Soyqirimi: tarixin qanlı salnaməsi



Yüklə 3,15 Mb.
Pdf görüntüsü
səhifə7/138
tarix08.03.2018
ölçüsü3,15 Mb.
#30951
1   2   3   4   5   6   7   8   9   10   ...   138

xristianlığı  hamıdan  əvvəl  qəbul  etmişlər.  Amma  erməni  ta­

rixçiləri  Ermənistanın  301-ci  ildə  xristianlığı  dövlət  dini  kimi 

dünyada  birinci  olaraq  qəbul  etmiş  ölkə  olması  barədə  mif 

yaratmışlar və  onu  inadla  təbliğ  edirlər,  hərçənd,  elmə  çoxdan 

məlumdur  ki,  hələ  II  əsrin  axırlarında,  yəni  ermənilərdən  bir 

əsrdən  də  çox  əvvəl  ərəmeydilli  Edessa  çarlığında  (Osroye- 

nada)  xristianlıq  rəsmi  din  olmuşdur.  165-ci  ildə  Edessa  çarı 

Abqar  bar  Manu  (V  Abqar  və  ya  VIII  Manu)  xristianlığı  qə­

bul  etmişdir6,  onu  buna  inandıran  fələstinli  missioner  Müqəd­

dəs  Fadey  (Adday)  olmuşdur,  çar  taxt-tacında  onun  varisi  VIII 

Abqar  isə  xristianlığı  Osroyenanın  dövlət  dininə  çevirmişdir7 

(bəzi  mənbələrdə  göstərilir  ki,  bunu  xristian  poeziyasının  tə­

məlini  qoymuş  IX  Abqar  etmişdir)0.  Alman  tarixçi  və  ilahiyyat- 

çısı  Adolf fon  Harnak  1905-ci  ildə  yazırdı:  «...Şübhə  yoxdur  ki, 

hələ  190-cı  ilə  qədər  xristianlıq  bütün  Edessada  və  ona  bitişik 

vilayətlərdə  fəal  yayılmışdı  və  (201-ci  ildən  az  sonra,  bəlkə 

də  daha  əvvəl)  çar  sarayı  kilsəni  (yəni  xristianlığı)  qəbul  et­

mişdir»9.  İrfan  Şahid  VIII  Abqarın  Ön  Şərqdə  xristianlığı  qəbul 

etmiş  dövlətin  birinci  hökmdarı  olmasını  yazırdı10.

Maraqlıdır  ki,  Ermənistanın  301-ci  ildə  xristian  dinini  qəbul 

etməsi  faktı  erməni  tarixçilərinin  özlərinin  arasında da  mübahi­

səyə  səbəb  olur.  Sirarpi  Ter-Nersesyan  yazır:  «Ənənəyə  görə, 

bu  hadisənin  tarixi  301-ci  il  hesab  edilirdi,  lakin  son  araşdır­

malara  görə,  bu,  314-cıi  ildən  tez  olmamışdır»11.

Bəs  bütün  bu  faktlardan  sonra  ermənilər  dünyada  necə  ilk 

xristian  milləti  olur?  Maraqlıdır  ki,  uydurmaları  ilə tarixi  faktları 

təkzib  edən  ermənilər  Edessa  dövləti  tərəfindən  xristianlığın 

birinci  olaraq  qəbul  edilməsinin  əhəmiyyətini  azaltmağa  ça­

lışaraq  aşkar  təhriflərə  yol  verirlər:  bəzi  yerevanlı  tarixçilər 

iddia  edirlər  ki,  Osroyena  tərəfindən  xristianlığın  dövlət  dini 

kimi  qəbul  edilməsi,  necə  deyərlər,  «sayılmır»,  çünki  guya 

həmin  dövrdə  Osroyenanın  müstəqil,  hələ  (bəlkə  də)  öz  döv­

lətçiliyi  olmamışdır.  Onlar  bu  uydurmaları  təsdiqləmək  üçün

27



Osroyenanın  Ermənistanın  tərkibində  göstərildiyi  xəritə  nəşr 

edirlər,  lakin  bir  məsələ  barədə  susurlar  ki,  Osroyena  bundan 

xeyli  əvvəl  və  qısa  müddətə  Böyük Tiqran  tərəfindən  fəth  edil­

miş,  xristianlıq  qəbul  edilən  vaxtda  isə  Osroyena  artıq  çoxdan 

müstəqil  idi.  Həmin  tarixçilər  bu  cür  təhriflərdən  əlavə  Osro­

yena tərəfindən  xristianlığın  birinci  qəbul  edilməsinin  əhəmiy­

yətini  hər  vasitə  ilə  azaltmağa  çalışırlar.  Onlar  iddia  edirlər 

ki,  xristianlığın  qəbui  edilməsi  V  Abqarın  (VIII  Manunun)  İsa 

Məsih  ilə  yazışması  barədə  apokrif  rəvayətlə  bağlı  olmuşdur. 

Edessa  çarının  kiminlə  yazışmasından  və  şəxsən  onun  xristi­

anlığı  qəbul  etməsinin  həqiqi  səbəblərindən  asılı  olmayaraq, 

fakt  faktlığında  qalır  -   bu  gün  qonşu  ölkənin  yalançı  təbliğatı 

nə  qədər cəhd  göstərsə  də,  xristianlıq  ermənilərdən  bir əsrdən 

çox  əvvəl  məhz  Osroyenacla  rəsmi  din  olmuşdur.

Serj  Sarkisyan  ibarə  ilə  qədim  yunan  coğrafiyaşünası  Stra- 

bona  istinad  edərək  bildirmişdir  ki,  guya  o,  ermənilərin  Cə­

nubi  Qafqazda  avtoxton  olmasını  qeyd  etmişdir.  Əslində  isə 

Strabon  bu  ərazilərin  erməni  çarları  tərəfindən  başqa  dövlət­

lərdən  və  xalqlardan  işğal  yolu  ilə  ələ  keçirildiyini  göstərir. 

Strabon  ermənilərin  özgə  torpaqlarını  ələ  keçirmək  meylini 

hələ  o  vaxt  görmüş  və  öz  kitabında  yazmışdır:  «Əvvəllər  kiçik 

bir  ölkə  olmuş  Ermənistan  Artaksiya  və  Zariadriya  müharibə­

ləri  nəticəsində  böyümüşdür.  Onlar  əvvəlcə  Böyük  Antioxun 

sərkərdələri  olmuş,  o,  məğlub  olandan  sonra  isə  çar  olmuşdu­

lar  (bunlardan  birincisi  Sofena,  Akisena,  Odomantida  və  bəzi 

başqa  vilayətlərin  çarı,  sonuncusu  isə  Artaksata  ətrafındakı  öl­

kənin  çarı  olmuşdur);  onlar  ətrafdakı  xalqların  vilayətlərinin 

bir  hissəsini  qopararaq  öz  ərazilərini  birlikdə  genişləndirmiş­

lər;  onlar  midiyalılardan  Kaspiana,  Favnitida  və  Basoropedanı, 

iberlərdən  dağətəyi  Pariadra,  Xorzen  və  Kür  çayının  o  tayında 

yerləşən  Qoqarenanı;  həliblərdən  və  mosineklərdən  Kareniti- 

da  və  Kiçik  Ermənistanla  həmsərhəd  və  onun  bir  hissəsi  olan 

Kserksenanı;  kataonlardan  Akilisenanı  və  Antitavr  ətrafındakı

28



vilayəti  və  nəhayət,  suriyalılarclan  Taroniticlanı  qoparmışdı­

lar»12.  Bundan  əlavə,  Strabon  xüsusi  qeyd  edirdi  ki,  ermənilər 

işğal  etdikləri  ərazilərdə  istila  olunmuş  xalqları  assimilyasiya 

etməyə  çalışırdılar:  «Buna  görə  indi  həmin  xalqların  hamısı  bir 

dildə  danışır»13.

Ermənistan  prezidentinin  komandasında  Strabonun  sözlərini 

çox  maraqlı  şəkildə  şərh  edirlər.  Onların  məntiqinə  görə,  əgər 

erməni  çarları  başqa  xalqların  ərazilərini  işğal  etmişlərsə,  onda 

ermənilər  həmin  torpaqlarda  dərhal  «avtoxton»  olurdular.

Qeyd  etmək  lazımdır  ki,  Ermənistan  müstəqil  dövlət  kimi 

çox  qısa  müddət  mövcud  olmuşdur.  Tarixdən  məlumdur  ki, 

bizim  eranın  əvvəlində  iyirmi  ildən  bir  qədər  artıq  müddət­

də  müstəqil  dövlət  kimi  mövcud  olduqdan  sonra  Ermənistan 

müstəqilliyini  itirərək  Roma-Parfiya  ərazisinə  çevrilmişdir, 

çünki  63-cü  ildən  sonra,  Roma  ilə  Parfiya  arasında  müqavi­

ləyə  əsasən,  Ermənistanın  ikiqat  müstəqilliyi  müəyyən  edil­

mişdir14.  Bütün  sonrakı  əsrlərdə,  ta  1918-ci  ilə  qədər  o,  digər 

dövlətlərdən  -   İran,  Roma,  Osmanlı,  Rusiya  imperiyalarından 

ya  vassal  kimi,  ya  da  tam  asılı  olmuşdur.  Müstəqil  Erməni 

çarlığının  mövcud  olduğu  qısa  dövrdə  onun  hökmdarları  də­

fələrlə  ölkə  ərazisini  genişləndirməyə  cəhd  göstərmişlər.  Çar 

Böyük  Tiqranın  hakimiyyəti  dövrü  istisna  olmaqla,  Ermənista­

nın  nəzarətinin  müasir  Azərbaycan  ərazisinə  yayılması  barədə 

elmi  sübutlar  yoxdur.  Yalnız  Tiqranın  hakimiyyəti  dövründə 

Ermənistan  öz  apogeyinə  çatmış  və  həqiqətən  Araz  çayından 

şimalda  yerləşən  torpaqları  müvəqqəti  tutmuşdur.  Hələ  ermə­

ni  çarı  Böyük  Tiqranın  sağlığında  dünyaya  gəlmiş  Strabonu 

həmin  hadisələrin  müasiri  adlandırmaq  olar.  Buna  görə  də  tə­

əccüblü  deyildir  ki,  Strabon  «Coğrafiya»  kitabında  haqlı  olaraq 

qeyd  edir  ki,  Orxistena  (ola  bilsin  həmin  vaxt)  Ermənistanın 

bir  vilayəti  olmuşdur.  Məlum  olduğu  kimi,  tarix  heç  vaxt  statik 

vəziyyətdə  qalmır -  ərazilər  genişlənmiş  və  kiçilmiş,  dövlətlər 

yaranmış  və  yox  olmuş,  sərhədlər  dəyişmişdir.  Bu  halda  onu

29



Yüklə 3,15 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   138




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə