Soyqirimi: tarixin qanlı salnaməsi



Yüklə 3,15 Mb.
Pdf görüntüsü
səhifə39/138
tarix08.03.2018
ölçüsü3,15 Mb.
#30951
1   ...   35   36   37   38   39   40   41   42   ...   138

da  qalacaq,  hər  iki  istiqamətdən  hücum  edən  düşmənə  cavab 

verilə  bilməyəcək.

S.Şaumyanın  vasitəçiliyi  ilə  Sovet  Rusiyasının  himayə  və 

yardımına  nail  olmuş  ermənilər,  xüsusilə  də  Andronikin  silah­

lı  quldur  dəstəsi  1918-ci  ilin  iyun-avqust  aylarında  Naxçıvan 

mahalının  dinc türk-müsəlman  əhalisinə  heç  bir çərçivəyə  sığ­

mayan  vəhşiliklə  divan  tutur.  İşğalçılara  müqavimət  göstərən 

Yaycı  (Culfa  rayonu)  kəndinin  əhalisi  qətlə  yetirilir,  kənd  vi­

ranə  qoyulur.  Culfa  rayonu  ərazisində  Araz  çayı  üzərindəki 

körpü  yandırılır  və  Ordubadda  iki  min  türk-müsəlman  əhali 

öldürülür.  Qadınlara,  uşaqlara,  qocalara  belə  rəhm  edilmir, 

əliyalın  insanların  kürəyinə  qaynar  samovar  bağlayır,  hamilə 

qadınların  qarınlarını  süngü  ilə  yırtır  və  başqa  insanlığa  sığ­

mayan  işgəncələr  verirdilər.  Bu  vəhşətdən  qaçmağa  çalışan 

300-ə  qədər  dinc  sakin  Araz  çayını  keçərkən  suya  düşüb  bo­

ğulur.  Yaycı  kəndində  ermənilər tarixdə  bənzəri  olmayan  vəh­

şiliklər  törədirlər.

Digər  bir  erməni  silahlı  dəstəsi  1918-ci  ildə  «Yapon»  lə­

qəbli  quldurun  başçılığı  ilə  Naxçıvan  şəhərindən  40  kilometr 

şimalda  yerləşən  Almalı  yaşayış  məntəqəsinin  əhalisini  qıraraq 

onları  öz  tarixi  yurdlarından  didərgin  salmışdı.  Təxminən  200 

kişi  öldürülmüş,  xeyli  gənc  qadın  əsir  aparılmışdı.  Osmanlı 

ordu  hissələrinin  Kazım  Qarabəkir  paşanın  komandanlığı  ilə 

Naxçıvan  bölgəsinə  gəlişi  mahalın  əhalisini  daha  irimiqyaslı 

qırğınlardan  xilas  etdi.

1919-cu  ilin  əvvəlində  erməni  polkovniki  Doluxanovun 

başçılıq  etdiyi  qüvvələr Şərur-Sədərək ərazilərində onları  duz- 

çörəklə  qarşılayan  dinc  əhaliyə  qarşı  zorakılıqlar  törətmişlər. 

Müsəlmanlar  yaşayan  8  kənd  mühasirəyə  alınmış,  Dəmirçi 

kəndi  dağıdılaraq  qarət  olunmuş,  60  nəfər  həbs  edilərək  İrə­

vana  göndərilmiş,  200  nəfər  Arazı  keçmək  istərkən  çayda  bo­

ğulmuşdur.  Yerli  əhalinin  ciddi  müqaviməti  ilə  qarşılaşan  er­

məni  hərbi  hissəsi  geri  çəkilməyə  məcbur  olmuşdur.  1919-cu

129



ilin  martında  Ordubad  tərəflərdə  Aşot  Movsesyantsın  quldur 

dəstəsi  azğınlıq  törədirdi.  O  özünü  «qəza  rəisi»  elan  etmişdi. 

Arxiv  sənədlərinə  görə,  hər  gün  5-10  azərbaycanlı  erməni 

qaniçənlərinin  qurbanı  olurdu.

1919-cu  ilin  birinci  yarısında  Naxçıvan  mahalında  həyata 

keçirilən  ingilis  və  erməni  idarəçiliyi  zamanı  da  oranın  azər­

baycanlı  əhalisinə  qarşı  ağlasığmaz  zorakılıqlar  edilmişdir. 

Təxminən  iki  aylıq  -   1919-cu  ilin  may-iyul  aylarında  «erməni 

idarəçiliyi»  müddətində  yalnız  Naxçıvan  şəhərində  330-dək 

axtarış  aparılmış,  600  nəfərə  yaxın  dinc  sakin  həbs  olunmuş, 

təqribən  150  nəfərə  isə  dəhşətli  işgəncələr  verilmişdir  (Naxçı­

van  ensiklopediyası.  II  cild,  2005).

1919-cu  ilin  ortalarına  yaxın  Naxçıvanda  ermənilərin  təzyi­

qi  daha  da  artmağa  başlamışdı.  Onu  da  qeyd  edək  ki,  artıq  bu 

vaxta  qədər Andronik  Naxçıvan  ərazisindən  keçərək Zəngəzur 

üzərinə  getmişdi.  Bu  zaman  onun  qoşununun  keçdiyi  kəndlər 

bütünlüklə  dağıdılmış,  əhalisi  isə  öldürülmüşdü.

Ermənilərin  Naxçıvan  və  ona  bitişik  ərazilərə  azğın  hücum­

ları,  vəhşilikləri  başladığı  dövrdə  əli  silah  tutmağı  bacaran 

əhalinin  çox  hissəsi  ayağa  qalxmış,  öz  doğma  torpaqları­

nı  mərdliklə  qorumuşdu.  Məhz  buna  görə  də  ermənilər  heç 

də  hər  yerdə  istədiklərinə  nail  ola  bilməmişdilər.  Abbasqulu 

bəy  Şadlinskinin,  Kəlbalı  xan  Naxçıvanskinin,  Hacı  Xəlil  ağa 

İmanovun  yaratdığı  özünümüdafiə  dəstələri  daşnakların  uzun 

müddət  qarşılarını  ala  bilmiş,  onların  neçə-neçə  Azərbaycan 

kəndləri  üzərinə  hücumuna,  soyqırımı  keçirməsinə  yol  vermə­

mişdilər.

Ermənilərin  yürütdükləri  «yandırılmış  torpaq»  -   etnik  tə­

mizləmə  siyasəti  nəticəsində  Naxçıvan  mahalı  191 8-1920-ci 

illərdə  böyük  qaçqınlar  ordusu  problemi  ilə  də  üzləşmişdi. 

Bir tərəfdən  ermənilərin  İrəvan  ətrafında  və Zəngəzurdan  qov­

duqları  türk-müsəlman  əhali  Naxçıvana  pənah  gətirmiş,  digər 

tərəfdən  isə  Andronikin  işğalı  və  «erməni  idarəçiliyi»  zamanı

130



bölgənin  xeyli  yerli  sakini  Cənubi  Azərbaycana  üz  tutmuş­

du.  Erməni  hərbi  hissələrinin  Ordubad  mahalına  1920-ci  ilin 

martındakı  hücumları  da  çoxsaylı  dinc  əhalinin  qırılması  ilə 

nəticələnmişdi.

Naxçıvan  mahalının  türk-müsəlman  əhalisi  Şimali  Azərbay­

can  Rusiya  tərəfindən  yenidən  işğal  olunduqdan  sonra,  so­

vet  hakimiyyətinin  ilk  vaxtlarında  da  ermənilərin  törətdikləri 

soyqırımlarına  məruz  qalmışdır.  Belə  dəhşətli  qırğınlardan  biri

1920-ci  ilin  yay  aylarında  həyata  keçirilmişdir.  Erməni  silahlı 

qüvvələrinin  Zəngibasar-Vedibasar-Şahtaxtı-Şərur  istiqamə­

tindəki  qanlı  yürüşü  zamanı  həmin  ərazilərin  dinc  əhalisinə 

qarşı  törədilən  vəhşilik  və  zorakılıqlara  dair  rəsmi  araşdırma- 

təhqiqatlar  dəhşətli  faciələri  üzə  çıxarmışdır:

Zəngibasarda  48  kənd  tamamilə  yandırılmış,  8  qız  və  gənc 

qadın  əsir aparılmış,  400-dən  çox  uşaq,  150  qoca  kişi  və qadın 

öldürülmüş,  100  xəstə  yandırılmış,  816  qaçqın  Arazda  boğul­

muş,  160  min  nəfər  isə  Cənubi  Azərbaycana  keçərək  orada 

evsiz  qalmışdı.  Vedibasarda  118  kənd  yandırılmış,  900  nə­

fər  artilleriya  atəşləri  ilə  öldürülmüş,  6  qadın  əsir  aparılmış, 

300-dən  artıq  uşaq  və  qoca  qətlə  yetirilmişdi.  Dərələyəzdə 

74,  Şərur  və  Şahtaxtıda  isə  76  kənd  yandırılmışdı.  Şərurda 

810  nəfər  xəstə  yatağındaca  qətlə  yetirilmiş,  144  qadın  əsir 

götürülmüş,  72  nəfər  top  atəşi  ilə  məhv  edilmiş,  150  qoca  və 

qadın  öldürülmüşdü.  Şahtaxtıda  isə  3  qadın  əsir  aparılmış,  35 

uşaq,  14  qoca  kişi,  8  qadın  və  9  xəstə  güllələnmişdi.

Bütövlükdə  1918-1921-ci  illərdə  erməni  quldur  dəstələri 

tərəfindən  Naxçıvan  bölgəsində  73.727  nəfər  türk-müsəlman 

əhali  vəhşicəsinə  qətlə  yetirilmişdir.

Bütün  bu  mahallardan  50.000  mal-qara  aparılmış,  500  min 

nəfərlik  əhali  tamamilə  yoxsul  vəziyyətə  salınmışdı.  Kütləvi 

qırğın  və  talanlardan  Cənubi  Azərbaycana  qaçanların  45  min­

dən  çoxu  aclıq  və  xəstəliklərdən  tələf  olmuşdu.  Qaçqınların 

70  mini  Cənubi  Azərbaycanda,  400  min  nəfəri  isə  Naxçıvanda

131



Yüklə 3,15 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   138




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə