Soyqirimi: tarixin qanlı salnaməsi



Yüklə 3,15 Mb.
Pdf görüntüsü
səhifə94/138
tarix08.03.2018
ölçüsü3,15 Mb.
#30951
1   ...   90   91   92   93   94   95   96   97   ...   138

məkdə  erməni  şovinistləri  və  ideoloqları  həm  də  daha  uzağa 

hesablanmış  məqsəd  güdürdülər.  Onların  əsas  niyyəti  Dağ­

ıq  Qarabağı  və  digər  Azərbaycan  torpaqlarını  ələ  keçirmək, 

xalqımızın  müstəqillik  və  ərazi  bütövlüyü  uğrunda  mübarizə 

əzmini  qırmaq  idi.  Düzdür,  buna  nail  ola  bilməsələr  də,  er­

mənilər  366-cı  alayın  köməyilə  tarixdə  ən  qanlı  səhifələrdən 

birinin  yazılmasına  nail  ola  bildilər.  Bununla  ötən  əsrdə  Xocalı 

daha  bir  faciə  yaşamış  oldu.  Həmin  faciədən  əvvəl  də  Xocalı 

öz  tarixində  bir  neçə  dəfə  erməni  təcavüzünə  məruz  qalmış, 

soyqırımlarına  uğramışdı.  Təkcə  XX  əsrin  əvvəllərində  1905, 

1906,  1917  və  1918-ci  illərdə  də  Xocalı  dörd  dəfə  erməni  tə­

cavüzünə  məruz  qalmış,  yandırılmış,  talan  edilmiş,  dağıdılmış, 

fəqət ayağa qalxaraq  düşməndən  qisasını  almış,  yenidən  bərpa 

olunmuş  və  yaşamışdı.  Amma  tarix  Xocalını  daha  bir  qanlı  fa­

ciə  ilə  sınağa  çəkməyə  hazırlaşırdı.

Ermənilərin  niyyətini  yaxşı  bilən  Xocalı  sakinləri  müəyyən 

müdafiə  tədbirləri  görürdülər.  Düşmən  isə  yaxşı  anlayırdı  ki, 

Xocalının  tutulması  Qarabağ  münaqişəsinin  sonrakı  taleyində 

həlledici  rol  oynayan  əsas  məqamlar  sırasındadır.  Ermənilərin 

diqqətini  Xocalıya  cəlb  edən  önəmli  səbəblərdən  biri  onun 

geostrateji  mövqeyi  idi.  7.000  əhalisi  olan  Xocalı  Xankəndi­

dən  10  kilometr  cənub-şərqdə,  Qarabağ  dağının  silsiləsində 

və  Ağdam-Şuşa,  Əsgəran-Xankəndi  yollarının  üstündə  yerlə­

şir.  Qarabağdakı  yeganə  hava  limanı  da  məhz  Xocalıda  idi. 

Ermənilərin  əsas  istəklərindən  biri  məhz  buradakı  hava  limanı 

vasitəsilə  Ermənistanla  daha  rahat  əlaqə  yaradılmasına  nail  ol­

maq  idi.  Dağlıq  Qarabağda  hələ  A.Volskinin  hakimiyyəti  döv­

ründən  Xocalı  aeroportuna  gündə  20-30  təyyarə  enib-qalxırdı. 

Onların  əsas  yükü  silah  və  xarici  ölkələrdən  köməyə  gələn 

könüllü  və  muzdlu  əsgərlər  idi.  Dünyanın  hər  yerindən  Dağ­

ıq  Qarabağ  ermənilərinə  kömək  etmək  üçün  erməni  könül- 

üləri  daşınırdı.  1990-cı  ilin  noyabrında  Ə lif  Hacıyev  Xocalı 

təyyarə  limanında  Xətt  Daxili  İşlər  Bölməsinin  rəisi  və  Xocalı

301



aeroportunun  komendantı  təyin  olundu.  Bu,  ermənilərin  silah 

daşımasının  qarşısını  müəyyən  qədər  aldı.  Lakin  yollarda  qətl 

və  təxribat  hadisələri  davam  edirdi.

1991-ci  ilin  sonlarında  SSRİ-nin  dağılması  ilə  keçmiş  sovet 

məkanında  yeni  geosiyasi  şərait  yarandı.  Ermənistan,  faktiki 

olaraq,  Azərbaycana  qarşı  açıq  və  ədalətsiz  müharibəyə  başla­

dı.  Ermənistanın  hərbi  birləşmələri  Azərbaycanın  sərhədlərini 

pozub  Qarabağa  daxil  oldular  və  Dağlıq  Qarabağın  erməni 

separatçıları-terrorçuları  ilə  birləşərək  Azərbaycan  torpaqları­

nın  işğalına  başladılar.  Moskvadan  və  xaricdəki  erməni  dias­

porundan  verilən  dəstək,  o  vaxtkı  Azərbaycan  rəhbərliyinin 

yarıtmaz  siyasəti  nəticəsində  lazımi  müqavimətlə  üzləşməyən 

ermənilər  1991-ci  ilin  oktyabrında  Tuğ  və  Salakətin  kəndlərini 

işğal  etdilər.  Bunun  ardınca  Xocavənd  kəndi  də  işğalçıların 

nəzarəti  altına  keçdi.

Bu  dövrdə  Xocalı  yenə  də  döyüşür  və  ermənilərin  işğal  si­

yasətinin  daha  sürətlə  genişlənməsinə  mane  olurdu.  Belə  ki, 

ermənilər  azərbaycanlılar  yaşayan  kəndlərə  hücum  edəndə 

Xankəndi  və  ermənilərin  məskunlaşdığı  digər  yerlər  də  Xoca­

lıdan  atəşə  tutulur  və  düşmənin  öz  niyyətini  həyata  keçirməsi­

nə  maneələr  yaradılırdı.  Lakin  Xocalıya  və  Qarabağın  düşmən 

hücumuna  məruz  qalan  digər  bölgələrinə  o  vaxtkı  Azərbay­

can  iqtidarı  tərəfindən  lazımi  yardımlar  edilməməsi  və  haki­

miyyət  uğrunda  gedən  savaşlar  ermənilərin  öz  niyyətini  daha 

asan  reallaşdırmasına  imkan  verirdi.  Məhz  bunun  nəticəsində

1992-ci  il  yanvarın  10-da  ermənilər  Axullu  kəndini  zəbt  edə 

bildilər.  Elə  həmin  ilin  fevralında  Malıbəyli  və  Quşçular  kənd­

ləri  hücuma  məruz  qaldı.  Xankəndidə  yerləşən  366-cı  alayın 

bilavasitə  iştirakı  ilə  bu  kəndlər  də  ermənilər  tərəfindən  işğal 

olundu.  Malıbəyli  və  Quşçular  kəndlərinin  işğalından  bir  neçə 

gün  sonra  Dağlıq  Qarabağın  ən  iri  yaşayış  məskənlərindən 

olan  Qaradağlı  yenə  də  366-cı  motoatıcı  alayın  əsgər  və  zabit 

heyəti,  eləcə  də  müxtəlif  xarici  ölkələrdən  gətirilmiş  muzdlu 

döyüşçülər  hesabına  ermənilərin  əlinə  keçdi.

302



Artıq  1992-ci  il  fevralın  18-də  Xocalı  istiqamətində  olan 

yaşayış  məntəqələri  azərbaycanlılardan  təmizlənmiş,  yüksək 

mövqelər  ermənilər  tərəfindən  tutulmuşdu.  İndi  ermənilər 

üçün  əsas  hədəf  Xocalı  idi.  Xocalıda  isə  vəziyyət  getdikcə 

ağırlaşırdı.  Şəhər  hələ  1991-ci  ilin  oktyabrından  blokadada 

idi.  Oktyabrın  30-dan  etibarən  şəhərə  aparan  bütün  avtomobil 

yolları  bağlanmış,  yeganə  nəqliyyat vasitəsi  vertolyot  qalmışdı. 

Belə  vəziyyət şəhərə  özünümüdafiə  üçün  silah,  ərzaq  və  digər 

zəruri  məhsulların  çatdırılmasında  ciddi  problemlər  yaradırdı. 

Ermənilərin  hücumları  isə  ara  vermirdi.  1991-ci  il  sentyabr 

ayının  24-də  Ağdamdan  Xocalıya  fəhlə  gətirən  avtobus  Əsgə- 

randa  daşqalaq  edildi,  sürücü  və  sərnişinlər  ağır  yaralandılar. 

Bundan  iki  gün  sonra  isə  Xocalı  polis  şöbəsinin  iki  əməkdaşı 

maşında  atəşə  tutulub  qətlə  yetirildi.  Ətraf  erməni  kəndlərin­

dən  hər  gecə  Xocalı  «Alazan»  və  «KristalI»  raket  qurğuların­

dan  atəşə  tutulurdu.  Noyabr  ayından  isə  Xocalının  Ağdama  və 

Şuşaya  çıxış  yolları  tamamilə  bağlandı.

Bəşəriyyət  tarixinə  qanla  yazılan  gün

Həmin  dövrdə  Dağlıq  Qarabağda  erməni  separatçıları  da 

fəaliyyətini  genişləndirirdi.  Bunun  nəticəsində  1991-ci  ilin 

sentyabrında  «Dağlıq  Qarabağ  respublikası»  adlanan  oyuncaq 

dövlət  yaradıldığı  bildirildi.  Həmin  ilin  noyabr  ayının  26-da 

Azərbaycan  Ali  Soveti  Dağlıq  Qarabağın  muxtar  vilayət  statu­

sunun  ləğv  olunduğunu  bəyan  etdi.

Proseslərin  gedişi  mövcud  durumu  daha  da  çətinləşdirirdi. 

Təcrid  vəziyyətinə düşmüş  Xocalıya  sonuncu  vertolyot  1992-ci 

il  yanvar  ayının  28-də  endi.  Şuşa  səmasında  mülki  vertolyotun 

vurulması,  vertolyotun  içindəki  40  nəfər azərbaycanlının  həlak 

olmasıyla şəhərlə hava əlaqəsi də kəsildi. Yanvarın 2-dən şəhərə 

elektrik enerjisi də verilmirdi. Xocalılılar ancaq öz qəhrəmanlıq­

ları  və  şəhər  müdafiəçilərinin  cəsurluğu  sayəsində  yaşayır  və

303



Yüklə 3,15 Mb.

Dostları ilə paylaş:
1   ...   90   91   92   93   94   95   96   97   ...   138




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə