Soyqirimi: tarixin qanlı salnaməsi



Yüklə 3,15 Mb.
Pdf görüntüsü
səhifə36/138
tarix08.03.2018
ölçüsü3,15 Mb.
#30951
1   ...   32   33   34   35   36   37   38   39   ...   138

həyatını  uzun  çəkmədi.  Kaş  mən  başqa  ölkəyə  gedəydim, 

vətənə  qayıtmayaydım.  Kaş  mənim  gözlərim  erməni  bıça­

ğı  ilə  soyulmuş  vətən  övladlarının  skalplarını,  kürəyindən 

soyulub  saman  təpilmiş  cəsədlərini,  ana  və  bacılarımızın 

kəsilmiş  döşlərini,  hamilə  gəlinlərim izin  yırtılmış  qarnından 

çıxıb  qalmış,  hələ  də  nəfəsi  üstündə  olan  körpələrimizin 

bu  acı  taleyini  görməyəydi.

Dünyanın  heç  bir  məmləkətində,  heç  bir  cahan  savaşında 

belə  qəddar  əm əllər  görünməyib  və  tarix  belə  qəddarlıq­

larla  hələ  rastlaşmamışdır.  Qubadakı  bu  qanlı  qırğını  kifayət 

qədər  təsdiqləyən  faktlar;  sənədlər  və  canlı  şahidlər  var.

Təcili  olaraq  Qubaya  istintaq  komissiyası  göndərməyinizi

bu  qətllərin  təşkilatçısı  və  icraçısı  olan  Şaumyanın,  Capa- 

ridzenin,  hərbi  komissar  Korqanovun,  qatil  D.A.Gelovaninin, 

cəllad  Amazasp  Ağacanyanm,  onun  köm əkçiləri  Nikolayın 

və  başqalarının  qanlı  əm əllərinə  görə  həbs  olunub  hərbi 

tribunala  verilməsini  təmin  etməyi  sizdən  xahiş  edirik.  Bu 

müraciət  Quba  qəzasında  nahaq  yerə  qanına  qəltan  edilən, 

ev-eşiyi  xara baz a ra  çevrilən  on  m inlərlə  qubalının  fikrini 

ifadə  edir.

Sizdən  təcili  tədbirlərin  həyata  keçirilməsini  tələb  edi­

rik!»

Elə  həmin  ilin  noyabrında  məruzə  əsasında  Fövqəladə  Təh­

qiqat  Komissiyası  Amazaspın  cəza  dəstəsində  onun  özü,  müa­

vini  Nikolay  və  komissarı  Venuntsdan  başqa  daha  fəal  üzvlə­

rinə  qarşı  cinayət  işi  qaldırılması  haqqında  qərar  qəbul  etdi.  İş

1920-ci  il  yanvarın  29-da  Bakı  Dairə  Məhkəməsinin  Prokuror­

luğuna  göndərildi.

1918-ci  il  mayın  əvvəllərində  erməni-daşnak  birləşmələri 

tərəfindən  xüsusi  amansızlıqla  həyata  keçirilmiş  soyqırımı  ilə 

bağlı  təkzibedilməz  faktların  əyani  təsdiqinə  çevrilmiş  Quba 

məzarlığı  əsrlər  boyu  türk  qanına  susamış  mənfur  erməni  mil­

lətçilərinin  əsl.  mahiyyətini  -   insanlıqdankənar  xislətini  bir

---------  

120 


---------


daha  qabarıq  şəkildə  aşkara  çıxarır.  Quba  məzarlığının  soy­

qırımı  aktının  nəticəsi  olduğu  tam  elmi  təsdiqini  tapmışdır. 

Ermənilər  zorakılıqla  qətlə  yetirdikləri  insanları  gizlətmək,  in­

sanlıq  əleyhinə  həyata  keçirdikləri  cinayətlərin  izini  itirmək 

məqsədi  ilə eni  4  metr  70  santimetr,  uzunluğu  5  metr və dərin­

liyi  2  metr  olan  iki  quyudan  istifadə  etmişlər.

Xüsusi  amansızlıqla  qətlə  yetirilərək  dərin  quyulara  basdı­

rılmış dinc  insanların torpaqdan təmizlənmiş,  üzərində  işgəncə 

izi  bugünədək  qalmış  müxtəlif  bədən  sümükləri  Quba  soyqı­

rımının  miqyası  və  mahiyyəti  barədə  bir  çox  qaranlıq  mətləb­

lərdən  xəbər  verir.  Qətliam  zamanı  insanların  kəllə  sümüklə­

rinə  müxtəlif  küt  və  kəsici  alətlərlə  yetirilmiş  ağır  xəsarətlərin 

izləri  bugünıin  özündə  də  qabarıq  görünür.  Məzarlıqda  bir 

ədəd  olsun  belə  bütöv  insan  skeletinə  rast gəlinməməsi  isə  de­

məyə  əsas  verir  ki,  soyqırımı  zamanı  qətlə  yetirilən  insanların 

cəsədləri  müxtəlif  hissələrə  bölünüb.  Belə  görünür  ki,  erməni 

cəlladları  asan  ölümü  də  dinc  insanlara  çox  görüblər.

Məzarlıqdakı  insan  sümüklərini  yaxından  izləyərkən  mə­

lum  olur  ki,  erməni  cəlladları  qətliam  zamanı  əsasən  balta 

və  mismarlardan  istifadə  etmişlər.  1918-ci  ilin  mayında  er­

məni  generalı  Amazaspın  rəhbərliyi  altında  Qubanı  işğal  et­

miş  daşnak-erməni  dəstələri  bir  neçə  gün  ərzində  dinc  əhalini 

öldürmək  üçün  xüsusi  zorakılıqlara,  əvvəlcədən  düşünülmüş 

işgəncə  metodlarına  əl  atmışlar.  O  dövrün  şahidlərinin  sözlə­

rinə  görə,  azğınlaşmış  silahlı  dəstələr  hətta  ahıllara,  qadınlara 

və  qocalara  da  rəhm  etməmiş,  onları  olmazın  işgəncələrlə  öl­

dürməkdən  həzz  almışlar.

Həmin  dövrdə  erməni  vandalizminin  qurbanları  təkcə  dinc 

azərbaycanlılar deyil,  həm  də  digər  millətlərin  nümayəndələri 

olmuşlar.  Aparılmış  arxeoloji  qazıntılar  zamanı  onlarla  kəllə 

sümüyünün  digər  millətlərə  məxsus  olması  üzə  çıxıb.  Bu  sıra­

da  yəhudi  və  ləzgilər  üstünlük  təşkil  etmişlər.

121



G Ə N C Ə

1905-1907-ci  illərdə  Gəncədə  baş  verən  iğtişaşlarla  bağlı 

həqiqətləri  əks  etdirən  çox  mühüm  sənədlər  olub.  Bu  isə  hə­

min  qanlı  hadisələrin  ədalətli  qiymətləndirilməsinə  əsas  verir­

di.  Lakin  sonralar  həmin  sənədlər ölkə  arxivlərindən  tamamilə 

təmizlənib.  Bu  barədə  hələlik  əldə  olan  Tiflis  Dövlət Arxivinin 

sənədləri  və  M.S.Ordubadinin  «Qanlı  illər»  kitabında  veril­

miş  məlumatlardır  ki,  onlar  da  Əliəkbər  bəy  Rəfibəyli  tərəfin­

dən  toplanıb  rus  dilində  çap  edilən  jurnaldan  götürülmüşdür. 

M.S.Ordubadinin  oxuculara  təqdim  edilmiş  əsərində  Gəncə 

faciələrinin  başlanması  belə  təsvir  edilir:  «1905-ci  il  noyabr 

aynın  18-də  Toğana  kəndinin  sakinləri  Bayram  Məşədi  Mə- 

həmmədəli  oğlu,  Mehrəli  Zeynal  oğlu,  Əmrah  Həsən  oğlu, 

Mirzə  Məhəmməd  Əli  oğlu  Kolanlı  yolu  ilə  evlərinə  üç  at 

yükü  buğda  apardıqları  vaxt  erməni  bağlarının  arxasından  atə­

şə  tutulurlar.  Nəticədə  Bayram  və  Mehrəli  öldürülür...  Yol­

daşlarından  Bayram  Həsən  oğlu  gülləbaran  zamanı  malları 

ölənlərin  yanında  buraxıb  yolun  yuxarı  səmtinə  doğru  qaçır... 

Müsəlman  kömürçıilər  yetişib  zavallını  xilas  etməklə  mallarını 

da  alıb  özünə  tapşırırlar».  Bu  əsnada  kömürçülər  daha  iki  nə­

fər azərbaycanlının  qan  içində  olduğunu  görür,  yenidən  Molla 

Cəlilli  məhəlləsinə  qayıdıb  araba  ilə  cəsədləri  gətirməyə  yol­

lanırlar.

Qətlə  yetirilənlərin  yoldaşları  istintaq  olunduqda  qatillərin 

Gəncə  sakini  Avetis  Avetisovun,  Qriqor  Tiyunovun  və  onların 

silahdaşlarının  olduğu  meydana  çıxır.  Bununla  da  Gəncə  qə­

zasında  erməni-azərbaycanlı  münaqişəsi  başlanır.

«Daşnaksütyun»un  quldur  dəstələri  döyüşə  9  radələrində 

başlayıb,  saat  11-ə  on  beş  dəqiqə  işləmişə  qədər  davam  et­

dirmiş,  yalnız  bundan  sonra  vuruşlar  müsəlman  məhəllələrinə 

sirayət  etmişdir.  Buna  qədər  isə  azərbaycanlılar  sakit  durmuş­

lar.  Şəhərdə  noyabrın  19,  20,  21-də  havaya  güllələr  atılmış, 

dükanlar  qarət  edilmişdir.  Bu  vaxt  Gəncəyə  gələn  Qafqaz  ca­

122



Yüklə 3,15 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   138




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə