Soyqirimi: tarixin qanlı salnaməsi



Yüklə 3,15 Mb.
Pdf görüntüsü
səhifə50/138
tarix08.03.2018
ölçüsü3,15 Mb.
#30951
1   ...   46   47   48   49   50   51   52   53   ...   138

ildə  rus  ordusunun  Cənubi  Azərbaycanı  işğal  etməsindən  is­

tifadə  edən  ermənilər erməni-assori  silahlı  dəstələri  təşkil  edib 

Maku,  Xoy,  Səlmas,  Urmiya  və  başqa  yaşayış  məskənlərində 

əhalini  kütləvi  surətdə  qırmışdılar.  Rus  və  ingilislərin  yaxından 

müdafiəsi  ilə  ermənilərin  Urmiyada,  Xoyda,  Səlmasda  və  Təb­

rizdə  başladıqları  dəhşətli  qırğınların  qarşısı  türk  ordusunun 

bu  əraziyə  gəlməsi  ilə  alınmış  və  özbaşınalıqlara  son  qoyul­

muşdu.


Bu  dövrdə  Bakı  Sovetinə  və  onun  Hərbi  İnqilab  Komitəsi­

nə  erməni  və  rusların  rəhbərlik  etmələri  də  Şimali  və  Cənu­

bi  Azərbaycan  torpaqlarında  dinc  azərbaycanlıların  faciələrlə 

üzləşmələrinin  əsas  səbəblərindən  biri  olmuşdu.  Erməni-rus 

bolşevik  Hərbi  İnqilab  Komitəsinin  qərarı  ilə  Şərqi  İran  cəb­

həsi  rayonunda  -  Ənzəli,  Urmiya,  Culfa,  Şahtaxtı  stansiyası  və 

Van  gölü  ətrafında,  Ərzurum,  Ərzincan,  Sarıqamış  və  Trabzon 

ətrafında  yerləşən  rus  hərbi  hissələrində  hərbi  inqilab  komitə­

ləri  yaradılmışdı.  Erməni-rus  bolşevikləri  Cənubi  Azərbaycanın 

Təbriz,  Qəzvin,  Səfərxan,  Dilman,  Səlmas  və  başqa  şəhərlə­

rində  yerləşən  rus  hərbi  hissələrinin  əsgərləri  arasında  (bu  əs­

gərlər  içərisində  ermənilər çoxluq  təşkil  edirdi)  da fəal  təbliğat 

aparırdılar.

Məhz  bunun  nəticəsi  idi  ki,  1918-ci  ildə  ermənilər  azər­

baycanlılara  qarşı  kütləvi  qırğınlar törədəndə  ən  çox  ziyan  çə­

kən  bölgələrdən  biri  də  Cənubi  Azərbaycan  əhalisi  olmuşdu.

Ümumilikdə  rus  süngüsünün  köməyi  ilə  ermənilər  1918-ci  ilin 

birinci  yarısında  Urmiya,  Xoy,  Səlmasda,  Qərbi  Azərbaycanın 

bir sıra  kənd  və  qəsəbələrində  azərbaycanlılara  qarşı  soyqırımı 

törətmişlər.  Rusiyada  baş  verən  fevral  burjua  inqilabı,  xüsusən 

1917-ci  il  oktyabr  çevrilişi  imperiya  ərazisində  böyük  çaxnaş­

malar  yaratmışdı.  Ruslar  cəbhələrdən  öz  qoşunlarını  çıxarma­

ğa  başlamış,  bir  çox  yerlərdə  isə  əsgərlər  səngərləri  özbaşına 

tərk  edib qaçmışdılar.  Ruslar  İranı  tərk  etdikdən  sonra  ingilislər 

osmanlıların  qarşısını  almaq  üçün  rus  və  fransız  zabitləri  ko-

162



manclanlığı  altında  assuri  və  ermənilərdən  ibarət  silahlı  qüvvə 

təşkil  etmişdilər.  Bu  qüvvələrin  siyasi  rəhbəri  Bünyamin  Mar- 

şinun  və  hərbi  komandir  Ağa  Petros  idi.

1918-ci  il  Arazın  hər  iki  tayında  yaşayan  azərbaycanlılar 

üçün  daha  acınacaqlı  olmuşdu.  Həmin  il  Azərbaycan  şəhər­

lərinin  əksər  türk-müsəlman  əhalisi  ermənilərin  qəddar  hücu­

muna  məruz  qalmış,  kütləvi  qırğınlar  nəticəsində  qətlə  ye­

tirilmişdi.  Bu  dəhşətli  faciələrdə  yüz  minlərlə  azərbaycanlı 

öldürülmüş,  bir çoxları  da  öz  ev-eşiyindən  didərgin  düşmüşdü.

URMİYA  -  erməni  və  assurilər Səlmasdan  Urmiyaya  hücum 

etmişdilər.  Urmiyadakı  ermənilər  qonşu  azərbaycanlı  evlərini 

talan  etmiş,  sonra  isə  od  vurub  yandırmışdılar.  Quldur  dəstə­

ləri  qocaya,  uşağa,  qadına  rəhm  etməmişdilər.  Hesablamalara 

görə,  burada  500  ev  yandırılmışdı.  Belə  zülm  və  vəhşilik  heç 

bir  əsrdə  edilməmişdi.

Ermənilər  1918-ci  ildə  Urmiya  şəhərinin  abidələrini  rus  əs­

gərləri  ilə  birlikdə  külə  döndərmişdilər.  Bir  gün  ərzində  bura­

da öldürıilənlərin  sayı  10  min  nəfərə  çatmışdı.  Bu  ağır və  çətin 

günlərdə  Urmiya  əhalisinə  nə  Tehrandan  bir  kömək  gəlmişdi, 

nə  də  Təbrizdə  oturan  Azərbaycan  hakimi  və  vəliəhd  Mə­

həmmədhəsən  Mirzədən.  Əgər  Birinci  dünya  müharibəsinin 

gedişində  ruslar  Rusiyada  yaşayan  erməniləri  silahlandırmışdı­

larsa,  ingilislər  də  osmanlıların  hücumlarına  qarşı  Urmiya  və 

Səlmas  xristianlarını  (erməniləri  və  assuriləri)  hərbi  sursatlarla 

təmin  etmişdilər.  Azərbaycanın  cənubunda  erməni  silahlı  dəs­

tələrinin  ingilis-rus  ordusu  tərkibində  azərbaycanlılara  qarşı 

azğınlığının  misli-bərabəri  olmamışdır.



XOY  -   1918-ci  ilin  may  ayında  Andronik  5  min  nəfərlik 

silahlı  erməni  dəstəsi  ilə  Xoy  şəhərinə  hücum  etmişdi.  İyunun 

24-də  isə  şəhəri  mühasirəyə  alan  ermənilər  Urmiyada  törət­

dikləri  vəhşilikləri  Xoy  və  Səlmasda  da  davam  etdirmişdilər. 

Təpədən-dırnağa  qədər yaraqlı  olan  Qafqaz  erməniləri  Andro- 

nikin  başçılığı  altında  Xoya  qoşun  çəkib,  şəhəri  işğal  etməli

163



idi.  Andronik  Xoya  çatdıqdan  sonra  şəhəri  mühasirəyə  almışdı. 

Xoy  əhalisi  isə  düşmən  qarşısında  möhkəm  dayanmış,  erməni­

lərin  hər  bir  hücumuna  müqavimət  göstərmiş,  türk  qoşununun 

gəlməsinə  qədər  bir  neçə  gün  erməniləri  şəhərə  buraxmamış­

dı.  Xoya  pənah  gətirmiş  qırx  min  səlmaslı  qaçqından  yalnız  10 

min  nəfəri  sağ  qalmışdı.  Bu  döyüşlərdə  Osmanlı  ordusunun 

gəlməsini  eşidən  Andronik  Araz  çayını  keçərək  Naxçıvan  və 

Qarabağ  torpaqlarında  qırğınlar  törətmişdi.



SƏLMAS  -   1918-ci  ilin  əvvəllərində  ermənilər  Səlmasa 

hücum  etmişdilər.  Qüvvələrin  sayı  və  hərbi-texniki  cəhətdən 

üstün  olan  düşmən  şəhərə  daxil  olduqdan  sonra  qətliamlar 

törətmişdilər.  İyun  ayının  ortalarında  osmanlılar  iki  günlük 

döyüşdən  sonra  Səlması  ala  bilmişdilər.  Xristianlar  (assuri  və 

ermənilər)  isə  şəhərdən  qaçmışdılar.  Ermənilərin  törətdiyi  qır­

ğınlar  zamanı  130  min  azərbaycanlı  öldürülmüşdü.  Səlmas, 

Xoy,  Urmiya  xarabalığa  çevrilmişdi.



TİFLİS

1905-ci  il  noyabrın  20-də  Tiflis  erməniləri  ilə  müsəlmanlar 

arasında  münaqişə  yaranır.  Həmin  dövrün  qəzetlərinin  yaz­

dığına  görə,  Qafqazın  hər  guşəsində  iğtişaş  törədən  erməni 

firqələri  dövlət  və  camaat  yanında  müqəssir  hesab  edildiyinə 

görə  Tiflisə  yığışmağa  məcbur  olurlar.  Bu  ərəfədə  şəhərdə  də 

cürbəcür  xəbərlər  yayılmaqda  idi.  Guya  ermənilərlə  müsəl­

manlar arasında  böyük  iğtişaşın  olacağı  gözlənilirdi.  O  zaman­

lar  Tiflisdə  azərbaycanlıların  işləri  tənəzzülə  uğramış,  ağır  bir 

durumla  üzləşmişdilər.  Çox  az  və  gücsüz  olduqlarından  son 

dərəcə  pərişan  idilər.  Tiflis  general-qubernatoru  müsəlmanla­

rın  bu  halını  görüb  1905-ci  il  oktyabrın  25-də  bütün  camaata 

elan  edir  ki,  baş  verəcək  hər  hansı  bir  iğtişaşın  dəf  olunması 

üçün  lazımi  tədbirlər görülmüşdür və ona görə də  insanlar belə 

mənasız  xəbərlərə  əhəmiyyət verməsinlər.  Bu,arada  ermənilər 

hər  yerdən  Tiflisə  əsgər  gətirib  min  cür  hiylələrlə  müsəlman-

164



Yüklə 3,15 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   138




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə