Soyqirimi: tarixin qanlı salnaməsi



Yüklə 3,15 Mb.
Pdf görüntüsü
səhifə38/138
tarix08.03.2018
ölçüsü3,15 Mb.
#30951
1   ...   34   35   36   37   38   39   40   41   ...   138

məsi  bu  qədim  şəhərdə  ermənilərin  daha  geniş  şəkildə  əl-qol 

açmalarına  imkan  vermədi,  onların  hazırladıqları  bir çox  plan­

lar  alt-üst  oldu.

NAXÇIVAN

Çar  hökumətinin  köçürmə  siyasətinə  qədər  Naxçıvan  diya­

rı  əhalisinin  82,8  faizini  azərbaycanlılar  təşkil  edirdi,  ermə­

ni  əhalisinin  sayı  isə  17,2  faizə  bərabər  idi.  Rus  tədqiqatçısı 

S.Qlinka  «Ermənilərin  Rusiya  ərazilərinə  miqrasiyası  haqqın­

da»  (Moskva,  1831) əsərində yazırdı  ki, Türkmənçay müqavilə­

sindən  üç  ay sonra  keçmiş  Rusiyanın  yeni  ərazilərinə,  yəni  Çar 

Rusiyası  tərəfindən  işğal  olunmuş  sabiq  Naxçıvan,  İrəvan  və 

Qarabağ  xanlıqlarına  40.000  erməni  köçürülmüşdür.  Bu  «kö­

çü rm ə n in   təşəbbüsçüsü  milliyyətcə  erməni  olan  X.Y.Lazarev 

idi.  O,  hələ  İkinci  Rusiya-İran  müharibəsi  bitməmiş  1827-ci 

ildə  ermənilərin  Şimali  Azərbaycana  köçürülmələrinin  layihə­

sini  tərtib  edərək  çar  hökumətinə  təqdim  etmişdi.

1905-ci  ilin  fevralında  Bakıda  baş  verən  erməni-müsəlman 

toqquşması  may  ayının  əvvəllərində  Naxçıvan  camaatında  da 

xüsusi  narahatlıq  doğurmuşdu.  Qafqaz  canişinliyinin  yüksək 

rütbəli  erməni  və  ermənipərəst  məmurları  vasitəsilə  silah- 

landırılan  xüsusi  dəstələr  1905-ci  ildə  digər  yerlərdə  olduğu 

kimi,  Naxçıvanda  da  azərbaycanlılara  qarşı  silahlı  hücumlar 

edib,  həmin  ərazilərdən  onları  təmizləməklə  ermənilərin  say 

üstünlüyünə  nail  olmaq  istəyirdilər.  Çünki  həmin  dövrdə  Qaf­

qazdakı  54  qəzadan  yalnız  beşində  ermənilər  çoxluq  təşkil 

edirdilər.

Mirmövsüm  Nəvvabın  «1905-1906-cı  illərdə erməni-müsəl­

man  davası»  və  Məmməd  Səid  Ordubadinin  «Qanlı  illər» 

əsərlərindən  məlum  olur  ki,  Naxçıvanda  ermənilərin  müsəl­

manlara  qarşı  ilk  həmlələri  1905-ci  ilin  mayında  başlamış  və 

faciəvi  qırğın  kimi  müxtəlif fasilələrlə  1907-ci  ilə  qədər davam 

etmişdir.  Həmin  dövrdə ermənilər azərbaycanlıların  yaşadıqla­

126



rı  kəndlərə  geclən  yolları  bağlamış,  onların  bir-biri  ilə  əlaqəsi­

ni,  əslində,  tamam  kəsmişdilər.  Ermənilər  bu  ərazidə  yaşayan 

kəndlərin  dörd  bir  tərəfinə  çoxsaylı  silahlı  əsgərlər  yerləşdir­

mişdilər.  Şəhərdə  söhbət  gəzirdi  ki,  ermənilər  cürbəcür  odlu 

silahlarla  azərbaycanlılara  qəfildən  hücum  edəcəklər.  Digər 

tərəfdən  isə,  təxribatçılar  şayiə  yaymışdılar  ki,  «Qafqazda  bi­

zim  əlimizin  üstündə  gərək  əl  olmasın».  Bu  fikirlərlə  yerli  ca­

maatı  çaşdıran  erməni  millətçiləri  heç  kəsdən  qorxmayıb  azər­

baycanlılara  hər  cür  əziyyət  verməkdə  idilər.  Mayın  5-də  saat 

3  radələrində  Cəhri  kəndinin  üç  azərbaycanlı  sakini  ermə­

ni  kəndi  Şıxmahmuddan  keçdikləri  vaxt  ağır  yaralanırlar.  Bu 

xəbər  şəhər  əhlində  daha  çox  həyəcan  yaradır  və  ermənilər 

həmin  gündən  dükanlarını  bağlayıb  kimisi  kilsəyə,  kimisi  də 

evlərinə  yığışırlar.  Mayın  7-də  Tumbul  adlı  erməni-müsəlman 

kəndində  (bu  kəndin  iki  hissəsi  müsəlman,  bir  hissəsi  ermə­

ni  idi)  bir  azərbaycanlı  öldürülür.  May  ayının  9-da  naxçıvanlı 

Əli  Hacı  Bayramzadə  səhrada  Əliabad  adlı  erməni  kəndliləri 

tərəfindən  gecə  vaxtı  yeddi  güllə  yarası  ilə  qətlə  yetirilir.  Ayın 

11-də  Kültəpə  erməni  kəndinin  varlısı  ermənilər  tərəfindən 

ailəsi  ilə  birlikdə  öldürülür.  Günah  isə  müsəlmanların  üzərinə 

qoyulur.

Həmin  gecə  vitse-qubernator  Baranovski  yolla  gedən  bir 

ermənidən  çoxlu  bomba  müsadirə  edir.  May  ayının  11-də  er­

mənilər  bütün  şəhəri  atəşə  tuturlar.  Cəhri  kəndindən  başlayan 

qarışıqlıq,  yanğın  və  talanlar  həmin  il  noyabrın  26-na  qədər 

davam  edir.  Bir  faktı  qeyd  edək  ki,  qubernator  bu  hadisələri 

görür və  eşidirdi,  amma  heç  bir tədbir görmək fikrində  deyildi.

Noyabrın  26-sı  gecəsi  isə  Naxçıvanda  odlu-alovlu,  miisibət- 

li  bir gecə olmuşdur.  «Gecə  saat  7  radələrində dəhşətli  sədalar 

eşidilirdi.  Məlum  olduğu  kimi,  həmin  səs  bazar  qarovullarının 

səsi  imiş.  Hərdənbir  beşatılan  sədaları  da  eşidilirdi.  Camaat 

evindən  çıxıb  bazara  girmək  istəsə  də,  kazaklar  hər  tərəfdən 

atışma  salıb  mane  olurdular.  Xülasə,  güllə  səsi  iki  saat  davam

127



edib  camaatı  heyrət  içində  qoymuşdu...  Bir  azdan  şəhəri  tüstü 

bürüyüb,  bazar  tərəfdən  qəmli  bir  işıq  şəhəri  ara-sıra  işıqlan­

dırdı.  O  vəziyyətdə  bazar  yanar  dağ  və  vulkanlara  bənzədi. 

Bir  saatdan  sonra  məlum  oldu  ki,  hərif  kazaklar  və  ermənilər 

əlbir  olub  müsəlman  bazarını  tamam  qarət  edəndən  sonra  ora 

od  vurmuşlar».  Camaatın  illər  boyu  zəhmətlə  qazandığı  var- 

dövlət  bir  neçə  saatın  içində  yanıb  kül  olmuşdu.  Bu  yanğında 

85  dolu  dükan,  75  anbar  və  bir  neçə  boş  dükan  yandırılmışdı. 

3  gün  -   noyabrın  27-dən  30-dək  bazarda  əsla  yeməyə  bir  şey 

qalmamışdı.  Camaat  son  dərəcə  ehtiyac  içində  idi.  Noyabrın

29-da  gecə  şəhərin  ikinci  hissəsində  kazaklar  müsəlman  evlə­

rini  atəşə  tutub  qarət  etmişdilər...

Ümumiyyətlə,  Naxçıvan  hadisələri  zamanı  buranın  Azərbay­

can  kəndlərində  10  anbara,  150  dükana  od  vurulmuş,  350  gü­

nahsız  müsəlman  qətlə  yetirilmiş,  250  nəfər  isə  yaralanmışdı.

Rusiyada  çarizmin  devrilməsi  ermənilərin  Azərbaycanda 

həyata  keçirdikləri  türk-müsəlman  soyqırımlarının  yeni  dal­

ğasına  başlanmasına  təkan  verdi.  1917-ci  ilin  əvvəllərindən 

1918-ci  ilin  martınadək təkcə  İrəvan  quberniyasında  197  azər­

baycanlı  kəndi  dağıdıldı  və  boşaldıldı.  Onların  da  müəyyən 

hissəsi  həmin  quberniyaya  daxil  olan  Naxçıvan  qəzasına  və 

digər  qonşu  qəzalara  aid  idi.

1918-ci  ildə  M illi  Komitənin  sədri  M ir  Hidayət  Seyidzadə- 

nin  verdiyi  məlumata  görə,  erməni  silahlı  qüvvələri  Naxçı­

van  üzərinə  iki  istiqamətdən  hücum  etməyi  planlaşdırmışdılar. 

Onlar  həmin  dövrdə  Sədərək,  Qəməriyyə  kəndlərinə  basqın 

edərək  bu  yaşayış  məntəqələrini  dağıtmış,  sonra  isə  Şərur  və 

Naxçıvan  qəzası  istiqamətində  hərəkət  etməyə  başlamışdılar. 

Erməni  silahlı  qüvvələri  bu  köməyi  İrəvandan  və  Aleksandro- 

poldan,  yəni  Gümrü  şəhərindən  almışdılar.

İkinci  quldur  dəstəsinin  Zəngəzur  istiqamətindən  gəlməsi 

gözlənilirdi.  Məlumatda  həyəcanla  bildirilirdi  ki,  əgər  on  beş 

gün  ərzində  tədbir  görülməsə,  Ordubad  düşmən  tapdağı  altın­

128



Yüklə 3,15 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   138




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə