Soyqirimi: tarixin qanlı salnaməsi



Yüklə 3,15 Mb.
Pdf görüntüsü
səhifə21/138
tarix08.03.2018
ölçüsü3,15 Mb.
#30951
1   ...   17   18   19   20   21   22   23   24   ...   138

girirdilər.  1724-cü  ilin  oktyabrında  I  Pyotr ələ  keçən  torpaqlara 

ermənilərin  köçürülməsinə  imkan  verən  sərəncam  imzaladı. 

Bu  sərəncamda  bütün  vasitələrdən  istifadə  etməklə  «ermənilə­

rin  və  digər  xristianların  müsəlman  torpaqlarına»  köçürülməsi 

bir vəzifə  olaraq  irəli  sürülürdü.  Azərbaycan  və  Gürcüstan  əra­

zilərində  erməni  dövləti  yaratmaq  məsələsi  ilə  o  vaxt  Şəmir- 

yan  adlı  bir  erməni  məşğul  olurdu.  Onun  qurduğu  plana  görə, 

yaradılacaq  dövləti  erməni  çarı  idarə  etməli,  onun  Peterburqda 

rəsmi  nümayəndəliyi  olmalı,  yeni  çarı  müdafiə  etmək  üçün  isə 

6  minlik  rus  qoşunu  20  il  ərzində  bu  ərazilərdə  qalmalı  idi...

1725-ci  ildə  I  Pyotrun  ölümündən  sonra  ruslar  Xəzəryanı 

bölgələri  tez-tələsik  tərk  etməli  oldular.  Doğrudur,  bu  gediş 

həmişəlik  olmadı,  onlar  müəyyən  vaxtdan  sonra  yenidən  qa­

yıtdılar,  amma  hələlik  ermənilər  XVIII  əsrin  əvvəllərində Azər­

baycan  torpaqlarında  özlərinə  dövlət yaratmaq  istəklərinə  çata 

bilmədilər.

Təxminən  100  il  sonra -   1827-ci  ildə  İrəvan  xanlığının  işğal 

olunması  ilə  vəziyyət yenidən  ermənilərin  «xeyrinə»  dəyişdi...

Qafqazın,  xüsusilə  Azərbaycanın  ruslar  tərəfindən  zəbt 

olunması  ardıcıllığına  və  o  dövrdə  baş  verən  ictimai-siyasi 

proseslərə  nəzər  salaq.  Çünki  bütün  bu  hallar  ermənilə­

rin  düşünülmüş  şəkildə  həmin  ərazilərə  yerləşdirilməsi,  kö­

çürülməsi  ilə  müşayiət  olunurdu:

1801-ci  ildə  Şərqi  Gürcüstan,  Qazax  və  Şəmşəddin  sultan­

lıqları,  1803-cü  ildə  Car-Balakən  camaatı  rusların  işğalçı  sifət­

lərini  görür.

1804- 

cü  ildə  Gəncə  ələ  keçir,  Cavad  xan  və  oğlu  şəhid 



olurlar.  Gəncə  ilə  bərabər  Samux  sultanlığı  da  zəbt  olunur.

1805- 


ci  ildə  Qarabağ  xanlığı,  1806-cı  ildə  Bakı,  Quba  və 

Şəki  xanlıqları,  1809-cu  ildə  Lənkəran  xanlığı  rus  qoşunları 

tərəfindən  ələ  keçirilir.

Rus  hökuməti  müsəlman  əhaliyə  inanmadığı  üçün  işğa­

lı  başa  çatdıran  kimi  Azərbaycan  torpaqlarına  xristianları  kö­

73



çürməyə  başladı.  Hətta  1819-cu  ildə  uzaq  Almaniyadan  yüz­

lərlə  alman  ailəsi  Qarabağın  şimalına  köçürülmüşdü...

Vəziyyətin  mürəkkəbliyi  rusları  ehtiyatlı  olmağa  və  hələlik 

yerli  ənənələri  və  maraqları  nəzərə  almağa  məcbur  edirdi. 

Eyni  zamanda,  Rusiya  hakim  dairələri  o  dövrdə  Azərbaycana 

dair siyasətində daha  çox ermənilərə arxalanır,  onlara  üstünlük 

verirdi.  1905-ci  ildən  başlayaraq  İrandan  və  digər  regionlardan 

Azərbaycana,  ilk  növbədə  Qarabağa  ermənilər  köçürülürdü. 

Artıq  1810-cu  ildə,  rusların  verdiyi  rəsmi  məlumatlara  görə, 

Qarabağda  yaşayan  12.000  ailənin  9.500-ii  (79%)  azərbay­

canlı,  2.500-ü  (21%)  erməni  idi»  (Quram  Marxuliya.  Ermənilər 

Ermənistan  axtarışında.  Tbilisi,  2010).

1823-cü  ildə  general  Yermolovun  göstərişi  ilə  Qarabağda 

yaşayan  əhalinin  vergi  mükəlləfiyyəti  müəyyənləşdirildi.  Bu, 

Qarabağda  əhalinin  sayı  və  etnik  tərkibi  barədə  ilk  yazılı,  rəs­

mi  sənəddir.  Həmin  sənədə  əsasən  Qarabağda  20.095  ailə, 

yaxud  90.000  nəfər  yaşayırdı  ki,  onlardan  15.729  ailə  (78%) 

azərbaycanlı,  4.366  ailə  (22%)  erməni  ailəsi  idi.  Eyni  zaman­

da,  Şuşada  1.111  azərbaycanlı  və  421  erməni  ailəsi  yaşayırdı. 

Şuşa  ətrafında  450-dən  artıq  azərbaycanlı,  cəmi  150  erməni 

kəndi  vardı.  Bu  kəndlərdə  14.618  azərbaycanlı,  3.945  erməni 

ailəsi  yaşayırdı.

1826-1828-ci  illərdə  Rusiya-İran  müharibəsindən  sonra 

Qarabağda  etnik  vəziyyət  kəskin  surətdə  dəyişməyə  başla­

yır.  1 828-29-cu  illərdə  rus-türk  müharibəsindən  dərhal  sonra 

Qafqaza  84.000  erməni  ailəsi  köçürülür.  Onlar,  əsasən,  Qara­

bağ  və  İrəvan  vilayətlərində  yerləşdirilir.  Eyni  zamanda,  o  vaxt 

çar  məmuru  N.N.Şavrovun  yazdığı  kimi,  «nəzərdən  qaçırmaq 

olmaz  ki,  rəsmi  şəkildə  köçürülən  124.000  ermənidən  baş­

qa  qeyri-rəsmi  köçənləri  də  nəzərə  alsaq,  köçiirülənlərin  sayı

200.000  nəfəri  adlayır».  Ermənilərin  İrandan  və  Türkiyədən 

Zaqafqaziyaya  köçürülməsi  və  köçməsi  prosesi  sonrakı  illərdə 

də  davam  etdi.

74



Ermənilərin,  digər  torpaqlarımız  kimi,  Qarabağa  da  iddiala­

rını  qəti  surətdə  rədd  edərək  bu  ərazilərin  həmişə  Azərbaycan 

türklərinin  olduğunu  və  onlar  tərəfindən  idarə  olunduğunu 

tarixi  faktlar  da  sübut  edir.  Belə  faktlar  içərisində  Qarabağın 

sonrakı  taleyində  silinməz  izlər  qoyan  «Kürəkçay  müqavilə­

si»,  bu  müqavilədən  irəli  gələn,  xanlığın  rus  hakimiyyət  dai­

rələri  ilə  münasibətlərini  tənzimləyən  qarşılıqlı  öhdəliklər  də 

var.  Müqavilə  rusların  təpkisi  altında  Qarabağ  xanı  məşhur 

İbrahimxəliI  xanla  general  Sisianov  arasında  1805-ci  ilin  14 

mayında  imzalanıb.  Həmin  görüşdə  Qarabağ  xanı  ilə  yaxın 

qohumluq  əlaqələri  olan  Şəki  xanı  Səlim  xan  da  iştirak  edirdi.

Bir  az  keçəcək,  ruslar  bağlanan  müqavilənin  şərtlərini  po­

zacaq  və  indi  ermənilərin  özlərinə  «paytaxt»  elan  etdikləri 

Xankəndidə  İbrahim  xanı  ailəsi,  körpə  uşaqları  ilə  birlikdə 

qətlə  yetirəcəklər.  Bu  haqsızlığa  Qarabağ  camaatı  ilə  birlikdə 

İbrahim  xanın  kürəkəni,  şəkili  Səlim  xan  da  qiyam  qaldırmaqla 

cavab  verəcək...

1813-cü  ildə  imzalanan  «Gülüstan  müqaviləsi»  və  1828- 

ci  ildə  Azərbaycanın  şimal  torpaqlarının  işğalını  sona  yetirən 

«Tıirkmənçay  müqaviləsi»  xalqımızın  tarixində  öz  ağır  izlə­

rini  qoydu.  Dəhşət  doğuran  faktlardan  biri  də  budur  ki,  heç 

bir  məntiqə  sığmayan  şəkildə  rus  hakim  dairələri  tərəfindən 

1828-ci  il  martın  21-də,  Novruz  bayramı  günlərində  İrəvan  və 

Naxçıvan  xanlıqlarının  ərazilərində  «Erməni  vilayəti»  yaradılır 

və  o  vaxt  oradakı  1.110  yaşayış  məntəqəsindən  yalnız  62-də 

ermənilərin  yaşadığı  nəzərə  alınmır.

Tarixi  sənədlərə  və  faktlara  əsaslanaraq  tam  əminliklə  «er­

məni  məsələsi»nin  I  Pyotr  dövründə  meydana  çıxdığını,  II  Ye- 

katerinanın  hakimiyyəti  illərində  israrla  gündəlikdə  saxlandığı­

nı  söyləmək  olar.  Məqsəd  İran  və  Osmanlı  dövlətləri  qarşısın­

da  bufer  rolu  oynaya  biləcək  gürcü-erməni  dövləti  yaratmaq 

idi.


75


Yüklə 3,15 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   138




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə