığı  bir 

ərazidə  zor  gücünə  yaradılan  bir  dövlətdir,  bu  mənada  analo­

qu  olmayan  hadisədir.

Hətta  vaxtilə  erməni  tarixçisi  K.Kirakosyan  özü  qeyd  edirdi 

ki,  ermənilərin  keçmişi  haqqında  elə  bir  məlumat  yoxdur  ki, 

onu  ya  tarix,  ya  da  salnamə  adlandırasan.  «Hayların  (erməni­

lərin  -  red.)  -   «mifik  Haykın  övladları  olan,  planetin  ən  qədim 

xalqı»nın  peyda  olması,  Cənubi  Qafqazda  erməni  dövlətinin 

yaradılması  Çar  Rusiyasının  fəaliyyətinin  nəticəsidir»  fikrini, 

demək  olar  ki,  tədqiqatçıların  hamısı  xüsusi  vurğulayır.

Ermənilərin  Türkiyə  və  İrandan  Azərbaycan  və  Gürcüstan 

ərazilərinə  köçürülməsində  əsas  rol  qriqorian  kilsəsinə  məx­

susdur.  Qriqorian  kilsəsinin  Rus  imperiyası  və  Avropa  dövlət­

ləri  ilə  əlaqələri  XVII  əsrə  təsadüf  edir.  Ermənilər  elə  o  vaxt­

dan  avropalıları  inandırmağa  çalışırdılar  ki,  guya,  müsəlmanlar 

«Avropa  ilə  bir  dinə  tapınan  erməni  xalqını  istismar  edirlər».

Hələ  1699-cu  ildə  qriqorian  kilsəsinin  razılığı  ilə  iki  ermə­

ni  -   İsrail  Ori  və  Minas  Vardapet  Avropa  ölkələrini  gəzərək

71



«erməni  haqlarından,  ermənilərin  dövlət  yaratmaq»  planla­

rından  danışırdılar.  Ancaq  onlar  çox  çalışsalar  da,  o  vaxt  bu 

avantürist,  heç  bir  məntiqə  sığmayan  fikirlərinə  Avropada, 

onun  hakim  dairələrində  lazımi  dəstək  tapa  bilməyib  ən  axır­

da  Rusiyaya  üz  tutmalı  oldular.  Çünki  Avropa,  deyəsən,  onları 

o  vaxtlar  daha  yaxşı  tanıyırdı:  «Qapal

1

1ıq  və  güclü  fırıldaqçılıq 



ermənilərin  qanına  işləyib.  Onların  dedikləri  nə  qədər  yalan- 

dırsa,  o  qədər  də  inandırıcı  görünür.  Hər  cür  zülmə,  alçaqlığa 

və  nankorluğa  adət  etmiş  ermənilər  öz  məqsədlərinə  çatmaq 

üçün  bütün vasitələrdən  istifadə edirlər.  Din  özü  onların  əlində 

xəbisliyə  və  yalana  xidmət  edən  bir  silahdır...»  deyən  fransız 

utopisti  Şarl  Furye  sanki  bütün  avropalıların  fikirlərini  ümumi­

ləşdirərək  elə  həmin  vaxtlar -   1808-ci  ildə  bunları  söyləyirdi...

İki  nəfərlik  «nümayəndə  heyəti»  1701-ci  ildə  I  Pyotrla 

görüşüb  o  vaxt  Səfəvi  dövlətinin  tərkibində  olan  Qarabağ  vi­

layətinin  erməni  icmasının  nümayəndələri  olduğunu  bildirdi 

və  Osmanlı  Türkiyəsinə  qarşı  vahid  xristian  cəbhəsinin  yara­

dılması  planlarını  açıqladılar.

XVIII  əsrin  əvvəlləri  idi.  I  Pyotr  Baltik  dənizinə  çhxmaq  üçün 

başlanan  Şimal  müharibəsində  isveçlərə  təzəcə  uduzmuşdu. 

Gələn  qonaqlar  isə  onu  yeni  bir  «macəra»ya  -   Xəzər  dənizi­

nə,  Zaqafqaziyaya  «dəvət»  edirdilər.  I  Pyotr  bu  «dəvəti»  qəbul 

elədi  və  İsrail  Oriyə  təcili  polkovnik  rütbəsi  də  bağışladı.  Son­

ra  müəyyən  tapşırıqlar verərək  onu  tacir adı  altında  bir xəfiyyə 

kimi  1707-ci  ildə  İrana  yola  saldı...

Ancaq  çox  keçmədi  ki,  Ori  Həştərxanda  qəflətən  öldü.  La­

kin  onun  «arzuları»  çiçəklənməkdə  idi:  elə  həmin  il  2  mart 

1711  və  28  yanvar  1717-ci  illərdə  I  Pyotrun  sərəncamları  ilə 

İrandan  və  Türkiyədən  ermənilərin  Rusiyaya  cəlb  olunması 

üçün  fəaliyyətə  start  verildi.

Həmin  dövrdə  I  Pyotrun  göstərişi  ilə  Qafqazın  ilhaqına  baş­

landı.  Artıq  1722-ci  ildə  ruslar  Dərbənd,  Quba,  Bakı,  Salyan, 

Lənkəran  və  digər  Xəzəryanı  Azərbaycan  vilayətlərini  ələ  ke-

72



Yüklə 3,15 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   138




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə