Soyqirimi: tarixin qanlı salnaməsi


  Yanvar  hadisəsinin  araşdırılmasına



Yüklə 3,15 Mb.
Pdf görüntüsü
səhifə91/138
tarix08.03.2018
ölçüsü3,15 Mb.
#30951
1   ...   87   88   89   90   91   92   93   94   ...   138

20  Yanvar  hadisəsinin  araşdırılmasına

və  işıqlandırılmasına  ilk  elmi-analitik  yanaşma

20  Yanvar  qırğını  barədə  indiyədək  çox  yazılıb.  Onlarca 

məqalə,  kitab,  illüstrasiya  materialları  dərc  olunub.  Lakin  faci­

əyə  elmi-analitik  yanaşma  ilk  dəfə  akademik  Ramiz  Mehdiye­

vin  «Azərbaycanlılara  qarşı  soyqırımı  gerçəklikləri»  əsərində 

öz  əksini  tapmışdır.  Həmin  əsərdə  qanlı  faciə  bir  neçə  aspekt­

dən  -   dini,  milli,  Qafqaz  amilləri  və  geosiyasi  aspektlərdən, 

Dağlıq  Qarabağ  problemi  kontekstindən  araşdırılmış,  Qanlı 

Yanvarın  ibrət  dərsləri  təhlil  edilmişdir.

Akademik  Ramiz Mehdiyevin  «Azərbaycanlılara  qarşı  soyqı­

rımı  gerçəklikləri»  kitabı  20  Yanvar  qırğınının  tarixinin  doğru- 

düzgün  işıqlandırılması  sahəsində  çox  mühüm  elmi  hadisədir. 

Bu  əsər  20  Yanvar  faciəsinin  tarixşünaslığına  qiymətli  bir  töh­

fədir.  R.Mehdiyevin  əsərinin  bu  vaxtadək  20  Yanvar  barədə 

yazılanlardan  ən  mühüm  fərqi,  həm  də  başlıca  məziyyəti  bu­

rasındadır  ki,  müəllif  ilk  dəfə  olaraq  20  Yanvarı  dərin  tarixi- 

elmi  planda  və  ümumdünya  tarixi  kontekstində  qələmə  alır. 

Alim  1990-cı  ilin  yanvarında  Bakıda  törədilmiş  qanlı  faciənin 

tarixi  və  sosial-siyasi  köklərini  araşdırıb  üzə  çıxarır,  ona  çox 

geniş  məkanda  və  uzun  zaman  kəsiyində  nəzər  salır,  mühüm 

ümumiləşdirmələr  aparır,  20  Yanvara  gələn  tarixi  yolu  addım- 

addım  izləyir,  təhlil  edir  və  bu  faciə  ilə  əlaqədar  olan  hadisə­

ləri,  prosesləri  elmi  araşdırma  süzgəcindən  keçirir.  Dünyanın 

geniş  oxucu  kütlələrinə  təqdim  olunan  bu  əsərin  ən  uğurlu 

cəhəti  onun  obyektivliyində,  elmiliyindədir.  M üəllif  bu  dəh­

şətli  cinayəti  araşdırarkən  emosionallıqdan  uzaqda  durmağı 

bacarmış,  baş  verən  hadisənin  tarixi  köklərini  və  gedişini  öz 

oxucularına  soyuqqanlılıqla  -   vicdanlı  bir  alim  mövqeyindən 

təqdim  etməyi  bacarmışdır.

Akademik  Ramiz  Mehdiyev  20  Yanvar  hadisələrinin  səbəb­

ləri  barədə  yazır:  «Yanvar  faciəsinin  bir  çox  səbəbləri  var,

291



onun  kökləri  tarixin  dərinliklərinə  gedib  çıxır.  Yenidənqur­

ma  onların  inkişafını  ancaq  sürətləndirdi,  labüd  faciənin 

son  mərhələsini  yaxınlaşdırdı.  Bəs  bu  səbəblər  ümumən 

hansılardır?  Əvvəla,  mərkəzin  sovet  imperiyasını,  kommu­

nist  sistemini  nəyin  bahasına  olursa-olsun  qoruyub  saxlamaq 

cəhdi;  ikincisi,  m illi  respublikalarda  hakimiyyəti  və  oyuncaq 

rejim ləri  möhkəmlətmək  cəhdi;  üçüncüsü,  SSRİ  rəhbərləri­

nin  Azərbaycan  xalqı  barəsində  qərəzli  siyasəti«yenidən­

qurma  haqqında»  demaqoqcasına  şüarlar  altında  sərhədləri 

dəyişdirmək  və  xüsusən  Azərbaycanın  ərazi  bütövlüyünü 

pozmaq  cəhdi;  dördüncüsü,  keçmiş  mərkəzin  mənəvi,  siya­

si,  maliyyə  və  hərbi-iqtisadi  yardımına  əsaslanan  erməni  se­

paratizmi  və  Ermənistanın  təcavüzü;  beşincisi,  Azərbaycan 

rəhbərlərinin  xəyanətkar  fəaliyyəti;  altıncısı,  ayağa  qalxmış 

xalqa  rəhbərliyi  məsuliyyətsizcəsinə  öz  əllərinə  alanların 

naşı lığı  və  siyasətbaz! ığı».

Lakin  20  Yanvar  hadisələrinə  gətirib  çıxarmış  əsasən  «so­

vet»  səbəbləri  və  amillərinin  yalnız  yuxarıda  sadalanmış  siya­

hısı  ilə  kifayətlənməyən  Ramiz  Mehdiyev  yazır  ki,  faciənin 

daha  dərin  tarixi  kökləri  var.  M üəllif  əsərdə  haqlı  olaraq  belə 

bir  məsələ  qoyur  ki,  nə  üçün  Sovet ordusunun  Tbilisidə  (1989) 

və  Vilnüsdə  (1991)  həyata  keçirdiyi  cəza  əməliyyatlarından 

fərqli  olaraq  Bakıda  bu  qədər  genişmiqyaslı  və  qəddarcasına 

qırğın  törədildi?  Özü  də  bütün  bu  qırğınların  cəlladı  olan  Qor- 

baçov  gürcü  və  Litva  xalqlarından  üzr  istədiyi  halda,  Azərbay­

can  xalqından  nə  üçün  üzr  istəmədi?  M üəllif bunu  başlıca  ola­

raq  üç  amillə  əlaqələndirir:  dini  amil;  Qafqaz  amili;  türk  amili.

20  Yanvar  hadisələri  Azərbaycanın  müstəqillik  mübarizəsi 

tarixinə  faciə  və  xalqımızın  qəhrəmanlıq  salnaməsi  kimi  yazıl­

dı.  Həmin  ağrılı  günlər  həm  də  sınaq  dövrü  kimi  yadda  qaldı. 

Azərbaycan  xalqı  həmin  gün  azad  yaşamağa  layiq  olduğunu 

bütün  dünyaya  sübut  etdi.  Bu  faciə  kimin  kim  olduğunu  da 

üzə  çıxardı.

292



1990-cı  il  yanvarın  19-dan 20-nə  keçən  gecə sovet rejiminin 

hərbi,  siyasi  və  mənəvi  təcavüzünə  məruz  qalmış  Azərbaycan 

xalqı  öz  tarixi  qəhrəmanlıq  ənənələrinə  sadiq  olduğunu  bütün 

dünyaya  nümayiş  etdirdi.  Haqq-ədalətin  müdafiəsi  yolunda 

canlarından  keçmiş  vətən  övladları  o  qanlı  gündə  xalqımızın 

qəhrəmanlıq  salnaməsinə  parlaq  səhifə  yazdılar.

293



Əsrin  cinayəti  -  

Xocalı  soyqırımı

Tarixinin  müxtəlif  dönəmlərində  ermənilər  tərəfin­

dən  soyqırımına  məruz  qalan  Azərbaycan  xalqı  növ­

bəti  belə  faciə  ilə  1992-ci  ilin  qarlı  qışında  Xocalı­

da  üzləşdi.  Sovetlər  imperiyasının  süqutu  ilə  yara­

nan  mürəkkəb  tarixi  və  ictimai-siyasi  şəraitdə  dövlət 

müstəqilliyini  yenicə  qazanan  Azərbaycanın  üzləşdiyi 

ərazi  itkisi  ilə  yanaşı,  əsrin  ən  dəhşətli  faciələrindən 

birini  yaşaması  ölkənin  yeni  tarixinə  qara  hərflərlə 

yazıldı.

Faciəyə  gedən  yolun  başlanğıcı

Xocalı,  eləcə  də  ondan  əvvəl  xalqımıza  qarşı  dəfələrlə  tö­

rədilən  soyqırımlarının  ötən  əsrin  sonlarına  qədər  öz  hüquqi- 

siyasi  qiymətini  almaması  illər  boyu  Azərbaycanın  üzləşdiyi 

ən  böyük  ədalətsizliklərdən  biri  olub.  Bu  ədalətsizliyin  aradan 

qaldırılması  üçün  illər  uzunu  heç  bir  addım  atılmayıb.  Yalnız 

ümummilli  lider  Heydər Əliyevin  xalqın  istəyi  və  təkidli  tələbi 

ilə  yenidən  hakimiyyətə  qaydışından  sonra  yaşanan  faciələr,  o 

cümlədən  Xocalı  soyqırımı  haqda  daha  təfsilatlı  araşdırmalar 

aparılıb.  Eyni  zamanda,  bu  hadisələrə  hüquqi-siyasi  qiymətin 

verilməsi  prosesi  başlanıb.  Dünyaya  xalqımızın  üzləşdiyi  fəla­

kətlər barədə  ətraflı,  fakt və  sübutlarla  zəngin  olan  məlumatlar 

çatdırılıb.  Elə  XX  əsrin  ən  dəhşətli  hadisələrindən  olan  Xocalı 

faciəsinin  də  həm  bir  soyqırımı  olaraq  təsbit edilməsi,  həm  də 

bu  barədə  həqiqətlərin  dünyaya  çatdırılması  məhz  ulu  öndər 

Heydər  Əliyevin  sayəsində  mümkün  olub.

Tarixin  ironiyası  isə ondan  ibarətdir ki,  ötən  əsrin  sonlarında 

Dağlıq  Qarabağ münaqişəsinin  başlanması  ilə Azərbaycan  xal-

294



Yüklə 3,15 Mb.

Dostları ilə paylaş:
1   ...   87   88   89   90   91   92   93   94   ...   138




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə