Soyqirimi: tarixin qanlı salnaməsi



Yüklə 3,15 Mb.
Pdf görüntüsü
səhifə85/138
tarix08.03.2018
ölçüsü3,15 Mb.
#30951
1   ...   81   82   83   84   85   86   87   88   ...   138

Soveti  Rəyasət  Heyətinin  sessiyasında  Dağlıq  Qarabağ  məsə­

ləsi  müzakirə  edilən  zaman  Azərbaycandan  olan  deputatlarla 

yanaşı,  qanunazidd  olaraq  Ermənistandan  olan  deputatlar eyni 

hüquqda  orada  iştirak  etdilər.  Bu  isə  Qorbaçov və  onun  ətrafı­

nın  Ermənistan  üçün  yaratdığı  yeni  imkan  demək  idi.

İttifaq  rəhbərliyinin  Azərbaycan  xalqına  qarşı  ən  böyük  xə­

yanəti  özünü  növbəti  dəfə  1989-cu  ilin  yanvarında  göstərdi. 

Belə  ki,  həmin  il  yanvarın  12-də  «Azərbaycan  SSR-in  Dağlıq 

Qarabağ  Muxtar  Vilayətində  xüsusi  idarəçilik  formasının  tət­

biqi  haqqında»  SSRİ  Ali  Soveti  qərar  qəbul  etdi  və  bu,  ermə­

nilərin  istəyinə  tam  uyğun  idi.  Çünki  DQMV-də  xüsusi  idarə­

çilik  forması  tətbiq  edildiyi  ilk  gündən  birbaşa  Moskvaya  tabe 

olan  ermənipərəst  A.Volski  burada  yaşayan  bütün  azərbay­

canlı  soydaşlarımızın  çıxarılmasına  nail  oldu.  Qısa  müddət­

də  50  min  nəfər  azərbaycanlı  DQMV-dən  qovuldu.  Halbuki 

Azərbaycanın  o  dövrkü  siyasi  rəhbərliyi  sözügedən  idarənin 

yaranmasını  böyük  uğur  kimi  qiymətləndirir və  bu  idarəyə  çox 

böyük  ümidlər  bəsləyirdi.  Yalnız  xalq  hərəkatının  təsiri  altında 

1989-cu  il  noyabrın  28-də  vilayətin  idarəsi  mərkəzin  nəzarə­

ti  altında  olan  Azərbaycan  SSR  Təşkilat  Komitəsinə  tapşırıldı. 

Təşkilat  komitəsinin  sədri  təyin  edilən  V.Polyaniçko,  əslində, 

öz  sələfinin  siyasətini  davam  etdirir  və  azərbaycanlılar  sıxış- 

dırılırdı.

Ümumiyyətlə,  20  Yanvar  hadisəsinə  qədər  SSRİ  və  respub­

lika  rəhbərliyinin  çıxardığı  qərar  və  fərmanların  heç  birində 

Azərbaycanın  xeyrinə  bircə  maddə  belə  olmadı.  Bir  tərəfdən 

Azərbaycan  xalqını  sakitləşdirməyə  yönələn  addımlar  atılır, 

digər  tərəfdən  isə  respublikanın  suverenliyinə,  ərazi  bütövlü­

yünə  xələl  gətirən  qərarlar  qəbul  olunurdu.  Bu,  Ermənistanın 

SSRİ  rəhbərliyi  tərəfindən  ən  yüksək  səviyyədə  müdafiə  olun­

duğunu  göstərirdi.

1989-cu  ilin  noyabrından  səbir  kasası  dolmuş  xalq  Bakı­

nın  mərkəzi  meydanında  mitinqlərə  başladı.  Yanvarın  18-də

273



Bakıda  və  Azərbaycanın  11  rayonunda  keçirilən  izdihamlı 

mitinqlərdə  ümumi  tətilin  başlandığı  elan  edildi.  Lakin  geniş­

lənməkdə  olan  xalq  hərəkatına  ilk  dövrlərdə  səriştəsiz  rəh­

bərlik,  edilən  xəyanətkarlıq  ölkəni  daha  ağır  vəziyyətə  salırdı. 

Bununla  belə,  Dağlıq  Qarabağın  Azərbaycandan  qoparılaraq 

Ermənistana  verilməsinə  şərait  yaradan  Qorbaçov  hakimiyyəti 

ölkədə  genişlənən  milli-azadlıq  hərəkatının  boğulması  üçün 

müxtəlif vasitələr  üzərində  baş  sındırırdı.

Azərbaycan  Kommunist  Partiyası  Mərkəzi  Komitəsinin  bi­

rinci  katibi  Ə.Vəzirov  isə  Moskvanın  marionetkası  olaraq  həm 

Dağlıq  Qarabağın  ermənilərin  əlinə  keçməsinin  qarşısını  al­

maq,  həm  də  ölkədəki  vəziyyəti  sabitləşdirmək  üçün  heç  nə 

edə  bilmirdi.  Əksinə,  özünün  səhv  addımları,  yarıtmaz  iş  üslu­

bu,  yanlış  siyasi  manevrləri  ilə  xalqla  öz  arasında  uçurumu 

daha  da  dərinləşdirirdi.  Elə  buna  görə  də  Bakıda  və  Azərbay­

canın  digər  şəhər  və  rayonlarında  aylarla  davam  edən  mi­

tinqlərdə  dəfələrlə  Azərbaycanın  partiya  rəhbərlərinin  istefası 

tələbi  irəli  sürülmüşdü.  Təəssüf  ki,  bu  dövrdə  xalq  hərəkatına 

rəhbərlik  edənlər  də  böyük  səriştəsizlik  nümayiş  etdirir,  çox 

vaxt  DTK-nın  istədiyi  ssenarilərə  uyğun  hərəkət  edirdilər.

1989-cu  ilin  sonu,  1990-cı  ilin  yanvarında  Azərbaycanda 

ictimai-siyasi  vəziyyət xeyli  kəskinləşdi,  qarşıdurma dərinləşdi, 

mövcud  iqtidarın  hadisələrə  nəzarəti  son  dərəcədə  zəiflədi. 

SSRİ  rəhbərliyi  isə  Azərbaycanı  növbəti  dəfə  cəzalandırmaq 

üçün  Sumqayıt  ssenarisinə  uyğun  təxribatlara  start verdi.  Milli- 

azadlıq  hərəkatının  mərkəzi  olan  Bakıda  ilk  olaraq  yerli  milis 

tərksilah  edildi,  mərkəzdən  isə  daxili  qoşun  hissələri  şəhərə 

gətirildi.  Yanvarın  13-də  Bakıda  bir  erməninin  iki  azərbaycan­

lını  öldürməsi  fitnəkarlıqlar  üçün  əsas  oldu  və  iki  gün  ərzində 

Bakıda  süni  şəkildə  erməni  talanı  təşkil  edildi.  Mərkəz  tərə­

findən  düşünülmüş  və  taktiki  baxımdan  hərtərəfli  hazırlanmış 

bu  məkrli  plan  hazır ssenari  üzrə  aparıldı.  Elə  bu  səbəbdən  də 

ayrı-ayrı  dəstələrin  əməllərinin  qarşısını  almaq  üçün  ali  haki­

274



miyyət  və  hüquq-mühafizə  orqanları  tərəfindən  heç  bir  tədbir 

görülmədi.  Halbuki  Bakıda  SSRİ  Daxili  İşlər  Nazirliyinin  12 

min  nəfərlik silahlı  qüvvəsi  var  idi.  Bu  dövrdə  ölkəyə  rəhbərlik 

edən  Vəzirov  isə  yaranan  vəziyyətdən  istifadə  edərək  sovet 

qoşunlarının  müdaxiləsinə  şərait  yaratmağa,  bununla  həm  də 

xalq  hərəkatını  boğmağa  çalışırdı.

Yanvarın  14-də  Azərbaycan  KP  MK-nın  bürosunda  vəziyyət 

müzakirə  olundu  və  Vəzirovun  təkidi  ilə  çağırılan  Azərbaycan 

SSR  Ali  Sovetinin  sessiyasında  DQMV-də  və  zəruri  olarsa,  ona 

bitişik  rayonlarda,  eləcə  də  sərhəd  boyunca  fövqəladə  vəziy­

yət  elan  edilməsi,  lazım  gələrsə,  mərkəzdən  kömək  göstəril­

məsi  haqqında  qərar  qəbul  olundu.  Azərbaycan  SSR  Ali  So­

veti  Rəyasət  Heyətinin  müraciəti  ilə  SSRİ  Ali  Sovetinin  Rəyasət 

Heyəti  yanvarın  15-də  «Dağlıq  Qarabağ  və  bəzi  başqa  rayon­

larda fövqəladə  vəziyyət elan  olunması  haqqında»  fərman  ver­

di.  Həmçinin  SSRİ  Ali  Soveti  Bakı,  Gəncə  şəhərlərində,  eləcə 

də  başqa  yaşayış  məntəqələrində  qadağan  saatlarının  tətbiq 

edilməsi  və  digər  zəruri  tədbirlər  görülməsini  Azərbaycan  SSR 

Ali  Sovetinə  təklif etdi.

Müdhiş  gecə

Bu  dövrdə  mərkəzdən  Azərbaycana,  xüsusən  də  Bakı  ətra­

fına  əlavə  qoşun  hissələri  və  hərbi  texnika  gətirilməsi  prose­

si  davam  edirdi.  Əslində,  bu,  Bakıya  qoşun  yeridilməsi  üçün 

ilkin  hazırlıqdan  başqa  bir  şey  deyildi.  Xalq  hərəkatına  rəh­

bərlik  edənlər,  o  cümlədən  Xalq  Cəbhəsinin  təmsilçiləri  isə 

vəziyyəti  düzgün  qiymətləndirmək  əvəzinə  şəhərin  ətrafında, 

o  cümlədən  Bakı  qarnizonu  ətrafında  sədlər,  barrikadalar  ya­

ratmağa  başladı.  Yük  və  minik  maşınları,  avtobus  və  trolley­

buslardan,  eləcə  də  başqa  vasitələrdən  barrikadalar  quruldu, 

piketlər  düzəldildi.  Lakin  20  Yanvarda  bu  düzgün  olmayan 

taktika  çoxlu  sayda  dinc  əhalinin  qırılmasına,  yaralanmasına 

səbəb  oldu.

275



Yüklə 3,15 Mb.

Dostları ilə paylaş:
1   ...   81   82   83   84   85   86   87   88   ...   138




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə