Soyqirimi: tarixin qanlı salnaməsi



Yüklə 3,15 Mb.
Pdf görüntüsü
səhifə4/138
tarix08.03.2018
ölçüsü3,15 Mb.
#30951
1   2   3   4   5   6   7   8   9   ...   138

bir  vaxtda,  beynəlxalq  təşkilatlar  və  dünyanın  aparıcı  ölkə­

lərinin  parlamentləri  bir-birinin  ardınca  Azərbaycanın  ərazi 

bütövlüyünü,  Dağlıq  Qarabağın  Azərbaycana  mənsub  olması­

nı,  millətlərin  öz  müqəddəratını  təyin  etməsi  prinsipinin  özba­

şına  interpretasiya  edilməsinin  yolverilməzliyini,  Ermənistanın 

işğal  etdiyi  əraziləri  azad  etməsinin  və  məcburi  köçkünlərin 

öz  evlərinə  qaytarılmasının  zəruriliyini  təsdiq  edən  qətnamə­

lər  qəbul  etdiyi  bir  vaxtda  Serj  Sarkisyan  bütün  bu  sənədlə­

ri  inadkarcasına  görmədən  və  beynəlxalq  birliyin  mövqeyi­

nə  məhəl  qoymadan  diaspordan  olan  qonaqlarına  məsləhət 

görür  ki,  onlar  öz  səylərini  «ikinci  erməni  dövlətinin,  Dağlıq 

Qarabağ  respublikasının  təşəkkülünə,  möhkəmlənməsinə,  in­

kişafına  və  beynəlxalq  aləmdə  tanınmasına»  yönəltsinlər.  Er­

mənistan  prezidenti  ətrafına  nəzər  salmaq,  beynəlxalq  aləmdə 

təklənməsini  dərk  etmək  və  nahamar  taxtaya  vurulmuş  mis­

marı  çəkib  çıxarmağa  başlamaq  əvəzinə  həmin  mismarı  sona 

qədər  vurmağa  çağırır,  başa  düşmür  ki,  gələcəkdə  bu  səhvlə­

rin  düzəldilməsi  indikindən  daha  ağrılı  olacaqdır.  Ermənistan 

özünü  dalana  nə qədər çox təpirsə,  oradan  çıxmaq  bir o qədər 

uzun  və  çətin  olacaqdır.  Buna  görə  bütün  məsuliyyəti  dövlətin 

rəhbərləri  daşıyacaqlar.

«İkinci  (sonra  isə  üçüncü,  dördüncü...)  erməni  dövləti»nin 

hansı  beynəlxalq  miqyasda  tanınmasından  söhbət  gedə  bi­

lər  və  Ermənistanın  rəhbərləri  öz  həmvətənlərini  necə  sax­

ta  ümidlərlə  yaşadırlar  ki,  beynəlxalq  birlik  özünün  çoxsay- 

ı  qətnamələri  ilə  artıq  birmənalı  şəkildə  bildirmişdir  ki,  bu, 

heç  vaxt  olmayacaqdır!  Ermənistan  rəhbərliyi  nəyə  ümid  edir? 

Möcüzəyəmi?  Bəlkə  də  onlar  ümid  edirlər  ki,  nümayiş  etdir­

dikləri  hədsiz  tərsliyin  qarşısında  nə  Azərbaycan,  nə  də  dünya 

birliyi  davam  gətirəcəkdir?!  Bu  illüziyadan  yaxa  qurtarmağın 

vaxtı  çatmamışdırmı?

1980-ci  illərin  avantüristləri  özlərinin  dardüşüncəli  həmvə­

tənlərini  Yerevanın  və  Xankəndinin  küçə  və  meydanlarına  çı­

---------  

18 

---------




xararkən  «miatsum»  utopiyasının  perspektivsiz və puç olmasını 

o  vaxt  başa  düşməmişdilərsə,  indi  Ermənistan  rəhbərlərinin  bu 

faciəli  səhvi  başa  düşməsinin  vaxtı  çatmamışdırmı?  Ölkənin 

indiki  liderləri,  elə  sadə  ermənilər  də  fikirləşirlərmi  ki,  əgər 

həmin  illərdə  «Krunk»  və  «Qarabağ»  komitələrindən  olan  sax­

ta  patriotlar öz  xalqını  bu  mənasız  avantüraya  cəlb  etməsəydi­

lər,  Cənubi  Qafqaz  regionu  bu  gün  necə  olardı?  Şübhə  yoxdur 

ki,  bu  region  üç ölkənin  sıx  inteqrasiya  etdiyi  nümunəvi  region 

olardı,  orada  insanın  milliyyətinin  elə  bir  böyük  əhəmiyyəti 

olmazdı  və  hər  kəs  öz  identikliyini  qoruyub  saxlamaq,  xalqlar 

isə  öz  mədəniyyətini  inkişaf  etdirmək  imkanına  malik  olardı. 

Bəs  bu  avantüristlər  nəticə  etibarilə  nəyə  nail  oldular?  Onlar 

mənasız  müharibədən,  minlərlə  taleyin  qırılmasından,  mil­

yonlarla  qaçqından,  dağıntılardan,  geniş  sahələrin  becərilmək 

əvəzinə  minalanmasından,  sosial  xərclər  əvəzinə  hərbi  xərc­

lərin  artırılmasından  başqa  heç  nəyə  nail  olmamışlar -   Dağlıq 

Qarabağı  Ermənistana  birləşdirmək  mümkün  olmamışdır  və 

heç  vaxt  mümkün  olmayacaqdır  -   nə  20  il  bundan  əvvəl,  nə 

bu  gün,  nə  də  100  ildən  sonra.  Nə  birbaşa,  nə  də  qondarma 

«müstəqillik»  sayəsində.  Nəhayət,  bu  səhvi  başa  düşmək  və 

diasporu  təmsil  edən  jurnalistlərə  daha  ağıllı  məsləhətlər  ver­

mək  vaxtı  çatmamışdırmı?!

Serj  Sarkisyan  Gorusdakı  çıxışında  hiddətlənmişdir  ki,  Ste­

pan  Şaumyanı  Azərbaycanda  «bandit»  adlandırırlar.  Lakin  er­

mənilərə  himayədarlıq  edən  və  onlar  üçün  dövlət  yaratmış 

kommunizm  rejimi  artıq  tarixi  keçmişdə  qalmışdır.  Bu  gün  biz 

öz  keçmişimizdə  baş  vermiş  hadisələri  dərk  etməkdə  azadıq. 

Bu  işdə  arxiv  materialları  bizə  kömək  edir.  Prezident  Serj  Sar­

kisyan  keçmişə  aid  ideoloji  mətnlərdən  gətirdiyi  sitatlarla  pər­

dələnməyə  nə  qədər çalışsa da,  faktları  inkar etmək olmaz.  XX 

əsrdə  Azərbaycan  xalqının  tarixinin  ən  faciəli  səhifələrindən 

biri  Stepan  Şaumyanın  adı  ilə  bağlıdır.  S.Şaumyan  bolşevizm 

hərəkatının  bayrağı  altında çıxış edərək faktiki  «Daşnaksütyun»

19



partiyasının  proqramını  həyata  keçirirdi.  Bu  partiyanın  strateji 

məqsədi  isə  Azərbaycan  və  Türkiyə  ərazilərinin  xeyli  hissəsin­

də  erməni  dövləti  yaratmaq  idi.  Bu  məsələni  yalnız  azərbay­

canlı  və  türk  əhalinin  qırılması  hesabına  həll  etmək  mümkün 

idi.  Ermənilərin  rəhbərləri  də  bu  imkandan  istifadə  etmişlər.

1918-ci  il  yanvarın  11 -də  Rusiya  bolşevik  hökumətinin  «Ru­

siya  tərəfindən  işğal  edilmiş  Türkiyə  Ermənistanında  yaşayan 

ermənilərin  tam  müstəqillik  də  daxil  olmaqla,  öz  müqəddə­

ratını  azad  təyin  etmək  hüququ»nu  dəstəkləyən  dekreti  dərc 

ediləndən  sonra  S.Şaumyan  birdəfəlik  erməni  ekspansionizmi 

yolunu  tutmuşdur.  S.Şaumyanın  ikili  partiya  mənsubiyyəti  faktı 

onu  izah  edir  ki,  1918-ci  ilin  mart-aprel  aylarında  azərbaycanlı 

əhalinin  kütləvi  şəkildə  qırılmasını  təşkil  edərkən  daşnak  si­

lahlı  dəstələrindən  istifadə  etmişdir.  S.Şaumyan  sonralar  etiraf 

etmişdir:  «Biz  bəhanədən  istifadə etdik...  və  bütün  cəbhə  boyu 

hücuma  keçdik...  Bizim  6  min  nəfərə  yaxın  silahlı  qüvvəmiz 

vardı.  «Daşnaksütyun»un  3-4  min  nəfərə  yaxın  m illi  hissəsi 

də  bizim  sərəncamımızda  idi.  Sonuncuların  iştirakı  vətəndaş 

müharibəsinə  qismən  m illi  qırğın  xarakteri  verirdi,  lakin  bun­

dan  yaxa  qurtarmaq  mümkün  deyildi.  Biz  bilərəkdən  buna  ge­

dirdik.  Əgər  onlar  (yəni,  azərbaycanlı  siyasi  qüvvələr)  Bakıda 

üstünlük  təşkil  etsəydi,  şəhər  Azərbaycanın  paytaxtı  elan  edi­

ləcəkdi»1.

Nəticədə  üç  gün  ərzində -   1918-ci  il  martın  30-dan  aprelin 

1-dək  bolşevik-daşnak  qoşunları  Bakıda  12  mindən  çox  azər­

baycanlını  milli  mənsubiyyətə  görə  məhv etmişdir.  Bütün  bun­

lardan  sonra  S.Şaumyanı  azərbaycanlıların  soyqırımının  əsas 

təşkilatçısı  hesab  etməmək  olarmı?

Gorus  görüşündə  jurnalistləri  «Arsax  haqqında  həqiqi  və 

obyektiv  məlumatı»  dünya  birliyinə  çatdırmağa,  «həqiqəti  fəal 

göstərməyə»,  «gerçəkliyə  bəzək-düzək  vurmamağa»  çağırmış­

lar.  Yaxşı  məsləhətdir,  mübahisə  etməyə  dəyməz.  Lakin  hər 

dəfə  müəyyən  xarici  telekanal  və  ya  mətbu  nəşr  əsl  həqiqəti  -

20

«




Yüklə 3,15 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   138




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə