Soyqirimi: tarixin qanlı salnaməsi



Yüklə 3,15 Mb.
Pdf görüntüsü
səhifə47/138
tarix08.03.2018
ölçüsü3,15 Mb.
#30951
1   ...   43   44   45   46   47   48   49   50   ...   138

sədaları  altında  400  nəfərdən  yuxarı  erməni  atlıları  ilə  xalqı­

mızın  qəddar  düşməni  Amazaspın  başçılığı  altında  Sırxavənd 

kəndinə  hücuma  keçirlər.  Bu  yürüşdən  qorxuya  düşən  kənd 

əhalisi  meşələrə  qaçanda  quldur  ermənilər  tərəfindən  qətlə 

yetirilir.  Az  bir  zamanda  Sırxavənd  kəndi  «islam  cəsədləri»  ilə 

dolur.  Ondan  sonra  Sırxavəndə  qonşu  olan  Əliağalı  kəndləri 

talan  edilib  dağıdılır.  Məşhur  mülkədar  İsmayıl  bəy  və  Cavad 

ağa  Cavanşirin  imarətləri  də  qarətdən  sonra  yandırılır.  Vəh­

şilər  südəmər  uşaqları  beşiyində  odlayır,  bəzən  də  anaların 

qucağından  alıb  divarlara  çırparaq  parça-parça  edib  süngülərə 

keçirirlər.

Əhvalatdan  bir  gün  sonra  bu  ağrılı  xəbər  Tərtər  qəsəbəsinə 

yetişir.  General  Taqaşvili  sülh  üçün  iddiaçı  olan  millətləri  Tər­

tərə  dəvət etsə  də,  azərbaycanlılardan  başqa  ora  heç  kəs  ayaq 

basmır.  «Daşnaksütyun»  orduları  həmin  il  noyabrın  22-də  Ma- 

dagiz,  Çaylı,  Namis  və  digər  erməni  kəndləri  könüllülərinin 

köməyi  ilə  Dəmirli  kəndini  mühasirəyə  alırlar.  Sonra  kəndin 

imarətləri  atəşə  tutulur.

Separatçı  quldur  birləşmələrinə  müqavimət göstərmək  üçün 

Cavanşir qəzasının  müsəlmanları  şura çağırıb tədbirlər görmək, 

müdafiədən  hücuma  keçib  erməniləri  qovmağı  təklif  edirlər. 

Lakin  çox  təəssüflər  olsun  ki,  Cavanşir  bəyləri  həmin  şuranın 

işinə  mane  olur,  təkliflərini  qəbul  etmirlər.  Bu  da  noyabrın

31-də  Hacıqərvənd  və  Çıraqlı  kəndlərinin  faciələri  ilə  nəticə­

lənir.  Həmin  kəndlərin  camaatı  Pürxud  kəndinə  çəkilir.  Ermə­

nilər  bu  kəndi  də  qarət  edib  yandırırlar.  Oktyabr  ayının  3-dən 

dekabr  ayına  qədər  Dəmirli,  Çıraqlı,  Hacıqərvənd  və  Pürxud 

kəndləri  yanıb  qurtarır.  Bu  vaxt  Tərtər  dərəsində  Umudlu 

kəndindən  başqa  bir  müsəlman  kəndi  qalmamışdı.  Ona  görə 

də  kənd  camaatı  Pivovarovdan  mühafizə  üçün  kömək  istəiyr 

ki,  buradan  köçüb  getsinlər.  Qəza  rəisi  müxtəlif  bəhanələrlə 

azərbaycanlıların  bu  müraciətinə  də  baxmır.  Umudlu  camaatı 

1905-ci  il  dekabrın  26-da  qiymətli  əşyalarını  arabalara  yüklə­

153



yib,  sürülərini  də  götürüb  kəndi  tərk  edir.  Lakin  yolda  erməni 

hiyləsinə  düçar  olurlar.  Vəhşilər  bu  insanları  da  qəddarcasına 

qətlə  yetirirlər.  Qarışıqlıqda  həmin  gecə  insan  sallaqxanasın­

dan  yalnız  30  nəfər  sağ  qurtara  bilir.

M.S.Ordubadi  özünün  «Qanlı  illər»  əsərində  yazırdı:  «Bə­

şər  tarixinə  nəzər  salsaq  görərik  ki,  indiyə  qədər  heç  bir  xalq 

qadın  tayfasına  bu  qədər cəfa  etməmişdir  ki,  ermənilər  Umud­

lu  camaatına  etdilər.  Bir ananın  qabağında  3-4  balasını  qurban 

edib,  balalar  əl-ayaq  çaldıqda  ananı  gözləri  yaş  ilə  dolu  bir 

halda  bihörmət  etmək  insafdırmı?!  Budurmu  erməni  mədəniy­

yəti?!  Bu  xəbis  rəftarla  istiqlaliyyət  həvəsində  olan  bir  millətin 

axırı  nə  olacaqdır,  xəyalındayam.  150-yə  qədər övrət və  kişini 

doğrayıb,  bir-biri  üstə  qalayıb  atəş  ilə  yaxmaq  mədəniyyətli 

bir  millətə  yaraşandımı?..  Bircə  Cavanşirdə  olan  məzlumiyyət 

layiqincə  yazılsa  idi,  islamların  məzlumiyyətini  isbat  üçün  ki­

fayət  edərdi».

Erməni  daşnakları  1906-cı  il  yanvarın  birinci  günü  Amazas- 

pın  rəhbərliyi  ilə  Papravəndə  hücum  edirlər.  Lakin  burada  on­

lar  biabırcasına  məğlubiyyətə  uğrayırlar.

1917-ci  ilin  dekabrından  başlayaraq  Kolanlı  icmasına  da­

xil  olan  kəndlər  ermənilər  tərəfindən,  demək  olar  ki,  tamami­

lə  dağıdılmışdı.  Daşnak  quldur  dəstələri  həmin  azərbaycanlı 

kəndlərində  basqınlar  törətmiş,  onlardan  Ermənistan  Respub­

likasına  tabe  olmağı  tələb  etmişlər.  Hətta  azərbaycanlılardan 

zorla vergi  toplamışlar.  Həmin  kəndlərin  əhalisinin  bu  cür kölə 

vəziyyəti  bir  çox  aylar,  bəzi  kəndlərdə  isə  hətta  1918-ci  ilin 

sentyabr-dekabr aylarına qədər davam etmişdi.  Nəhayət,  ermə­

nilərin  əlindən  cana  doymuş  həmin  kəndlərin  əhalisi  qərara 

gəlmişlər  ki,  nə  yolla  olursa-olsun  erməni  quldur  dəstələrinin 

əhatəsini  yarıb  arandakı  azərbaycanlı  kəndlərinə  getməlidir­

lər.  Onlar  bu  əməliyyatı  həqiqətən  dəhşətli  tələfatlar  hesabına 

həyata  keçirə  bildilər.  Qaçqın  kəndlilərin  çoxu  -   xüsusilə  qa­

dınlar  və  uşaqlar  soyuqdan,  aclıqdan  və  xəstəlikdən  yollarda

154



məhv  olmuş,  qaça  bilməyənlər  -   xəstə,  qoca  və  hətta  əlillər 

belə  qəddarcasına  güllələnmiş,  xəncərlə  doğranmışlar.

Toqquşmalar  zamanı  bir  neçə  kənd  camaatı  (İmarət  Qər­

vənd,  Umudlu)  ermənilərin  təqibindən  yaxa  qurtarmaq  üçün 

hətta  qarlı  Murov  dağının  keçilməz  yollarına  üz  tutmuş  və 

daha  çox  itki  vermişdi.  Ermənilərin  həyasızlığı  o  yerə  çatmış­

dı  ki,  1918-ci  ilin  yaz  və  yay  aylarında  Cavanşir  qəzasının 

düzənlik  hissəsinin  müsəlman  əhalisinə  qarşı  da  zorakılıq  tət­

biq  edilmişdi.  Ermənilər Tərtər çayının  qabağını  kəsərək  başqa 

istiqamətə  yönəldir  və  qəzanın  aran  kəndlərinin  əkinlərini  su­

suz  qoyaraq  onlara  böyük  zərər  vururdular.  İş  o  yerə  çatmışdı 

ki,  aran  kəndlərində  içməli  su  belə  yox  idi.

Fövqəladə  Təhqiqat  Komissiyasına  təqdim  olunmuş  araşdır­

malara  və  onların  əsasında  tərtib  edilmiş  aktlara  görə  Cavanşir 

qəzasında  ermənilərin  müsəlman  əhaliyə  vurduğu  zərər  on­

larca  milyon  manata  bərabər  olmuşdur.



QAZAX

1905-1906-cı  illərdə  Qazax  uyezdində  müsəlman  kəndləri 

son  dərəcə  imkansız  bir  vəziyyətdə  idi.  Ona  görə  də  azərbay­

canlılar  ermənilərin  rəftarındakı  dəyişiklikləri  gördükdən  son­

ra  daha  güclü  kəndlərdə  yerləşməyə  başlamışdılar.  Kəndləri 

sahibsiz  görən  erməni  qonşular  isə  həmin  əraziləri  talan  edib 

yandırır,  oranın  mühafizəsi  üçün  qoyulmuş  bir  neçə  nəfəri 

öldürür  və  ya  əsir  alırdılar.  Bu  xəbəri  eşidən  islam  kəndliləri 

qəzəblənib  camaatı  köçmüş  Pipis  adlı  erməni  kəndini  yan­

dırırlar.  Həmin  hadisənin  ardınca  1906-cı  il  yanvarın  22-nə 

təsadüf  edən  Qurban  bayramında  Qızılhacılı  camaatı  erməni 

əsgərləri  tərəfindən  gülləbaran  edilir.  Ə lilləri,  qocaları,  həddi- 

buluğa  çatmamış  qızları,  anaları  qətlə  yetirir,  əsir  alır,  talanlar 

törədirlər.

Tarixçilərin  yazdığına  görə,  Qazax  uyezdində  üç  dəfə  dəh­

şətli  vuruşma  olmuşdur.  Birincisi  Əlibəyli  davası  idi.  İkincisi

155



Yüklə 3,15 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   138




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə