Soyqirimi: tarixin qanlı salnaməsi



Yüklə 3,15 Mb.
Pdf görüntüsü
səhifə22/138
tarix08.03.2018
ölçüsü3,15 Mb.
#30951
1   ...   18   19   20   21   22   23   24   25   ...   138

Ermənilər  indinin  özündə  belə  Gürcüstanın  digər  əraziləri 

ilə  birlikdə  Samsxe-Cavaxetiya  bölgəsinə  də  iddialıdırlar.  Ta­

rixçi  alim  Q.Marxuliya  «Ermənilər  Ermənistan  axtarışında»  ki­

tabında  problemin  keçmişinə  qayıdaraq  vaxtilə  rus  tədqiqatçı 

və  şahidlərinin  öz  sözlərini  yada  salır,  dövrü,  zəmanəni  on­

ların  gözlərilə  canlandıraraq  yazır:  «Türkiyə  tərəfdən  köçüb 

gələn  ermənilər,  demək  olar  ki,  bütün  Axalkalaki  bölgəsini 

başdan-ayağa  tutdular və  ancaq  bəzi  yerlərdə  onların  arasında 

vadiyə  bənzəyən  gürcü  kəndləri  görünürdü».

1846-cı  ildə  yaradılan  Tiflis,  Kutaisi,  Şamaxı  və  Dərbənd 

quberniyaları  ilə  yanaşı,  1849-cu  ildə  ermənilərin  təkidi  ilə 

İrəvan  quberniyasının  da  yaradılması  onların  gələcək  işğalçılıq 

fəaliyyətinə  böyük  imkanlar  açdı.  Artıq  Azərbaycan  və  Gür­

cüstan  toponimlərini  özününküləşdirmək,  kənd  və  şəhərlərin, 

kilsə  və  monastırların,  tarixi  abidələrin  adlarını  dəyişdirmək, 

qonşu  ərazilərə  iddia  etmək  imkanı  əldə  etdilər.  Azərbaycan­

lılar  kimi,  gürcü  ictimaiyyəti  də  baş  verənlərdən  sarsılmışdı.  O 

vaxtlar  İlya Çavçavadze yazırdı:  «...Ermənilər heç vaxt yaşama­

dıqları  yerlərdə  yuva  qurmağa  çalışır  və  hamını  buna  inandır­

mağa  can  atırlar».  Ermənilərin  naşükürlüyündən  dəhşətə  gələn 

Akaki  Sereteli  isə  belə  deyirdi:  «Gürcü  çarlarının  ermənilərə 

yazığı  gəlib  onları  ticarətlə  məşğul  olmaq  üçün  Gürcüstanın 

müxtəlif guşələrində  yerləşdirdilər,  onlara  hətta  şəhərlər  veril­

di.  Gürcülər  isə  çoxsaylı  düşmənlərlə  müharibədən  yorulub 

geri  qayıtdıqda  təəccüblə  gördülər  ki,  onların  evləri  «qardaş»

dedikləri  ermənilər  tərəfindən  zəbt  olunub.  Üzr  istəmək  əvə­

zinə  isə  onlar  qışqırıb  bağırırdılar:  «Siz  kimsiniz,  haradan  gəl­

misiniz?  Siz  burada  nə  vaxt  yaşamısınız?  Bu  torpaq  həmişə 

bizim  olub!»  Sübut  üçün  isə  elə  gürcü  kilsələrini,  məbədlərini 

göstərirdilər.  Orada  isə  artıq  gürcü  adlarını  pozub  ermənicə 

yazmışdılar».  Sanki  öz  xalqının  məhz  bu  iyrənc  xüsusiyyətini 

nəzərə  alan  erməni  yazıçısı  Ovanes  Tumanyan  hələ  1910-cu 

ildə  yazırdı:  «Başqa  yolumuz  yoxdur.  Bizim  həqiqi  xilasımız

76



içərimizdən  başlamalıdır,  çünki  biz  içəridən  xəstəyik».  Gö­

ründüyü  kimi,  illər  keçir,  bu  «xəstəlik»  isə  sağalmaq  bilmir  ki, 

bilmir.  «Erməni  mərəzi»ndən  gürcülər  də  əziyyət  çəkir.

Tarixi  faktlar  sübut  edir  ki,  Azərbaycanın  Xəzəryanı  əra­

zilərini,  o cümlədən  Bakını  işğal  edən  I  Pyotr yerli  əhalinin  sərt 

müqavimətini  gördükdə  «erməni  kartı»nı  işə  salmış,  azərbay­

canlıların  tarixi  torpaqlarında,  xüsusilə  Bakı  və  Dərbənddə 

ermənilərin  məskunlaşdırılmasına  göstəriş  vermişdi.  I  Pyotrun 

xələflərinə  ünvanladığı  tarixi  vəsiyyət  isə  təkcə  Rusiya  im­

periyasının  deyil,  nəticə  etibarilə  bolşevik  Rusiyasının  da 

Cənubi  Qafqaz  siyasətinin  əsasını  təşkil  etmişdir.  Həmin 

vəsiyyətə  ilk  əməl  edən  II  Yekaterina  1768-ci  ildə  imperiyanın 

ermənilərə  məxsusi  hamiIiyi  barədə  fərman  vermişdir.  1802-ci 

ildə  isə  çar  I  Aleksandr  Qafqaz  canişini  A.Sisianova  konkret 

təlimat  göndərmişdir:  «Ermənilər  nəyin  bahasına  olursa- 

olsun  Azərbaycan  xanlıqlarının  ələ  keçirilməsində  istifadə 

olunmalıdır».

Bu,  Azərbaycan  torpaqlarının  işğalının  başlanğıcı  olmuş, 

1813-cü  ilin  Gülüstan və  1828-ci  ilin Türkmənçay müqavilələri 

ilə  Azərbaycanın  ikiyə  bölünməsi  Şimali  Azərbaycan  tor­

paqlarının 

erməniləşdirilməsi 

prosesini 

sürətləndirmişdir. 

Türkmənçay  müqaviləsindən  dərhal  sonra  -   1828-ci  il  martın

21-də  imperator  I  Nikolayın  fərmanı  ilə  İrəvan  və  Naxçıvan 

xanlıqlarının  ərazisində  «Erməni  vilayəti»  təşkil  edilmişdir.  Bu 

bədnam  fərmanla  tarixi  Azərbaycan  torpaqlarında  yaradılacaq 

gələcək  Ermənistanın  faktiki  təməli  qoyulmuşdur.

XIX  əsrin  ikinci  yarısından  ermənilərin  azərbaycanlılara 

qarşı  soyqırımı  təşkilatlanmış  və  planlı  siyasət  kimi  aparılmış, 

Azərbaycan,  Türkiyə  və  Gürcüstan  ərazisində  «Böyük  Ermə­

nistan»  dövləti  qurmaq  xülyasına  düşmüş  ermənilər  «Qnçaq» 

(1887-ci  ildə  Cenevrədə  qurulub),  «Daşnaksütyun»  (1890, 

Tiflis),  «Erməni  Vətənpərvərlər  İttifaqı»,  (1895,  Nyu-York) 

kimi  siyasi-terror  təşkilatlarını  bu  istiqamətə  yönəltmişdilər.

77



Sözügedən  təşkilatların  fəaliyyət  proqramlarında  azərbaycan­

lılara  qarşı  ardıcıl  terror  və  qırğın  aksiyalarını  həyata  keçirmək 

məramı  əsas  yer  tuturdu.

Böyük  Sovet  Ensiklopediyasında  (20-ci  cild,  1930)  «Daş- 

naksütyun»la 

bağlı 


məlumatda 

göstərilir: 

«Daşnaksüt-

yun»un  1 894-cii  ildə  qəbul  olunmuş  birinci  proqramı  vul­

qar  marksizmin,  liberalizmin,  xalqçılığın  və  xırda  burjua 

m illətçiliyinin  qarışığından  ibarət  idi.  Proqramın  mərkəzində 

«Türkiyə  Ermənistanı»nı  azad  etmək  ideyası  dururdu.  1903-cü 

ildən  partiya,  demək olar ki,  yalnız Türkiyə ərazisində fəaliyyət 

göstərirdi».

Məşhur  rus  diplomatı  və  yazıçısı  A.S.Qriboyedov  yazırdı: 

«Erməni  əhalisi  əsasən  müsəlman  torpaq  sahiblərinin  ərazi­

lərində  yerləşdirilirdilər... 

Onlar  yavaş-yavaş 

müsəlman 

əhalisini  ərazilərdən  sıxışdırıb  çıxarmağa  başlamışdılar.  Biz, 

həmçinin  müsəlman  əhalisini  düşdükləri  çətin  vəziyyətlə 

barışdırmağa  və  onları  inandırmağa  çalışmalıyıq  ki,  bu  çətin­

liklər  uzun  sürməyəcək  və  ermənilər  müvəqqəti  onlara  yaşa­

mağa  icazə  verilən  ərazilərdə  daimi  olaraq  qalmayacaqlar». 

Tarixi  mənbələrə  nəzər  saldıqda,  ermənilərin  Azərbaycan 

torpaqlarına  gəlmə  olduqları  bir  daha  təsdiqini  tapır.

Paskeviç  Erməni  vilayətinin  idarəsinə  1 828-ci  il  iyulun  4-də 

göndərdiyi  məktubda bildirmişdir ki,  müharibə zamanı  xanlığın 

ərazisində  rus  komandirlərinin  məktubunu  gəzdirdiyinə  görə 

Astvatsaturovanın  ərini  öldürmüş,  rus  generalı  Benkendorfun 

dəstəsinə  bələdçilik  etdiyinə  görə  isə  Hovhannes  Əsliyanın 

gözlərini  çıxarmış,  burnunu  və  dilini  kəsmişdilər.  Arxiyepiskop 

Nersesin  təqdimatı  ilə  hər  üç  ailəyə  10  çervon  qızıl  verilmiş, 

onların  ailəsinə  30  manat  təqaüd  kəsilməsi  qərara  alınmışdı.

Rus  ordusunun  İrəvan  şəhərinin  ətraf  bölgələrini  işğal 

etdiyi  zaman  həmin  ərazilərdən  müsəlman  əhalisinin  didərgin 

edilməsi  haqda Paskeviç 1827-ci  il iyulun 27-də qraf Nesselorda 

göndərdiyi  məktubunda  bildirmişdi  ki,  qarapapaqlardan  100

78



Yüklə 3,15 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   138




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə