Soyqirimi: tarixin qanlı salnaməsi



Yüklə 3,15 Mb.
Pdf görüntüsü
səhifə92/138
tarix08.03.2018
ölçüsü3,15 Mb.
#30951
1   ...   88   89   90   91   92   93   94   95   ...   138

qının  üzləşdiyi  yeni  faciələr,  yaşadığı  soyqırımları  elə  Heydər 

Əliyevin  hakimiyyətdən  uzaqlaşdırılmasından  sonra  baş  verdi. 

Həmin  vaxta  qədər  keçmiş  SSRİ  rəhbərliyinin  hərtərəfli  dəs­

təyini  alan  ermənilərin  Azərbaycana  qarşı  məkrli  planlarının 

reallaşmasının  qarşısını  məhz  ulu  öndər  Heydər  Əliyev  alırdı. 

Ermənilər  və  onların  himayədarları  yaxşı  başa  düşürdülər  ki, 

Heydər Əliyev  hakimiyyətdə  olduğu  müddət ərzində Azərbay­

cana  qarşı  heç  bir  iddialarını  reallaşdıra  bilməyəcəklər.

Artıq  sübut  olunmuş  tarixi  həqiqətdir  ki,  ölkəmizin  ermə­

nilər  tərəfindən  ərazi  bütövlüyünə  qəsd  planı  əvvəlcədən  ha­

zırlanmışdı.  SSRİ-yə  rəhbərlik  edən  Qorbaçovun  yanında  və 

Kremldə  mərkəzi  rəhbərlikdə  yer  alan  ermənilər  tərəfindən 

müdafiə  olunan  planın  reallaşması  üçün  ciddi  işlər  görülürdü. 

Lakin  planın  praktik  mərhələyə  keçməsi  Azərbaycan  xalqının 

böyük  oğlunun  SSRİ-də  mühüm  rəhbər  postlardan  birində  yer 

aldığı  müddət  ərzində  mümkünsüz  idi  və  bu  həqiqətlə  er­

mənilər,  onların  himayədarları  da  birmənalı  şəkildə  barışırdı. 

Bu  səbəbdən  ermənilərin  təhriki  və  diktəsi  ilə  hərəkət  edən 

M.Qorbaçov  ilk  növbədə  Heydər  Əliyevin  tutduğu  vəzifədən 

uzaqlaşdırılmasına  çalışırdı  və təəssüf ki,  istəyinə  də  nail  oldu. 

Heydər  Əliyevin  hakimiyyətdən  uzaqlaşdırılmasının  əsas  sə­

bəblərindən  biri  SSRİ  siyasi  rəhbərliyini  ələ  almış  erməni  lob­

bisinin  təsir  və  təzyiqləri  idisə,  digər  önəmli  səbəb  Qorbaço­

vun  subyektiv  hislərin  əsiri  olması,  ondan  daha  yaxşı  idarəçilik 

qabiliyyətinə,  səriştəyə  malik  bir  şəxsin  Kremldə  işləməsini 

həzm  edə  bilməməsi  idi.

Azərbaycanın  böyük  oğlunun  Siyasi  Bürodan  uzaqlaşdırıl- 

masından  cəmi  15  gün  sonra  Qorbaçovun  xeyir-duası  ilə  er­

mənilər  Azərbaycana  qarşı  qəsd  planlarının  icrasına  başladı­

lar.  1987-ci  ilin  noyabrında  M.Qorbaçovun  məsləhətçisi  olan 

qatı  şovinist A.Aqanbekyanın  Parisdə  «Humanite»  qəzetindəki 

bəyanatında  bildirilirdi  ki,  Dağlıq  Qarabağın  Azərbaycanın 

tərkibindən  çıxarılıb  Ermənistana  verilməsinə  dair  artıq  Mos­

295



kvanın  razılığı  var.  Bütün  bunları  xatırlayan  Heydər  Əliyev 

qeyd  edirdi:  «Siyasi  Bürodan  istefa  verdikdən  15  gün  sonra 



Qarabağ  məsələsi  ortaya  çıxdı.  Qorbaçovun  ən  yaxın  ada­

mı,  iqtisadi  m əsələlər  üzrə  müşaviri,  m illiyyətcə  erməni 

olan  professor  Aqanbekyan  Parisdə  keçirdiyi  bir  mətbuat 

konfransında  «Dağlıq  Qarabağ  Ermənistana  verilməlidir»  de­

miş,  bu  məsələ  ilə  əlaqədar  Qorbaçovu  da  qızışdırmış­

dır.  Moskvanın  Qarabağ  əməliyyatı  mənim  Siyasi  Bürodan 

getməyimdən  15  gün  sonra  həyata  keçirilməyə  başlandı. 

Deməli,  bu  plan  hələ  əvvəlcədən  hazırlanmış,  lakin  tətbiq 

olunmasına  mən  ciddi  maneə  imişəm».

SSRİ  rəhbərliyinin  Dağlıq  Qarabağın  Ermənistana  ve­

rilməsinə  dair  razılığının  olduğu  1988-ci  ilin  əvvəllərində 

M.Qorbaçovun  Silva  Kaputikyan  başda  olmaqla  bir  qrup  şo­

vinist  erməni  ilə  görüşü  zamanı  da  üzə  çıxdı.  Bunun  ardınca 

Xankəndidə,  Yerevanda  antiazərbaycan  və  antitürk  ruhlu  mi­

tinqlər  genişləndi.  Bundan  sonra  erməni  «Qarabağ  Komitəsi», 

onun  Dağlıq  Qarabağ  Muxtar  Vilayətindəki  separatçı-terrorçu 

təşkilatı  «Krunk»  gizli  fəaliyyətlərinə  son  qoyaraq  açıq  şəkil­

də  niyyətlərini  bəyan  etməyə,  Azərbaycana  qarşı  ərazi  iddia­

ları  səsləndirməyə  başladı.  Bunun  nəticəsi  olaraq  ermənilər 

tərəfindən  «Miatsum»  adlanan  hərəkat  da  formalaşdırıldı. 

O  dövrdə  Azərbaycana  rəhbərlik  edən  şəxslər  artıq  özünü  qa­

barıq  formada  və  aydın  şəkildə  büruzə  verən  Dağlıq  Qara­

bağ  münaqişəsinin  çözümü  istiqamətində  hansısa  praktik  ad­

dımların  atılmasında  acizlik  nümayiş  etdirirdi.  Yalnız  Kremlin 

göstərişləri  əsasında  atılan  addımlar  Azərbaycan  ərazilərinin 

qəsb  olunması  prosesini  sürətləndirirdi.  Qarabağ  məsələsinin 

ortaya  çıxması  isə  elə  ilk  dövrlərdə  Moskvada  olan  Heydər 

Əliyevi  ciddi  narahat edirdi.  Bu  səbəbdən  Qorbaçovla,  onunla 

mümkün  olmadıqda  Siyasi  Büronun  digər  üzvləri  Liqaçovla, 

Çebrikovla,  Kryuçkovla  görüşüb  problemin  həllinə  çalışırdı. 

Qarabağın  əzəli  Azərbaycan  torpağı  olmasına  dair əlindəki  sə­

296



nəd  və  sübutları  da  Kreml  rəhbərliyinə  təqdim  etmək  istəyən 

Heydər  Əliyevə  Moskvanın  cavabı  belə  oldu:  «Biz  Qarabağda 

erməni-azərbaycanlı  münaqişəsi  ilə  bağlı  problemi  özümüz 

həll  edəcəyik».

Belə  şəraitdə  Azərbaycan  rəhbərliyinin  fəaliyyətsizliyi,  təs- 

imçilik  mövqeyi  ölkəmizin  əzəli  və  tarixi  ərazisi  olan  Dağlıq 

Qarabağda  Ermənistanın  mövqeyinin  daha  da  güclənməsinə 

gətirib  çıxarırdı.  Erməni  separatçılarının  bu  yerlərdə  mövqe­

lərinin  güclənməsi  və  ona  qarşı  rəhbərlik  səviyyəsində  cid­

di  tədbirlərin  görülməməsi  isə  ölkə  ərazilərinin  itirilməsinə, 

yaşanacaq  faciələrə,  o  cümlədən  Xocalı  soyqırımına  gedən 

yolun  başlanğıcını  qoyurdu.

Bu  vəziyyətdə  SSRİ  rəhbərliyi  Dağlıq  Qarabağın  tədricən 

Azərbaycandan  ayrılması  üçün  müvafiq  addımlar  atmağa  baş­

ladı.  1988-ci  ilin  fevralında  Dağlıq  Qarabağ Muxtar Vilayətinin 

yalnız  erməni  deputatlarının  iştirakı  ilə  keçirilən  növbədən­

kənar  sessiyası  vilayətin  Azərbaycanın  tərkibindən  çıxarılaraq 

Ermənistanın  inzibati-ərazi  bölgüsünə  daxil  edilməsi  barədə 

qərar  qəbul  etdi.  Azərbaycan  SSR  Ali  Soveti  Konstitusiyaya 

zidd  olan  qərarı  rədd  etdikdən  sonra  Ermənistanın  millətçi 

rəhbərləri  «Daşnaksütyun»  partiyasının  «Türksüz  Ermənistan» 

proqramını  həyata  keçirməyə  başladılar.  Bu  isə tarixi  Azərbay­

can  torpaqlarında  yaranan  indiki  Ermənistan  ərazisində  olan 

on  minlərlə  azərbaycanlıya  qarşı  böyük  qəddarlıqlarla  müşayi­

ət  olunan  etnik  təmizləməyə  rəvac  verilməsi  demək  idi.

Elə  həmin  dövrdə  ermənilərin  Dağlıq  Qarabağda  da  se­

paratçı  fəaliyyəti  genişlənirdi.  Ölkə  rəhbərliyindən  heç  bir 

kömək  görməyən  azərbaycanlılar  isə  yaşadıqları  ərazilərin 

müdafiəsi  məqsədi  ilə  özləri  fəaliyyətə  başlamışdı.  Ermənilə­

rin  qəsbkarlıq  niyyəti  bir  çox  yaşayış  məntəqələri  kimi,  Xoca- 

ım  da  özünümüdafiəsini  gücləndirməyə  vadar  etdi.  1988-ci  i 

fevralın  12-də  Xocalı  rəhbərliyi  Əsgəranda  keçirilən  yığıncağa 

dəvət  olundu.  Yığıncaqda  Azərbaycan  Kommunist  Partiyası

297



Yüklə 3,15 Mb.

Dostları ilə paylaş:
1   ...   88   89   90   91   92   93   94   95   ...   138




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə