Soyqirimi: tarixin qanlı salnaməsi



Yüklə 3,15 Mb.
Pdf görüntüsü
səhifə25/138
tarix08.03.2018
ölçüsü3,15 Mb.
#30951
1   ...   21   22   23   24   25   26   27   28   ...   138

Bu  hadisədən  dərhal  sonra  Eçmiədzin  katolikosu  Gevorq 

Türkiyədə  ermənilərə  qarşı  guya  kütləvi  qırğınlar  törədildiyi 

barədə  ABŞ  Prezidentinə  teleqram  göndərmiş,  erməni  terror­

çularının  cəzalandırılmasını  «soyqırımı  aktı»  kimi  qələmə  ver­

mişdir.  O, təcili  surətdə  «günahsız və əzabkeş»  erməni  xalqına 

kömək  əlinin  uzadılmasını  xahiş  etmiş,  Çar  Rusiyasının  ABŞ- 

dakı  səfiri  isə  Amerika  hökumətini  bu  qondarma  soyqırımı 

barədə  məlumatlandırmışdır.  Həmin  mərhələdən  etibarən 

«Daşnaksıityun»  və  digər  erməni  terror  təşkilatları,  Eçmiəd­

zin  kilsəsi,  bütövlükdə  erməni  ictimaiyyəti  «dənizdən-dənizə 

Böyük  Ermənistan»  xülyalarını  gerçəkləşdirmək  üçün  qondar­

ma  erməni  soyqırımı  iddialarını  dünya  xalqlarının  beyninə  ye­

ritmək  istiqamətində  geniş təbliğat  kampaniyasına  start vermiş­

lər.  O  vaxtdan  bəri  24  aprel  tarixinin  Ermənistanda  qondarma 

«soyqırımı  qurbanlarını  anma  günü»  kimi  qeyd  olunmasına 

başlanılmışdır.

Professor  Anar  İsgəndərov  özünün  «Türk-müsəlman  əhali­

sinə  qarşı  həyata  keçirilən  soyqırımı»  adlı  silsilə  məqalələrin­

də  bu  məsələyə  toxunaraq  yazır:  «Erməni  ideoloqları  dünyanı 

inandırmaq  istəyirlər  ki,  guya  1915-ci  il  aprelin  24-də  daxili 

işlər  naziri  Tələt  paşa  erməni  əhalisinin  dövlət  səviyyəsində 

qırılmasına  dair yazılı  göstəriş  vermişdi.  Bu  günə  qədər erməni 

millətçiləri  həmin  sənədin  əslini  fakt  kimi  heç  kəsə  göstərə 

bilmirlər.  Ona  görə  ki,  belə  bir  sənəd  ümumiyyətlə  yoxdur... 

Hətta  1919-cu  il  Paris  Sülh  Konfransı  dövründə  Osmanlı  rəh­

bərlərinin  gizli  yazışmaları  diqqətlə  yoxlanıldıqdan  sonra  da 

ermənilərin  kütləvi  surətdə  öldürülməsi  barədə  heç  bir  sənəd 

və  əmr  tapılmayıb.  Əksinə,  Avropadan  gələn  məmurlar  belə 

bir  faktla  rastlaşıblar  ki,  köçürülən  erməni  əhalisinin  təhlükə­

sizliyini  təmin  etmək  üçün  Osmanlı  dövləti  tərəfindən  onlarla 

əmr  və  göstəriş  verilmişdir».

1914-cü  ildə  Türkiyənin  Birinci  dünya  müharibəsinə  qoşul­

ması  ilə  ermənilər  belə  bir  fakt  qarşısında  qaldılar:  «Böyük  Er­

86



mənistan»  yaratmaq  istədikləri  ərazilərin  bir  hissəsi  Türkiyədə, 

o  biri  hissəsi  almanlara  və  türklərə  qarşı  vuruşan  Rusiyada  idi. 

Çox  düşünmədən  onlar  özlərini  antitürk  qüvvələrin  yanında 

gördülər.

Hərbi  əməliyyatlar  başlayan  kimi  Türkiyə  Böyük  M illət 

Məclisinə  Ərzurumdan  deputat  seçilən  Qaro  Basdırmacan 

əsasən  ermənilərdən  ibarət  hərbi  hissələrlə  birlikdə  rusların 

tərəfinə  keçdi.  Yeri  gəlmişkən,  türklər  heç  vaxt  ermənilərin 

səmimiyyətinə  inanmadıqları  üçün  tarix  boyu  onları  orduya 

götürməzdilər.  Sultanlıq  zəiflədiyi  son  dövrlərdə  isə  məcbur 

olub  onları  da  əsgəri  xidmətə  çağırırdılar.  Bu  da  tezliklə  öz  acı 

nəticələrini  verdi...

Qaronun  başçılıq  etdiyi  dəstələr  getdikcə  daha  da  azğınla­

şaraq  türk  kəndlərini  dağıdır,  əhalini  amansızcasına  qırırdılar. 

XIX  əsrin  sonu,  XX  əsrin  əvvəllərində  Türkiyədə  baş  verən  bu 

qanlı  hadisələrlə  əlaqədar  ingilis  tarixçisi  Filip  Prays  yazırdı: 

«Müharibənin  başlaması  ilə  bu  rayonların  erməni  əhalisi  (şərq 

vilayətləri  nəzərdə  tutulur)  Qafqazdakı  rus  hakimiyyət  orqan­

ları  ilə  xəlvəti  əlaqələr  qurdular  və  hamıdan  gizli  türk  vila­

yətlərindən  rus  ordusu  üçün  könüllülər toplamağa  başladılar... 

Şərq  vilayətlərində  hərbi  xidmətdən  yayınmalar  kütləvi  xarak­

ter  almışdı.  Rus  zabitlərinin  rəhbərliyi  altında  erməni  dezer- 

tirlərdən  ibarət  xeyli  alaylar  yaradılmışdı.  Türk  parlamentinin 

iki  erməni  deputatı  Rusiyaya  qaçmışdı.  Ermənilərin  buraxdığı 

qəzetlər  qisasa,  türkləri  əzabla  öldürərək  analarını  ağlatmağa 

çağırırdı.  Ermənilərin  etdiyi  cinayətlər  heç  kəsdə  şübhə  do­

ğurmur».

Tək  bir gündə -  21  fevral  1914-cü  ildə  Qarsda  və  Ərdəhan- 

da  erməni  quldur dəstələri  tərəfindən  30  min  türk  qətlə  yetiril­

mişdi.  Körpələri  alıb  tonqala  atır,  insanlara  vəhşicəsinə  əzab­

lar  verirdilər.  Bu  qətllərin  bilavasitə  başında  «Qnçak»  erməni 

terror  təşkilatının  ideoloqu,  türk  parlamentinin  deputatı  Ste­

pan  Ter-Danielyan  dururdu.  Ermənilərin  düşünülmüş  fəaliyyət

87



planı  haqda  o  vaxt  Bitlis  vilayətinin  qubernatoru  Mustafa  bəy 

3-cü  Ordunun  komandanına  yazırdı:  «Erməni  liderlərin  qərarı­

na  əsasən,  hərbi  əməliyyatlar  başlayan  halda  erməni  əsgərləri 

əldə  silah  düşmən  tərəfə  keçməlidirlər.  Türk  qoşunları  uğur 

qazansa,  ermənilər  hərəkət  etməyəcək,  əksinə,  əgər  ordumuz 

geri  çəkilsə,  onların  yaratdıqları  partizan  dəstələri  qoşunların 

hərəkətinə  maneələr  törətməlidirlər».

Elə  bu  vaxtlar  Sivas  qubernatoru  məlumat  verirdi  ki,  «ələ 

keçənlərin  verdiyi  məlumata  görə,  ermənilərin  vilayətdə

30.000  nəfər  silahIısı  var  ki,  onların  da  yarısı  artıq  rus  ordusu 

ilə  birləşib.  O  biri  yarısına  isə  arxadan  türk  qoşunlarına  zərbə 

endirmək  tapşırığı  verilib».

1915-ci  ilin  mayında  rusların  Şərqi  Anadoluya  hücumları­

nın  gücləndiyi,  ingilis  və  fransızların  Çanaqqala  əməliyyatları­

na  başladığı  bir  dövrdə  ermənilər  «dost»larının  yazdığı  ssena­

riyə  uyğun  olaraq  Zeytun,  Van  və  Muşda  ayağa  qalxdılar.  Ma­

yın  6-da  ermənilər  monoetnik  zona  yaratmaq  məqsədi  ilə  Van 

şəhərində  müsəlmanları  qırıb  çatdılar.  Akademiklər  C.Əliyev 

və  B.Budaqovun  müəyyənləşdirdiyinə  görə,  təkcə  Van  vilayə­

tində  erməni  terrorçularının  qətlə  yetirdiyi  dinc  əhalinin  sayı

3.000  nəfərdən  çox  idi.  Yeri  gəlmişkən,  22  iyun  1915-ci  ildə 

hökumət  qüvvələri  Van  şəhərinə  daxil  olduqda  gördükləri 

mənzərədən  dəhşətə  gəldilər.  Şəhərin  bütün  müsəlman  əha­

lisi  ermənilər  tərəfindən  amansızlıqla  qətlə  yetirilmişdi.  Hətta 

hadisədən  8  gün  sonra  bütün  bunların  şahidi  olmuş  general 

Nikolayev  hansısa  Tero  və  Xeço  adlı  ermənilərin  rəhbərlik  et­

dikləri  quldur  dəstələrinin  vəhşiliklərindən  hiddətlənərək  ya­

zırdı  ki,  onları  topa  tutmaq  lazımdır.  İndi  5.000  nəfərin  qətlə 

yetirildiyi  həmin  yerdə  türklərin  soyqırımı  abidəsi  ucalır.

Vandakı  qırğınlar  bununla  bitmədi.  Növbəti  dəfə  ermənilər 

22  may  1916-cı  ildə  Vanda  yenidən  qırğınlar  törətdilər.  Er­

məni  başkəsənləri  1.000-dən  artıq  uşağı  boğaraq  öldürdülər. 

Meyitlərin  qulaqları,  burunları  kəsilmiş,  gözləri  çıxarılmışdı. 

Budəfəki  itkilərin  sayı  isə  15.000  nəfəri  adlamışdı.

88



Yüklə 3,15 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   138




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə