Soyqirimi: tarixin qanlı salnaməsi



Yüklə 3,15 Mb.
Pdf görüntüsü
səhifə5/138
tarix08.03.2018
ölçüsü3,15 Mb.
#30951
1   2   3   4   5   6   7   8   9   ...   138

erməni  talançılar  tərəfindən  dağıdılmış  və  yandırılmış  Şuşanı, 

Dağlıq  Qarabağa  bitişik  yeddi  rayonda  məhv  edilmiş  və  təh­

qir  edilmiş  mədəniyyət  abidələrini,  boşaldılmış  kəndləri,  Serj 

Sarkisyanın  keçmiş  həmkarları  tərəfindən  Xocalıda  törədilmiş 

vəhşiliklər  haqqında  videokadrları  bəzək-düzəksiz  işıqlandı­

randa  həm  Ermənistanda,  həm  də  diasporda  dərhal  hay-küy 

qaldırırlar,  çünki  bu,  Ermənistan  rəhbərliyinin  və  diasporun 

məqsədlərinə  cavab  vermir.  Onlar  «gerçəklik»  deyəndə  me­

dalın  yalnız  bir  üzünü  başa  düşürlər.  Onlar  «Arsaxın  problem­

ləri»  və  «bugünkü  arsaxlının  qayğıları»  dedikdə  yalnız  etnik 

erməniləri  başa  düşür,  Dağlıq  Qarabağ  sakinləri  olan  əhalinin 

az  qala  üçdəbir  hissəsinin  üstündən  qələm  çəkirlər.  Əgər  xa­

rici  jurnalistlər  bu  cür  məsləhətlərə  əməl  edərək  Dağlıq  Qa­

rabağ  azərbaycanlılarının  indi  yaşadığı  müvəqqəti  qəsəbələrə 

baş  çəksələr,  öz  doğma  yurdlarına  qaytarılmasını  gözləyən 

bugünkü  «arsaxlı»-azərbaycanlının  qayğılarını  bəzək-düzəksiz 

işıqlandırsalar,  vəziyyətin  nə  dərəcədə  naqolay  olacağı  aydın 

deyilmi?  Ermənistan  liderləri  «obyektiv  gerçəkliyi»  özləri  istə­

diyi  kimi  başa  düşürlər.  Onlar,  Cöbbels  kimi,  bu  gerçəklikdə 

erməni  olmayanlara  yer  olmadığını  güman  edirlər.

Serj  Sarkisyan  Gorusda  Azərbaycanı,  onun  təbirincə  desək, 

neftdən  əldə  edilən  dollarları  «yalan,  saxtakarlıq  və  qara təbli­

ğatın  yayılmasına»  xərcləməkdə  təqsirləndirmiş  və  ermənilə­

rin  «bütün  dünyadakı  insan  potensialını»  buna  qarşı  qoyaca­

ğını  vəd  etmişdir.  Ola  bilsin  ki,  o,  hansısa  bir  «məxfi  silah» 

kimi  ehtiyatda  saxladığı  «bütün  dünyadakı  insan  potensialı» 

dedikdə,  yəqin  ki,  bu  yaxınlarda  ABŞ-da  ifşa  edilmiş  əslən 

Ermənistandan  olan,  qoca  və  imkansız  adamları  aldadaraq  on­

ların  pullarını  oğurlayan,  həmin  pulları  isə  korrupsiyaya  qur­

şanmış  konqresmenlərin  seçki  kampaniyasına  kömək  adı  ilə 

onların  pul  gücünə  ələ  alınmasına  xərcləyən  böyük  bir  cina­

yətkar  qrupu  nəzərdə  tuturmuş.  Bütün  bu  illər  ərzində  ermə­

nilər  sıravi  vergi  ödəyicilərindən  oğurladıqları  pullar  hesabına

21



ələ  aldıqları  senatorların  və  Nümayəndələr  Palatasının  üzvlə­

rinin  dilindən  Azərbaycan  haqqında  və  regionda  baş  verən 

proseslər  barədə  ağlasığmaz  yalanlar  yayır,  qara  təbliğat  apa­

rırdılar.  Məlum  olmuşdur  ki,  bu  kriminal  şəbəkə  Ermənistanın 

ali  vəzifəli  məmurlarına  bağlıdır.  O  ki  qaldı  neftdən  əldə  olu­

nan  dollarların  taleyi  məsələsinə,  Ermənistanın  rəhbərlərinin 

bu  barədə  narahat  olmasına  dəyməz.  Həmin  pullar  məktəb­

lərin,  xəstəxanaların,  əsrlər  boyu  yaşadıqları  yerlərdən  məhz 

bu  müharibədə  özləri  üçün  siyasi  karyera  yaratmış  və  bu  gün 

diaspor  jurnalistlərinə  artıq  «qiymətli  direktivlər»  verən  keç­

miş  səhra  komandirləri  tərəfindən  qovularaq  məcburi  köçkün 

vəziyyətinə  düşmüş  insanlar  üçün  müvəqqəti  qəsəbələrin  ti­

kintisinə  xərclənir.

Jurnalistlərə  ünvanlanmış  bu  cür  xahişlərdən  biri  də  Er­

mənistanın  hakim  rejiminə  döyüş  meydanında  qazanılmış 

«qələbə»ni  diplomatiya  sahəsində  möhkəmləndirməkdə  kö­

mək  etməkdir.  Bütün  bu  illər  ərzində  Ermənistanda  hələ  də 

başa  düşməyiblər  ki,  Ermənistan  qonşu  dövlətə  qarşı  təcavüz 

törətməklə,  onun  ərazisini  işğal  etməklə,  etnik  təmizləmə­

lər  aparmaqla,  şəhərləri  və  kəndləri  vəhşicəsinə  dağıtmaqla, 

əslində,  qalib  gəlməmiş,  məğlub  olmuşdur!  O,  yaranmış  bu 

qədər  fürsəti  əldən  verməklə  sülhü  uduzmuşdur.  Bunu  başa 

düşmək  üçün  bugünkü  Azərbaycanı  Ermənistanla  müqayisə 

etmək,  illər  keçdikcə  daha  da  çoxalacaq  fərqi  qiymətləndir­

mək  kifayətdir.  Ermənistan  diplomatiya  sahəsində  tam  məğlu­

biyyətə  doğru  gedir,  bunun  ardınca  başqa  xarakterli  məğlubiy­

yət  də  ola  bilər.  Elə  isə  indi  uçuruma  yuvarlanan  bu  ölkənin 

rəhbərlərinin  öz  simalarını  saxlaması  və  nə  qədər  gec  deyil 

vəziyyətdən  ləyaqətlə  çıxaraq  labüd  nəticədən  yaxa  qurtar­

maq  vaxtı  çatmamışdırmı?

Bu  gün  Ermənistan  özünü  tamamilə  təcrid  etmişdir,  nəqliy­

yat  yolları  və  boru  kəmərləri  ondan  yan  keçir,  onun  dənizə 

çıxışı  yoxdur,  sərhədlərinin  çox  hissəsi  bağlıdır  və  onun  dörd

22



sərhədindən  ikisi  bundan  sonra  da  «qıfıllı»  vəziyyətdə  qala­

caqdır.  Daha  hansı  ölkənin  sərhədlərinin  85  faizi  onun  öz 

təqsiri  üzündən  bağlıdır?  Dünyada  ikinci  belə  ölkə  yoxdur.

Ermənistanın  əhalisinin  sayı  durmadan  azalır.  BMT  İnkişaf Pro-

• 



qramının  himayəsi  altında  dərc  edilən  İnsan  Potensialının  İn­



kişafı  Haqqında  Məruzədə  göstərilir  ki,  hər  il  23  mindən  27 

minə  qədər  adam  Ermənistanı  tərk  edir2.  Ermənistanın  qeyri- 

hökumət  təşkilatlarının  məlumatına  görə  isə,  1991-ci  ildən 

bəri  1,5  milyon  nəfər  bu  ölkəni  tərk  etmişdir.  İyirmi  il  bundan 

əvvəl  Ermənistan  Respublikasında,  Arsaxda  və  Cavaxkda  təq­

ribən  3,7  milyon  erməni  yaşayırdı.  Bu  gün  isə  həmin  ərazidə 

2,2-2,3  milyon  erməni  yaşayır,  yəni  burada  ermənilərin  sayı 

40  faiz  azalmışdır.  Başqa  çarə  tapmayan  və  mümkün  qədər 

tezliklə  mühacirət  etməyə  çalışan  ölkə  sakinlərinin,  demək 

olar  ki,  hamısı,  hətta  ali  rütbəli  dövlət  məmurları,  təhlükəsizlik 

orqanlarının  generalları  da  «Green  Card»  Amerika  lotereya­

sı  oynayırlar.  «Gellap»  xidmətinin  məlumatlarından  görünür 

ki,  postsovet  respublikalarından  mühacirət  etmək  arzusunda 

olanların  ən  çoxu  Ermənistanda  yaşayanlardır  -   39  faiz3.  Belə 

getsə,  tezliklə  prezident  özü  də  qaçacaqdır.  Bütün  iri  müəssi­

sələr  artıq  bu  ölkəyə  məxsus  deyildir  və  dövlət  borcunu  ödə­

mək  üçün  satılmışdır.  Ermənistan  hər  bir  ölkədə  dövlətçiliyin 

rəmzlərindən  biri,  m illi  qürur  və  nüfuz  elementi  olan  dövlət 

sərhədlərini  də  özü  müstəqil  qorumağa  qadir  deyildir.  Onun 

sərhədləri  qorumaq  üçün  kifayət  qədər  hərbi  qulluqçusu  yox­

dur.  Bu  vəziyyətdə  o,  hələ  Azərbaycanın  hesabına  öz  sər­

hədlərini  genişləndirmək  də  istəyir.  Nə  üçün?  Yenə  də  başqa 

ölkənin  sərhədçilərindən  bu  sərhədləri  qorumalarını  xahiş  et­

mək  üçünmü?  Ermənistan  başqasının  ərazisini  işğal  etmiş  və 

onu  məskunlaşdıra  bilməmişdir.  Ağır  demoqrafik  vəziyyətdə 

olan  bu  ölkə  özü  tezliklə  əhalisiz  qalacaqdır.  Ermənilərin  öz 

ölkəsini  asanlıqla  tərk  etməsinin  və  başqa  ölkələrə  köçüb  get­

məsinin  səbəbini  izah  etmək  çətin  deyil  -   onlarda  bu  torpağa

23



Yüklə 3,15 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   138




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə