Soyqirimi: tarixin qanlı salnaməsi



Yüklə 3,15 Mb.
Pdf görüntüsü
səhifə77/138
tarix08.03.2018
ölçüsü3,15 Mb.
#30951
1   ...   73   74   75   76   77   78   79   80   ...   138

keçirilməsinə  mane  oldu.  Eyni  zamanda,  Ermənistanın  qeyri- 

konstruktiv  mövqeyi  və  qrupun  üzvü  olan  dövlətlərin  müna­

sibətində  ziddiyyətlərin  olması  sülh  prosesi  hələ  başlamamış 

onu  uğursuzluğa  düçar  etdi.

1993-cü  ilin  oktyabrında  keçirilən  prezident  seçkilərində 

ölkə  rəhbəri  seçilən  Heydər  Əliyev  cəbhə  xəttində  Azərbay­

canın  hərbi  uğursuzluğuna  son  qoymaq  üçün  noyabrın  2-də 

xalqa  müraciət  edərək  vətəndaşları  bütün  qüvvələri  birləşdir­

məyə  çağırdı.  Bu  çağırış  minlərlə  Azərbaycan  gəncinin  Silah­

lı  Qüvvələrin  tərkibində  yenidən  səfərbərliyə  alınmasını  tə­

min  etdi  və  münaqişə  bölgəsində  xeyrimizə  dönüş  yaratmaq 

mümkün  oldu.  Noyabrın  ortalarında  Ermənistan  silahlı  qüvvə­

lərinin  Beyləqan  istiqamətində  hücumu  dayandırıldı.  Azər­

baycan  ordusunun  müvəffəqiyyətli  əməliyyatları  nəticəsində

1994-cü  il  yanvarın  5-də  Füzuli  rayonunda  strateji  əhəmiyyətli 

Horadiz  qəsəbəsi  və  22  kənd  düşməndən  təmizləndi.  Bunun 

ardınca  Cəbrayıl  və  Kəlbəcər  rayonları  ərazisinin  bir  hissəsi  də 

düşməndən  azad  edildi,  düşmən  strateji  yüksəkliklərdən  qo­

vuldu,  Kəlbəcər-Laçın  yolunun  tunelə  qədərki  hissəsi  nəzarət 

altına  alındı.



Nizamlama  prosesində  yeni  mərhələ

Azərbaycanın  müharibədə  dönüş  yaratmaq,  işğal  olunmuş 

vətən  torpaqlarını  azad  etmək  sahəsində  əldə  etdiyi  uğurlar 

nəinki  Ermənistanı,  həmçinin  onu  müdafiə  edən  qüvvələri  də 

ciddi  təşvişə  saldı.  Azərbaycan  Respublikası  belə  bir  şəraitdə 

1994-cü  il  mayın  8-də  Bişkek  Protokolunu  imzaladı.  Müna­

qişənin  dinc  vasitələrlə  nizamlanması  məqsədi  ilə  ulu  öndər 

Heydər  Əliyevin  uzaqgörən  siyasəti  nəticəsində  1994-cü  il 

mayın  12-də  cəbhə  bölgəsində  atəşkəsə  nail  olundu.  Bundan 

sonra  ATƏM-in  Minsk  qrupu  çərçivəsində  müntəzəm  olaraq 

danışıqlar  aparılmağa  başlandı  və  münaqişəni  nizamlama  pro­

sesi  yeni  mərhələyə  qədəm  qoydu.

248



1994-cü  ilin  dekabrında  ATƏM-in  Budapeşt  Zirvə  toplantı­

sında  beynəlxalq  sülhməramlı  qüvvələrin  yaradılması  və  on­

ların  münaqişə  bölgəsinə  göndərilməsi  qərara  alındı.  Bundan 

başqa,  Rusiya  və  Finlandiya  nümayəndələrindən  ibarət  həm­

sədrlik  institutu  təsis  edildi.  1996-cı  ilin  dekabrında  ATƏT-in 

Lissabonda  keçirilən  Zirvə  toplantısında  isə  Ermənistan-Azər­

baycan,  Dağlıq  Qarabağ  münaqişəsinin  ədalətli  həlli  yolunda 

ilk  mühüm  siyasi  nailiyyət  əldə  edildi.  Münaqişənin  nizama 

salınmasının  beynəlxalq  hüquqi  bazasını  təşkil  edən  sənəddən 

əlavə,  ulu  öndər  Heydər  Əliyevin  misilsiz  diplomatik  məha­

rəti  sayəsində  problemin  həllinin  siyasi-hüquqi  çərçivələrini 

müəyyənləşdirən  xüsusi  bəyanat  qəbul  edildi.  Bu  bəyanat, 

Ermənistan  istisna  olunmaqla,  ATƏT-ə  üzv  olan  53  dövlət  tə­

rəfindən  müdafiə  edildi.  Bu  müddətdən  etibarən  isə  Minsk 

qrupunda  üçlü  həmsədrlik  (Rusiya,  ABŞ  və  Fransa)  yaradıldı.

1997-ci  ilin  ikinci  yarısından  başlayaraq  Minsk  qrupunun 

həmsədrləri  Lissabon  prinsiplərinə  əsaslanaraq  iki  hissədən 

ibarət  -   Dağlıq  Qarabağın  hüdudlarından  kənarda  yerləşən  7 

rayonun  azad  edilməsi  və  Dağlıq  Qarabağın  statusunun  müəy- 

yənləşdirilməsinə dair müxtəlif təkliflər paketi  ilə çıxış etmişlər. 

1997-ci  ilin  iyununda  təqdim  edilən  ilk  təklifdə  münaqişənin 

«paket»  (bu  variantda  Dağlıq  Qarabağın  statusu  da  daxil  ol­

maqla  bütün  məsələlərə  eyni  vaxtda  razılıq  verilməsi  nəzərdə 

tutulurdu)  həlli,  1997-ci  ilin  sentyabrında  irəli  sürülən  ikinci 

təklifdə  isə  münaqişənin  «mərhələli»  (bu  variantda  isə  müna­

qişənin  mərhələlərlə  nizama  salınması  nəzərdə  tutulurdu) 

həlli  nəzərdə  tutulurdu.  Rəsmi  Bakı  həmin  planları  müəyyən 

düzəlişlərlə  qəbul  etsə  də,  Ermənistan  qeyri-konstruktiv  möv­

qeyini  davam  etdirərək  həmin  təkliflərlə  razılaşmadı.  1998-ci 

ilin  noyabrında  həmsədrlərin  irəli  sürdükləri  üçüncü  təklif  -  

«ümumi  dövlət»  ideyası  beynəlxalq  hüquq  normalarına  zidd 

olmaqla  bərabər,  hələ  dünya  praktikasında  mövcud  olmamış 

variant  idi.  Şübhəsiz  ki,  Azərbaycan  bu  təklifi  qətiyyətlə  rədd 

etdi.


249


Danışıqlar  prosesinə  intensivlik  gətirmək  məqsədi  ilə  1999- 

cu  ilin  aprelindən  başlayaraq  Ermənistan-Azərbaycan,  Dağlıq 

Qarabağ  münaqişəsinin  həlli  istiqamətində  yeni  formatda  ad­

dımlar  atıldı.  Bu  addımlar  Azərbaycan  və  Ermənistan  prezi­

dentlərinin  birbaşa  dialoqunun  aparılması  idi.  Prezidentlərlə 

yanaşı,  iki  ölkənin  xarici  işlər  nazirlərinin  birbaşa  təmasları  da 

dinamik  hal  aldı.  2004-cü  ilin  avqust  ayında  Praqa  görüşündə 

nazirlər  danışıqları  «mərhələli  həll»  variantı  üzrə  aparmaq 

haqqında  razılığa  gəldilər.  Bu  variant  siyasi  leksikona  «Praqa 

prosesi»  termini  ilə  daxil  oldu.

Beynəlxalq  təşkilatlar  çərçivəsində  ötən  müddət  ərzində 

Azərbaycanın  məlum  məsələ  ilə  bağlı  fəaliyyəti  də  məhsuldar 

olmuşdur.  Avropa  Şurası  Parlament  Assambleyasında  (AŞ  PA) 

qəbul  edilən  sənədlər  bu  sırada  xüsusilə  seçilir.  Cənab  İlham 

Əliyevin  rəhbərlik  etdiyi  Azərbaycan  nümayəndə  heyətinin 

prinsipial  və  ardıcıl  fəaliyyəti  nəticəsində  AŞ  PA-nın  2002-ci 

ilin  payız  sessiyasında  Ermənistan  silahlı  qüvvələri  tərəfindən 

Dağlıq  Qarabağın  işğalı  faktı  ilk  dəfə  olaraq  bu  beynəlxalq  qu­

rumun  sənədlərində  rəsmi  şəkildə  öz  əksini  tapdı.  AŞ  PA-nın 

2005-ci  il  yanvar  sessiyasında  qəbul  edilən  1416  saylı  Qətna­

məsində  isə  Azərbaycan  ərazilərinin  böyük  bir  hissəsinin  hələ 

də  Ermənistan  qoşunlarının  işğalı  altında  olduğu  və  separatçı 

qüvvələrin  Dağlıq  Qarabağ  regionuna  nəzarət  etdiyi  göstərilir­

di.  Qətnamədə  Ermənistanın  həyata  keçirdiyi  etnik  təmizləmə 

siyasəti  pislənilir,  bu  hərbi  əməliyyatların  monoetnik  ərazilərin 

yaranmasına  gətirib  çıxarması  narahatlıqla  bildirilirdi.  Sənəddə 

həmçinin  qeyd  olunurdu  ki,  Avropa  Şurasının  üzvü  olan  bir öl­

kənin  başqa  dövlətin  ərazilərini  işğal  altında  saxlaması  həmin 

ölkənin  öz  üzərinə  götürdüyü  öhdəliklərə  ziddir.

Ermənistan-Azərbaycan,  Dağlıq  Qarabağ  münaqişəsinin 

ədalətli  həlli  ilə  bağlı  Avropa  Parlamenti  də  son  illərdə  obyek­

tiv  mövqe  nümayiş  etdirib.  2004-cü  ildə  təşkilatın  sessiyasında

250



Yüklə 3,15 Mb.

Dostları ilə paylaş:
1   ...   73   74   75   76   77   78   79   80   ...   138




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə