Soyqirimi: tarixin qanlı salnaməsi



Yüklə 3,15 Mb.
Pdf görüntüsü
səhifə51/138
tarix08.03.2018
ölçüsü3,15 Mb.
#30951
1   ...   47   48   49   50   51   52   53   54   ...   138

lari  müharibəyə  çağırırdılar.  Noyabrın  2-nə qədər  hətta  bir sıra 

hadisələr  də  baş  vermişdi.  Noyabrın  20-si  axşam  saat  9-da  isə 

müsəlmanlarla  ermənilər  arasında  daha  ciddi  münaqişə  oldu. 

Həmin  münaqişənin  səbəbkarı  yenə  də  ermənilər  idi.  Noyab­

rın  29-na  qədər  davam  edən  döyüşlərdə  müsəlmanlardan  15 

nəfər  qətl  edildi,  çoxlu  yaralananlar  oldu.

Hökumət  bütün  bu  qanlı  iğtişaşların  qarşısını  almaq  üçün 

hər  iki  tərəfin  nümayəndələrinin  iştirakı  ilə  sülh  danışıqları­

na  başlamağı  qərara  aldı.  1906-cı  il  fevral  ayının  20-də  Tif­

lis  şəhərində  Qafqaz  canişini  Vorontsov-Daşkovun  rəhbərliyi 

altında  sülh  danışıqlarına  başlanıldı.  Hökumət  tərəfindən  bu 

məclisə  tam  nəzarəti  başda  canişin  Vorontsov-Daşkov  olmaq­

la  Tiflis,  İrəvan,  Gəncə  qubernatorları,  canişinlərin  müavinləri 

və  başqaları  aparırdılar.  Müsəlmanlar  tərəfindən  nümayəndə 

heyətinə  Bakıdan  Əhməd  bəy  Ağayev,  Kərbəlayı  İsrafil  Hacı­

yev,  Əlimərdan  bəy  Topçubaşov,  Tiflisdən  Məhəmməd  Ağa- 

bəkirov,  doktor Qarabəyov,  Gəncədən  Əliəkbər  bəy  Xasməm- 

mədov,  Ədil  xan  Ziyadxanov  və  başqaları  daxil  idi.  Erməni 

vəkilləri  isə  «Müşak»  qəzetinin  müdiri  Kalantar,  Tiflisdən  Xa- 

tisov,  Samson  Arutyunov,  Bakıdan  Xatisov,  Muşeqsyan,  doktor 

Stepanov,  Arakelyan,  Taqiyanusov,  Ter-Avanesov,  arximandrit 

Muradyan  və  başqaları  idilər.

Fevralın  20-də  gündüz  saat  1-də  erməni  və  müsəlman  və­

killəri  «Humayun»  sarayına  toplaşırlar.  Canişin  Vorontsov- 

Daşkov  qısa  nitq  söyləyib  sülh  danışıqlarının  başlandığını 

bildirir.  Çıxışdan  sonra  canişin  sarayına  yollanır,  məclisi  ge­

neral  Malama  aparır.  Məclisdə  iki  mühüm  məsələ  önə  çəki­

lir:  birincisi,  müsəlmanların  yaylağa  köçməsini  dayandırmaq, 

ikincisi  isə  ermənilərin  terror  və  digər  qatil  dəstələrini  aradan 

götürmək.

Uzun  sürən  müzakirələrdən  sonra  birinci  məsələ  ilə  bağlı 

general  Malama  öz  çıxışında  bildirir  ki,  indiki  vaxtda  köç  mə­

sələsini  pozmaq  əsla  mümkün  deyil.  Ona  görə  də  bu  məsələ­

nin  gələcək  üçün  müzakirəsinin  aparılmasını  tövsiyə  edir.

165



Sülh  danışıqlarının  gedişi  barədə  Rusiyanın  Osmanlı  impe­

riyasının  -   Anadolunun  şərq  əyalətlərində  uzun  illər  konsul 

olmuş,  orada  ermənilərin  hərəkətlərini  öz  gözləri  ilə  görmüş 

və  bunları  qələmə  almış  M.F.Mayevski  də  həmin  danışıqlar­

da  iştirak  etmişdir.  O,  «Qafqazda  erməni-tatar  iğtişaşı  «erməni 

məsələsi»nin  bir  fazası  kimi»  oçerklərində  yazırdı 

ki,  ilk 

nitqdən  başa  düşülürdü  ki,  Qafqazda  erməni-azərbaycanlı  iğ­

tişaşının  başlıca  səbəblərindən  söhbət  gedərkən  istər-istəməz 

müxtəlif  erməni  təşkilat  və  komitələrinin  fəaliyyətinə  toxunu­

lacaq.  Onların  bu  qanlı  toqquşmaların  səbəbkarı  və  iştirakçı-

w »

lari  olmaları  faktı  heç  kimdə  şübhə  doğurmurdu.  Əhməd  bəy 

Ağayevin,  Kərbəlayı  İsrafil  Hacıyevin  çıxışlarında  həmin  komi­

tə  və  təşkilatların  buraxılması,  fəaliyyətlərinin  dayandırılması 

tələb  olunurdu.  Əhməd  bəy  Ağayev  qeyd  edirdi  ki,  hətta  Qaf­

qazda  olan  mənsəb  sahibləri  və  hakimlərin  çoxu  erməni  ter­

rorundan  qorxub,  ədalət  və  insaf  naminə  iş  görmürlər.  Erməni 

vəkili  Xatisov  isə  azərbaycanlıların  iddialarına  qarşı  belə  bir 

cavab  verdi:  «...Biri  deyəcək  günahkar  «Daşnaksiityun»  təşki­

latıdır,  başqası  deyəcək  panislamizmdir!..  Bu  bizi  hara  apara­

caq?..  Hökumət  nümayəndələrinin  qarşısında  mən  açıq  bəyan 

edirəm  ki,  bu  işdə  hakimiyyət  cinayətkarcasına  fəaliyyətsizlik 

və  səhlənkarlıq  göstərmişdir».  Mayevski  qeyd  edir  ki,  bu,  Qaf­

qazdakı  hakimiyyət  orqanlarına  qarşı  kobud  və  birbaşa  çağırış 

idi.  Uzun  sürən  müzakirələrdən  sonra  vəziyyətin  gərginləş­

diyini  görən  erməni  vəkili  Xatisov  deyir  ki,  «Daşnaksütyun» 

partiyasının  erməni-azərbaycanlı  toqquşmasında  rolu,  guya, 

özünümüdafiə  vəzifələrinə  yönəldilmişdir.  Erməni  nüma­

yəndələrinin  cidd-cəhdlərinə  baxmayaraq,  növbəti  iclaslarda 

azərbaycanlı  nümayəndələr  «Daşnaksütyun»  və  digər terrorçu 

təşkilatların  buraxılması  və  fəaliyyətlərinin  dayandırılması  mə­

sələsini  təkidlə  tələb  edirlər.

Tiflisdə  Qafqaz  canişinliyi  rəhbərlərinin  iştirakı  ilə  keçirilən 

erməni-azərbaycanlı  sülh  danışıqlarında  ən  çox  mübahisəyə

166



səbəb  olan  məsələlərdən  biri  də  erməni-azərbaycanlı  iğtişaş­

ları  zamanı  əhaliyə  dəymiş  zərərin  ödənilməsi  ilə  bağlı  idi. 

Həmin  danışıqlarda  bu  məsələ  də  açıq  qaldı.

Sülh  danışıqlarının  sonunda  general  Malama  demişdir:  «Ter­

ror  barəsində  belə  qətnamə  qəbul  edək  ki,  hökumət  ciddi  tə­

şəbbüs  edib  terroru  aradan  götürsün  və  müsəlləh  partiyaları 

dağıtsın».  Məclis  bu  qətnaməni  səs  çoxluğu  ilə  qəbul  etmişdi. 

Lakin  zaman-zaman  müxtəlif  illərdə  törədilən  sonrakı  qanlı 

hadisələr,  kütləvi  qırğınlar,  müharibələr,  deportasiyalar,  terror­

lar bu  quldur partiyaların,  təşkilatların  və  komitələrin  fəaliyyət­

lərinin  daha  geniş  miqyas  aldığını  göstərir.

1905-ci  ilin  fevralından  1906-cı  ilin  payızına  qədər 

erməni-azərbaycanlı  münaqişələri  nəticəsində  10.000  nəfər 

öldürülmüş,  7  şəhərin  və  252  kəndin  əhalisinə  ziyan  vurul­

muşdu.

AXALKALAKİ  -   5  yanvar  1918-ci  ildə  erməni  quldur  bir­

ləşmələri  Acaraca,  Danqal,  Mulanis,  Murcaxet,  Radızka,  Qa- 

vur,  Gumriz  kəndlərinə  basqınlar  etmişlər.  Onların  hamısının 

sakinləri  vəhşicəsinə  öldürülmüşdür.  21  may  1918-ci  ildə  isə 

rus  hərbi  həkimi  Xoroşenkonun  məlumatına  görə,  «Daşnak- 

sütyun»  erməni  terror  təşkilatının  peşəkar  qatilləri  Axalkalaki- 

də  və  ətraf  kəndlərdə  yüzlərlə  azərbaycanlını  süngüyə  çəkib 

doğram-doğram  etmişlər.  Məlumatda  deyilir  ki,  «XX  əsrin  si­

vilizasiyalı  ermənilərinin  vəhşilikləri  bax  budur».  Daha  sonra 

erməni  quldur  birləşmələri  Gürcüstanın  Axalsixi  ərazisini  ələ 

keçirmişlər.  «Daşnaksütyun»  erməni  terror  təşkilatının  proqra­

mına  görə,  bura  guya  «əzəli  erməni  ərazisidir».  Vəhşicəsinə 

qətlə  yetirilən  dinc  sakinlərin  əksəriyyəti  gürcülər  idi.  Həmi­

şəki  kimi,  yenə  də  qadınlar,  qocalar  və  uşaqlar  erməni  qətlia- 

mının  qurbanları  olmuşlar.

1920-ci  İL  İYUNUN  19-da  TİFLİSDƏ  Azərbaycanın  gör­

kəmli  siyasi  və  ictimai  xadimi,  Azərbaycan  Xalq  Cümhuriyyə­

tinin  yaradıcılarından  biri  Fətəli  xan  Xoyski  «Daşnaksütyun»

167



Yüklə 3,15 Mb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   138




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə