Soyqirimi: tarixin qanlı salnaməsi



Yüklə 3,15 Mb.
Pdf görüntüsü
səhifə37/138
tarix08.03.2018
ölçüsü3,15 Mb.
#30951
1   ...   33   34   35   36   37   38   39   40   ...   138

nişininin  müavini  general  Malamaya  ermənilər  münaqişəni 

kəsmək  haqqında  söz  versələr  də,  noyabrın  23-ü  gecəsi  azər­

baycanlılara  qəflətən  basqın  etmişlər.

M.S.Ordubadi  «Qanlı  illər»  əsərində  ermənilərin  azərbay­

canlılara  qarşı  törətdikləri  qırğınların  ardıcıllıqla  icmalını  ver­

mişdir.  Həmin  icmaldan  məlum  olur  ki,  hələ  noyabrın  8-də 

«Daşnaksütyun»  firqəsinin  4  üzvü  Bəhmənli  sakini  Abbas  Hə­

sən  oğlunu  Dərəbağ  bağında  öldürmüşdür.  Sonra  Qoşaçinar 

adlanan  erməni  hissəsində  heç  bir  səbəb  olmadan  Əmiras- 

lan  Əlipaşa  oğlunu,  Cabbar  Hüseyn  oğlunu,  Rüstəm  İsmayıl 

oğlunu,  Rza  Cəbrayıl  oğlunu  və  Molla  Cəlilli  kəndinin  digər 

sakinlərini  gıilləbaran  etmişlər.  Canilər  isə  Avetis  Oqanesov, 

papaqçı  Qrişa,  Vaso  Amospirov  və  başqalarının  olduğu  müəy­

yənləşdirilmişdir.  Bu  hadisədən  bir  neçə  gün  sonra  kazaklar 

bədəni  başsız,  qolları  dalından  bağlanmış  bir  iranlının  cəsə­

dini  tapmışlar.  General  Malamaya  bu  barədə  məlumat  verilsə 

də,  o,  bununla  bağlı  heç  bir  tədbir  görməmişdi.  Yenə  həmin 

ərəfədə  Məşədi  Sadıq  adlı  bir  müsəlmanın  ermənilər  tərəfin­

dən  doğranmış  bədəni  tapılmışdır.  Noyabrın  12-də  ermənilər 

Amospirovun  dəyirmançısı  Kərbəlayı  Fərəc  Həsən  oğlunu  öl­

dürürlər.  Canilər  «Daşnaksütyun»un  əsgərləri  imiş.  Noyabrın 

16-da  Azad  kəndinin  yuxarı  hissəsində  Böyük  Koloniya  küçə­

sində  Zurnabatandan  gələn  iki  nəfər  Qasım  Böyükkişi  oğlu­

nu  və  bir  Bəhmənli  sakinini  tutub  olmazın  işgəncələr  verirlər. 

Noyabrın  18-də  ermənilər  Toğanlı  kəndinin  sakini  Bayram 

Məşədi  Məhəmmədəli  oğlunu  öldürürlər.  Bütün  bunlardan 

məlum  olur  ki,  Gəncədə  kütləvi  qırğınlara  başlamazdan  əvvəl 

ermənilər  tərəfindən  30  nəfər  silahsız  və  günahsız  müsəlman 

öldürülmüşdür.  Evlər  yandırılmış,  azərbaycanlıların  dükanları 

qarət  edilmiş,  talanlar  törədilmişdir.

1918-ci  ildə  isə  Bakıdan  sonra  Şamaxı  şəhərini  odlara  düçar 

edən  ermənilər  (erməni  məhəlləsindən  və  iki  kilsədən  savayı) 

Gəncə  istiqamətində  irəliləməyə  başlamışlar.

123



Erməni  M illi  Şurası  quldur  dəstələrini  Hacıqabul,  Kürdəmir 

və  Göyçay,  eləcə  də  Salyan  və  Lənkəran  istiqamətlərinə  gön­

dərərək  yerli  əhalini  -   azərbaycanlıları  qırmaq  barədə  əmrlər 

hazırlamışdılar.  Şamaxı  və  Göyçay  istiqamətində  göndərilən 

silahlı  dəstələrə  S.Şaumyanın  yaxın  dostları  Stepan  Lalayev  və 

Tatevos  Əmirov  başçılıq  edirdilər.

Gəncədə  azərbaycanlıların  kütləvi  qırğınlarını  təşkil  etmək 

üçün  ermənilər  çox  böyük  hazırlıq  işləri  aparırdılar.  Məsələn, 

S.Şaumyan  Bakı  Sovetinin  sədri  kimi  belə  bir  göstəriş  vermişeli 

ki,  Bakıda  olduğu  kimi,  Gəncədə  də  hərbi  alayların  ixtiyarında 

olan  bütün  silahlar  ermənilərin  əlində  cəmləşdirilsin.  Əslində, 

o  vaxtlar  Zaqafqaziya  Seymi  belə  qərar  çıxarmışdı  ki,  Gəncə­

də  yerləşən  216-cı  və  Bakıda  yerləşən  219-cu  alaylar özlərinin 

bütün  silahlarını  və  sursatlarını  müvafiq  olaraq  yeni  yaradılan 

Gəncə  və  Bakı  müsəlman  alaylarına  versinlər.  Amma  ermə­

nilər  bununla  heç  razılaşmırdılar.  Onlar  hər  vasitədən,  hiylə 

və  üsuldan  istifadə  edərək  216  və  219-cu  alayların  silahlarını 

əllərində  saxlamağa  müvəffəq  oldular.

Gəncədə  ermənilərin  bu  hərəkətləri  çox  böyük  narazılıqla­

ra  səbəb  oldu.  Azərbaycanlılarla  ermənilər  arasında  qanlı  toq­

quşmalar  başlandı.  Vəziyyətin  getdikcə  ağırlaşması  həm  Bakı­

da,  həm  də Tiflisdə  ciddi  narahatlıq  doğurdu.  Yaranmış gərgin­

likdən  çıxış  yolu  tapmaq  məqsədi  ilə  Zaqafqaziya  Seymindən, 

müsəlman  və  erməni  milli  şuralarından,  habelə  «Müsavat» 

partiyasından  səlahiyyətli  nümayəndələr  Gəncəyə  göndərildi. 

Danışıqlardan  sonra  azərbaycanlılar  M illi  Ordunun  yaradılma­

sı  işində  xeyli  fəallıq  göstərdilər.  Ermənilərin  hər  cür  maneçi­

liklərinə,  fitnə-fəsadlarına  baxmayaraq,  qısa  müddət  ərzində 

həm  Gəncədə,  həm  də  Azərbaycanın  digər  yerlərində  Milli 

Ordunun  yaradılması  sahəsində  bir  sıra  konkret  işlər  görüldü.

Bütün  bu  məsələlərin  müqabilində  ermənilər  həm  gizlində, 

həm  də  aşkar  bir  çox  əks-tədbirlərə  əl  atdılar.  S.Şaumyan  Bakı 

Xalq  Komissarları  Soveti  adından  1918-ci  il  iyunun  6-da  ermə­

124



nilərdən  ibarət  hərbi  hissələrin  Gəncə  üzərinə  hücumu  barə­

də əmr  hazırladı  və  daşnak  əsgərlərinə  xüsusi  tapşırıqlar verdi.

Şamaxı  şəhərini  və  onun  ətraf  kəndlərini  viran  qoyan, 

müsəlman  əhalini  ucdantutma  qıran  vəhşi  daşnaklar  Gəncə 

istiqamətində  irəliləməyə  başladılar.  Erməni  silahlı  qüvvələri 

əgər  Bakıdan  Şamaxıya  üç  günə  gedib  çıxmışdılarsa,  onlar  iki 

gün  ərzində  Ağsu  və  Göyçayı  da  zəbt  etməyə  imkan  tapdılar.

Vəziyyət  çox  ağırlaşırdı.  Bütünlükdə  həm  yeni  yaradılmış 

Azərbaycan  Xalq  Cümhuriyyətinin,  həm  də  bir  millət  kimi 

azərbaycanlıların  taleyi  məsələsi  ortaya  çıxmışdı.  Faciənin 

qarşısını  almaq  üçün  qəti  tədbirlər  görmək  vaxtı  çatmışdı.  Hə­

min  günlər  barədə  qocaman  müəllim  M.Axundovun  xatirələri 

çox  maraqlıdır.  O  yazırdı:  «Bu  vaxt  bizim  milyonçular  İrana 

müraciət edib  kömək  istəyirdilər.  İran  isə  ancaq  üçüncü  müra­

ciətdən  sonra  cavab  verdi  ki,  biz  sizin  daxili  işinizə  qarışmırıq. 

Bundan  sonra  H.Z.Tağıyev  Türkiyəyə,  Ənvər  paşaya  müraciət 

edir.  Ənvər  paşa  dərhal  İstanbulun  müdafiəsindən  seçmə  türk 

diviziyalarını  çıxarıb  Azərbaycana  köməyə  göndərir.  Bu  za­

man  Tovuzda  atamgil  qiymətdən  ağır,  çəkidən  yüngül  əşyaları 

yığıb  qaçmağa  hazırlaşırlar.  Bir  azdan  xəbər  çatır  ki,  türklər 

eşelonla  köməyə  gəlirlər.  Atamgil  əllərində  duz-çörək,  gözlə­

rində  yaş  türkləri  qarşılamaq  üçün  vağzala  çıxırlar».

Türk  diviziyaları  Göyçayda  ermənilərin  qarşısını  kəsir  və 

onları  məğlub  edərək  Bakıya  daxil  olurlar.  Hər  stansiyada 

bir  zabit,  5-6  əsgər  qoyurlar  ki,  yerli  azərbaycanlılardan  özü­

nümüdafiə  dəstələri  yaratsınlar.

1918-ci  il  may  ayının  28-də  Azərbaycan  Xalq  Cümhuriyyəti 

yarandı.  İyun  ayının  4-də,  yəni  bir  həftə  sonra  Azərbaycan 

Respublikası  ilə  Türkiyə  dövləti  (Osmanlı  imperiyası)  arasında 

dorştluq  və  qarşılıqlı  yardım  barədə  müqavilə  imzalandı.  M illi 

Şura  Tiflisdə  təxminən  üç  həftəlik  fəaliyyətdən  sonra  iyun  ayı­

nın  16-da  Gəncə  şəhərinə  köçdü.  Azərbaycan  milli  dövlətinin 

yaradılması  və  hökumətin  müvəqqəti  olaraq  Gəncədə  yerləş­

125



Yüklə 3,15 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   138




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə